Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-833/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə 572,30 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane debet karta dair **********6944- 613551 saylı kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində kart hesab balansını artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabından ona məxsus olmayan pulu xx.xx.2024-cü tarixində istifadə etmişdir. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 1087,30 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə hesabına edilmiş mədaxillər onun overdraft borcundan silinmişdir. Hazırda cavabdehin xx.xx.2024-cü il tarixinə 564,87 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 7,43 manat faiz borcu olmaqla, cəmi 572,30 manat borcu vardır. Cavabdehə bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Kart hesabının açılması və Ödəniş kartından istifadə müqaviləsinə əsasən “Bank” tərəfindən “Müştəri”nin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasından, Ödəniş kartının dövriyyəyə buraxılmasından və Ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcə də, ödəniş kartından istifadəyə görə xidmət haqlarını banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən, X1rşısında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu, Texniki Overdraft nəticəsində və/və ya səhvən Müştərinin hesabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) Müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malik olduğunu tərəflər təsdiq edirlər (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir); xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Overdraft nəticəsində (Overdraft-kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) bank qarşısında 564,87 manat overdraft bocu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 7,43 manat faiz borcu olmaqla, cəmi 572,30 borcu yaranmışdır; Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, əsassız varlanmaya səbəb olmuş borcun 3 gün ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında Kart hesabının açılması və Ödəniş kartının istifadəsindən irəli gələn əsassız varlanma ilə əlaqədar öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Göründüyü kimi, tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh kart hesab balansını artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmiş və müştəri artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən həmin vəsaitdən istifadə etmişdir. Müştərinin hesabına edilmiş mədaxillər overdraft borcundan silinmiş olsa da, əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitdən 564,87 manat əsas borc və 7,43 manat faiz borcu olmaqla,ümumilikdə 572,30 manat pulu banka geri qaytarmamışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma nəticəsində əldə etdiyi vəsaiti iddiaçıya geri qaytarmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 572,30 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 572,30 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-833/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-833/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver