Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-860/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehziz oğludan 2 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13022,66 (on üç min iyirmi iki manat 66 qəpik) manat, faiz borcuna görə 490,22 (dörd yüz doxsan manat 22 qəpik) manat, dəbbə borcuna görə 296,16 (iki yüz doxsan altı manat 16 qəpik) manat, cəmi 13809,04 (on üç min səkkiz yüz doqquz manat 04 qəpik) manat məbləğində pulun və 131,43 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Biznes Mərkəzi filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 2 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsinə əsasən illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 20000 (iyirmimin) manat məbləğində cavabdehə kredit verilmişdir. 2 iyul 2021ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 2 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dən gec olmayaraq hər ay 713,06 (yeddi yüz on üç manat 06 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 2 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 13022,66 (on üç min iyirmi iki manat 66 qəpik) manat, faiz borcuna görə 490,22 (dörd yüz doxsan manat 22 qəpik) manat, dəbbə borcuna görə 296,16 (iki yüz doxsan altı manat 16 qəpik) manat, borcun cəmi məbləği 13809,04 (on üç min səkkiz yüz doqquz manat 04 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 2 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13022,66 (on üç min iyirmi iki manat 66 qəpik) manat, faiz borcuna görə 490,22 (dörd yüz doxsan manat 22 qəpik) manat, dəbbə borcuna görə 296,16 (iki yüz doxsan altı manat 16 qəpik) manat, cəmi 13809,04 (on üç min səkkiz yüz doqquz manat 04 qəpik) manat, cəmi 13809,04 (on üç min səkkiz yüz doqquz manat 04 qəpik) manat pul tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, BTNPU- 00397 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 12422,66 manat, faiz borcuna görə 684,49 manat, cərimə borcuna görə 728,33 manat olmaqla, cəmi 13835,48 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 131,51 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, BTNPU- 00397 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 12422,66 manat, faiz borcuna görə 1647,17 manat, cərimə borcuna görə 4000 manat olmaqla, cəmi 18069,83 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 144,21 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, RB02/PK-8054 nömrəli arayışdan görünür ki, 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı müqaviləsinə əsasən 36 ay müddətinə 17 %-lə 20000 (iyirmi min) manat məbləğində krеdit хətti açılmışdır. Hazırda əsas borc 13022,66 manat, faiz borcu 490,22 manat, cərimə borcu 296,16 manat olmaqla, cəmi 13809,04 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətinə, aylıq 713,09 manat ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı müqaviləsinə əsasən Cavabdeh 20000 (iyirmi min) manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Mustafayev X2 Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar bölməsi inspektor kriminalist vəzifəsində çalışır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı müqaviləsinə əsasən Cavabdeh 20000 (iyirmi min) manat məbləğində krеdit хətti açılmışdır. Qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyinə görə, xx.xx.2022-ci il tarixinə olan qrafikə görə əsas borc 1217,89 manat, kreditdən istifadəyə görə faiz borcu 379,52 manat, cərimə borcu 56,61 manat, cəmi 1654,02 manat borcu 62 gün gecikmədədir. Qeyd olunan məbləğ 03 iş günü müddətinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı müqaviləsinə əsasən Cavabdeh 20000 (iyirmi min) manat məbləğində krеdit хətti açılmışdır. Qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyinə görə, xx.xx.2022-ci il tarixinə olan qrafikə görə əsas borc 1217,89 manat, kreditdən istifadəyə görə faiz borcu 379,52 manat, cərimə borcu 216,31 manat, cəmi 1813,72 manat borcu 74 gün gecikmədədir. Qeyd olunan məbləğ 03 iş günü müddətinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-860/2023 nömrəli mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbyacn Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1832 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixinə (sual üzrə tarixə): əsas borc üzrə 12254.16 manat, faiz borcu üzrə 121,52 manat. xx.xx.2023-cü il tarixə (ekspertiza rəyi verilən tarixə): əsas borc üzrə 11781,47 manat, faiz borcu üzrə 611,98 manat. Qeyd edilir ki, tədqiqat zamanı hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-860/2023 nömrəli mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbyacn Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3992 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Sualda qeyd edilən tarixə yeni xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 11781,88 manat, faiz borcu üzrə 172,47 manat. Ekspert rəyinin tərtib edilmə tarixinə yeni xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 11781,88 manat, faiz borcu üzrə 990,33 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsi üzrə Cavabdeh qızından 11781,88 manat əsas borc, 1083,61 manat faiz borcu məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçı cəmiyyətə 990,33 manat həcmində faiz borcu mövcuddur. Lakin iddiaçı ekspertin rəyindən sonra iddia tələbinin həcmini artırmış və xx.xx.2023-cü il tarixə 1647,17 manat faiz borcunun yaranmasını iddia edərək, həmin məbləğdə borcu tələb edir. Lakin məhkəmə hesab edir ki, ekspertin rəyində hesablanmış əsas borcun (11781,88 manat) illik 17 faizi 2002,92 manat təşkil edir. Həmin məbləği 365 günə böldükdə günlük 5,48 manat müəyyən olunur. Belə olanda xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 17 gün keçmiş olur. Nəticədə 17 gün üçün borcun gecikdirilməsi səbəbindən 93,28 manat faiz əldə olunur. (5,48 x 17 gün = 93,28) Ekspertin rəyindəki 990,33 manat faizin üzərinə 93,28 manat gəldikdə, gecikdirilmiş məbləğə görə ödənilməli olan faiz borcu 1083,61 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 4000 AZN cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1170 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 92 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa ekspertiza xərci olan 200 manat Cavabdeh tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11781,88 manat əsas borc, 1083,61 manat faiz borcu və 1170 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 14035,49 manat borc və 144,21 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-860/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-860/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver