Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-833/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X4 Mehdi qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “25 fevral 2015-ci il tarixli, 0164 nömrəli kredit müqaviləsi”nə dair 26 yanvar 2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə cəmi borcun 1220.11 (bir min iki yüz iyirmi manat, 11 qəpik) manat - bundan 429.79 (dörd yüz iyirmi doqquz manat 79 qəpik) əsas, 214.24 (iki yüz on dörd manat, 24 qəpik) manat faiz, 516.98 (beş yüz on altı manat, 98 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 59.10 (əlli doqquz manat, 10 qəpik) manat faiz borcunun; “xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi”nə dair 25 yanvar 2017-ci il tarixli 731-14 saylı Əlavə saziş üzrə cəmi borcun 1669.22 (bir min altı yüz altmış doqquz manat, 22 qəpik) manat - bundan 654.88 (altı yüz əlli dörd manat, 88 qəpik) manat əsas, 302.33 (üç yüz iki manat, 33 qəpik) manat faiz, 623.27 (altı yüz iyirmi üç manat, 27 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 88.74 ( səksən səkkiz manat, 74 qəpik) manat faiz borcunun, ümumilikdə hər iki kredit üzrə 2889.33 (iki min səkkiz yüz səksən doqquz manat, 33 qəpik) manatın və iş üzrə ödənilmiş 48.90 (qırx səkkiz manat, 90 qəpik) manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 fevral 2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 arasında 0164 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank müştəriyə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 9700 (doqquz min yeddi yüz) ABŞ Dolları məbləğində kredit vermişdir. 26 yanvar 2017-ci il tarixdə “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi” üzrə 01 saylı Əlavə Saziş bağlanmışdır. Həmin əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 1622.46 manat təşkil etmiş, kreditin istifadəsinə görə illik faiz dərəcəsi 20 faiz müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-0164 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2017-ci il tarixdə “ZM-0164 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə” 209/15/01 saylı Əlavə saziş bağlanmış və Zamin bu Əlavə sazişi imzalamaqla 0164 nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. 24 dekabr 2015-ci il tarixdə isə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 arasında ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank müştəriyə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit vermişdir. 25 yanvar 2017-ci il tarixdə “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi” üzrə 731-14 saylı Əlavə Saziş bağlanmışdır. Həmin əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2781.50 manat təşkil etmiş, kreditin istifadəsinə görə illik faiz dərəcəsi 15 faiz müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh1ilə Bank arasında ZM-290013063 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ZM-290013063 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 731-14 saylı Əlavə saziş bağlanmış və Zaminlər bu Əlavə sazişi imzalamaqla ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqavilələrinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh2 “25 fevral 2015-ci il tarixli, 0164 nömrəli kredit müqaviləsi”nə dair 26 yanvar 2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə cəmi borcu 1220.11 (bir min iki yüz iyirmi manat, 11 qəpik) manat təşkil edir. Bundan 429.79 (dörd yüz iyirmi doqquz manat 79 qəpik) manat əsas, 214.24 (iki yüz on dörd manat, 24 qəpik) manat faiz, 516.98 (beş yüz on altı manat, 98 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 59.10 (əlli doqquz manat, 10 qəpik) manat faiz borcu təşkil edir. xx.xx.2022-ci il tarixə Cavabdeh2 “xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi”nə dair 25 yanvar 2017-ci il tarixli 731-14 saylı Əlavə saziş üzrə cəmi borcu 1669.22 (bir min altı yüz altmış doqquz manat, 22 qəpik) manat təşkil edir. Bundan 654.88 (altı yüz əlli dörd manat, 88 qəpik) manat əsas, 302.33 (üç yüz iki manat, 33 qəpik) manat faiz, 623.27 (altı yüz iyirmi üç manat, 27 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 88.74 (səksən səkkiz manat, 74 qəpik) manat faiz borcu təşkil edir. Hər iki kredit müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********824 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun və **********840 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borclarının Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, idida tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, maddi vəziyyətinin ağır olması ilə əlaqədar kredit borcunun ödənilməsini gecikdirdiyini, faiz və cərimə borcunu ödəməyə imkanı olmadığını, həmin hissədə borcun silinməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 arasında 25 fevral 2015-ci il tarixli, 0164 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank müştəriyə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 9700 (doqquz min yeddi yüz) ABŞ Dolları məbləğində kredit vermişdir. 26 yanvar 2017-ci il tarixdə “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi” üzrə 01 saylı Əlavə Saziş bağlanmışdır. Həmin əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 1622.46 manat təşkil etmiş, kreditin istifadəsinə görə illik faiz dərəcəsi 20 faiz müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında ZM-0164 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, borclulardan Banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks təqdirdə onlara qarşı qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi”nə dair 25 yanvar 2017-ci il tarixli 731-14 saylı Əlavə saziş üzrə cəmi borcu 1669.22 manat - bundan 654.88 manat əsas, 302.33 manat faiz, 623.27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 88.74 manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, “25 fevral 2015-ci il tarixli, 0164 nömrəli kredit müqaviləsi”nə dair 26 yanvar 2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə cəmi borc 1220.11 manat - bundan 429.79 əsas, 214.24 manat faiz, 516.98 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 59.10 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (İddiaçıun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, İddiaçıun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu İddiaçıa dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə İddiaçı ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, İddiaçı cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam əsaslı, faiz borcunun tutulması hissəsində tam əsaslı, lakin cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Cavabdeh2 “25 fevral 2015-ci il tarixli, 0164 nömrəli kredit müqaviləsi”nə dair 26 yanvar 2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 429.79 (dörd yüz iyirmi doqquz manat 79 qəpik) əsas, 214.24 (iki yüz on dörd manat, 24 qəpik) manat faiz, 30 (otuz) manat cərimə, illik 5% hesablanmış 59.10 (əlli doqquz manat, 10 qəpik) manat olmaqla cəmi 733,13 (yeddi yüz otuz üç manat, on üç qəpik) manat; 25 yanvar 2017-ci il tarixli 731-14 saylı Əlavə saziş üzrə 654.88 (altı yüz əlli dörd manat, 88 qəpik) manat əsas, 302.33 (üç yüz iki manat, 33 qəpik) manat faiz, 50 (əlli) manat cərimə, illik 5% hesablanmış 88.74 (səksən səkkiz manat, 74 qəpik) manat cəmi 1095,95, ümumilikdə hər iki kredit üzrə 1829,08 (min səkkiz yüz iyirmi doqquz manat, 08 qəpik) manat təşkil edir. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh1 Məmmədli oğluna münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da göründüyü kimi xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə Əlavə Saziş bağlanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 48,90 manat dövlət rüsumu iddiaçının xeyrinə Cavabdeh2 tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 “25 fevral 2015-ci il tarixli, 0164 nömrəli kredit müqaviləsi”nə dair 26 yanvar 2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 429.79 (dörd yüz iyirmi doqquz manat 79 qəpik) əsas, 214.24 (iki yüz on dörd manat, 24 qəpik) manat faiz, 30 (otuz) manat cərimə, illik 5% hesablanmış 59.10 (əlli doqquz manat, 10 qəpik) manat faiz borcu olmaqla, cəmi 733,13 (yeddi yüz otuz üç manat, on üç qəpik) manat; “xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi”nə dair 25 yanvar 2017-ci il tarixli 731-14 saylı Əlavə saziş üzrə 654.88 (altı yüz əlli dörd manat, 88 qəpik) manat əsas, 302.33 (üç yüz iki manat, 33 qəpik) manat faiz, 50 (əlli) manat cərimə, illik 5% hesablanmış 88.74 (səksən səkkiz manat, 74 qəpik) manat faiz borcu, cəmi 1095,95 olmaqla, ümumilikdə 1829,08 (min səkkiz yüz iyirmi doqquz manat, 08 qəpik) manat borc və 48,90 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-833/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-833/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver