Məhkəmə qərarları › İş №e-2(005)-899/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-899/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-899/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən 4944.85 AZN əsas; 958.32 AZN faiz; cəmi 5903.17 AZN məbləğində borcun, xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən 1112.93 AZN əsas; 322.35 AZN faiz;cəmi 1435.28 AZN borcun və ödənilmiş 93.38 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən 4944.85 AZN əsas; 958.32 AZN faiz;cəmi 5903.17 AZN borcu, xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən 1112.93 AZN əsas; 322.35 AZN faiz; cəmi 1435.28 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; GTKR1797295A142 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı ASC Cavabdeh 48 ay müddətinə illik 27,84% dərəcəsi ilə 8500 manat kredit verməyi, Cavabdeh isə borcunu müqavilədə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 8500 manat pulu İddiaçı ASC-nin Gənclik Mall filialından qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. GTKR1797295A142 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 295.47 manat, sonuncu ay isə 302.86 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh gecikdirilmiş 984,63 manat pulu 5 təqvim günü ərzində ödəməyəcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 nömrəli birkart umico kredit müqaviləsinin 2-ci bəndinə əsasən İddiaçı ASC Cavabdeh “Birkart Umico” ödəniş kartı verir, Cavabdeh müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırır, həmin kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Cavabdeh isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən 4944.85 AZN əsas; 958.32 AZN faiz; cəmi 5903.17 AZN məbləğində borcu, xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən 1112.93 AZN əsas; 322.35 AZN faiz;cəmi 1435.28 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən 4944.85 AZN əsas; 958.32 AZN faiz;cəmi 5903.17 AZN borcu, xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən 1112.93 AZN əsas; 322.35 AZN faiz; cəmi 1435.28 AZN borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən 4944.85 AZN əsas; 958.32 AZN faiz; cəmi 5903.17 AZN məbləğində borcun, xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən 1112.93 AZN əsas; 322.35 AZN faiz;cəmi 1435.28 AZN məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 93,38 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, GTKR1797295A142 saylı kredit müqaviləsinə əsasən 4944.85 AZN əsas; 958.32 AZN faiz; cəmi 5903.17 AZN məbləğində borcun, xx.xx.2020-ci il tarixli, BBUM3313307A112 saylı kredit kartına dair müqaviləyə əsasən 1112.93 AZN əsas; 322.35 AZN faiz;cəmi 1435.28 AZN məbləğində pul və 93,38 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar