Məhkəmə qərarları › İş №e-2(005)-745/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-745/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-745/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçının Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin və açarların təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin və açarların təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş B blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan B02 nömrəli üç otaqlı mənzilin və açarlarının iddiaçı şəxsə təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı şəxs xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh ilə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından pay barədə müqavilə bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 1 ünvanında inşa edilən binanın giriş B blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan B02 nömrəli üç otaqlı mənzil bir pay kimi ona verilməlidir. Həmin mənzilin (payın) dəyəri 1 kv.metr üçün 1.300 (bir min üç yüz) manat olmaqla, cəmi 198.159 (bir yüz doxsan səkkiz min bir yüz əlli doqquz) manat məbləğində müəyyən edilmişdir və iddiaçı həmin məbləği tam olaraq ödəmişdir. Mənzilin dəyərinin tam ödənilməsi faktı”həm Cavabdeh direktoru D.T.Rəsulovun imzaladığı qeyd olunan müqavilənin 4.1-ci maddəsində, həm də həmin şəxsin imzaladığı xx xxxxxx 2018-ci il tarixli arayışında öz əksini tapmışdır. Lakin həmin vaxtdan iki il keçməsinə baxmayaraq, Mənzil-Tikinti Kooperativi mənzili ona vermir, ora girməyinə, ondan istifadə edib müəyyən işlər görməyinə mane olur. Əksinə, onda həmin mənzili Mənzil-Tikinti Kooperativi tərəfindən qanunsuz olaraq başqa şəxslərin istifadəsinə verməsi barədə şübhəsi vardır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 1 ünvanında inşa olunan 3 gırişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 1302 nömrəli mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli B-061/09 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş В blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 nömrəli mənzilə dair xx xxxxxx 2018-ci il tarixli B-061/09 nörməli müqavilə bağlamışlar. Əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanda xx xxxxxx 2018-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1.X9-50 manat, 50 pay haqqı, 50%, 2.X18-20 manat, 20 pay haqqı, 20%, 3.X12 5 manat, 5 pay haqqı, 5%, 4.X8-5 manat, 5 pay haqqı, 5% və 5.X19 20 manat, 20 pay haqqı, 20%) Cavabdeh Mənzil- ikinti Kooperativini təsis etmişlər. Cavabdeh ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5.900.000 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01- 18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda, xx xxxxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 4 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və В blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri-yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “Şəhər incisi” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin kooperativin digər üzvləri X10, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı X15, X18 tərəfindən aparılması, X5 tikinti işlərində və kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X6 verilməsi üçün kooperativin digər üzvlərinin razılığı ilə X13 tərəfindən kooperativin digər üzvü X6 xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. Cavabdeh üzvü X13 tərəfindən Cavabdeh digər üzvü X7 verilən xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X3 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X13 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur kı, X11 qohumu və Mənzil-Tikinti Kooperativinin digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X18 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra diqqət yetirilməlidir ki, X11 qohumu və Mənzil-Tikinti Kooperativinin digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X18 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə Mənzil-Tikinti Kooperativinin digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X11 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Səyyad oğlu arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli B-061/09 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış-sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 nömrəli mənzillərə dair qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. Belə ki, diqqət yetirilməlidir ki, Cavabdeh ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə, iddiaçı Cavabdehnə podratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X19, X11 və X16 etibardan sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq üçüncü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Qeyd edilməlidir kı, tərəfər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də Mənzil-Tikinti Kooperativinin üzvlərinin maraqlarına xidmət edir. Cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurması, mənzilin dəyərini kimə və vaxt ödəməsi və Cavabdeh mənzilləri olmadığı halda hansı mənzilləri satması böyük suallar doğurur. Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı binanın tikintisi üçün hüquq müəyyənedici sənəd tələb elməmişlər. Yəni ünvan 1 ünvanında tikilən evin kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Qeyd edilməlidir ki, mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh balansında mənzil olmağı və hal-hazırda da yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də e-2(005)-745/2021 nömrəli mülki işin tərkibinin olması barədə aidiyyəti orqanlara məlumat verilməlidir. Beləliklə hesab edir ki, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli B-061/09 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 nömrəli mənzillərə dair qeyri-qanuni olaraq, heç hir hüquqi əsası olmayan müqavilələrdir. Beh olan halda yuxarıda göstərilən müqavilələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək, onun təmin, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin, ilkin iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti-sifarişçi ilə Cavabdeh-podratçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 5 ünvanda yerləşən üç bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri il bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəldilər; Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli B-61/09 nömrəli müqavilənin məzmunundan görünür ki, kooperativ ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.300 (bir min üç yüz) manat təşkil edir (2.1-ci bənd). Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 198.159 (bir yüz doxsan səkkiz min bir yüz əlli doqquz) manat təşkil etmişdir (2.2-ci bənd). Mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri payçı tərəfindən tam ödənildikdə kooperativ payçıya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (maliyyə arayışını) təqdim etməlidir (2.7-ci bənd). Kooperativ tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə payçıya təhvil verilməsini təmin edir (3.1-ci bənd). Payçı almış olduğu üç otaqlı tam sahəsi eyvanla birlikdə 152,43 kv.metr olan mənzilin sahəsinin hər kvadrat metri üçün 1.300 (bir min üç yüz) manat olmaqla, cəmi 198.159 (bir yüz doxsan səkkiz min bir yüz əlli doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür (4.1-ci bənd); Cavabdeh xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Cavabdeh ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun doqquzuncu mərtəbəsində yerləşən B02 nömrəli mənzil, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan üç otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh Mənzil-Tikinti Kopperativinə B-61/09 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə ilkin iddia tələbi qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx xxxxx 2021-ci il tarixli 18141 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia tələbi qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli B-61/09 nömrəli müqaviləyə əsasən kooperativ ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədə digər qeydşərt göstərilməmişdir, həmin müqavilənin qüvvədə olması digər müqavilənin qüvvədə olması ilə şərtləndirilməmişdir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili İddiaçının sahiblik və istifadəsinə verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçı şəxsin iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli B-61/09 nömrəli müqavilə ilə cavabdeh şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili sonuncuya təhvil verməyərək müqavilənin şərtlərini və mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozduğundan ilkin iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili və mənzilin açarları İddiaçı təhvil verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədidə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Cavabdeh hazırkı qarşılıqlı iddiası əsassızdır, qarşılıqlı iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Araşdırma zamanı tərəflər arasında bağlanmış müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən müqaviləni imzalamışlar. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mübahisələndirdiyi xx xxxxxx 2018-ci il tarixli B- 61/09 nömrəli müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmamışdır. Bu baxımdan qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili və mənzilin açarları İddiaçı təhvil verilsin. Qalan hissədə ilk iddia təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar