Məhkəmə qərarları › İş №e-2(005)-688/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-688/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-688/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X7” Bakı Filialinın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X7” Bakı Filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 12.143,74 manat (Bundan 11.542,93 manat əsas borc və 600,81 manat faiz borcu təşkil edir) məbləğində xx-xx-2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 126,43 manat dövlət rüsumunun tutulmasına və «X7» Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra «X7» Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X7» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış «14» Sentyabr 2020-cu il tarixli 67 № li saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 18% ödəmək şərti ilə 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X7» Bakı filialı ilə Cavabdeh2 arasında «14» Sentyabr 2020-ci il tarixli 67 № li saylı Sonrakı İpoteka müqaviləsi və Cavabdeh1 ilə 704 № li saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 723,05 manat ödəməli idi. Müqavilənin 4.2-ci maddəsinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas «Borcalanın» ssuda və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» cədvəl üzrə xx-xx-2022- ci il tarixə «Bank» a kredit borcu üzrə 18.799,30 manat ödəniş yerinə yetirməli idi. Lakin xx-xx- 2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 14.110,00 manat ödəniş həyata keçirmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 28% ödəməlidir. xx-xx-2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 12.143,74 manat təşkil edir. Bundan 11.542,93 manat əsas borc və 600,81 manat faiz borcu təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 ilə bağlanmış «14» Sentyabr 2020-ci il tarixli 67 № li Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə onunla «14» Sentyabr 2020-ci il tarixli 67 № li saylı Sonrakı İpoteka müqaviləsi və Cavabdeh1 ilə 704 № li saylı Zaminlik müqaviləsi imzalanmışdır. İpoteka müqavilələri dövlət qeyydiyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir. Məhz bu şəxslərin ipoteka qoyulmuş mənzildə qeyydiyatda olduqlarına görə onların cavabdeh qismində işə cəlb olunması vacibdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində tutmanın əmlaka yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-688/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “X7” Bakı Filialinın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə icraata “satıldıqdan sonra mənzilin bir ay müddətinə boşaldılması” hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - «X7» Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 67 saylı kredit müqaviləsindən görünür ki, Bank borcalana illik 18% hesablanmaqla 36 ay müddətinə 20000 (iyirmi min) manat kredit verir. Verilmiş ssuda vəsaitlərinin təminatı «X7» Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 67 saylı sonrakı ipoteka müqaviləsi və «X7» Bakı Filialı və Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 704 №-li Zaminlik müqaviləsi olur. - «X7» Bakı Filialı və Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 704 №-li Zaminlik müqaviləsindən görünür ki, zamin «X7» Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 67 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 20000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. - «X7» Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 67 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı olaraq ünvan 1 ünvanında yerləşən mənzil banka ipoteka kimi təqdim edilmişdir. - 16 sentyabr 2020-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 20000 (iyirmi min manat 00 qəpik) məbləği almışdır. - xx.xx.2022-ci il tarixli 2022/1616 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, 67 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə yaranmış borcu əsas borc 11542,93 manat, faiz məbləği 600,81 manat, cəmi məbləğ 12143,74 manat təşkil edir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 13867 vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2006-cı ildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil «X7» Bakı Filialının xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Qeydiyyat tarixi xx.xx.2020-ci ildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «X7» Bakı Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - «X7» Bakı Filialı tərəfindən Cavabdeh2 ünvanlanmış 30 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 banka olan gecikdirilmiş kredit borcunun ödənilməsi, qeyd olunan ödəniş yerinə yetirilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə və aidiyyatı hüquq mühafizə orqanına (polisə) müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 9/2880 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli 67 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 iddiaçı «X7» bankına sualda göstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 12245,24 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 11813,63 manat, faiz borcu üzrə 431,51 manat. - “X1 Company” MMC tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli (hazırki M.Ş.Uluqbəy küçəsi) küçəsi ev 125 B saylı 5 mərtəbəli yaşayış binasının ümumi sahəsi 48,14 kv.m, yaşayış sxahəsi 28,45 kv.m olan 2 otaqlı (3 otaqlıya düzəldilmiş) 5 saylı mənzilin hazırki bazar dəyəri 130000 (bir yüz otuz min manat) manat, likvid dəyəri isə 120000 (bir yüz iyirmi min manat) müəyyən edilir. Həmin rəyə əlavə edilmiş məktubdan görünür ki, mütəxəssis tərəfindən həyata keçirilən xidmətin dəyəri 300 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, «X7» Bakı Filialı ilə Cavabdeh2 arasında sonuncuya 36 ay müddətinə illik 18 faizlə 20000 manat məbləğində kredit verilməsi məqsədilə xx.xx.2020-ci il tarixli 67 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi bank ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə bank arasında notariat qaydada təsdiqlənmiş ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil «X7» Bakı Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir, mənzilin bazar dəyəri 130000 manat, likvid dəyəri 120000 manatdır. İddiaçının müraciətinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh2 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsiri pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqavilələrinə əsasən, əsas və faiz borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbi üzrə cavabdehdən 11.542,93 manat əsas borc və 600,81 manat faiz borcun ödənilməsini tələb edir. Məhkəmə kredit müqaviləsi üzrə əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Belə ki, ekspert rəyində göstərilən məbləğ (11.813,63 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borc iddia tələbində göstərilən həddə, yəni 11.542,93 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2880 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 431,51 manat həddində müəyyən edilməlidir. Həmçinin iddiaçı qeyd olunan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri xx.xx.2020-ci il tarixdə 36 ay müddətinə bağlanmış, yəni müqavilələr üzrə öhdəliklərin son yerinə yetirilmə müddəti xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından və iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədiyindən hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada yönəlməlidir. Həmçinin iş üzrə tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra «X7» Bakı filialına olan kredit borcunun ödənilməsi tələbi vardır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. - 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. - 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. - 39.3.2. ipoteka predmetinin təsviri; - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. - 47.4-cü maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. - 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. - 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq ipoteka münasibətini müəyyən etmişdir. İpoteka müqaviləsinə görə ipoteka qoyan əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, ipoteka saxlayan isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka ilə təmin edilmiş öhdəlik üzrə ipoteka saxlayanın hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən təminat alsın. Hazırki iş üzrə bank və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən, bank borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tutma, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və borc mənzilin hərracda satışından əldə olunan vəsait hesabına «X7» Bakı filialına ödənilməlidir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1-in bazar dəyərinin müəyyən edilməsi üçün məznilin qiymətləndirilməsinin keçirilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair ipoteka müqaviləsində göstərilmiş ipoteka predmetinin məbləği ilə razı olmadığını, mənzilin dəyərinin qat-qat çox olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı ipoteka qoyanla ipoteka saxlayanın arasında mübahisə olduğundan və cavabdeh mənzilin bazar dəyərinin müəyyən edilməsi məqsədilə yazılı ərizə ilə məhkəməyə müraciət etdiyindən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb olunmuş və “X1 Company” MMC tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən mənzilin bazar dəyəri - ilkin satış qiyməti 130000 (yüz otuz min) manat, likvid dəyəri isə 120000 (yüz iyirmi min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadının 11-12-ci bəndlərində qeyd edilir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazardəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. (11-ci bənd) Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir (12-ci bənd). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 120000 (yüz iyirmi min) manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, eyni zamanda cavabdehlərdən müştərək qaydada 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22), 300 manat tutularaq “X1 Company” MMC-nin hesabına (VÖEN: **********; Hesab nömrəsi: AZ61İBAZ********************; Bank: ABB Şərifzadə filialı; Vöen: **********; M/H: AZ03NABZ********************; Kod: 805142; SWİFT: İBAZAZ2X) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11542,93 manat əsas borc, 431,51 manat faiz borcu olmaqla, cəmi 11974,44 manat (on bir min doqquz yüz yetmiş dörd manat qırx dörd qəpik) və ödənilmiş 124,66 (yüz iyirmi dörd manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq «X7» Bakı filialına ödənilməli, tutma, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və borc ünvan 1 ünvanında yerləşən mənzilin hərracda satışından əldə olunan vəsait hesabına «X7» Bakı filialına ödənilməli, ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 120.000 manat müəyyən edilməlidir. Eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22), 300 manat ekspertiza xərci tutularaq “X1 Company” MMC-nin hesabına (VÖEN: **********; Hesab nömrəsi: AZ61İBAZ********************; Bank: ABB Şərifzadə filialı; VÖEN: **********; M/H: AZ03NABZ********************; Kod: 805142; SWİFT: İBAZAZ2X) ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11542,93 manat əsas borc, 431,51 manat faiz borcu olmaqla, cəmi 11974,44 manat (on bir min doqquz yüz yetmiş dörd manat qırx dörd qəpik) və ödənilmiş 124,66 manat (yüz iyirmi dörd manat altmış altı qəpik) dövlət rüsumu tutularaq «X7» Bakı filialına ödənilsin. Tutma, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın və borc mənzilin hərracda satışından əldə olunan vəsait hesabına «X7» Bakı filialına ödənilsin. ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 120000 (yüz iyirmi min) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22), 300 (üç yüz) manat ekspertiza xərci tutularaq “X1 Company” MMC-nin hesabına (VÖEN: **********; Hesab nömrəsi: AZ61İBAZ********************; Bank: ABB Şərifzadə filialı; VÖEN: **********; M/H: AZ03NABZ********************; Kod: 805142; SWİFT: İBAZAZ2X) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar