Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-894/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il əlavə iş yeri olaraq tarixdə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına baş mühasib vəzifəsinə qəbul edilmişdir, xx.xx.2019-cu il tarixdə öz xahişi ilə əsas iş yeri kimi dəyişiklik edilmişdir. İşlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh direktor Olqa Movçanın azərbaycan dilini bilmədiyindən və onun Azərbaycan xaricində olmasından istifadə edərək işlərin qaydasında olduğunu, gərəkli hesabatları qanunvericiliyə uyğun olaraq verdiyini və işini keyfiyyətli apardığını deyərək rəhbərliyi mütəmadi olaraq aldatmışdır. 2020-ci ilin may ayında müstəqil auditorun yoxlaması və araşdırmaları zaman çox böyük nöqsanlar müəyyən olunmuşdur və bunlardan biri də şirkətin ümumilikdə 10.000 manat məbləğində cərimə edilməsi olmuşdur. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərində mağazalarda köhnə tipli kassa aparatlarının istifadəsinə görə şirkətə xəbərdalıq edilmişdir, buna görə də şirkət tərəfindən təcili olaraq yeni kassa aparatları alınmışdır və bu məsəslənin həlli üçün Cavabdeh göstəriş verilmişdir. Kassa aparatlarının qeydiyyata alınması üçün Vergilər nazirliyindən xüsusi kod əldə edilməli, bunu isə məhz Cavabdeh etməli idi. Cavabdeh baş mühasib olduğu üçün yalnız onun tərəfindən Vergilər Nazirliyinin sistemində şirkətin elektron kabinetinə giriş parol və pin kod vasitəsi ilə həyata keçirilirdi. X1 bu məsələnin həlli ilə bağlı vergilər departamentinə yaxınlaşmaq haqqında bildiriş də gəlmişdir, lakin Cavabdeh getməmişdir və elektron portal ilə də heç bir məlumat verməmişdir. Bunun nəticəsi olaraq Vergilər Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə şirkətə qarşı xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat və xx.xx.2020-ci il tarixdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir və göstərilən məbləğlər hər dəfə avtomatik olaraq şirkətin hesabından silinmişdir. Cavabdeh bu məlumatları hər dəfə müdiriyyətdən gizlətmişdir və məktublara cavab verməyərək etinasız yanaşmışdır. Buna görə də, İddiaçı MMC-nin Azərbavcan Respublikasındakı Filialının xx/xx-2020 nömrəli əmri ilə, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin Məcəllənin 10-cu maddəsinin “Ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq) həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin Məcəllənin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx.xx.2020-ci il tarixdə Cavabdeh işdən azad edilmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 95/19 saylı əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh tərəfindən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına vurduğu 10.000 manat məbləğində maddi ziyanın, vəkilin göstərdiyi hüquqi yardım üçün 210 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçıMMC-nin nümayəndəsi və vəkili Vəkil Oktay oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il 95/19 №-li tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası dakı filialının işəgötürəni İcraçı direktor X2 ilə Cavabdeh arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, Cavabdeh baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materialların əlavə edilmiş xx.xx.2019-cu il tarixli tam maddi məsluliyyət haqqında 95/19 №-li müqavilədən görünür ki, işçi ona işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materialların əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli xx/xx-2020 №-li əmrindən görünür ki, cavabdeh həmin tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmişdir. İş materialların əlavə edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materialların əlavə edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materialların əlavə edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasəsn zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “Nəsibova Azərbaycana qarşı” iş üzrə (iş N-4307/04,xx.xx.2007) Avropa İnsan Hüquqları Məhkəməsi hesab etmişdir ki, şikayətin bu hissəsi açıq-aydın düzgün əsaslandırılmayıb, əhəmiyyət kəsb edən hər hansı bir dəlil və ya faktlara istinad edilməyib. Müvafiq surətdə iddia tələbinin bu hissəsi də məhkəmə tərəfindən düzgün əsaslandırılmamış hesab olunmalı və konvensiyanın 35-ci maddəsinin 3-4-cü bəndlərinə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri səbəbindən olması əsaslandırıla bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-894/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-894/2021
09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver