Məhkəmə qərarları › İş №e-2(005)-708/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-708/2023

05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-708/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "xxxx" X4 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" X4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" X7 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" X5 vurulmuş 4598 (dörd min beş yüz doxsan səkkiz) manat məbləğində maddi ziyanın Cavabdeh iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «Bakı Şəhər İşığı” X7 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Saturn Astra minik” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lə, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsusi ıdəd “Fonar” tipli 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 4598 (dörd min beş yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Saturn Astra minik” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" X4 nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahatında bildirmişdir ki, qəza törətdiyini qəbul etmiş, lakin işıq dirəyinin qiyməti ilə razı olmamışdır. Maddi imkanın çox zəif olması əvvəllər taksi fəaliyyəti ilə məğul olduğunu, lakin sonradan avtomobilin əldən çıxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər X12-nin TP № ******* saylı elektron qərarın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Saturn Astra minik” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lə, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yol nəqliyyat hadisəsi törətmiş və İXM-nin 327,1 maddəsi ilə 40 manat cərimə edilmişdir. - İş materiallarında olan "xxxx" BŞM-nin xx.xx.2021-ci l tarixli aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə 4598 (dörd min beş yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan yetirmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 087-25870-1221 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, sürücü X8 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində BŞİH "xxxx" BŞM-nin mülkiyyətində olan işıq dirəyinə ziyan vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh istifadəsində olan nəqliyyat vasitəsi ilə qəza törətmişdir. Qəzanın baş verməsi sürücünün yol hərəkəti qaydalarının pozulması səbəbindən baş vermişdir. Qəza zamanı BŞİH "xxxx" BŞM-nin mülkiyyətində olan işıq dirəyinə ziyan vurulmuşdur. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan hüquq pozuntusu ilə iddiaçının mülkiyyətində olan əmlaka zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Eyni zamanda məhkəmə iclaslarında iştirak edən cavabdeh verdiyi izahatında qəzanı törtəməsini etiraf etmişdir. Lakin tələb üzrə göstərilən ziyan məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən tələbin dəyərini təşkil edən ziyan məbləğinə dair, mülkiyyətində olan işıq dirəyinin alınmasına dair qaimə faktura və hadisə yerinə keçirilən baxış zamanı dəymiş ziyanın müəyyən edilməsinə dair tərtib edilmiş akt məhkəməyə təqdim edilmişdir. Cavabdeh vurduğu ziyanın müqabilində hesablanmış məbləği mübahisələndirsədə iddiaçı tərəfindən təqdim edilmiş hər-hansı sübutun mötəbər olmamasında dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, Cavabdeh vurulmuş 4598 (dörd min beş yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş 4598 (dörd min beş yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan tutularaq iddiaçı "xxxx" X4 xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar