Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-828/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı "xxxx" X2 Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyana görə 1261.33 ( bir min iki yüz altmış bir manat 33 qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Anar Zakir oğlundan və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2, idarə etdiyi mülkiyyət hüququ Cavabdeh1 məxsus, “Howo ZZ3257N3847A yük” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Zeynallı küçəsində yolnəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 məxsus 1 ədəd işıq dirəyi və 2 ədəd Plafon zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə yerinə gəlmiş Binəqədi rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən, İXP ******* saylı X9 protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Howo ZZ3257N3847A yük” markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə nəticəsində müəssisəyə dəymiş maddi zərər 1261.33 (bir min iki yüz altmış bir manat 33 qəpik) manat məbləğində hesablanmışdır. Qeyd edirik ki, hadisə baş verən zaman “Howo ZZ3257N3847A yük” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbiin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə (o cümlədən sms-bildiriş göndərilməsinə) baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadanbaxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları: - xx.xx.2024-cü il tarixli Binəqədi rayon DYPŞ polis mayoru X5 tərəfindən tərtib edilən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən “X9 Protokal”da göstərilir ki, Cavabdeh2 Zakir oğlu tərəfindən İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2024-cü il tarixli,TP ******* Binəqədi Rayon DYPŞ polis mayoru X5 tərəfindən tərtib edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan tənbeh vermə haqqında qərarda göstərilir ki, Cavabdeh2 İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. - Binəqədi RPİ-nin Cavabdeh2 aldığı izahatda “Howo ZZ3257N3847A yük” markalı avtomobili qəza baş verən tarixdə idarə etdiyini, geriyə hərəkət edərkən arxada olan işıq dirəyinə dəyərək toqquşduğunu və maddi zərərə görə işıq idarəsinə zəng edib deyilən qiymətlə razılaşmadığını səmimi etiraf etmişdir. - "xxxx" X2 direktoru E.İ.Eldarov tərəfindən təsdiqlənən baş mühasib Fuad Əliyev tərəfindən verilən məlumatda Binəqədi rayonu, Xocasən qəsəbəsi, Çingizxan küçəsində “Howo ZZ3257N3847A yük” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin 1261 manat 33 qəpik olduğu göstərilir. - xx.xx.2024-cü il tarixdə "xxxx" EŞM-nin baş mühəndisi A.Paşayev tərəfindən tərtib edilən 54 saylı aktda göstərilir ki, xx.xx.2024-cü il tarixində ünvan 1ünvanında “Howo ZZ3257N3847A yük” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin müəssisənin dirəyinə zərər vurulduğu göstərilir. - Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubuna əsasən görünür ki, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi ’’Bakı Şəhər İşığı" X2 2024-cü il yerli xərclərinin rüblük və aylıq bölgüsü barədə məlumatı göndərilərək bildirib ki, müəyyən edilmiş məbləğ dairəsində 2024- cü il xərclər smetası müvafiq qaydada tərtib edilməli və 2024-cü il 23 yanvar tarixinədək Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə təqdim edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, xx.xx.2024-cü il tarixdə tarixdə Cavabdeh2 mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus “Howo ZZ3257N3847A yük” markalı **-ZL-*** məxsus dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Zeynallı küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 məxsus 1 ədəd işıq dirəyi və 2 ədəd Plafon zərərə uğrayaraq sıradan çıxaraq müəssisəyə maddi ziyan dəymişdir. Bakı şəhər Binəqədi rayon DYPŞ-də xx.xx.2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarda Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı öz əksini tapmışdır. Hazırda iddiaçı "xxxx" X6 vurulmuş maddi ziyanın əvəzi olaraq 1261.33 (bir min iki yüz altmış bir manat 33 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri tam sübuta yetirilərək, onun barəsində X9 protokol tərtib edilməklə, inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində "xxxx" X3 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli deliktdən yaranan mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh2 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı "xxxx" X3 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. MM-nin 1108-ci maddəsində isə zərər vurulmasının və kim tərəfindən ödənilməsinin konkret halı nəzərdə tutulmuşdur. Belə ki, həmin normada zərərvuran şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxsdir (fiziki və ya hüquqi şəxsdir). Müddəadan göründüyü kimi, avtomobil yüksək təhlükə mənbəyi hesab edilir və əgər mənbəyə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxs mənbənin onun sahibliyindən iradəsindən kənar (digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində) çıxdığını sübuta yetirərsə, bu halda dəymiş zərəri ödəməkdən azad edilir (Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır, MM-nin 1108.2-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməlidir. Belə ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan avtomobilin mülkiyyətçisi tərəfindən deyil, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmiş Cavabdeh2 tərəfindən ödənilməlidir. Təsadüfi deyil ki, inzibati tənbeh vermə haqqında qərarla da yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Avtomobilinin sürücüsü Cavabdeh2 tanınmışdır. Bundan başqa mülki işdə olan sübutlarla, yəni "xxxx" X6 tərəfindən verilmiş Smeta ilə təsdiq edilir ki, "xxxx" X3 məxsus işıq dirəyinin bərpa edilməsi üçün 1261.33 manat məbləğində xərc tələb olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh2 vurulmuş maddi ziyana görə 1261.33 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X3 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" X2 Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair dair iddiası qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 1261.33 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəçməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-828/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-828/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver