Məhkəmə qərarları › İş №e-2(005)-913/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-913/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-913/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 19.000 manat əsas məbləğ, 2021-ci il üzrə cavabdehdə qalmış 25.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər 7 faizlə) 1750 (bir min yeddi yüz əlli) manatdan, 2022-ci il üzrə cavabdehdə qalmış 20.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər 8 faizlə) 1600 (bir min altı yüz) manatdan, 2023-cü il üzrə cavabdehdə qalmış 19.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər 8.5 faizlə) 1615 (bir min altı yüz on beş) manatdan faiz məbləği, mənəvi ziyan hesabına 3000 (üç min) manat, göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat olmaqla ümumilikdə 27.465 (iyirmi yeddi min dörd yüz altmış beş) manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 172.40 (yüz yetmiş iki manat qırx qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14 fevral 2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə 19.000 manat əsas məbləğ, 2021-ci il üzrə cavabdehdə qalmış 25.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər azı 5 faizlə) 1250 (bir min iki yüz əlli) manatdan, 2022ci il üzrə cavabdehdə qalmış 20.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər azı 5 faizlə) 1000 (bir min) manatdan, 2023-cü il üzrə cavabdehdə qalmış 19.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər azı 5 faizlə) 950 (doqquz yüz əlli) manatdan faiz məbləği olmaqla ümumilikdə 3200 (üç min iki yüz) manat faiz məbləği, mənəvi ziyan hesabına 3000 (üç min) manat, göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat olmaqla ümumilikdə 25.700 (iyirmi beş min yeddi yüz) manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 172.40 (yüz yetmiş iki manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 17 may 2021-ci ildə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 3M-1495 reyestr nömrə ilə qeyd edilməklə təsdiq edilmiş kredit müqaviləsinə əsasən, İddiaçı 10 ay müddətinə, yəni 17 mart 2023-cü il tarixinədək hər ayın 1-i 3000 (üç min) manat qaytarılması şərti ilə Cavabdeh 30.000 (otuz min) manat məbləğində borc pul vermişdir. Lakin, borcun qaytarmalı olduğu 2023-cü ilin mart ayının on yeddisindən hazırki vaxtadək 8 aydan artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, 30.000 manat məbləğində borc pul tam şəkildə geri qaytarılmamışdır. Belə ki, Cavabdeh müqavilə üzrə hər ayın 1-i 3000 (üç min) manat qaytarılması barədə öhdəlik götürmüş olsa da 2021-ci il üzrə hissəhissə olmaqla cəmi 5000 (beş min) manat, 2022-ci il üzrə hissə-hissə olmaqla cəmi 5000 (beş min) manat və 2023-cü il üzrə cəmi 1000 (min) manat olmaqla ümumilikdə 11.000 (on bir min) manat qaytarmış, lakin 19.000 (on doqquz min) mant borc pul hələdə qaytarılmamışdır. Dəfələrlə cavabdehdən borc almış olduğu pulu qaytarması tələb edilsə də, o, müxtəlif bəhanələrlə həmin pulu qaytarmamışdır. Bu hərəkətləri ilə cavabdeh iddiaçıya maddi ziyan, habelə mənəvi sarsıntı və iztirablara səbəb olan qeyri-hüquqi hərəkətlər etməklə mənəvi ziyan vurmuşdur. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və Cavabdeh İddiaçı xeyrinə 19.000 manat əsas məbləğ, borc verilmiş pul məbləğinin iddiaçıya vaxtında verilməməsinə görə 3200 manat faiz məbləği, mənəvi ziyan hesabına 3000 (üç min) manat, göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 25700 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Öz izahatında məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadda yanlışlıqla hüquqi yardımın göstərilməsi üçün Vəkil Bürosuna ödənilmiş 500 manat məbləğində pulun da cavabdehin borcdan ödədiyi məbləğ kimi göstərildiyini, nəticədə ekspertn həmin məbləği borcdan silinmiş kimi qəbul etdiyini bildirdi. Həmin halın nəzərə alınmasını məkəmədən xahiş edir. Cavabdeh məhkəmə dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 17 may 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 30000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh isə krediti 10 ay müddətinədək hər ayın 1-i 3000 manat olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər. 09 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hesabına 1000 manat köçürülmüşdür. 01 iyul 2021, 31 iyul 2021-c il tarixli qəbzlərdən görünür ki, İddiaçı hesabına 2000 (ümumilikdə 4000 manat) manat köçürülmüşdür. 27 oktyabr 2021-ci il tarixli, 30 noyabr 2021-ci, 14 aprel 2023-cü il tarxli qəbzlərdən görünür ki, İddiaçı hesabına 1000 manat (ümumilikdə 3000 manat)köçürülmüşdür. 06 yanvar 2022, 01 fevral 2022, 01 mart 2022, 01 aprel 2022, 11 may 2022, 05 iyun 2022, 30 iyun 2022-ci il və 14 aprel 2023-cü il tarixli çıxarışlardan görünür ki, İddiaçı hesabına 1000 manat (ümumilikdə 8000 manat olmaqla) köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 19 saylı Vəkil Bürsonun hesabına 500 manat pul köçürülmüşdür. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3632 nömrəli, 02 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə (2021-ci il üzrə sonuncu ödəniş tarixinə) əsas borc üzrə 23000 manat, faiz borcu üzrə 704,86 manat, xx.xx.2022-ci il tarixə (2022-ci il üzrə sonuncu ödəniş tarixinə əsas borc üzrə 16000 manat, faiz borcu üzrə 1362 manat, xx.xx.2023-cü il (2023-cü il üzrə sonuncu ödəniş tarixinə) əsas borc üzrə 14500 manat, faiz borcu üzrə 2397,08 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İşin hallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında bağlanmış 17 may 2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn hüquqi münasibətlər yaranmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, İddiaçı 30000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh isə krediti 10 ay müddətinədək hər ayın 1-i 3000 manat olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraiət edərək, cvabdehdən 19000 manat məbləğində əsas borcun, 3200 manat məbləğində icranın gecikdirildiyi üçün faiz məbləğini, 3000 manat məbləğində mənəvi borcun və hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən 500 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz və ya borcunun olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin cavabdeh tərəfindən bu müddət ərzində borcun müəyyən məbləğdə ödənilməsi barədə qəbzlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin əsas borcla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir Belə ki mülki işin materialları, o cümlədən tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir Belə olan təqdirdə, iddiaçı məhkəməyə müraicət etməyə haqlı olmuşdur. Əsas borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 19000 manat məbləğində borcun qaldığını iddia etsə də, təsdiqedici sübutları məhkəməy təqdim edə bilməmişdir. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə 03 aprel 2024-cü il tarixli, 2(005)-913/2024 saylı qərardadda yanlışlıqla 21 oktyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinin əvəzində Bakı şəhəri 19 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat məbləğində pul cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənilmiş məbləğ kimi nəzərə alınmış və ekspert qarşısında qoyulan suallarda həmin ödəniş qeyd edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin məbləğin əslində cavabdeh tərəfindən ödənilməmiş olması nəzərə alınmalı və cavabdehdə əsas borcun əvəzi olaraq 14500 deyil, 15000 manat məbləğində pul tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə mülki işin materiallarında olan, iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş qəbz və çıxarışlarla borcun 15000 manat hissəsinin qaytarıldığının təsdiq edildiyini nəzərə alır. Beləliklə, Cavabdeh əsas borcun əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “2021-ci il üzrə cavabdehdə qalmış 25.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər azı 5 faizlə) 1250 (bir min iki yüz əlli) manatdan, 2022-ci il üzrə cavabdehdə qalmış 20.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər azı 5 faizlə) 1000 (bir min) manatdan, 2023-cü il üzrə cavabdehdə qalmış 19.000 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot faiz dərəcəsinə uyğun olaraq (illik dəyər azı 5 faizlə) 950 (doqquz yüz əlli) manatdan faiz məbləği olmaqla ümumilikdə 3200 (üç min iki yüz) manat faiz məbləğinin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülkihüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və X2 haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin müqavilə üzrə öhədilklərini vaxtında və tam icra etmədiyi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddiaçı icranın gecikdiriliiyi üçün 5 faiz məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır. Tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 3200 manat məbləğində pulun tutulmalı olduğunu iddia etsə də, mülki işin materiallarında olan ekspert rəyi ilə bu məbləğin 2397.08 manat olduğu (xx.xx.2023-cü il tarixə) müəyyən üsilie. Məhkəmə təkrar qeyd edir ki, əsas borcdan ödəmələrlə bağlı əslində ödənilməmiş olan 500 manat məbləğində ödəniş qeyd edildiyindən, həmin məbləğ nəzərə alınmadan hesablama yenidən aparılmalıdır. Ekspert rəyində göstərilən cədvəldən görünür ki, 500 manat məbləğində ödənişdən sonra 40 gün ərzində faiz hesablanmışdır. Sadə riyazi hesablama nəticəsində həmin ödəmə nəzərə alınaraq hesalanmış faiz məbləğinin 2,78 ((500*5/100)/360*40=2.78) olduğu müəyyən edilir. Beləliklə, ekspert rəyində göstərilən məbləğin üzərinə 2,78 manat artırılmalı (2397,08+2,78=2399,86); iddia bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 2399,86 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdeh tərəfindən təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətin təqdim edilməməsini, sadə riyazi əməliyyatlar vasitəsilə hesablamanın aparılmasının mümükün olmasını nəzərə almış və bu mövqeyini prosessual qənaət və məhkəmə araşdırmasının ağlabatan müddət ərzində aparılması prinsiplərinə uyğun hesab etmişdir. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə vəkilə hüquqi xidmətlərin göstərilməsinin əvəzində ödənilmiş 500 manat puldan 300 manatın ağlabatan məbləğ olduğunu və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 35 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq ymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15000 manat məbləğində əsas borc, ödəliyin icrasının gecikdirilməsinə görə 2399,86 manat, hüquqi yardımın göstərilməsinə görə 300 manat məbləğində pul, ümumilikdə 17699,86 (on yeddi min altı yüz doxsan doqquz manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 172,40 manat dvlət rüsumunun 119 manat İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15000 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirilməsinə görə 2399,86 manat, hüquqi yardımın göstərilməsinə görə 300 manat məbləğində pul, ümumilikdə 17699,86 (on yeddi min altı yüz doxsan doqquz manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 172,40 manat məbləğində dövlət rüsumunun 119 (bir yüz on doqquz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar