Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-773/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: pul tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh1 Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: İddiaçı Cavabdeh2 keçmiş qaynatası, cavabdeh X4 isə keçmiş qudasıdır. İddiaçı qızı X16 Cavabdeh2 ilə 06 aprel 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, bu nikahdan bir övladları anadan olmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə pozulmuş, birgə nikahda olan azyaşlı övladın anasının anında saxlanılması qət edilmişdir. İddiaçı Cavabdeh2 və Cavabdeh1 Mustfa oğlunun ona qarşı dələduzluq edərək 300000 ABŞ dolları məbləğində pulunu ələ keçirikləri barədə şikayət ərizəsi ilə AR DİN Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cnayətlərin isintaqı şöbəsinin müstəntiqi X12 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 oktyabr 2023-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. İddiaçı məhkəmə nəzarəti qaydsında verdiyi verdiyi şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(011)-56/2024 nömrəli Qərarı təmin edilmiş, 18 oktyabr 2023-cü il tarixli qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi qərara alınmışdır. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cnayətlərin isintaqı şöbəsinin müstəntiqi X12 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 may 2024-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cnayətlərin isintaqı şöbəsinin müstəntiqi X7 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 fevral 2025-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh1 və X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı 300.000 ABŞ dolları məbləğində pulunu 2020-2021-ci illərdə hissə-hissə alaraq, hazıra qədər həmin vəsaiti qaytarmamışlar. Bildirmək istəyir ki, iddiaçı cavabdehləri 2018ci ildən tanıyır. Belə ki, Cavabdeh2 həmin il iddiaçının qızı ilə ailə həyatı qurmuşdur. Lakin, sonradan ailə münasibətləri pozulduğundan 2022-ci ildə məhkəmə qaydasında onların nikahı pozulmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu ildə iddiaçıya bildirmişlər ki, Çin Xalq Respublikasından məişət xidməti üçün istifadə olunan əşyaları istehsal edən dəzgahlar alaraq ölkəyə gətirmək istəyirlər. Həmçinin bildirmişlər ki, məişət əşyalarına böyük tələbat olduğundan bu işdən yüksək qazanc əldə edəcəklər. İddiaçı onlara inanmış və 2020-ci ilin yanvar ayında hissə-hissə olmaqla cavabdehlərə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vermişdir. Sonradan cavabdehlərin həmin iş üçün əlavə olaraq daha 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaitinə ehtiyacları olduğunu bildirəndən sonra, 2021-ci ilin yanvar ayında iddiaçı həmin pul vəsaitini də cavabdehlərə vermişdir. Sonradan, yəni 2021-ci ilin sonundan etibarən iddiaçı cavabdehlərə verdiyi 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılmasını dəfələrlə xahiş etsə də, cavabdehlər həmin pul vəsaitini iddiaçıya qaytarmamışlar. Bildiririk ki, pulun qaytarılacağını cavabdehin açıq etiraf etməsinə dair audio yazılar mövcuddur və hüquq mühafizə orqanlarına müraciət edildiyi zaman, təyin edilmiş ekspertiza rəyi ilə həmin səslərin Cavabdeh1 və onun yoldaşına məxsus olduğu müəyyən edilmişdir. Həmçinin, pulun cavabdehlərə verilməsini təsdiq edən şahidlər də məhkəməyə təqdim ediləcəkdir. İddiaçı bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya yuxarıda qeyd edilən məbləğin iş görülməsi məqsədilə borc kimi verilməsini xahiş etsələr də, əslində heç bir iş görülmədiyindən, sonuncuların niyyəti iddiaçını aldatmaqla, ona məxsus külli miqdarda olan pul vəsaitinin ələ keçirilməsi olmuşdur. Bu səbəbdən, iddiaçı hesab edir ki, cavabdehlər barəsində AR MPM-nin 265-ci maddəsinin tələblərinə əsasən xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan göründüyü kimi İddiaçı bildirir ki, 300.000 ABŞ dolları pulu o, Cavabdeh1 yox, hissə-hissə Cavabdeh1 oğlu Cavabdeh2 borc olaraq vermişdir. İddiaçı həmçinin ifadəsində bildirmişdir ki, Səbuhiyə pul verməsini təsdiq edən təqdim etdiyi səs yazılarından başqa əlində digər bir dəlili yoxdur. İddiaçı araşdırma zamanı əlavə izahat verərək təqdim etdiyi səs yazılarında məhkəmə-fonoskopik ekspertizasının rəyində montaj əlamətlərinin olması barədə bildirmişdir ki, İmdadla aralarında baş vermiş və tərəfindən qeydə alınmış səs yazısı uzun olduğundan və həmin səs yazılarında ailə üzvlərinə aid olan, iş üzrə əhəmiyyətli olmadığını güman etdiyi səslər olduğundan, həmin səs yazısı oğlu Fərid tərəfindən montaj edilmiş və yalnız İmdadın oğlu Səbuhinin ondan pul almasını təsdiq edən hissələri saxlanılaraq təqdim edilmişdir. Səs yazısının tam versiyası onda vardır. Gərək olarsa onu da istintaqa tam formada təqdim edə bilər. Araşdırma zərurəti ilə əlaqədar olaraq yalnız onun səslərində ondan alınmış pulları təsdiq edən hissələrini kəsərək təqdim etmişdir. İbtidai araşdırma orqanı tərəfindən toplanmış material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı 300.000 ABŞ dolları almasına dair kifayət qədər dəlillər yoxdur. Səs yazılarında olan dialoqlarda mübahisəli və şübhəli məqamlar vardır. Belə ki, danışıqlar şikayət olunan şəxslə deyil, səs yazıları onun valideynləri ilə, üçüncü şəxslərlə aparılır. Dialoqlarda danışıqların əsas məzmunu nəticə etibarı ilə “əgər oğlumuz pul alıbsa qaytarılacaq” ifadələri üzərində qurulur. Digər mötəbər sübutlar yoxdur.Həmçinin İddiaçı əgər Cavabdeh2 300.000 ABŞ dolları məbləğində pulu borc kimi vermişdirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2.-ci maddəsinə görə, bu borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğuna görə borc müqaviləsi yazılı formada bağlanmalı idi, lakin bağlanmamışdır. Göründüyü kimi İddiaçı ibtidai araşdırma zamanı verdiyi izahatında və səs yazılarında 300.000 ABŞ dollarını Cavabdeh1 yox, oğlu Cavabdeh2 verdiyini iddia edir, lakin İddiaçı 300.000. ABŞ dolları məbləğində pulu Cavabdeh2 verməsinin özünü də sübuta yetirə bilmir. Bir daha qeyd etmək istəyir ki, İddiaçı 300.000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 yox, Səbuhi Byramova verməsini iddia edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 157.5.2.-ci maddəsinin tələbinə əsasən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 300.000 ABŞ dollarından ibarət iddia tələbinin kifayət qədər əsaslılığına dair heç bir sübut yoxdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlər barəsində AR MPM-nin 265-ci maddəsinin tələblərinə əsasən xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.1.-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bildirir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 ona qarşı dələduzluq edərək 300000 ABŞ dolları məbləğində pulunu ələ keçirdikləri üçün onlar barədə tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 18 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qıədər sübutların məcmusu olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1.-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan sonra İddiaçı vəkili X2 Xətai Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında etdiyi şikayət əsasında toplanmış material Xətai Rayon Məhkəməsinin hakimi X8 tərəfindən öyrənilmiş və 10 may 2024-cü il tarixli qərarla tərəfimdən 18 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş, material üzrə araşdırmanın davam etdirilməsi 27 may 2024-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir. 29 may 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə Vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Daha sonra İddiaçı vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında etdiyi şikayət əsasında toplanmış material hakim Fuad Axundov tərəfindən öyrənilmiş və 06 dekabr 2024 -cü il tarixliqərarla 29 may 2024-cü il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilərək toplanmış material 06 dekabr 2024-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq Şöbəsinə əlavə araşdırmanın göndərilmişdir. 07 dekabr dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin “ cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. İbtidai araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəlində özünəməxsus ünvan 1 ünvanında yerləşən ofisində təklikdə Cavabdeh2 100.000 ABŞ dolları pul vermişdir. Bundan təxminən 10 gün sonra həmin ay oğlu Fərid Dadayev ona verdiyi 50.000 ABŞ dollarını Cavabdeh2 yaşadığı Yasamal rayonu Qutqaşınlı küçəsində yerləşən “Altes Plaza” binasında ona vermişdir. Həmin ayın sonunda isə qızı Səbinə Dadayevə keçmiş ərinə verməsi üçün ona verdiyi 50.000 ABŞ dollarını yaşadıqları evdə Cavabdeh2 vermişdir. 2020-ci ilin yanvar ayında ümumilikdə Cavabdeh2 200.000 ABŞ dolları pul vermişdir. Bir müddət keçmiş və Cavabdeh2 ona demişdir ki, Çin Xalq Respublikasından lazım olan avadanlıqları ölkəyə gətirib, qısa müddət sonra istehsala başlayacaq, lakin 200.000 ABŞ dolları kifayət etmədiyi üçün əlavə pul lazım olduğunu bildirib ondan 150.000 ABŞ dolları verməyini istəmişdir. Səbuhiyə 100.000 ABŞ dolları verə biləcəyini demiş, razılaşmışdır. 2021-ci ilin yanvar ayında 10 gün ərzində Səbuhi ona məxsus ünvan 1 ünvanında yerləşən ofisə gəlmiş, iki dəfəyə, hərəsində 50.000 ABŞ dolları olmaqla ümumilikdə ona 100.000 ABŞ dolları pul vermişdir. İddiaçı izahatından göründüyü kimi o, birinci dəfə 200.000 ABŞ dollarını 2020-ci ilin yanvar ayında və ikinci dəfə isə 100.000 ABŞ dollarını 2021 -ci ilin yanvar ayında vermişdir. xx.xx.2023-cü il tarixli Hesab üzrə Çıxarışdan göründüyü kimi ART FACTORY MMC-in hesabında xx.xx.2019-cu il tarixində dövrün sonuna olan balans 221.000 AZN təşkil edir. ART FACTORY MMC isə Cavabdeh2 məxsusdur. Rabitəbankın 22 yanvar 2025-ci il tarixli, RBA13-039912025 №li Arayışının məzmunundan göründüyü kimi Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Rabitəbankdan 55.000 AZN, xx.xx.2019-cu il tarixdə Rabitəbankdan 70.000 AZN və xx.xx.2020-ci il tarixdə isə Rabitəbankdan 150.000 AZN pul kredit götürmüşdür. Bu da onu təsdiq edir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, AFGW4M333 №li Müqaviləyə əsasən, Əlavə №1 -də göstərilən ümumilikdə 80.900 ABŞ dolları (137.530 AZN) avadanlıqları atası Cavabdeh1 maliyyə dəstəyi ilə almışdır. xx.xx.2020-ci il tarixli, AFGW4M333 №li Müqaviləyə əsasən, Əlavə №1 -də göstərilən avadanlıqların ümumi dəyəri 80.900 ABŞ dolları (137.530 AZN) və gömrük ödənişi isə 30.151 manat, ümumilikdə isə 167.681 manat təşkil etdiyi halda, İddiaçı Cavabdeh2 300.000 ABŞ dolları (510.000 AZN) pul verməsini deməsi yalandır və şər-böhtandan başqa bir şey deyildir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçıdan nə o, nə də oğlu Cavabdeh2 heç bir pul vəsaiti almayıb. Hətta İddiaçı bir dəfə ona təklif edib ki, Cavabdeh2 pul versin, amma bunu İddiaçı pulunu olmasını bilməzsin, öz atasının pulu olduğunu düşünsün. Cavabdeh1 bu təklifə qəti narazı olmuş və qəbul etməmişdir. Səs yazılarındakı səs ona məxsusdur, bunu heç vaxt inkar etməmişdir. Lakin səs yazısı tam deyil, iddiaçının istədiyi şəkildə kəsilərək təqdim edilmişdir. O səs yazısında İddiaçı özünün və yaoğlunun 300000 ABŞ dolları pul götürdüyünü deməmişdir. Deyə də bilməzdi, çünki belə bir şey olmayıb. Əslində İddiaçılə əvvəllər münasibətləri yaxşı olub, bir ağsaqqal kimi ona hörmətlə yanaşıblar. Lakin sonradan, ona məlum olmayan səbəblərdən pozulub. Dəfələrlə polisə müraciət ediblər, heç nəyə nail ola bilməyiblər, indi də məhkəmədə iddia qaldırırlar. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. O qeyd etdi ki, iddiaçı tərəfindən pul məbləğinin cavabdehlər tərəfindən alındığını göstərən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bakı şəhər Baş Polis İdarəsində aparılan araşdırmalar zamanı iddiaçının özü izahat verərək bildirmişdir ki, əlində səs yazılarından başqa heç bir sübut yoxdur. Səs yazısı ilə idə cavabdehlərin pulu aldığı təsdiqini tapmır. Digər tərəfdən ekspert rəyi ilə də müəyyən olunmuşdu ki, səs yazısı tam deyil, kəsintilər var. Belə olan təqdirdə iddia tələbi təmin edilə bilməz, rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış İddiaçı prosesdə iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qızı elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iclasının iştirakları olmadan keçirilməsini və iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki, iş üzrə iddiaçı tərəfindən tələbin əsaslı olmasına dair kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə Cavabdeh1 məxsus olması təsdiq edilmiş səs yazılarında, sonuncunun iddia tələbində qeyd edilən pul məbləğini iddiaçıya qaytaracaqlarını vəd etməsi, bundan başqa söhbət əsnasında həmin vəsaitin (guya) iddiaçının öz təşəbbüsü ilə verilməsi barədə etirafları, bundan əlavə polis orqanının təqdim etdiyi sənədlər (izahatlar və s.) iddia tələbinin təmin edilməsini şərtləndirir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış Cavabdeh2 prosesdə iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli 3-16-16/2-4/1604-4/1610 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd flaş yaddaş kartı, 01 ədəd “iPhone 14” markalı mobil telefon və 01 ədəd “iPhone 12 pro max” markalı mobil telefon ekspertiza tədqiqatına təqdim olunmuşdur. 02 oktyabr 2023-cü il tarixində adından eyniləşdirici tədqiqat tələb olunan İddiaçı, X9 və X6 ekspertimental səs və nitq nümunələri MEM-də götürülmüşdür. Ekspert rəyinin nəticə hisəsinə əsasən, ekspertizaya təqdim edilmiş 01 ədəd fləş yaddaş kartında olan “İmdat record 1”, “İmdat record 2”, “İmdat record 3” və “İmdat record 4” adlı fonoqramlarda yazı qurğusunun dayanması və yenidən işə salınması üçün xarakterik olan keçid proseslərinə məxsus siqnallar, situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqda sözlərarası və cümlələrarası məntiqi tabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı, lakin mübahisəli fonoqramlar redaktə proqramı vasitəsilə emal olunmuş, təkrar kodlaşdırılmış, əvvəl yazılmış ayrı ayrı fonoqramın hissələridir. Ekspertizaya təqdim olunmuş 01 ədəd fləş kartında olan “Tarana Record 1”, “Tarana record 2” və “Tarana record 3” adlı fonoqramlarda yazı qurğusunun dayanması və yenidn işə salınması üçün xarakterik olan keçid proseslərinə məxsus siqnallar, situasiya ilə əsasalanmayan yarımçıq söz və ifadələr, diktorun emosional psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı, lakin, mübahisəli fonoqramlar redaktə proqramı vasitəsilə emal olunmuş, təkrar kodlaşdırılmış, əvvəl yazılmış ayrı ayrı fonoqramın hissələridir. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1, K2, Q1, Q2 və Q3 diktorlarının emosional və psixofizioloji vəziyyətlərində nisbi ekstremallıq hiss olunmur, damışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X10, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Mustafayeva təranə Şəmistan qızına, “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi X13 məxsusdur. - Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin isintaqı şöbəsinin müstəntiqi X12 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(011)-56/2024 nömrəli Qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 oktyabr 2023-cü il tarixli qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi qərara alınmışdır. - Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin isintaqı şöbəsinin müstəntiqi X12 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 may 2024-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(011)-187/2024 nömrəli Qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 may 2024-cü il tarixli qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi qərara alınmışdır. - Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin isintaqı şöbəsinin müstəntiqi X3 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 dekabr 2024-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. - Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin isintaqı şöbəsinin müstəntiqi X7 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 fevral 2025-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir. - xx.xx.2020-ci il tarixli, satıcı “X36.,” LTD ilə alıcı "xxxx" MMC arasında bağlanmış AFGW4M333 №li Müqaviləyə əsasən, satıcı Əlavə №1 -də göstərilən avadanlıqların (ümumi dəyəri 80.900 ABŞ dolları) və onların ehtiyyat hissələrini müqavilənin şərtlərin və qaydalarına uyğun satmağı alıcı isə satıcının təmin etdiyi avadanlıqları və xidmətləri satın almağı və ödəniş etməyi öhdəsinə götürmüşdür. - AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir. -Rabitəbank ASC-nin Cavabdeh1 öhdəlikləri barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, o, xx.xx.2018-ci il tarixdə 55.000 manat, xx.xx.2019-cu il tarixdə 70.000 manat və xx.xx.2020-ci il tarixdə isə 150.000 manat pul kredit götürmüşdür. - ARTFACTORY LLC -nin hesab üzrə çıxarışdından görünür ki, xx.xx.2019-cu il tarixində dövrün sonuna olan balans 221.000 AZN təşkil edir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 fevral 2025-ci il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı izahatından görünür ki, 2019-cu ildə Cavabdeh1 və Cavabdeh2la söhbət əsanasında ona bildiriblər ki, Çin Xalq Respublikasındab məişəd xidməti üçün istifadə olunan əşyaları isthsal edən dəzgah alaraq ölkəy gtirmək istəyirlər. İmdad bildirdi ki, bağ evlərini satmaq istəyir. Lakin ona 2019-cu ildə Cavabdeh1 və Cavabdeh2la söhbət əsnasında ona bildirmişlər ki, Çin Xalq Respublikasından məişət xidməti üçün istifadə olunan əşyaları istehsal edən dəzgah alaraq ölkəyə gətirmək istəyirlər, həmçinin bildirmişlər ki, istehsal olunacaq əşyalara ölkədə çox tələbat vardır. Bu işdə yüksək qazanc əldə edəcəklər. İmdad bildirmişdir ki, bağ evlərini satmaq istəyir. Lakin ona nəzərdə tutduğu puldan daha az pul təklif edirlər. O isə bağ evlərini daha baha pula satmaq istəyir. Yəni hazırda pulu yoxdur. Banklardan kredit pullar götürüb və sair. Onlara kömək etməyini, oğlu Səbuhiyə biznes qurmaq üçün təxminən 170.000 ABŞ dolları verməyini xahiş etmişdir. Onunla qohum olduqlarına görə onların hər ikisinə inanmış, əvvəlcə qeyd etdiyi kimi onlar lazımi avadanlığı ölkəyə gətirmək və digər xərclər üçün 170000 ABŞ dollarının lazım olduğunu bildirmişlər. Lakin sonradan Cavabdeh2 200.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Səbuhi onu inandırmışdır ki, lazımı avadanlıq gələndən bir il sonra əldə etdiyi gəlirlə birlikdə ondan alacağı pulu qaytaracaqdır, atası Cavabdeh1 da, ona söz vermişdir ki, oğlu Cavabdeh2 verdiyi vədə əməl edəcəkdir. İnanaraq Səbuhiyə istədikləri pulu vermək qərarına gəlmişdir. 2020-ci ilin yanvar ayının əvvəlində özünə məxsus ünvan 1 ünvanında yerləşən ofisində təklikdə Cavabdeh2 100.000 ABŞ dolları pul vermişdir. Bundan təxminən 10 gün sonra həmin ay oğlu Fərid Dadayev ona verdiyi 50.000 ABŞ dollarını Cavabdeh2 yaşadığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən "Altes Plaza" binasında Səbuhiyə vermişdir. Həmin ayın sonunda isə qızı Şəbinə Dadayevə keçmiş ərinə verməsi üçün ona verdiyi 50.000 ABŞ dollarını yaşadıqları evdə Cavabdeh2 vermişdir. 2020-ci ilin yanvar ayında ümumilikdə Cavabdeh2 200.000 ABŞ dolları pul vermişdir. Bir müddət keçmiş və Cavabdeh2 ona demişdir ki, Çin Xalq Respublikasından lazım olan avadanlıqları ölkəyə gətirib, qısa müddət sonra istehsala başlayacaq, lakin 200.000 ABŞ dolları ona kifayət etmədiyi üçün əlavə pul lazım olduğunu bildirib ondan 150.000 ABŞ dolları pul verməyini istəmişdir. Səbuhiyə 100000 ABŞ dolları verə biləcəyini demiş, razılaşmışdır. 2021 -ci ilin yanvar ayında 10 gün ərzində Səbuhi ona məxsus ünvan 2 ünvanında yerləşən ofisə gəlmiş, iki dəfəyə, hərəsində 50.000 ABŞ dolları olmaqla ümumilikdə ona 100.000 ABŞ dolları pul vermişdir. 2021 -ci ilin oktyabr ayında övladı Şəbinə Dadayeva əri Cavabdeh2la yola getmədiyi üçün yaşadıqları evdən çıxaraq onun yaşadığı ünvana köçmüş, həmin vaxtdan ərinin evinə getməmişdir. Bu səbəbdən 2022-ci ilin aprel ayında rəsmi qaydada Şəbinə və Səbuhi boşanmışlar. 2021 -ci ilin sonlarından başlayaraq Səbuhiyə verdiyi 300.000 ABŞ dollarını geri qaytarmasını tələb etmiş, Səbuhi və atası imdad əvvəlcə ondan aldıqları pulu qaytaracaqlarını bildirsələr də, sonradan atası imdad “300.000 ABŞ dollarını mən səndən almamışam, övladı Səbuhi aldığına görə Səbuhi özü qaytarsın”. Səbuhi isə öz növbəsində müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamış, bəzən isə ondan aldığı pulu danmağa oaşlamışdır. Bununla bağlı Səbuhinin valideynlərinin səs yazılarını yazmış və onları təqdim etmişdir. Həmin səs yazılarında həm Səbuhinin atası həm də anası Səbuhinin ondan pul almasını təsdiq edirlər. Onlardan şikayət etdikdən sonra isə Səbuhi ilə İmdad ondan aldıqları pulu danırlar. Lakin obyektiv həqiqəti heç nə dəyişə bilməz. Səs yazılarında hər şey açıq aydın görünür. Əvvəllər İmdad ona bildirmişdir ki, oğlu Səbuhinin aldığı avadanlıqları Mədəniyyət Nazirliyinin əməkdaşlarına satacaq, həmçinin Səbuhinin yaşadığı mənzili banka girov qoyaraq məndən aldıqları 300.000 ABŞ dollarını geri qaytaracaqlar. Bir müddət gözləmiş, lakin imdad və oğlu Səbuhi həmin pulu qaytarmamışlar. Dəfələrlə avadanlığın satılıb-satılmadığını və Səbuhiyə məxsus evi banka girov qoyub pul götürüb-götürmədiyini soruşsa da imdad hər dəfə pul qaytacağına söz vermiş, lakin vədinə əməl etməmişdir. Cavabdeh1 və oğlu Cavabdeh2 güya ondan pul almadıqlarını bildirdikləri yalandan başqa bir şey deyil. Pul almadıqlarını deməklə məsuliyyətdən buyun qaçmırmaq istəyirlər. İmdadın "Rabitə bank"dan kredit götürərək, oğluna verməsi yalandır. Cavabdeh1 tanıdığı müddətdən o, müəllim işləməklə yanaşı Xəzər rayonu Mərdəkan qəsəbəsində bağ evlərini tikib satmaqla məşğul olmuşdur. Övladları ailəli olduqları müddət ərzində Cavabdeh1 Mərdəkan qəsəbəsində iki ədəd bağ evini tikmişdir. Həmin evlərdən birini satmış, digərini isə onda olan məlumata görə digər oğlu Vasif Bayramova hədiyyə etmişdir. Cavabdeh1 həmin tikdiyi bağları şəriki "Elnur" adlı şəxslə həyata keçirmişdir. Elnurla imdadın arasında pulla bağlı narazılıq yaranmış və münasibətləri pozulmuşdur. Cavabdeh1 avadanlıq gətirilməsi üçün övladı Cavabdeh2 pul verməmişdir. Həmçinin təqdim edilmiş bank sənədlərindən də görünür ki, Cavabdeh1 kreditləri 2018, 2019-cu illər və 2020-ci ilin mart ayında götürmüş, lakin o, Cavabdeh2 ilkin olaraq verdiyi 200.000 ABŞ dollarını 2020-ci ilin yanvar ayında vermişdir, Cavabdeh1 yalan danışır, onun məqsədi ondan dələduzluq yolu ilə aldıqları 300.000 ABŞ dolları pulu qaytarmamışdır. Həmçinin Cavabdeh1 və arvadı Təranə Mustafayevanın səslərindən də aydın olur ki, övladları Cavabdeh2 ondan 300.000 ABŞ dolları pul almışlar. Onlar aldığı puldan heç nə qaytarmamışlar. Onlardan şikayətçidir. Cavabdeh2 cinayət məsuliyyətinə cəlb etməklə ona vurduğu maddi ziyanın qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Səbuhiyə verdiyi pulları ona biznes qurmaq üçün vermiş, Səbuhi ondan aldığı pullarla Çin Xalq Respublikasından məişət məhsulları istehsal edən dəzgahlar gətirməklə yüksək gəlirlər əldə edəcək və qazancından isə ona müəyyən faizdə pul ödəyəcəkdir. Ona əlavə qazanc olaraq verəcəyi pulu isə ona pul verdiyi zaman qəti danışmamışlar. Bunu güya ki, hər işi qaydasına düşdükdən sonra ümumi bir məxrəcə gələcəkdirlər. Səbuhiyə pul verməsini təsdiq edən, təqdim etdiyi səs yazılarından başqa əlində digər bir dəlil yoxdur. - Sözügedən X1 izahatına da istinad edilmişdir: 2019-cu ilin əvvəllərində Səbuhi iş qurmaq qərarına gəlmiş, Çindən hansısa dəzgahlar gətirərək kəsim yeri açağıcağını demişdir. Bu dəzgahların iş prinsipinin nədən ibarət olacağını bilməmiş, bununla ciddi maraqlanmamışdır. Bircə onu bilmişdir ki, Səbuhi bu iş üçün atasının ona pul verməsini gözləmişdir. O demişdir ki, atası həmin zaman Mərdəkan qəsəbəsində tikdirdiyi bağ evini sataraq ona pul verəcək, həmin pulla dəzgah alaraq iş quracaq. Atası imdad isə bağ evlərindən birini satmaq istəsə də müştərlər gərək olan məbləği ona vermədikləri üçün bağ evini sata bilməmişdir. 2019-cu ilin sonlarında Cavabdeh1 və Cavabdeh2 söhbətləri əsnasında ona bildirmişlər ki, Çin Xalq Respublikasından məişət xidməti üçün /stifadə olunan əşyaları istehsal edən dəzgah alaraq ölkəyə gətirmək istəyirlər, istehsal edəcəkləri əşyalara ölkədə çox tələbat olduğundan bu işlə yüksək qazanc əldə edəcəklər. İmdad bildirmişdir ki, bağ evlərini satmaq istəyir. Lakin ona nəzərdə tutduğu puldan daha az pul təklif edirlər. O isə bağ evlərini daha baha pula satmaq istəyir. Yəni pulu yoxdur. Bankladan kredit pullar götürüb və sair. Atasından onlara kömək etməsini, oğlu Səbuhiyə biznes qurmaq üçün təxminən 170.000 ABŞ dolları verməsini xahiş etmişdir. Həmin zamanlar əri ilə aralarında normal münasibətlər olduğuna görə atası bu işlə bağlı onunla məsləhətləşmiş, Səbuhiyə bu iş üçün 170.000 ABŞ dolları pul vermək istədiyini demişdir. Atasına Səbuhinin iş qurması üçün pul verməsinə razılıq vermişdir. Atası qohum olduqlarına görə onlara inanmışdır. Onlar əvvəlcə atasından lazımı avadanlıqları ölkəyə gətirmək və digər xərclər üçün 170.000 ABŞ dolları lazım olduğunu bildirmişlər, sonradan Cavabdeh2 200.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Səbuhi atasını inandırmışdır ki, lazımı avadanlıq gələndən bir il sonra əldə etdiyi gəlirlə birlikdə atasından aldığı pulu ona qaytaracaqdır. Atası Cavabdeh1 da, həmçinin söz vermişdir ki, oğlu Cavabdeh2 verdiyi vədə əməl edəcək. Atası Səbuhiyə istədikləri pulu vermək qərarına gəlmişdir. 2020-ci ilin yanvar ayının əvvəlində atası özünə məxsus ünvan 1 ünvanında yerləşən ofisdə təklikdə Cavabdeh2 100000 ABŞ dolları pul vermişdir. Bundan təxminən 10 gün sonra həmin ay qardaşı Fərid Dadayev atasının Səbuhiyə çatdırması üçün ona verdiyi 50.000 ABŞ dollarını onun şahidliyi ilə Səbuhi ilə onun yaşadığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən "Altes Plaza" binasındakı evlərində ona vermişdir. Bundan bir neçə gün sonra atasıgildə olduğu zaman atası ona 50.000 ABŞ dolları pul vermişdir ki, onu Səbuhiyə çatdırsın. Həmin pulu həmin gün axşam saatlarında yaşadıqları evdə Səbuhiyə vermişdir. Bununla da atası 2020-ci ilin yanvar ayında ümumilikdə Cavabdeh2 200.000 ABŞ dolları pul vermişdir. Həmin vaxtdan etibarən Səbuhi harasa gedib gəlsə də konkret hansı işlərlə məşğul olduğunu bilməmişdir. Bir müddət keçdikdən sonra Səbuhi atası ilə görüşərək Çin Xalq Respublikasından lazım olan avadanlıqları ölkəyə gətirdiyini, qısa müddət sonra istehsala başlayacağını demiş, lakin 200.000 ABŞ dolları ona kifayət etmədiyi üçün əlavə pul lazım olduğunu bildirib ondan əlavə 150.000 ABŞ dolları pul verməsini istəmişdir. Atası Səbuhiyə 100.000 ABŞ dolları verə biləcəyini demiş və Səbuhi bununla razılaşmışdır. 2021-ci ilin yanvar ayında 10 gün ərzində atası Səbuhiyə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən ofisdə iki dəfəyə, hərəsində 50.000 ABŞ dolları olmaqla ümumilikdə 100.000 ABŞ dolları pul vermişdir. 2021 -ci ilin ortalarından isə Səbuhinin yalançı olduğunu, pis vərdişlərlə məşğul olduğunu öyrənmiş, onunla birlikdə yaşamamağa başlamış, atası evinə köçmüşdür. Həmin vaxtdan Səbuhinin evinə getməmiş, bu səbəbdən 2022-ci ilin aprel ayında rəsmi boşanmışlar. Atası 2021 -ci ilin sonlarından başlayaraq Səbuhiyə verdiyi 300.000 ABŞ dollarını geri qaytarmasını tələb etməyə başlamış, Səbuhi və atası İmdad əvvəlcə aldıqları pulu qaytaracaqlarını bildirsələr də, sonradan İmdad atasına “300.000 ABŞ dollarını mən səndən almamışam ki, Səbuhi alıb, qoy o da qaytarsın” demişdir. Səbuhi isə öz növbəsində müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamışdır. Bəzən isə aldıqları pulu danmağa başlamışlar. Bununla bağlı atası Səbuhinin atasının səsini yazmış, o isə anası ilə birlikdə Səbuhinin anasının səsini yazmış və onları təqdim etmişlər. Həmin səs yazılarında həm Səbuhinin atası, həm də anası Səbuhinin atasından pul aldığını və qaytarmadığını təsdiq edirlər. Atası onlardan şikayət etdikdən sonra isə Səbuhi ilə imdad atasından aldıqları pulu danırlar. Səs yazılarında hər şey açıq aydın görünür. X19 aldığı pulu qaytaracağına dair atasına söz versədə bir müddət aldatmış vədinə əməl etməmişdir. Cavabdeh1 və oğlu Cavabdeh2 guya atasından pul almadıqlarını bildirməkləri yalandan başqa bir şey deyil. Pul almadıqlarını deməklə məsuliyyətdən boyun qaçırmaq istəyirlər. Səbuhi atasından aldığı pulların böyük bir hissəsini evdə saxlamış, münasibətləri pozulduqdan sonra onları evdən aparmışdır. Lakin hara xərcləməsi barədə məlumatı yoxdur. - Qərarda eyni zamanda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış X20 və X29 qızı İddiaçı və X17 ilə eyni məzmunlu izahat verərək onların qeyd etdikləri xüsusatları təsdiq etmişlər. - Cavabdeh1 izahatından görünür ki, Birinci növbədə İddiaçı ona və oğlu Səbuhiyə güya 300000 ABŞ dolları verməsi barədə şikayətinə bir daha aydınlıq gərirərək onu qeyd etmişdir ki, Rasim şəxsən ona pul verməyib. Bunu onun təqdim etdiyi səs yazısında da demişdir. Bir daha da təsdiq edir ki, o şəxsən ona heç bir pul verməyib. O ki, qaldı oğlu Səbuhiyə onun pul verib-verməməsi məsələsinə ona da aydınlıq gətirmişdir. O Rasimlə telefonla danışarkən ona demişdir ki, “Gəlin birlikdə oturaq, oğlum Səbuhini də çağıraq, əgər həqiqətən də sən oğluma 300000 ABŞ dolları pul vermisənsə biz bu pulu sənə qaytaraq. Oğlum deyir mən almamışam. Sən də deyirsən bu pulu vermişəm. Hər halda bir araya gəlib danışaq və bu məsələni öz aramızda həll edək”. Lakin Rasim ’’sənin oğlun nə küçükdür ki, mən onunla görüşüm” demiş, onun bu sözü ona çox pis təsir etmiş, telefonda ağızlaşmışlar. Rasim səs yazılarının bu hissələrini kəsib verməyib. Bundan sonra onunla görüşməmiş və danışmamışdır. Sonra isə şikayət etdiyini bilmiş və bu barədə öz izahatlarını vermişlər. Rasim kifayət qədər imkanlı bir insandır. Onda olan məlumata görə o oğluna heç bir pul verməyib. Bu gün oğluna dələduzluq damğası vurmaqla oğlundan qisas almaq istəyir. Oğlu Səbuhi ilə onun qızı arasında baş vermiş ailə həyatı onun qızının hərəkətləri, ailələrin fərqli tərbiyələrdə olması səbəbindən baş tutmamışdır. Bircə onu dəqiq bilir ki, Rasim oğluna pul vermək istəmiş, Rasimlə görüşmüş,hətta o ona pul vermək istəmiş, lakin oğlu ilə danışdıqdan sonra o pulu götürə biləcəyini demişdir. Bundan sonra Səbuhi ilə danışmış, Səbuhinin keçmiş qaynatasından heç bir pul götürmək istəmədiyini anlamış, bundan sonra oğlunun Çindən gətirmək istədiyi dəzgahların pullarını hissə-hissə özü, öz şəxsi vəsaiti hesabına ödəmişdir. X33 Respublikasına ödəyi pulları şəxsən ona vermişdir. Bunların Rasimə və onun puluna heç bir aidiyyəti yoxdur. -İddiaçı nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş, üzərində “X35 4 GB” yazısı olan 01 ədəd flaş kartda olan “İmdat record Full 01” adlı səs yazısında İddiaçı ilə Cavabdeh1 arasında baş vermiş aşağıdakı məzmunlu: ”İddiaçı “İmdad, mənim o borcum noldu, mənim pulum? - İmdad, mənim o borcum noldu, mənim pulum? Keçən ilə də danışmadın çıxdın getdin. Oktyabrda demişdiz ki, mənzili qoyacıyam banga, kredit götürüb verəciyəm. Noldu, beşinci aydı ki, gedir bir səs-səmir yoxdu”, Cavabdeh1 : “Olacax narahat olma, veriləcəkdi”; İddiaçı ”Yoxdu mənə kankret de mən işimi bilməliyəm axı, olacax, elə siz beş aydı mənə deyirsiz ki, olacax. Amma heş nə olmur axı. Mən dedim çıxartdım vərdim, mən sizə olacax eləmədim, indi mənə lazımdı siz olacax”; Cavabdeh1 “Mən bi İm/// Mən istəməm/// Mən istəməmişəm axı siz verəsiz, nə oğlum istiyib, nə də mən, vermisiniz sağ olun. Qaytarılacax burda nə var ki”; İddiaçı: “Yox e, qaytarılacax yox” Cavabdeh1 “Biz istəməmişik, nə oğlum istiyib, nə mən istəməmişəm”; İddiaçı ”300.000 dollardı, mən sizə başa saldım ki, mən evdə təmir eliyirəm, mənə pul lazımdı. Sən də dedin ki, evi qoyacıyam banga, krediti götürüb verəcəm. Sözü dimisən, indi elə də nöş eləmirsən? Cavabdeh1: “Bəli” İddiaçı: “Qaytarılacax, o bilirsən nə deməkdi ki, məni gözdəginən. Haçan mənim kefim istədi onda mən sənə nəsə qaytararam. O bu söhbət döyül axı qaytarılacey, kankretna de mənə. Mən də işimi bilim. Elə şey eləməzdər axı” Cavabdeh1: “Sən o pulu mənə mən istəməmişəm, vermisən”; İddiaçı “Xeyr danışmısan, sən özün razılıq vermisən sora oğlun gəlib aparıb. Necə yəni istəməmişəm”; Cavabdeh1 ”Qətiyyən”.. Cavabdeh1 “Oğlum sənnən pul istiyib Rasim məllim?” İddiaçı: “Mən sizə təklif elədim, çünki qızım dimişdi ki, oğlun evi qoymaq istiyir banga, kredit götürmək istiyir. Sən də icazə vermirdin.” Cavadeh Cavabdeh1: “Hə də götürərdi də, nə işiniz var”; İddiaçı: “Xəsisdiy eliyirdin. Mən də ona görə çağırdım, dedim mən kömək eliyə bilərəm” Cavabdeh1: ”Xeyr qətiyyən” İddiaçı: “Vereydin, evi vereydi banga da. Bəli?” Cavabdeh1: ”Sizin qızınızın danışığı hamısı şərdi böhtandı. Mən elə şey olmuyub” ; İddiaçı: ”Ə, sənki də yalandı oğlunnan bir yerdə”.. Cavabdeh1: ”Sən mənə elə şər atma” İddiaçı: ”Şərböhtan sən eliyirsən. Qız eləmir. Qız olanı danışır. Qız heç nəyi yalan danışmır. Xoşduyursuz da lazım olmayan söhbəti. Siz mənə deginən İmdad mən danışmaq istəmirəm, mənim pulumu gətirin çatdırın”. Cavabdeh1: “Mənə pul vermisən? Mənə pul vermisən? Sənnən pul istəmişəm?”; İddiaçı: “Oğlunu deyirsən verirsən qabağa? Sən mənə diginən oğlunu qabağa verirsən? Oğlunu verirsən mən iş aşdırım ona” Cavabdeh1: ”Yox e, sizin danışdığınızı deyirəm...Mən dedim ki, gedib danışajam uşağnan. Mən sizə elə deməmişəm. Mən dedim ki, gedib danışacam uşaqnan” İddiaçı: “Sən şər atırsan, yalan da danışırsan. Sən hələm özün qaynatanı da misal gətirdin ki, gərək mən də o kişidən alaydım. Mən düz eləməmişəm. Bəlkə o da yalandı. Cavabdeh1: ”Səə dedim ki, biz helə adam dəyilik. Dedim ki, biz elə adam dəyilik kiminsə pulunu alaq, pulunnan iş görək. Sən məjbur eləmə”; İddiaçı: ”Əvvəlcə gəldi 200.000 apardı, sonra gəldi hələm 150 dedi, üstündə də 100.000-i verdim ona. 300.000 dollar vermişəm ona. Bəs indi kim verəcək? Elə durmusan ki, mənə vermisən, mənə vermisən. Mən elə-belə çağırdım yalvardım ona götür?” Cavabdeh1: “Keçən səfər keçən səfər keçən səfər gəldin, dedin qızımı dinlə, dinlədim. Mən də gətirəjəm oğlumu həm pul haqq hesabın sənnən həm də onun sizə deyiləsi sözü var deyəjək. Razılaşım///; İddiaçı: “Mənə onun heş nəyi lazım döy. O mən sənə dedim ki, o özü cavab verəcəy. Mənə o lazım döy. O narmal insan olsaydı gəlmişdi evə, mənnən danışardı, nə Allahın salamın verdi, nə özü də qaşdı. Mən də sənə didim o hal-əhvaldı uşaq, onu apar yoxlatdır, başa düşdün”; Cavabdeh1: “Hal-əhval sənin uşağındı. Mənim uşağım hal-əhval döyül”; İddiaçı: “Ayə, onu özün bilərsən. Məni maraqlandırmır. Məni o uje maraqlandırmır. Məni bi dənə maraqlandırır ki, sən mənnən götürdüyün pulu oğlunçün qaytarmalısan, 300.000 dolları, başa düşdün?”; Cavabdeh1: “Rasim məllim, veriləsi pullar, alınası şeylər çoxdu e” dialoq öz əksini tapır. - Eyni flaşkartda olan “İmdat record Full 02” adlı səs yazısında eyni tərəflərin arasında aparılan dialoqda aşağıdakı ifadələr işlədilmişdir: İddiaçı: ”Əvvəlcə gəldi 200.000 apardı, sonra gəldi hələm 150 dedi, üstündə də 100.000-i verdim ona. 300.000 dollar vermişəm ona. Bəs indi kim verəcək? Elə durmusan ki, mənə vermisən, mənə vermisən. Mən elə-belə çağırdım yalvardım ona götür?”; Cavabdeh1 :”Keçən səfər keçən səfər keçən səfər gəldin, dedin qızımı dinlə, dinlədim. Mən də gətirəjəm oğlumu həm pul haqq hesabın sənnən həm də onun sizə deyiləsi sözü var deyəjək”; cavabdeh: “Dünən iki dəfə kim zəng eliyib?”; iddiaçı: “Mən bir dəfə zəng eləmişəm 300.000 dollarımı istiyirəm. Vəssalam borcumu istiyirəm sənnən, mən sənnən darıxırdım? Hə?” Cavabdeh: “300.000 dolların 300.000 bəlası var..Mənə pul vermisən mənnən pul istiyirsən?” İddiaçı: “Əşi oğlun götürüb, fərqi nədi sən oğluva göndərmisən”; Cavabdeh: “Oğlumdu, oğlum Bakıda yaşıyır də. Oğlumu şərrəməkdənsə sənin də oğlun var də. Oğlumçu şərrəməkdənsə oğlumnan danışıb bu məsələni həll eləmək lazımdı. Mən onnan soruşuram kiİİİ”; İddiaçı: “Mən sənin oğlunnan danışmağa hazırlaşmıram...o özünü apara bilmir”; cavabdeh “indiyə qədər apara bilirdi indi bilmir”; iddiaçı: ”mən deyirəm mənim 300000 dolları borcumu qaytarın, vəssalam”; cavabdeh: “sən mənim oğlumun borcunu ver o da verəcək..”; iddiaçı: mən heç kimnən borc almamışam ki, qaytarım.. siz borc almısız”..cavabdeh: “Sən mənim oğluma borc vermisən? borc verməmisən axı?”; cavabdeh: “Bəs nə vermişdim borcum var idi ona?” ikinci dəfə qaça-qaça gəldi 150000 istədi,100000 verdim, keçən ilin yanvar ayı, dedi atam dedi get götür”; cavabdeh: “qətiyyən”. - Eyni flaş kartda olan “X34” səs yazısından görünür ki, Mustafayeva Təranə: “biz pisik, biz sözümüzü danışa bilmirik, hər şey sizdədi...mən gecə-gündüz o pula görə yatmıram”; Rüstəmova İnna: “pulu qaytarsın uşağı da məhkəmə necə qərar verər, elə görər”; Mustafayeva Təranə: “Snin ərin zəng vurmasa İmdad zəng vurmur.. biz elə kasıb adam deyilik..“Pul qayıdacaq, narahat olma..bir həftə, iki həftə, bir ay, iki ay...”; Dadayeva Səbinə: “Mənim atam zəng edir pula görə, normal bir haldır, pulunu istəyir.”; Mustafayeva Təranə: “Nəynən qaytarsız Səbinə?nəynən qaytarsın?”; Dadayeva Səbinə: “Evi satsın, altesdəki evi”; “Satmağa qoyubdu”..əlinizdə pulu “kozır” tutub uşaqnan şantaj eləməyin”; Rüstəmova İnna :”İstəmir Rasim zəng eləsin? Qoy onda “srok” desin”; Mustafayeva Təranə: “İmdad srok deyə bilməz”; Dadayeva Səbinə: “Mənim atam 20 il gözləyə bilməz, onda heç olmasa evi yazsın mənim atamın adına”; Mustafayeva Təranə: “Pulu kimə verib atan?”; Dadayeva Səbinə: “Səbuhiyə. Onun böyüyü var”; Atam istəyir ki vaxt desin”; Mustafayeva Təranə: “Rasim vaxt vermişdir, verəndə? Nə vaxt qaytarmalı idi?İmdad nə deyir, deyir verəcəm də”; Dadayeva Səbinə “Beş ay keçib, bir qəpik qaytarılıb.. Qaytarılacaq, beş min beş min...o pul ömrü boyu bizdə qala bilməz..biz ona haram kimi baxırıq..prosto indi qaytara bilmirik”; Rüstəmova İnna: “Pulu yoxdu, satsın..bağı,evi...”; Mustafayeva Tranə :”yoxdu, yoxdu...pul yüzdəyüz qayıdacaq..siz neujeli istəyirsiz biz nəyisə tələm-tələsik sataq qayıdacaq..o pul üstünün hədiyyəsi ilə qayıdacaq” kimi ifadələr işlədilmişdir... Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşə baxan məhkəmənin mövqeyi: Tələbin qanuni əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası qismində öhdəlik münasibətləri, əsassız varlanma və ya delikt çıxış edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Göründüyü kimi, iddiaçı yaranmış borcu tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə hesab edir ki, borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, tələbin qanuni əsası qismində əsassız varlanma və ya mülki deliktdən irəli gələn maddi ziyanın ödənilməsi çıxış edə bilər. Məhkəmə onu da qeyd edir ki, hər bir halda, onların arasında yaranmış münasibətlərə borc, əsassız varlanma və ya delikt kimi qiymət verilməsindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə cavabdehlər iddiaçıdan aldığı və bugünədək qaytarmadığı pul vəsaitini ona qaytarmalıdır. Beləliklə, hazırki mübahisə üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdı və o, 300000 ABŞ dollarını cavabdehlərə verdiyini sübuta yetirməlidir. Məhkəmə işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırki mübahisə üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə oğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, iddiaçı iddia edir ki, iş qurmaq üçün keçmiş kürəkəni X14 2020-2021-ci illərdə hissə-hissə olmaqla, ümumilikdə 300.000 ABŞ dolları pul vermişdir. Lakin bu pul ona qaytarılmamışdır. Hazırda o pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsini xahiş edir. İddia tələbinin əsaslılığını təsdiq etmək üçün iddiaçı səs yazılarına, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin 25 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanasının rədd edilməsi haqqında” Qərara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli 3-16-16/2-4/1604-4/1610 nömrəli ekspert rəyinə istinad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia tələbini qəbul etmədiyini və iddiaçıdan nə onun, nə də oğlunun hə hansı pul vəsaiti almadığını bildirmişdir. Cavabdeh1 eyni zamanda səs yazısındakı səsin ona məxsus olduğunu da qeyd etmişdir. Bakı şəhər Baş Polis İdarəsində izahat verən Cavabdeh2 İddiaçı ona hər hansı bir pul vəsaitini vermədiyini bildirmişdir. Cavabdeh1 da izahatında İddiaçı ona və oğluna hər hansı pul vəsaitini vermədiyini bildirir. Məhkəmə səs yazılarının sübut qismində qəbul edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. İddiaçı tələbini həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı yönəltmiş olsa da, həm özünün, həm də oğlu Fərid Dadayevin və qızı Səbinə Dadayevanın BPİ-də verdiyi izahatdan, eyni zamanda səs yazılarından birmənalı şəkildə müəyyən edilir ki, pul məbləğinin məhz Cavabdeh2 verilməsi barədə fikirlər səsləndirilir, Cavabdeh1 isə oğlunun arxasında duracağı, onun böyüyü olması, ona “zamin” durması nöqteyi-nəzərindən danışıqlar onunla aparılır, ondan evini və ya bağını sataraq pul məbləğini ödəməli olduğu gözlənilir. Həmin fikirlər məsələn, “X34” səs yazısında X18 Dadayevaya atasının pulu kimə verdiyini soruşur, D.Səbinə isə cavabında pulun Cavabdeh2 verildiyini, lakin onun böyüyü olduğunu bildirir. Eyni zamanda “İmdad record full 01” səs yazısında Cavabdeh1 ona pul verilmədiyini bildirir, Dadayev isə nə fərqi var, oğluna vermişəm cavabını verir. Cavabdeh1 hər hansı pul məbləğinin verilməməsi halı izahatlarda da öz əksini tapır. Belə ki, İddiaçı izahatında bildirir ki, 2020-ci ilin yanvar ayının əvvəlində özünə məxsus ünvan 1 ünvanında yerləşən ofisində təklikdə Cavabdeh2 100.000 ABŞ dolları pul vermişdir. Bundan təxminən 10 gün sonra həmin ay oğlu Fərid Dadayev ona verdiyi 50.000 ABŞ dollarını Cavabdeh2 yaşadığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən "Altes Plaza" binasında Səbuhiyə vermişdir. Həmin ayın sonunda isə qızı Səbinə Dadayeva keçmiş ərinə verməsi üçün ona verdiyi 50.000 ABŞ dollarını yaşadıqları evdə Cavabdeh2 vermişdir. 2020-ci ilin yanvar ayında ümumilikdə Cavabdeh2 200.000 ABŞ dolları pul vermişdir. Bir müddət keçmiş və Cavabdeh2 ondan daha 150.000 ABŞ dolları pul verməyini istəmişdir. Səbuhiyə 100000 ABŞ dolları verə biləcəyini demiş, razılaşmışdır. 2021 -ci ilin yanvar ayında 10 gün ərzində Səbuhiyə ona məxsus ünvan 1 ünvanında yerləşən ofisə gəlmiş, iki dəfəyə, hərəsində 50.000 ABŞ dolları olmaqla ümumilikdə ona 100.000 ABŞ dolları pul vermişdir. Fərid Dadayev və Səbinə Dadayeva da oxşar izahatlar verərək, Cavabdeh1 hər hansı pul verildiyini göstərməmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının özünün təqdim etdiyi sübutların əsasında, Cavabdeh1 münasibətdə hər hansı pul məbləğinin verilməsi faktı öz əksini tapmır. Digər tərəfdən təqdim edilmiş flaşkartda Cavabdeh2 məxsus hər hansı səs yazısı mövcud deyil. Danışıqlar İddiaçılə Cavabdeh1 arasında və Rüstəmova İnna, Mustafayeva Təranə və Dadayeva Səbinə arasında aparılır. Səs yazılarında Cavabdeh1 tərəfindən “oğlum götürb, qaytarılacaq, narahat olma.. sən oğluma borcunu qaytar, o da qaytarar...nə mın, nə oğlum səndən pul istəməyib.. otur oğlumla danış məsələni həll et” kimi ifadələri səsləndirməsi digər Cavabdeh2 tərəfindən pulun götrülməini təsdiq edən yetərli və mötəbər sübut kimi nəzərdən keçirilə bilməz. Belə ki, səs yazılarında Cavabdeh1 İddiaçılə olan dialoqunda, Mustafayeva Təranə isə Dadayeva Səbinə və Rüstəmova İnna ilə olan dialoqunda oğlunun pulu qaytaracağı barədə fikirlər səsləndirsə də, onlardan heç biri məbləğin 300000 dollar olduğunu təsdiqləməmişdirlər. Digər tərəfdən, iddiaçının özünün izahatı ilə pulun verilməsi prosesində nə Cavabdeh1, nə də Mustafayeva Təranənin iştirakçı olduqları görünmür. Belə olan halda onların pulun alınması faktını təsdiq etmələri də yetərli deyil. Belə ki, onlar hadisələrin iştirakçısı, bilavasitə şahidi olmamışdırlar. Səs yazılarında Cavabdeh1 “otur oğlumla danış, məsələni həll et...oğlumun borcu varsa, qaytaracaq...sən borcunu qaytar, o da qaytaracaq” kimi ifadələrin işlədilməsi İddiaçı Cavabdeh2 300000 dollar pul məbləğinin verilməsinin birmənalı etirafı kimi qəbul edilə bilməz. Cavabdeh1 BPİ-də verdiyi izahatda səs yazısında İddiaçı “İmdad salam, nə oldu mənim borcum, oktyabrda demişdiz qaytaracam. Çıxıb getdiz, nə oldu, 1 ay da keçdi, dediniz qaytaracağam,qaytarmadız” deməsinə, özünün isə ’’qaytararıq narahat olmayın, nə oğlum nə də mən sizdən pul istəməşik, özünüz vermisiniz sağ olun qaytarılacaq" deməsinə münasibətdə izah etmişdir ki, oğlunun Rasimdən pul alması barədə onda məlumat yoxdur. O demişdir ki, oğlun pul alıb qaytarsın. Bu məsələyə aydınlıq gətirmək üçün onları görüşdürüb, məsələyə aydınlıq gətirmək istəmiş, bunun üçün də “vermisinizsə qaytarılacaq" demişdir. Sonradan oğlu ilə ciddi söhbət etmiş, görmüşdür ki, oğlu Rasimdən heç bir pul almayıb. Rasimin sözlərinə əvvəllər inanmışdır. Elə hesab etmişdir ki, həqiqətən də oğlu ondan pul alıb. Lakin sonradan oğlu ilə ciddi formada danışmış və ona məlum olmuşdur ki, Rasim oğlunun nəvəsindən əl çəkməsi üçün ona belə bir böhtan atır. Cavabdeh1 məhkəmə iclaslarında da oxşar məzmunlu izahatlar vermişdir. Eyni zamanda, pulun borc kimi, yoxsa Cavabdeh2, və ya gənc ailəyə hədiyyə olaraq verilməsi, hansı şərtlərlə qaytarılmasının razılaşdırılması barədə heç bir məlumat yoxdur. Belə ki, İddiaçı BPİ-də verdiyi izahatda Səbuhinin onu lazımı avadanlıq gələndən bir il sonra əldə etdiyi gəlirlə birlikdə ondan alacağı pulu qaytaracağına inandırdığını, atası Cavabdeh1 da, oğlu Cavabdeh2 verdiyi vədə əməl edəcəyinə zəmanət verməsini bildirir. Səs yazılarında Cavabdeh1 həmin halı təkzib edərək, qətiyyən belə bir məsələnin olmadığını, nə onun, nə də Cavabdeh2 ondan pul istəmədiklərini bildirir. Səs yazılarında eyni zamanda “oktyabr ayında demişdiz, beş ay keçdi”; Dadayeva Səbinə və Rüsəmova İnna “Rasim müəllim gözlədi, daha nə qədər gözləsin..bizə təmirə pul lazımdır” kimi fkirlər səsləndirir. Eyni zamanda Cavabdeh1 “sən borc vermişdin mənim oğluma?borc vermişdin”;cavabdında İddiaçı “hə, yox bəs borcum varıydı? Mustafayeva Təranə isə “Rasim müəllim srok demişdi pulu verəndə?!” kimi suallar verir. Məhkəmə səs yazıları ilə bağlı onu da qeyd edir ki, mülki işin materiallarında olan ekspert rəyindən görünür ki, mübahisəli fonoqramlar redaktə proqramı vasitəsi ilə emal olunmuş, təkrar kodlaşdırılmış, əvvəl yazılmış ayrı ayrı fonoqramın hissələridir. İddiaçı BPİ-də əlavə izahat verərək təqdim etdiyi səs yazılarında məhkəməfonoskopik ekspertizasının rəyində montaj əlamətlərinin olması barədə bildirmişdir ki, İmdadla aralarında baş vermiş və tərəfindən qeydə alınmış səs yazısı uzun olduğundan və həmin səs yazılarında ailə üzvlərinə aid olan, iş üzrə əhəmiyyətli olmadığını gümün etdiyi səslər olduğundan, həmin səs yazısı oğlu Fərid tərəfindən montaj edilmiş və yalnız İmdadın oğlu Səbuhinin ondan pul almasını təsdiq edən hissələri saxlanıraq təqdim edilmişdir. Səs yazısının tam versiyası onda vardır. Gərək olarsa onu da istintaqa tam formada təqdim edə bilər. Araşdırma zərurəti ilə əlaqədar olaraq yalnız onun səslərində ondan alınmış pulları təsdiq edən hissəsini kəsərək təqdim etmişdir. Məhkəməyə başqa səs yazıları təqdim edilməmiş, məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət verilməmişdir. Eyni zamanda iddia ərizəsində şahidlərin məhkəməyə təqdim ediləcəyi bildirilsə də, həmin məzmunda da vəsatət verilməmişdir. İddiaçı "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 25 yanvar 2025-ci il tarixli Qərarına istinad edərək, cavabdehlərin mübahisələndirilən pul məbləğini iddiaçıdan aldığının tam sübuta yetirildiyini bildirir. Belə ki, qərarın əsaslandırıcı hissəsində qey edilmişdir ki, "Toplanmış material üzrə aparılmış araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 birlikdə İddiaçı iş qurmaq adı ilə 300000 ABŞ dolları borc olaraq pul alması tam olaraq öz təsdiqini tapmışdır. Lakin, həmin pul vəsaitinin etibardan sui-istifadə etməklə və aldatma yolu ələ keçirilməsinə dair mötəbər sübutlar mövcud deyil. Bu vəziyyətdə cinayət işinin başlanılması mümkün deyildir". Məhkəmə hesab edir ki, istintaq orqanının qərarı, o cümlədən Qərarda pul məbləğlərinin ödənilməsi barədə qeyd edilənlər mülki məhkəmə icraatında işə baxan məhkəmə üçün hər hansı preyudisial əhəmiyyət kəsb etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsaslı olması baxımından yetərli və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməli, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-773/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-773/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver