Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-813/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı X23 Cavabdeh MTK-ya qarşı (açar sözlər: pul; kirayə haqqı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X23 Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı X31 Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 16 fevral 2016-cı il tarixindən bu günədək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinin qanunsuz şəkildə X27 təhvil verilməməsi və mənzildən istifadənin qadağan olunması səbəbindən, aylıq 1300 (bir min üç yüz) manat kirayə haqqı hesablanmaqla, 120.900 (bir yüz iyirmi min doqquz yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq X27 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə X31 arasında 16 fevral 2016-cı il tarixli Mənzil tikintisi və Satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən tikilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 119 kv.m sahəsi olan 42 nömrəli mənzil X31 tərəfindən satın alınmış və Cavabdeh MTK tərəfindən verilmiş 16 fevral 2016-cı il tarixli kassa mədaxil qəbzinə əsasən mənzilin dəyəri olan 178500 (yüz yetmiş səkkiz min beş yüz) manat onun tərəfindən tam şəkildə ödənilmiş və mənzilin dəyərinin tam ödənilməsi təsdiq edən 16 fevral 2016-cı il tarixli maliyyə arayışı Cavabdeh MTK tərfindən təqdim edilmişdir. X31 tərəfindən müqavilə öhdəliyi tam şəkildə həyata keçirilsə də, Cavabdeh MTK müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili ona təhvil vermək istməməmişdir. Belə olan halda, X31 Cavabdeh MTK-ya qarşı ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-440/2018, hakim G.A.Əsədova) iddiaçı X23 Cavabdehnə qarşı iddiası təmin edilmiş, ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Eynizamanda Cavabdeh MTK X19rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış, xx.xx.2106-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, kassa mədaxil orderinin və maliyyə arayışının ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)- 3184/2018, hakim A.B.Əliyev) iddiaçı Cavabdeh X20rşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Hər iki qətnamədən Cavabdeh MTK tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)- 843/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə, Kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mənzilin X28 verilməsi və istifadəyə maneələrə son qoyulması qərara alınsa da, "xxxx" MTK və onun direktoru Vahib ismayılov məhkəmə qərarına əməl etməmiş, mənzilin açarlarını dəyişdirmiş və X29 öz mənzilinə buraxmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunduğundan, ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı 42 saylı mənzilin X27 satışına dair Cavabdeh MTK-nın ümumi yığıncağının protokolundan çıxarışın təsdiq edilmiş surətinin təqdim olunması MTK-dan tələb olunmuş, lakin, tələb yerinə yetirilmədiyindən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinin X30 ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının iddiaçı X30 verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmuş, Cavabdeh MTK həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra qətnamə icra olunması üçün Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmiş. Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Rəfail Səfərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin, Cavabdeh MTK-nın direktoru Vahib İsmayılov icra şöbəsinin çağırışına gəlmədiyi üçün onun barəsində xx.xx.2022-ci il tarixində axtarış barədə qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Həmin vaxtdan 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, Nərimanov rayon Polis İdarəsi tərəfindən Vahib İsmayılovun saxlanılaraq Nərimanov rayon İcra və probasiya şöbəsinə təhvil verilməsi barədə hər hansı tədbir görülmədiyindən, İcra məmuru isə hansı tədbilərin görüldüyü barədə Polis İdarəsindən məlumat almadığından o, ərizələrlə X24 cənab Vilayət Eyvazova və Ədliyyə Naziri cənab X11 etmiş, məhz həmin müraciətlərindən sonra Vahib İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq, İcra şöbəsinə təhvil verilmişdir. Cavabdeh MTK-nın direktoru Vahib İsmayılov İcra şöbəsində verdiyi izahatında icra sənədi üzrə tələbi qəbul etmədiyini açıq-aşkar qeyd etmiş, məhkəmə qərarını icra etməyəcəyini nümayiş etdirmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X15 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 492/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh MTKnın rəhbəri X8 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2738/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, Cavabdeh MTK-nın rəhbəri X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X31 dəfələrlə səlahiyyətli dövlət orqanlarına ərizələrlə müraciət edərək, Cavabdeh MTK-nın vəzifəli şəxsləri tərəfindən mənzilinin açarlarının dəyişdirildiyi və qanunsuz şəkildə mənzilinə buraxılmadığı barədə şikayətlər etmiş lakin, bugünədək onun mənzildən istifadəsində yaradılan maneələrə son qoyulmamış, mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. 16 fevral 2016-cı il tarixdə əldə etdiyi mənzilə Cavabdeh MTK-nın qanunsuzluğu səbəbindən bugünədək sahiblik edə bilməyən X31 böyük maddi itkilərə məruz qalmışdır. Belə ki, o, nə mənizlində özü yaşaya bilmiş, nə də ki, mənzili kirayə verə bilmişdir. Halbuki, həmin ərazidə qeyd edilən kvadrata uyğun mənzillərin aylıq kirayə haqqı 1300-1500 manat aralığında dəyişir. Bu müddət ərzində o, mənzilindən faydalana bilsəydi, aylıq 1300-1500 manat aralığında fayda götürə bilərdi. Bu səbəbdən o, xx.xx.2023-cü il tarixində Cavabdeh MTK-ya Xəbərdarlıq məktubu ünvanlayaraq, 16 fevral 2016-cı il tarixindən bugünədək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin qanunsuz şəkildə ona təhvil verilməməsi və mənzildən istifadənin qadağan olunması səbəbindən aylıq 1300 (bir min üç yüz) manat kirayə haqqı hesablanmaqla, 120.900 (bir yüz iyirmi min doqquz yüz) manat məbləğində kompensasiyanın ona ödənilməsi və mənzildən istifadəsinə olan maneəyə son qoyulmasını tələb etsə də, həmin tələb də MTK tərəfindən yerinə yetirilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddia iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - 16 fevral 2016-cı il tarixli müqaviləyə əsasənCavabdeh ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzili X27 təhvil verməyi, sonuncu isə mənzilin dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. X31 tərəfindən həmin mənzilin tam dəyəri olan 178.500 manat pulu Kooperativə ödənilməsi barədə maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-440/2018, hakim G.A.Əsədova) iddiaçı X23 Cavabdehnə qarşı iddiası təmin edilmiş, ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-3184/2018) iddiaçı Cavabdeh X20rşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-843/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) Cavabdeh MTK-nın apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6091/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)- 440/2018 saylı icra sənədi tələbkar X23 xx.xx.2020-ci il tarixli ərizəsinə və xx.xx.2020-ci il tarixli aktda əsasən icra sənədinin icrası tam təmin edilmişdir. Bu əsasla icra sənədi üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)- 492/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 5 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin X27 ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının iddiaçı X27 verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3606/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)- 492/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)-492/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin 19 oktyabr 2022-ci il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)-492/2022 saylı icra sənədinin icrası ilə bağlı X9 barəsində axtarış elan edilmiş və onun Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. - Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 şəxsiyyət vəsiqəsi ilə birlikdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə təhvil verilmişdir. - Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bildiriş və icra sənədi xx.xx.2023-cü il tarixdə “İsmayılov V.N” tərəfindən imza edilməklə qəbul edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 204/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 216.000 (iki yüz on altı min) ABŞ dolları əsas borc, 75.600 (yetmiş beş min altı yüz) ABŞ dolları faiz borcu olmaqla 291.600 (iki yüz doxsan bir min altı yüz) ABŞ dolları (ödəniş gününə dolların manata olan məzənnəsinə uyğun olaraq) və iddianın qaldırılması üçün ödənilmiş 786 (yeddi yüz səkkən altı) manat pulun cavabdeh X3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh X5 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-2078/2023 saylı qərarından görünür ki, tələbkar zərərçəkmiş şəxs X32 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh MTK-nın rəhbəri borclu X4 nümayəndəsi Vəkil2 verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X4 barəsində olan 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Nərimanov rayon icra şöbəsi tərəfindən "xxxx" MTK-nın X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)-492/2022 saylı icra sənədinin xx.xx.2023-cü il tarixədək icra edilməsi, əks təqdirdə AR CM-nin 306-cı maddəsinin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunmağı ilə bağlı müraciət ediləcəyi bildirilmişdir. Məktub xx.xx.2023cü il tarixə “X14” tərəfindən təhvil alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 may 2024-cü il tarixli 9/1184 №-li rəyindən görünür ki, internet saytlarında və eləcə də Mərkəzdə o an məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sayəsi 119 kv.m olan mənzil təmir olunmadığı üçün kirayə haqqını müəyyən etmək mümkün olmamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndə və vəkillərinin izahatları, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 fevral 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MTK ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzili X27 təhvil verməyi, sonuncu isə mənzilin dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı X31 qeyd olunan mənzilin ona təhvil verilmədiyini bildirərək, 16 fevral 2016-cı il tarixindən bu günədək, aylıq 1300 (bir min üç yüz) manat kirayə haqqı hesablanmaqla, 120.900 (bir yüz iyirmi min doqquz yüz) manat məbləğində pulun cavabdehdən öz xeyrinə tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması. - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə ki, hazırki mübahisə mənzilin MTK tərəfindən iddiaçıya təhvil verilməməsi səbəbindən iddiaçının mənzil ona təhvil verildiyi halda əldə edə biləcəyi gəlirlərin - 16 fevral 2016-cı il tarixindən əldən çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsi barədədir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 2017-ci ildən etibarən qeyd olunan mənzilə dair hüquqi müstəvidə mübahisə başlanmışdır: - İddiaçı X31 Cavabdehnə qarşı mənzilin təhvil verilməsi iddiası ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı qətnaməsi ilə ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. - İddiaçı Cavabdeh X20rşı müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3184/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X20rşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(103)-843/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6091/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı qətnaməsi – icra sənədi xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. X25 Tolga tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, tələbkar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı icra sənədi tam olaraq icra edildiyi üçün işə xitam verilməsi xahiş edilmişdir. Nərimanov rayon icra şöbəsinin icra məmuru X16, iş üzrə X25 Tolga, Cavabdeh komendantı X12 və hal şahidlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktla müəyyən olunur ki, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 2 saylı evin 42 saylı mənzili açarları ilə birlikdə X27 təhvil verilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)- 440/2018 saylı icra sənədi tələbkar X23 xx.xx.2020-ci il tarixli ərizəsinə və xx.xx.2020-ci il tarixli aktda əsasən icra sənədinin icrası tam təmin edilmişdir. Bu əsasla icra sənədi üzrə icraata xitam verilmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Məhkəmə qeyd edir ki, real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Göründüyü kimi, tərəflər arasında 16 fevral 2016-cı il tarixli müqavilə, habelə həmin müqavilə üzrə verilməli olan ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinə dair məhkəmə mübahisələri olmuş, bununla bağlı qanuni qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı qətnaməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd olunan mənzilin cavabdeh MTK tərəfindən ona təhvil verilmədiyini bildirsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, qətnamə xx.xx.2019-cu il tarixdə icraya yönəldilmiş, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən könüllü icra edilmişdir. Bu hal iddiaçının xx.xx.2020-ci il tarixli yazılı ərizəsi, eyni tarixli akt və icraata xitam barədə icra məmurunun qərarı ilə təsdiq olunur (mülki iş v. 151-154). Bunu təkzib edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. Bununla bağlı məhkəməyə təqdim edilmiş video-görüntü ilə də qeyd olunan hal sübut olunmur. Digər tərəfdən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın tutulması istisna olunur. Həmin maddəyə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırki iş üzrə qaldırılmış iddia tələbində iddiaçı X31 həmin mənzili digər şəxslərə kirayə verə bilmədiyi üçün cavabdeh MTK tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Lakin tələb ehtimal əsasında müəyyən edilmiş, əldən çıxmış fayda şəklində zərərin müəyyənləşdirilməsi üçün yuxarıda qeyd edilən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olmasına, iddiaçının müvafiq gəliri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, həmin maddəyə əsasən kreditorun (hazırki işdə iddiaçının) həmin faydanı əldə etmək üçün müəyyən tədbirlər görməsi, hazırlıq işləri aparması tələb olunur. İddiaçı X31 isə tələbini yalnız mübahisə predmeti olmuş mənzillə eyni ərazidə yerləşən oxşar mənzillərin aylıq kirayə dəyərinin 1300-1500 manat olması ilə əsaslandırmış, bu zaman ötən müddət ərzində həmin mənzili kirayə vermək imkanında olmasını təsdiq edən sübutları (mənzili təmir etməsi, kirayə veriləcək vəziyyətdə olması, mənzilin kirayə verilməsi ilə bağlı müqavilə, danışıqlara dair sübutlar və s.) təqdim etməmişdir. İddiaçı mənzili kirayəyə vermək üçün ilkin olaraq təmir etməlidir ki, bununla bağlı sübutlar iş materiallarında mövcud deyildir. Əksinə məhkəmə araşdırması zamanı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 may 2024-cü il tarixli 9/1184 №-li rəyi ilə müəyyən olunur ki, mənzil təmir olunmamışdır. Mənzil təmir olunmadığı üçün isə mənzilin aylıq kirayə haqqını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə iddiaçı tərəfindən göstərilən tələbin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçının tələbinin əsasını təşkil edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi formada ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbinin əsassız olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməli, həmçinin iddia tələbi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçı X23 Cavabdeh MTK-ya qarşı “16 fevral 2016-cı il tarixindən bu günədək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinin qanunsuz şəkildə X27 təhvil verilməməsi və mənzildən istifadənin qadağan olunması səbəbindən, aylıq 1300 (bir min üç yüz) manat kirayə haqqı hesablanmaqla, 120.900 (bir yüz iyirmi min doqquz yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq X27 ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda iddiaçı X26 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 124, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X23 Cavabdeh MTK-ya qarşı “16 fevral 2016-cı il tarixindən bu günədək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinin qanunsuz şəkildə X27 təhvil verilməməsi və mənzildən istifadənin qadağan olunması səbəbindən, aylıq 1300 (bir min üç yüz) manat kirayə haqqı hesablanmaqla, 120.900 (bir yüz iyirmi min doqquz yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq X27 ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilsin. İddiaçı X26 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-813/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-813/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver