Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-713/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 38745,05 (otuz səkkiz min yeddi yüz qırx beş manat beş qəpik) manatın işgüzar nüfuza vurulmuş zərərə görə 20000 (iyirmi min) manatın, ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunun tutularaq, İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 06 mart 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 otaqlı 29.0 kv.m. mənzilin söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüş, əvəzində isə iddiaçı həmin ünvanda tikəcəyi yeni yaşayış binasından 2 otaqlı 102 kv.m. mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən həmçinin Cavabdeh mənzilin yüklü olmaması haqqında arayışı iddiaçıya verməyi barədə öhdəlik götürmüşdür. Həmçinin, Cavabdeh həmin mənzilin ******* saylı Çıxarışının əslini də İddiaçı MTK-ya vermişdir. İddiaçı MTK öhdəliyinə əməl edərək həmin ərazidə tikilmiş yeni yaşayış binasından, yəni ünvan 2 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsində 24 saylı mənzili Cavabdeh vermişdir və hal-hazırda Cavabdeh həmin mənzildə yaşayır. Bundan əlavə, İddiaçı MTK sökülən mənzilə görə Cavabdeh 68 000 (altmış səkkiz min) manat əlavə pul vermiş, həmçinin hər ay 500 manat olmaqla illərlə kirayə haqqı ödəmişdir. Lakin, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıya yüklü, yəni "xxxx" ASC-nın ipotekasında olan mənzili vermişdir. İddiaçı sökülən həmin mənzilin "xxxx" ASC-nın ipotekasında olmasından yalnız "xxxx" ASC İddiaçı MTK-nı məhkəməyə verəndən sonra xəbər tutmuşdur. Belə ki, "xxxx" ASC onun ipotekasında olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsi nəticəsində banka vurulmuş 38 745, 05 manat məbləğində zərərin İddiaçı MTK-dan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli 2- 2(103)- 615/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayətini təmin edərək, mənzilin ipotekada olmasını əsas gətirərək 38 745, 05 manat məbləğində pulun və 45 manat dövlət rüsumunun İddiaçı MTK-dan tutulmasını qət etmişdir. Yəni, məhkəmə İddiaçı MTK-dan 38745,05 manatın tutulmasına səbəb kimi mənzilin MTK-ya təhvil verilərkən və sökülərkən bankda ipotekada olmasını göstərmişdir. Həmin məhkəmə zamanı iddiaçıya həm də məlum olmuşdur ki, mənzilin ipotekada olması ilə əlaqədar yaranmış problemlərə görə Cavabdeh və onun mərhum əri X3 ilə "xxxx" ASC arasında uzun müddət, illərlə bir neçə məhkəmə çəkişmələri və məhkəmə işləri olmuş, lakin həmin məhkəmə mübahisələri də iddiaçıdan gizlədilmişdir. İddiaçı ilə cavabdeh arasında 06 mart 2017-ci il tarixli müqavilə bağlanarkən Cavabdeh mənzilin bankda ipotekada olduğunu iddiaçıya deməmiş və sonradan da həmin məsələ ilə bağlı baş vermiş məhkəmə çəkişmələrini də iddiaçıdan gizlədərək iddiaçıya məlumat verməmisdir. Beləliklə də, ikinci dəfə də cavabeh iddiaçıya bu barədə heç bir məlumat vermədən tikdiyi yeni yaşayış binasındakı ünvan 2 ünvanındakı 24 saylı mənzili əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə baxılmış və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-2(102)- 504/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 2- 2(103)-615/2021 saylı icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 38 745.05 manat və 45 manat "xxxx" ASC-yə ödənilmişdir. Bundan sonra, "xxxx" ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək bankla cavabdehin əri X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər (iddiaçı tərəfindən ödənilmiş) tam olaraq yerinə yetirildiyi üçün mənzil üzərindən ipotekanın götürülməsini xahiş etmiş və ipoteka götürülmüşdür. Göründüyü kimi Cavabdeh ipotekada olan ünvan 4 ünvanında yerləşən mənzili söküntü üçün İddiaçı MTK-ya verməklə iddiaçını 38 745, 05 manat məbləğində (əlavə olaraq 45 dövlət rüsumu) maddi zərərə salmışdır. Bundan əlavə, cavabdeh yuxarıda göstərilən hərəkətləri ilə (iddiaçının təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və sair) iddiaçıya mənəvi zərər vurmuşdur. "xxxx" ASC dəfələrlə iddiaçıya pretenziya məktubları göndərərək pulu tələb etmiş, həmçinin iddiaçını məhkəməyə verərək böyük məbləğdə olan pulu istəmiş, iddiaçı çoxsaylı məhkəmə mübahisələrində cavabdeh kimi iştirak etmişdir. Məhkəmələr cavabdehin hərəkətləri nəticəsində iddiaçının üzərinə öhdəlik qoymuşdur. İddiaçı cavabdehin hərəkətləri nəticəsində böyük məbləğdə pul ödəmişdir. Halbuki, həmin pul vəsaiti iddiaçıya fəaliyyətinin maliyyləşdirilməsi üçün daha çox lazım və vacib idi. İddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən aldadılıbdır. Bununla bağlı yenidən məhkəmə mübahisəsinə başlamışdır. Bütün bunlar iddiaçının işgüzar nüfuzuna böyük zərər vurmuş, onu nüfuzdan salmış, barəsində cəmiyyətdə mənfi rəy yaratmışdır. Bunların nəticəsində iddiaçı üçün arzuolunmaz vəziyyət yaranmış və iddiaçının işgüzar nüfuzuna zərər vurulmuşdur. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər ödənilməlidir. İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 mart 2017-ci il tarixli müqavilənin 2.1.-ci bəndinin sonuncu abzasından da göründüyü kimi, cavabdehə məxsus evin yüklülüyü barədə arayışın iddiaçıya təqdim edilməsi öhdəliyini iddiaçı müqavilə üzrə cavabdehin üzərinə qoymuşdur. Başqa sözlə, əgər cavabdeh tərəfindən iddiaçıya mənzilin yüklülülüyü barədə arayış təqdim edilməmişdirsə, o zaman nəyə görə iddiaçı həmin müqaviləni imzalamağa razılıq vermişdir? Ya da əgər müqavilə artıq imzalanmışdırsa, nəyə görə ona xitam vermilməsi təşəbbüsü ilə çıxış etməmiş və ya arayışın təqdim edilməsini gözləmədən söküntü başlamışdır? Buradan aydın olur ki, iddiaçı mənzilin yüklülüyündən xəbərdar idi və bunu bilə-bilə ipoteka ilə yüklü olan əmlakı sökmüşdür. 2) MTK mənzildə qeydiyyata olan 18 yaşı tamam olmuş şəxslərin mənzilin sökülməsi ilə bağlı razılıq ərizələrini alır, ancaq yüklülüklə bağlı arayışı almadan başlayır söküntüyə? Bu da inandırıcı deyil. 3) MTK-nın əmlakı sökərkən onun ipoteka ilə yüklü olduğunu bilməsi və ya bunu bilməli olması Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7086/2022 saylı qətnaməsi ilə də öz təsdiqini tapır. Belə ki, hazırki iş üçün preyudisial əhəmiyyətə malik həmin qətnamənin 46-cı bəndində məhkəmə qeyd edir ki, "Belə ki, müqavilənin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, cavabdeh mənzilin yüklü olmaması haqda arayış təqdim etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsini tələb edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni icra etmişdir.". Həmçinin həmin qətnamənin 47-ci bəndində məhkəmə qeyd edir ki, "47. Xüsusi ilə vurğulanmalıdır ki, İddiaçı MTK komplektləşmiş və öz nizmanaməsi ilə mənfəət götürmək üçün fəaliyyət göstərən kooperativ hüquqi şəxsdir və əsas fəaliyyət növü məhz mənzil tikinti sahəsi təşkil edir. Fəaliyyətini həyata keçirən zaman fiziki və hüquqi şəxslərlə, həmçinin bələdiyyə və dövlət oraqanları ilə müavilə bağlamaq hüququna malikdir. Hazırki halda da İddiaçı MTK tərəfindən Cavabdeh ilə mənzilin sökülməsinə dair müqavilə bağlanarkən həmin mənzilin yüklü olmamasına dair cavabdeh tərəfindən arayış verilib-verilməməsindən aslı olmayaraq". Həmçinin həmin qətnamənin 48-ci bəndində məhkəmə qeyd edir ki, "Nəzərə alınmalıdır ki, müqavilə üzrə tərəf həmin məlumatı verməyə və ya ümumiyyətlə düzgün olmayan şəkildə verə bilər. Bunu İddiaçı MTK nəzərə almalı və yoxlamalı idi. Lakin qeyd edilən imkana malik olmasına baxmayaraq İddiaçı MTK tərəfindən mənzilin yüklülüyünə dair məlumatı yoxlamamış və bu hal iş materiallarından görünmür. Ona görə də baş verəcək nəticələrin riskini məhz «RAV” MTK daşıyır.". 4) İddiaçı bu iddianı qaldırarkən Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7086/2022 saylı qətnaməsinin 56-cı bəndinə istinad etmişdir. Halbu ki, məhkəmə həmin bənddə qeyd etmir ki, cavabdeh sözügedən məbləği iddiaçıya ödəməlidir. Sadəcə olaraq həmin iş üzrə mübahisə predmeti başqa olduğu üçün məhkəmə iddiaçının əsassız iddiasını haqlı səbəblərdən dolayı rədd etmiş və həmçinn bildirmişdir ki, iddiaçı hüququnun pozulduğu qənaətindədirsə, bununla bağlı (yəni sırf pul tələbi ilə bağlı) ayrıca cavabdeh barəsində məhkəməyə müraciət etmək hüququna malikdir. Diqqətə çatdırıram ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və AR Konstitusiyasına əsasən hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. İndiki halda da Bakı Apelyyasiya Məhkəməsi iddiaçının nəzərinə həmin hüququnun olduğunu çatdırmışdır. Daha deyilmir ki, cababdehin iddiaçıya filan məbləğdə pul borclu olduğu öz təsdiqini tapır. 5) iş materiallarına əlavə edilmiş CD diskdən də sübut olunur ki, iddiaçı MTK mənzili sökərkən həmin əmlakın ipoteka ilə yüklü olduğundan xəbərdar idi. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası tamamilə əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada sonuncunun söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 (iki) otaqlı, 52 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə edilməklə təmirsiz 2 otaqlı 102 kv.m mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən söküntüsü nəzərdə tutulan evdə Cavabdeh məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini İddiaçı MTK-ya təhvil verilməsini təmin etməli, mənzili boşaldaraq, yüklü olmaması haqqında arayış təqdim etmək şərti ilə İddiaçı MTK-ya təhvil verilməlidir. İddiaçı MTK yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 40000 manat məbləğində kredit götürmüşdür. İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsus 2 otaqlı yaşayış sahəsidir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-381/2021 saylı qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş cavabdeh İddiaçı MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyanın əvəzi olaraq 38745,05 manat və 45 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-504/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli 2-2(103)-615/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7086/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində kollegiya qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsinə görə banka vurulmuş 38745,05 manat məbləğində zərərin məhkəmə qətnaməsi ilə İddiaçı MTK tərəfindən "xxxx" ASC-yə ödənilməsi hazırki iş üzrə tərəflər arasına müqavilənin etibarsızlığına səbəb olmamaqla yanaşı, İddiaçı MTK tərəfindən cavabdehə qarşı yeni iddia tələbi ilə çıxış etmək hüququnu yaratmış olur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı MTK tərəfindən 270 manat məbləğində ödəniş etmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 06 mart 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 otaqlı 29.0 kv.m. mənzilin söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüş, əvəzində isə iddiaçı həmin ünvanda tikəcəyi yeni yaşayış binasından 2 otaqlı 102 kv.m. mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən həmçinin Cavabdeh mənzilin yüklü olmaması haqqında arayışı iddiaçıya verməyi barədə öhdəlik götürmüşdür. Həmçinin, Cavabdeh həmin mənzilin ******* saylı Çıxarışının əslini də İddiaçı MTK-ya vermişdir. İddiaçı MTK öhdəliyinə əməl edərək həmin ərazidə tikilmiş yeni yaşayış binasından, yəni ünvan 2 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsində 24 saylı mənzili Cavabdeh vermişdir və hal-hazırda Cavabdeh həmin mənzildə yaşamaqdadır. Bundan əlavə, İddiaçı MTK sökülən mənzilə görə Cavabdeh 68 000 (altmış səkkiz min) manat əlavə pul vermiş, həmçinin hər ay 500 manat olmaqla illərlə kirayə haqqı ödəmişdir. Lakin, iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıya yüklü, yəni "xxxx" ASC-nın ipotekasında olan mənzili vermişdir. "xxxx" ASC onun ipotekasında olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsi nəticəsində banka vurulmuş 38 745, 05 manat məbləğində zərərin İddiaçı MTKdan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-2(103)-615/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edərək, mənzilin ipotekada olmasını əsas gətirərək 38 745, 05 manat məbləğində pulun və 45 manat dövlət rüsumunun İddiaçı MTK-dan tutulmasını qət etmişdir. Yəni, məhkəmə İddiaçı MTK-dan 38745, 05 manatın tutulmasına səbəb kimi mənzilin MTK-ya təhvil verilərkən və sökülərkən bankda ipotekada olmasını göstərmişdir. Hazırda iddiaçı Cavabdeh maddi zərərə görə 38745,05 (otuz səkkiz min yeddi yüz qırx beş manat beş qəpik) manatın işgüzar nüfuza vurulmuş zərərə görə 20000 (iyirmi min) manatı tələb edir. Məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslıdır və təmin olunmalıdır, belə ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 06 mart 2017-ci il tarixli müqaviləyə cavabdeh həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən həmçinin Cavabdeh mənzilin yüklü olmaması haqqında arayışı iddiaçıya verməyi barədə öhdəlik götürsə də, buna riayət etməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7086/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsinə görə banka vurulmuş 38745,05 manat məbləğində zərərin məhkəmə qətnaməsi ilə İddiaçı MTK tərəfindən "xxxx" ASCyə ödənilməsi hazırki iş üzrə tərəflər arasına müqavilənin etibarsızlığına səbəb olmamaqla yanaşı, İddiaçı MTK tərəfindən cavabdehə qarşı yeni iddia tələbi ilə çıxış etmək hüququnu yaratmış olur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-504/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «R.İsmayılovun iddiaçıya ("xxxx"ASC) olan borcunun Cavabdeh məxsus və sonradan cavabdeh tərəfindən sökülmüş ipoteka predmetinə yönəldilərək tutulmasına dair məhkəmə qətnaməsi mövcud olmuşdur. Lakin ipoteka predmeti cavabdeh (İddiaçı MTK) tərəfindən söküldüyündən, yəni məhv olunduğundan iddiaçı borcun ipoteka predmetinə yönəldilərək tutulması imkanından məhrum olmuşdur. Bu səbəbdən, iddiaçı ipoteka predmetinin sökülməsi ilə ona vurulmuş zərərin ipoteka predmetini sökmüş cavabdehdən tutulmasını tələb etmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 38745,05 manat məbləğində pul hazırkı iş üzrə İddiaçı MTK tərəfindən Cavabdeh bank öhdəliyi kimi "xxxx"ASC-yə ödənilmiş, Cavabdeh qeyd olunan məbləğ həddində əsassız varlanmışdır. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi və iş üzrə İddiaçı MTK-ya maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi bu hissədə əsaslıdır və iddia tələbinin maddi zərərə görə 38745,05 (otuz səkkiz min yeddi yüz qırx beş manat beş qəpik) manat hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə “işgüzar nüfuza vurulmuş zərərə görə 20000 (iyirmi min) manatın tutulması” barədə iddia tələbini də əsassız hesab edərək bununla bağlı hər hansı əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin tələbin araşdırılmasını zəruri edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 38745,05 (otuz səkkiz min yeddi yüz qırx beş manat beş qəpik) manat İddiaçı MTK-nın xeyrinə tutulmalı, idida tələbi qəlan hissədə rədd olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 38745,05 (otuz səkkiz min yeddi yüz qırx beş manat beş qəpik) manat İddiaçı MTK-nın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-713/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-713/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver