Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-811/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyana görə 993,70 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi mülkiyyət hüququ Cavabdeh1 MMC-yə məxsus “X9” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Zeynallı küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyi və 2 ədəd Plafon zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə yerinə gəlmiş Binəqədi rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh2 tanınmışdır. Hadisə nəticəsində müəssisəyə dəymiş maddi zərər 993,70 manat məbləğində hesablanmışdır. Qeyd edilir ki, hadisə baş verən zaman **-AJ-*** dövlət qeydiyyat nişanlı “X9” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirik ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi müəssisəmizə dəymiş 993,70 manat məbləğində maddi ziyan cavabdehlərdən tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Cavabdehlər Cavabdeh1 MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh2 tanınmışdır. Aşağıda göstərilənlərə əsasən iddiaçının Cavabdeh1 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixli 1032 saylı “Daxili liziııq” müqaviləsinə əsasən 2014-cü il buraxılışlı, “Chevrolet Cruze” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmçinin “Daxili Lizinq” müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı dəymiş zərərə məsuliyyəti lizinq alan daşıyır. Daha sonra iddiaçı "xxxx" X1 nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 işə üzrə cavabdeh qismində cəlb edilməsini və "xxxx" X2 vurulmuş maddi ziyana görə 993,70 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İNZİBATİ XƏTA HAQQİNDA İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, “Chevrolet Cruze” minik markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1.,327.1.,469.3-cü maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. - Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarindan istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulmasi ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.1.-ci, 469.3.-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Binəqədi RPİ-nin rəisi polis polkovniki cənab İlqar Məmmədova Cavabdeh2 tərəfindən yazılmış izahatın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində, saat 05:30 radələrində idarə etdiyi Chevrolet markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə A.Zeynallı küçəsində hərəkətdə olarkən idarə etməni itirərək yolun sağ tərəfində olan ağaca çırpılmışdır, hadisə zamanı o, sərxoş olmamışdır və xəsarət alan olmamışdır. - 2013-cü il tarixli aktın surətindən görünür ki, Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən istehsalat və texniki nəzarət şöbəsinin müdiri M.Abasov və mühəndis A.Hacıyev, digər tərəfdən "xxxx" EŞM-nin baş mühəndisi T.Məmmədov, Binəqədi TİR-nun rəisi A.Hacıyev, baş mühasib S.Böyük-zadə və Texniki İstismar Xidmətinin rəisi K.Zeynalov bu aktı ondan ötrü tərtib etmişdirlər ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsinin işıqlandırılma sistemi əvəzsiz olaraq "xxxx" EŞM-nin balansına təhvil verilir. - xx.xx.2024-cü il tarixli, 57 nömrəli aktın surətindən görünür ki, Asəf Zeynallı küçəsi (26), xx.xx.2024-cü ildə naməlum dövlət qeydiyyat nişanı avtomobil "xxxx" EŞM-nə məxsus işıq dirəyini vurmuşdur. Nəticədə müəssisəyə işıq dirəyinə görə 559,50 manat, işıqları görə isə 434,20 manat ziyan dəymişdir. - xx.xx.2022-ci il tarixli, 1032 nömrəli daxili lizinq müqaviləsinə əsasən, lizinq verən: Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "X12" MMC X7 şəxsində lizinq alan: Cavabdeh3 çıxış edir. - Lizinq verən Cavabdeh1 MMC ilə Lizinq alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1032 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən “Chevrolet Cruze” minik markalı, tip sedan, X10, buraxılış ili 2014, BANİG1PE5SB5E7358360 olan avtomobilini (bundan sonra lizinq obyekti) satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin müddəti 36 ay müəyyən edilmişdir. Həmçinin müqavilənin 4.2.7-ci şərtində qeyd edilmişdir ki, öhdəlikləri qəbul edən şəxsin müraciəti əsasında lizinq obyektindən istifadə üçün etibar edilən şəxslərin siyahısı yalnız lizinq verənin razılığı ilə 50 manat xidmət haqqı ödənilməklə dəyişdirilə bilər. Adı siyahıya qeyd edilən şəxs tərəfindən lizinq verənə ona verilən hər etibarnamə üçün 5 manat xidmət haqqı ödənilir. - xx.xx.2024-cü il tarixli, No E15919/23 etibarnamədən görünür ki, Cavabdeh3 verilir ondan ötrü ki, o, Cavabdeh1 MMC-nə məxsus olan Chevrolet Cruze, Tip minik, X10, Buraxılış ili - 2014, BAN 1G1PE5SB5E7358360, dövlət qeydiyyat nömrəsi ** AJ *** olan nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində tərəflər arasında bağlanmış xx.xx.2022-ci il, 1032 saylı daxili lizinq müqaviləsi şərtləri çərçivəsində idarə edə bilər. Bu etibarnamə üzrə səlahiyyətlər üçüncü şəxsə verilə bilməz. Etibarnamə xx.xx.2023-cü il 23:59:59 tarixinədək qüvvədədir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 MMC digər şəxsdən əldə etdiyi “Chevrolet Cruze” minik markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh3 lizinqə vermişdir. Lizinq müqaviləsi 36 ay müddətinə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi mülkiyyət hüququ Cavabdeh1 MMC-yə məxsus “X9” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Zeynallı küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 məxsus 1 ədəd işıq dirəyi və 2 ədəd Plafon işığa ziyan vurmuşdur. Məhkəmə, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1.,327.1.,469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə idarə etmə hüququna dair etibarnamə olmadan “Chevrolet Cruze” minik markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman iddiaçıya məxsus işıq dirəyinə çırpılaraq sonuncuya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati tənbeh vermə haqqında qərarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, yol nəqliyyat hadisəsi törədilmiş “Chevrolet Cruze” minik markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyət hüququ Cavabdeh1 MMCnə məxsus olsa da, lakin sonuncu həmin avtomobili 3 il müddətinə qüvvədə olan lizinq müqaviləsinə əsasən Cavabdeh3 lizinqə vermişdir. Yəni hadisə olan zaman, xx.xx.2024cü il tarixində nəqliyyat vasitəsi Cavabdeh3 sahibliyində olmuşdur. Sonuncu isə etibarnamə olmadan avtomobili Cavabdeh2 idarə etməsi üçün vermişdir. Məhkəmə araşdırılması zamanı “Chevrolet Cruze” minik markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh3 iradəsi ziddinə sahibliyindən götürülərək Cavabdeh2 tərəfindən idarə edilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçı "xxxx" X2 maddi zərər yetirilmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarına müəyyən edilmişdir ki, iddiaçıya məxsus 1 ədəd işıq dirəyi və 2 ədəd Plafon işığın dəyəri ümumilikdə 993,70 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 mülki hüquq pozuntusuna yol verərək idarə etdiyi avtomobillə iddiaçıya məxsus əmlak ziyan vurduğundan, Cavabdeh3 isə həmin vaxt sahibliyində olan “Chevrolet Cruze” minik markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun iradəsinə zidd şəkildə sahibliyindən çıxarılaraq Cavabdeh2 tərəfindən idarə edildiyini sübuta yetirmədiyindən və Cavabdeh1 MMC-nin hazırkı iddia tələbləri üzrə mülki hüquq pozuntusu törətməsi halı müəyyən edilmədiyindən, iddia qismən təmin edilərək, 1 ədəd “Palermo” 1 ədəd işıq dirəyi və 2 ədəd Plafon işığa dəymiş zərər nəticəsində ödənilməmiş 993,70 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 993,70 manat maddi ziyan tutularaq iddiaçı "xxxx" X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutulsun və Dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-811/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-811/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver