Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-855/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 13083.47 (on üç min səksən üç manat qırx yeddi qəpik) manat əsas, 1141.23 (bir min yüz qırx bir manat iyirmi üç qəpik) manat faiz, cəmi 14224.70 (on dörd min iki yüz iyirmi dörd manat yetmiş qəpik) manat, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14328.68 (on dörd min üç yüz iyirmi səkkiz manat altmış səkkiz qəpik) manat əsas, 1065.89 (bir min altmış beş manat səksən doqquz qəpik) manat faiz, cəmi 15394.57 (on beş min üç yüz doxsan dörd manat əlli yeddi qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 179.26 (yüz yetmiş doqquz manat iyirmi altı qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 13500 (on üç min beş yüz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 1129395/33227 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşlar. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 13083.47 (on üç min səksən üç manat qırx yeddi qəpik) manat, faiz borcu 1141.23 ( bir min yüz qırx bir manat iyirmi üç qəpik) manat, cəmi 14224.70 (on dörd min iki yüz iyirmi dörd manat yetmiş qəpik) manat təşkil edir. Həmçinin bildirilir ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15000 (on beş min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 14328.68 (bir min altmış beş manat səksən doqquz qəpik) manat, faiz borcu 1065.89 (bir min altmış beş manat səksən doqquz qəpik) manat, cəmi 15394.57 (on beş min üç yüz doxsan dörd manat əlli yeddi qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 14224.70 (on dörd min iki yüz iyirmi dörd manat yetmiş qəpik) manat, xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 15394.57 (on beş min üç yüz doxsan dörd manat əlli yeddi qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir. 1. xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi; 2. xx.xx.2023-cü il tarixli 1129395/33227 saylı Zaminlik Müqaviləsi; 3. xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi; 4. Cavabdeh1 xx.xx.2023-cü il tariхinə оlan bоrc barədə maliyyə arayışları; İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 13083.47 (on üç min səksən üç manat qırx yeddi qəpik) manat əsas, 2017.57 (iki min on yeddi manat əlli yeddi qəpik) manat faiz, cəmi 15101.04 (on beş min yüz bir manat 04 qəpik) manat, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14328,68 manat əsas, 2021,89 manat faiz, cəmi 16350,57 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 179,26 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4 və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, banka olan borcunun ödənilməsindən yayınmadığını, maddi vəziyyətinin ailə üzvlərinin xəstəliyi səbəbindən çətinləşdiyini, bu səbəbdən kredit borcunun ödənilməsində gecikmələrin yarandığını bildirmişdir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, ilə Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 13083,47 manat əsas, 1141.23 manat faiz borcu olmaqla, 14224,70 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə yaranmış borcun 5 iş günü müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə illik 15 % dərəcəsi ilə 13500 manat kredit verilmişdir. İş materiallarında olan ******* №-li Kredit müqaviləsi əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 375.72 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1129395/33227 №-li Zaminlik Müqaviləsindən görünür ki, Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 - "Borcalan” xx.xx.2023-cü il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında ona veriləcək 13500 AZN məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - Cavabdeh2, “Borcalan" ilə birlikdə qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, ilə Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 14328.68 manat əsas, 1065.89 manat faiz borcu olmaqla, 15394.57 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə yaranmış borcun 5 iş günü müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə illik 15 % dərəcəsi ilə 15000 manat kredit verilmişdir. İş materiallarında olan ******* №-li Kredit müqaviləsi əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 417.46 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 13.083,63 manat faiz borcu üzrə - 1.123,01 manat xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 13.083,63 manat faiz borcu üzrə - 1.700,87 manat. xx.xx.2023-cü il tarixli ******* savlı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 14.346,63 manat faiz borcu üzrə - 1.034,15 manat xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 14.346,63 manat faiz borcu üzrə - 1667.80 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən iddiaçı ASC “borclu” Cavabdeh1 13500 manat və 15000 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissəhissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehlərin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə yaranmış əsas borca görə 13083,47 manat, faiz borcuna görə 2017,57 manat olmaqla, cəmi 15101 manat; xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə yaranmış əsas borca görə 14328,68 manat, faiz borcuna görə 2021,89 manat olmaqla, cəmi 16350,57 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda “borclu” Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq “zamin” Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və iddiaçı ASC tərəfindən cavabdehə 48 ay müddətinə, illik 15 % olmaqla 13500 və 15000 manat məbləğində kreditlərin verilməsi, həmin kredit müqaviləsindən birinin zaminin öhdəliyi ilə təminat verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə ödənilməmiş əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Faiz borcunun məbləği ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdehə borcun tam qaytarılması haqqında məhkəməyə iddia tələbi ilə müraciət etməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 2017,57 manat pulun tutulması hissəsində qismən təmin edilməli, maliyyə arayışının verildiyi tarixə-xx.xx.2023-cü il tarixinə olan məbləğdə, yəni 1123,01 manat hissədə, xx.xx.2023-cü il tarixli ******* saylı saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 2021,89 manat pulun tutulması hissəsində qismən təmin edilməli, maliyyə arayışının verildiyi tarixə-xx.xx.2023-cü il tarixinə olan məbləğdə, yəni 1034,15 manat hissədə, təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə Cavabdeh2 – Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər Cavabdeh2 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Digər Cavabdeh2 xx.xx.2023-cü il tarixində bankla bağladıqları zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 13083.47 manat əsas, 1.123,01 manat faiz borcu olmaqla cəmi 14206,48 manat pul, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 14328,68 manat əsas, 1.034,15 manat faiz borcu olmaqla, ümumilikdə 15362,83 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 178.86 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa ekspertiza xərci olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 13083.47 manat əsas, 1.123,01 manat faiz borcu olmaqla cəmi 14206,48 manat pul; Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 14328,68 manat əsas, 1.034,15 manat faiz borcu olmaqla, cəmi 15362,83 manat borc və 178.86 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1, Cavabdeh2 qıızından müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-855/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-855/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver