Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-801/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km,( təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzilin alqı-satqısına dair bağlanmış 11760 saylı, xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 (təzə 8) saylı mənzilin alınması üçün ödədiyi aylar üzrə 10.600 və təmirə xərclədiyi 40.000 azn, dövlət rüsumu kimi 241 AZN, ümumilikdə 50841 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabeh X2 ilə aralarında bağlanmış 26 iyun 2010-cu il tarixli mənzil alqı-satqısına dair №11760 nömrəli müqavilə ilə Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km,( təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzil tərəflərin razılığına əsasən ümumi dəyəri ( müq 2-ci bənd 1-ci abzas) 97856 manat qiymətləndirilmiş 240 ay ərzində hissələrlə ödəmək şərti ilə təmirsiz mənzil almışdır. Mənzili aldıqdan sonra tərəfimdən aylıq ödənişlər ödənilməklə Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km,( təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzil təmir edilməyə başlanıldı. Ümumilikdə qeyd edilən mənzilə 40,000 manatdan çox xərc qoyulmuşdur. Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km,( təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzililə müqavilə üzrə xx.xx.2013-cü il tarixinə kimi İddiaçı tərəfindən Akkord STİK-nə ödənişlər edilmişdir. Lakin sonradan ödənişlərlə bağlı problemlər yaranmağa başlanılmışdır.Yeni ödənişlərə başlamaq üçün dəfələrlə Akkord STİK-nə müraciətlər olunsa da mümkünsüz olmuşdur. Akkord STİK-sı tərəfindən Xətai rayon məhkəməsinə müraciət olunaraq İddiaçı ilə bağlanmış, Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km,( təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzilin alqı-satqısına dair bağlanmış 11760 saylı, xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 (təzə 8) saylı mənzilin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi və ödənilmiş 30 azn məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi vermişdir. Akkord STİK-sının iddia tələbi təmin edilərək 03 iyun 2016-cı il tarixli 2(011)-4048/2016 nömrəli qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən Akkord STİK-na pretenziya göndərilərək öhdəliyinin icrası üçün qısa vaxt verilmiş, əks təqdirdə öhdəliyinin icrası məhkəmə qaydasında tələb olunması barədə məlumatlandırılmışdır. Pretenziyanın çatmasından xeyli müddət keçməsinə baxmayaraq heç bir məlumat əldə edilməmişdir. Akkord STİK-nın Abşeron Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Ərizəsindən görünür ki, Xətai rayon məhkəməsinin 2(011)-4048/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin xitamını istəmişdir. Ona görə ki, mübahisəli mənzil 2022-ci ilin noyabr ayında iddiaçıya təhvil verilmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km., bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m. olan 7 (təzə 8) saylı mənzilin alqı-satqısına dair bağlanılmış 11760 saylı, xx.xx.2010-cu il tarixli müqavilənin ləğvinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(011)-4048/2016 saylı qətnaməsi vardır. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km., bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m. olan 7 (təzə 8) saylı mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanılmış müqaqvilənin 5.8-ci bəndinə əsasən Alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, Satıcı ödənilmiş məbləğin 40%-nə bərabər olan hissəsini mənzil başqa şəxsə satıldıqdan sonra Alıcıya qaytarır. Ödənilmiş məbləğin 60%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi Satıcıda qalır. İddiaçı mənzilin boşaldılması və təhvil verilməsi barədə qətnamə qüvvəyə mindikdən sonra da mənzili Akkorda təhvil verməmiş, 2022-ci ilə kimi həmin mənzildə yaşamış, yalnız məcburi qaydada 2022-ci ildə mənzildən çıxarılmışdır. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 (təzə 8) saylı mənzilin alınması üçün ödədiyi aylar üzrə 11824 və təmirə xərclədiyi 40.000 manat, dövlət rüsumu kimi 241 manat ümumilikdə 52.065 manat məbləğində pul vəsaitinin Akkord STİK-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasların cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Satıcı “X3” ASC və alıcı İddiaçı arasında bağlanmış 11760 nömrəli, xx.xx.2010-cu il tarixli müqavilənin : 1.1-ci bəndinə əsasən satıcı “X3” ASC Bakı şəhərində, Abçeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7km inşa etdirdiyi 1 saylı binanın, 48 blok, 7 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 97856 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 240 ay ərzində ödəməyi öhdəsinə götürür; 5.5-ci bəndinə əsasən bu müqavilənin qüvvədəyə mindiyi vaxtdan etibarən 5 il ərzində alıcı mənzilin dəyərini tam ödəməklə mülkiyyətinə keçirmək, aldığı mənzili başqa şəxslərin adına keçirmək və ya digər şəkildə özgəninkiləşdirmək xahişi ilə satcıya müraciət etdikdə ona hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini pul kompensasiyası yolu ilə ödəəlidir. Kompensasiyanın məbləği 2000 manat həcmində müəyyən olunur; 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, satıcı ödənilmiş məbləğin 40%-nə bərabər olan hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarır. Ödənilmiş məbləğin 60%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(011)-4048/2016 nömrəli qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı Ağabəy oğlu arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.metr olan, 7 saylı (təzə nömrəsi 8) mənzilinə dair bağlanmış 11760 saylı, 26 iyun 2010-cu il tarixli müqavilənin ləğv edilməsi, Abşeron rayonu. Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan, 7 saylı (təzə nömrəsi 8) mənzilin boşaldılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi; 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Ağabəy oğlundan alınaraq "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. "xxxx" ASC tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli arayışda qeyd olunur ki, İddiaçı (bundan sonra mətndə “Alıcı” adlandırılacaq) ilə “X3” ASC (hazırda hüquqi varisi - "xxxx" ASC) (bundan sonra ətndə “Korporasiya” adlandırılacaq) arasında xx.xx.2010-cu il tarixində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan səbəsi, Sumqayıt şossesinin 7 km-də yerləşən bina 1, blok 48, mərtəbə 2, 7 saylı (yeni - 8), 2 otaqdan ibarət ümumi həsi 69.50 kv.metr olan mənzilin (bundan sonra mətndə “Mənzil” adlandırılacaq) alınmasına dair 11760 saylı alqı-satqı [müqaviləsi (bundan sonra mətndə “Müqavilə” adlandırılacaq) bağlanmış, Mənzilin dəyəri tərəflərin razılığı ilə 97856 manat məbləğində müəyyən olunmuş, Alıcı Mənzilin dəyərini 407,73 AZN olmaqla 240 ay müddətində, hər ayın 26-ı gününədək ödəməyi öhdəsinə ötürmüşdür. Alıcı Müqavilə üzrə 407,73 manat aylıq ödəniş məbləğini Akkorda, hesablanmış faizi ilə birgə 11 416,92 manat pulu "xxxx" ASC-nin Proqress" filialına ödəmişdir. Alıcı tərəfindən cəmi 11 824,65 manat məbləğində ödəniş ödənilmişdir. Alıcı Müqavilə bağladığı tarixdən xx.xx.2016-cı il tarixinə qədər 28 541,10 manat və ya 70 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 11 824,65 AZN və ya 29 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə gecikməsi 16 716,45 manat və ya 41 ay aylıq ödəniş məbləği, 2 657.27 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu məbləği mövcuddur. Alıcı xx.xx.2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətinə gecikmə günlərinin sayı 1022 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/1196 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan səbəsi, Sumqayıt şossesinin 7 km-də yerləşən bina 1, blok 48, 2 otaqdan ibarət ümumi həsi 69.50 kv.metr olan 7 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 18173,8 manat məbləğində müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış 26 iyun 2010-cu il tarixli mənzil alqı-satqısına dair №11760 nömrəli müqaviləyə əsasən İddiaçı "xxxx" ASC-dən Abşeron rayonu Xırdalan şəh Sumqayıt şossesi, 7 km,( təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzili tərəflərin razılığına əsasən ümumi dəyəri 97856 manat qiymətləndirilmiş 240 ay ərzində hissələrlə ödəmək şərti ilə təmirsiz şəkildə almışdır. Mənzili aldıqdan sonra İddiaçı tərəfindən həmin mənzildə təmir işləri aparılmışdır. Lakin müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri ödəməkdə çətinlik çəkdiyindən "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsi əsasında qanuni qüvvəyəm minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilməsi, sözügedən mənzilin İddiaçı tərəfindən boşaldılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi qət olunmuşdur. İddiaçı mənzili 2022-ci il tarixdə tərk etmiş və mənzil "xxxx" ASC-yə təhvil verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş müqavilə üzrə etdiyi ödənişlərin və mənzilin təmirinə çəkdiyi xərcin ödənilməsini tələb edir. Mənzilin təmirinə çəkilmiş xərci müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və alınmış ekspert rəyindən təmir xərclərinin təxminən 18173,8 manat təşkil etdiyi müəyyən olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 11824 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər arasında mülki hüquq münasubətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Bu mülki hüquq münasibətlərinin məzmunu “X3” ASC-nin sözügedən mənzili inşa edərək İddiaçı istifadəsinə verməsindən ibarət vəzifəsindən və mənzilə dair müqavilədə nəzərdə tutulmuş qaydada ödənişlərin edilməsini tələb etmək hüququndan, İddiaçı isə qeyd edilən mənzilə dair müvafiq ödənişlər etmək vəzifəsindən ibarətdir. Müqavilə ilə tərəflərin müəyyən şəraitlərdə müəyyən hərəkətləri etmələrinə dair digər davranış qaydaları da öz əksini tapmışdır. Müqaviləyə xitam verilməsi tərəflər arasında həmin hüquq münasibətləri üzrə yaranmış hüquq və vəzifələrinin də xitamına səbəb olur və bu zaman müqavilənin etibarsızlığı ilə bağlı qaydalardan fərqli olaraq restitutsiya, yəni müqaviləyə qədərki vəziyyətə qayıdış tətbiq olunmur. Bu qayda hüquq norması halına salınaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsində qeyd olunmuşdur. Lakin həmin maddəyə əsasən bu qaydadan istisnalardan biri də tərəflər arasında olan müqavilədə ayrı qayda nəzərdə tutulmuş olmasıdır ki, müqavilənin 5.8-ci bəndi ilə belə bir fəqli qayda nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, satıcı ödənilmiş məbləğin 40%-nə bərabər olan hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarır. Ödənilmiş məbləğin 60%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalır. Tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndinin hazırki mübahisəyə tətbiqi zamanı aydın olur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(011)-4048/2016 nömrəli qətnaməsinə əsasən sözügedən mənzilin boşaldılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi qət olunsa da, iddiaçının özünün də təsdiq etdiyi kimi, iddiaçı bu mənzili yalnız 2022-ci ilin noyabr ayında tərk etmiş, 1 ay sonra – 2022-ci ilin dekabr ayında isə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının bu hərəkəti nəticəsində cavabdehin mənzili satmaq kimi real imkanı olmamışdır. İddiaçının etdiyi ödənişlərin 40% hissəsini tələb etmək hüququn yaranması üçün zəruri halın mövcud olmaması – mənzilin cavabdehdən asılı olmayan səbəblərdən satılmaması səbəbindən iddiaçının ödənişlərin 40% hissəsini tələb etmək hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mənzilin təmir xərcinə görə ödənilmiş 40000 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi təmir xərcinin əvəzinin ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı təmir xərcinin əvəzi olaraq 40000 manat pulun ödənilməsini tələb etsə də, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mənzildə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 18173,8 manat olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə ekspert rəyində əksini tapmış məbləğin təmir xərcinin əvəzi olaraq tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 (təzə 8) saylı mənzilin təmir xərcinin dəyəri olan 18173,8 manat pul cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 84,35 manat pul cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 35 manatı Cavabdeh "xxxx" ASC-dən, 65 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən təmir xərcinin əvəzi olaraq 18173,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,35 manat məbləğində pul İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 35 manatı cavabdeh "xxxx" ASCdən, 65 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sorna qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-801/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-801/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver