Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-824/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: maddi ziyanın ödənilməsi; iddia müddətinin tətbiqi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3101 manat 57 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-4774/2024 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ciu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X12” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 434 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsi müddətinin bitməsi ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin– OBA Ramana 21 mağazasında çalışdığı zaman, xx.xx.2022-ci il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 1965 manat 65 qəpik və xx.xx.2022-ci il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 1135 manat 92 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yəümumilikdə 3101 manat 57 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, İddiaçı MMC-nin ona qarşı ziyan tələbi üzrə işdə iddia müddətinin keçdiyini bildirərək, iddia müddətinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh 2019-cu ildə satıcı- kassir vəzifəsinə təyin olunub. Satıcı-kassir vəzifəsinə işə daxil olan zaman sadəcə satıcı vəzifəsini icra etmişdir. Daha sonra xx.xx.2021-ci ildə administrator vəzifəsinə təyin olunmuşdur və müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən mağazaya daxil olan bütün mallar administrator tərəfindən təhvil alınır. Mağazada mütəmadi olaraq sayımlar keçirilir və həmin sayımda mağazanın vəziyyəti yoxlanılır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə keçirilmiş sayımlarda cavabdehin əksikləri olduğu müəyyən edilmişdir. Həmin əskiklərin toplam məbləği 3101,57 manat təşkil edirdi. Qarşı tərəfdən tələb olunsa da, o, məbləği ödəməkdən yayınmışdır. Çatışmamazlığın olması inverntarizasiya aktı ilə sübut olunur. Cavabdeh aktı imzalamamışdır, lakin müqavilədə qeyd olunub ki, aktı imzalamaqdan yayınmaq məsuliyyətdən azad etmir. Cavabdehə xəbərdarlıq göndərilmiş, aktı imzalaması bildirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, dəfələrlə qarşı tərəfdən xahiş etmişdir ki, işi məhkəməyə qədər həll etsinlər. Hazırda 3 il müddət keçib. Təhvil-təslim zamanı orada olmuşdur. Oğurluq halları müştərilər tərəfindən olunub. Oğurluq olan vaxt şirkətin daxili nəzarətinə məlumat verilir, onlar gəlib araşdırma aparırlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Oba Market” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi və əmək müqaviləsinə əlavənin – dəyişikliyin surətindən görünür ki, Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə “administrator” vəzifəsinə keçirilmişdir. -İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “X12 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. -xx.xx.2022-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, OBA Ramana 21 mağazasında 1965,65 manat malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə müəyyən olunur ki, OBA-Ramana 21 mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması xahiş olunmuşdur. - Komissiyanın sədri: Maliyyə Direktoru: X8; Komissiyyamn sədr müavini: Mühasibatlıq Departament müdiri: X1 üzvləri: Daxili Nəzarət Departament müdiri: X5; Satış Departament müdiri: X6; İnventarizasiya şöbə müdiri - X3 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə tərtib olunmuş İddiaçı MMC-nin 28 yanvar 2022-ci il tarixli imtina aktı ilə müəyyən olunur ki, İddiaçı MMC-nin Bakı Şəhəri, Sabunçu Rayonu, Ramana Qəsəbəsi, H.Cavid Küçəsi ünvanında yerləşən OBA-RAMANA 21 (1329) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Şahin oğlunun iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdn. Maddi məsul şəxs Cavabdeh Şahin oğlu inventarizasiyamn aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (-1966.26 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. -xx.xx.2022-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, OBA İnqilab 1 mağazasında 1135,92 manat malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə müəyyən olunur ki, OBA- İnqilab 1 mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması xahiş olunmuşdur. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 434 saylı işdən azad haqqında əmri ilə müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. - Komissiyanın sədri: Maliyyə Direktoru v.i.e: X4 ; Komissiyyanm sədr müavini Maliyyə Nəzarəti üzrə şöbə müdirkZöhrab Dəmir Əkbər oğlu, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X5 ;Satış Departament müdiri: X6; İnventarizasiya şöbə müdiri - X3 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə tərtib olunmuş İddiaçı MMC-nin 10 avqust 2022-ci il tarixli imtina aktı ilə müəyyən olunur ki, İddiaçı MMC–nin Bakı Şəhəri,Nəsimi Rayonu, 9b 1024 Meh ünvanında yerləşən OBA İnqilab 1 (920 ) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Murad HUmbətov Şahin oğlunun iştirakı İlə xx.xx.2022-cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Şahin oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1135.92 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - İddiaçı MMC-nin 16 yanvar 2023-cü il tarixli "xxxx" MMC-nin sabiq adminstratoru, Cavabdeh Şahin oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışla müəyyən olunur ki, Cavabdeh Şahin oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixində 1.965,65 (bir min doqquz yüz altmış beş manat, 65 qəpik) AZN, xx.xx.2022-ci il tarixində 1.135,92 (bir min bir yüz otuz beş manat, 92 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 3.101,57 (üç min bir yüz bir manat, 57 qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh Şahin oğlunun 16 yanvar 2023-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 3.101,57 (üç min bir yüz bir manat, 57 qəpik) AZN təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 14 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə müəyyən olunur ki, cavabdehdən 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiəedilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrasızamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -10.1-ci maddəsinə görə əmək müqaviləsi üzrə işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması əsas vəzifəsidir. -199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X12 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər bir dəfə lik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelədigər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X12 daşıyırlar. -200-ci maddəsinə əsasən, X12 daşınması barədə yazılı müqavilələrin bağlanması istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X12 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X12 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X12barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. - X12 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibiolan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. -202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. -202.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə görə, işəgötürən ona vurulan zərərin ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş zərərlə işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş zərərin həqiqi miqdarını araşdırır. İşçinin X12 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması təkbaşına çatışmayan mallara görə işçinin məsuliyyət daşıması üçün yetərli deyil. Konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Zərərin ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Zərərin vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə), əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə təsdiqlənməlidir. Zərərin yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu zərərə görə işçinin üzərinə maddi məsuliyyət qoymaq imkanından məhrum edir. Qeyd edilməlidir ki, işəgötürən ilə işçi arasında X12 haqqında müqavilənin bağlanmasının qanuniliyini və bu işçinin məsuliyyət daşıdığı sahədə çatışmazlığın olmasını sübut edərsə, sonuncu zərərin vurulmasında onun təqsirinin olmadığını sübut etməyə borcludur. Hazırki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsi – xx.xx.2021-ci il tarixli əmək müaviləsinə dəyişikliklə - müəssisədə administrator kimi işə qəbul olunmuş, işlədiyi müddətdə işəgötürənə zərər vurulması halından tam maddi məsul olacağına dair üzərinə öhdəlik götürmüşdür. İşlədiyi müddət ərzində cavabdehin fəaliyyətinin yoxlanması üçün xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə müvafiq yoxlamalar keçirilmiş, əmlakın 1965,65 manat və 1135,92 manat əksik gəlməsi invertarlaşdırma aktları ilə təsdiqlənmiş, cavabdeh də yoxlamada iştirakı ilə əlaqədar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə iltizam imzalamışdır. Nəticədə çatışmayan məbləğ müəyyən olunmuş, işəgötürən tərəfindən həmin məbləğin ödənilməsinə dair məhkəmədə hazırkı tələb irəli sürülmüşdür. İddiaçı əməlin qanunauyğunluğu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqə və dəymiş ziyanın həqiqi miqdarının müəyyən edilməsi ilə bağlı ondan tələb olunan araşdırmanı aparmış, borcun mövcudluğu və onun məbləği ilə bağlı yazılı sənəd - aktlar tərtib etmişdir. İddiaçı tərəfindən cavabdehə aktlarla tanış olması ilə bağlı xəbərdarlıq məktubları ünvanlanmış, lakin cavabdeh araşdırmanın nəticələri olan aktlarla tanış olmamış və səbəb bildirmədən sənədləri imzalamaqdan və əksik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmiş, aktları mübahisələndirməmişdir. Cavabdeh qeyd olunan tarixlər ərzində İddiaçı MMC-də administrator – maddi məsul şəxs olmuş və onlar arasında X12 barədə yazılı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. Belə olan halda cavabdeh “OBA Market" MMC-yə vurduğu maddi ziyana görə X12 daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarı: “MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: -35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. -35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Bununla belə, mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, İddiaçı MMC-nin ona qarşı ziyan tələbi üzrə işdə iddia müddətinin keçdiyini bildirərək, iddia müddətinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunvericiliyə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəlir. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş İnventarizasiya Nəticələrinə dair Aktlara əsasən İddiaçı MMC-nin “Oba Ramana 21” mağazasında çalışdığı zaman cavabdehin iddiaçıya vurduğu yekun ziyan məbləği 3101,57 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsindən, habelə digər iş materiallarından da göründüyü kimi, iddiaçıya maddi ziyan vurulması xx.xx.2022-ci il tarixdə aşkar edilmişdir. Göründüyü kimi, iş üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddianın müddətinin axımı xx.xx.2022-ci il tarixdə başlamış xx.xx.2023-cü il tarixində bitmişdir. İddiaçı isə mübahisə üzrə bu müddət bitdikdən sonra - 04 iyul 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, Cavabdeh qarşı xx.xx.2024-cü ildə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə, mediasiya xərcinə görə ödənilmiş pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının hazırki tələbi təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş mediasiya xərclərinin cavabdehdən xeyrinə tutulması əsaslı deyildir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3101 manat 57 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3101 manat 57 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-824/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-824/2025
13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver