Məhkəmə qərarları › İş №e-2(005)-680/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-680/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-680/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı LPO QSC «xxxx» KB-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO QSC “xxxx” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO QSC “xxxx” KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “xxxx” KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 5000 (beş min) ABŞ dolları məbləğində əsas borc, 2716,85 (iki min yeddi yüz on altı dollar, səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu, 3176,79 (üç min yüz yetmiş altı dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində cərimə borcu, 710,70 (yeddi yüz on dollar, yetmiş sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 11604,34 (on bir min altı yüz dörd dollar, otuz dörd sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO QSC «xxxx» KB iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “xxxx” KB ilə Cavabdeh arasında 16 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 100/00/89242/14/1 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 12 (on iki ay) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. 18 dekabr 2015-ci il tarixində həmin kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişin şərtlərinə görə kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix 18 dekabr 2017-ci il kredit müqaviləsi üzrə borc isə 5000 (beş min dollar) ABŞ dolları müəyyən edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5000 (beş min dollar) ABŞ dolları məbləğində əsas borc, 2716,85 (iki min yeddi yüz on altı dollar səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu, 3176,79 (üç min yüz yetmiş altı dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində cərimə borcu, 710,70 (yeddi yüz on dollar yetmiş sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 11604,34 (on bir min altı yüz dörd dollar otuz dörd sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçı LPO QSC «xxxx» KB-nın nümayəndəsi iddia tələbini müdafiə etdiyini, işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14 nömrəli kredit müqaviləsinə əsasən QSC «xxxx» KB Cavabdeh 12 ay müddətinə, illik 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 10000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və məbləğdə krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür; QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14 nömrəli kredit müqaviləsinə 01 saylı, 18 dekabr 2015-ci tarixli sazişə əsasən restrukturizasiya məqsədi ilə kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix 18 dekabr 2017-ci il kredit müqaviləsi üzrə borc isə 5000 (beş min dollar) ABŞ dolları müəyyən edilmişdir; Cavabdeh tərəfindən imzalanmış «xxxx» KB-na ünvanlanmış 11.12.2015-ci il tarixli ərizəsinin mətnində “Sizdən xahiş edirəm ki, 16.12.2014-cü il tarixli, 100/00/89242/14 saylı kredit xəttini birdəfəlik bağlanması üçün, mənə 5000 (beş min) ABŞ dolları məbləğində, 24 aylıq, illik 24% olmaqla kredit ayırasınız” göstərilmişdir; Cavabdeh QSC «xxxx» KB-na ünvanlanmış istehlak kreditlərinin alınması üzrə ərizəsindən görünür ki, ərizəçi ona illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə «16» dekabr 2015-ci il tarixinədək 1000 (on min) AZN məbləğində kredit ayrılmasını xahiş etmişdir. Ödəmə qabiliyyətinin yoxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrindən onun haqqında olan bütün məlumatların alınmasına razılıq verdiyini, bu razılığın QSC "xxxx" KB qarşısında öhdəlik yarandığı halda ona xitam verilənədək qüvvədə olduğunu və geri götürülməyəyini bildirmişdir. Bu razılığın həmçinin kredit müqaviləsinə əlavə və dəyişiklərin edilməsi hallarında və Bank qarşısında digər öhdəliklərin yaranması hallarında da qüvvədə olduğunu, hazırkı ərizəsiylə eyni zamanda onun adına bank hesabı açılmasını da xahiş etmişdir. QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh 18.01.2016-cı il tarixdən 18.12.2017-ci il tarixədək hər ay 264,36 manat ödəməli idi; LPO QSC «xxxx» KB tərəfindən məhkəməyə təqdim edilmiş 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.10.2020-ci il tarixinə 5000 (beş min) ABŞ dolları əsas borc, 2716,85 (iki min yeddi yüz on altı ABŞ dolları səksən beş sent) manat faiz borcu, illik 5% dərəcəsi ilə hesablanmış 710,70 ABŞ dolları məbləğində faiz, 3176,79 ABŞ dolları məbləğində cərimə, cəmi 11604,34 ABŞ dolları məbləğində borcu var; LPO QSC «xxxx» KB tərəfindən Cavabdeh ünvanlanmış 05.11.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən 3 gün müddətinə qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1170 nömrəli, 31.03.2021-ci il tarixli rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16.12.2014-cü il tarixli, 100/00/89242/14 saylı kredit müqaviləsi və 18.12.2015-ci il tarixli 01 saylı “Əlavə Sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh 18.12.2017-ci il tarixə QSC "xxxx” KB-nə olan borcu 7.399,76 (5000 ABŞ dollar əsas borc, 2399,76 ABŞ dolları faiz borcu) USD məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarının surətindən müəyyən olunur ki, QSC «xxxx» KB müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondunun bankı ləğvedicisi təyin edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinəəsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14 nömrəli kredit müqaviləsinə əsasən QSC «xxxx» KB Cavabdeh 12 ay müddətinə illik 25% dərəcəsi ilə faiz ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit vermişdir. QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14 nömrəli kredit müqaviləsinə 01 saylı, 18 dekabr 2015-ci tarixli sazişin şərtlərinə görə kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix 18 dekabr 2017-ci il kredit müqaviləsi üzrə borc isə 5000 (beş min dollar) ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh QSC «xxxx» KB-dan kredit müqaviləsi üzrə həmin məbləğdə pulu almış və müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsi üzrə kredit müddəti 18.12.2017-ci il tarixdə bitmişdir. İddiaçı Cavabdeh 13.10.2020-ci il tarixinə 5000 (beş min) ABŞ dolları əsas borc, 2716,85 (iki min yeddi yüz on altı ABŞ dolları səksən beş sent) manat faiz borcu, illik 5% dərəcəsi ilə hesablanmış 710,70 ABŞ dolları məbləğində faiz, 3176,79 ABŞ dolları məbləğində cərimə, cəmi 11604,34 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 5000 ABŞ dolları məbləğində əsas iddiaçı ləğv prosesində olan QSC «xxxx» KB xeyrinə tutulmalıdır. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun faiz borcunun məbləğini nəzərdən keçirib, hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Cavabdeh kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitmə tarixinə (18.12.2017-ci ilə) qədər hesablanmış faiz borcu məbləği ekspert rəyi mötəbər sübut kimi qəbul edilməklə 2399,76 ABŞ dolları həddində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 710,70 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı bank müflis elan edilmiş və iflas başlanılması və Əmanətlərin Sığortalanması Fondunun bankıı ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər, kredit müqaviləsi üzrə isə kredit müddəti 18.12.2017-ci il tarixdə bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi, yəni 18.12.2017ci il ilə tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 710,70 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, QSC “xxxx” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehdən 5000 (beş min) ABŞ dolları məbləğində əsas borc, 2399,76 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx” Kommersiya Bankının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. QSC “xxxx” KB ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 100/00/89242/14/1 saylı kredit müqaviləsi və 18 dekabr 2015-ci il tarixində həmin kredit müqaviləsinə 01 saylı əlavə saziş üzrə cavabdehdən 5000 (beş min) ABŞ dolları məbləğində əsas borc, 2399,76 (iki min üç yüz doxsan doqquq dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu, cəmi 7899,76 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı LPO QSC “xxxx” KB-nın xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar