Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-92/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 19773,42 (on doqquz min yeddi yüz yetmiş üç manat 42 qəpik) manat – bundan 6620,84 (altı min altı yüz iyirmi manat 84 qəpik) manat əsas, 5565,57 (beş min beş yüz altmış beş manat 57 qəpik) manat faiz, 6679,89 (altı min altı yüz yetmiş doqquz manat 89 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 907,12 (doqquz yüz yeddi manat 12 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 149,32 (bir yüz qırx doqquz manat 32 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cəbiyeva (Xairova) Peykər Azər qızından və Cahangirova (Şahbazova) Kövsər Şahbaz qızından müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 70018055 №-li 05 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 9500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh1, Cəbiyeva (Xairova) Peykər Azər qızı və Cahangirova (Şahbazova) Kövsər Şahbaz qızı ilə Bank arasında 05 mart 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2015-ci il tarixli 70018055 saylı kredit müqaviləsinə 25 yanvar 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı 6399,47 (altı min üç yüz doxsan doqquz ABŞ dolları 47 sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD=1.40 (bir manat 40 qəpik) manat bu sazişin qüvvəyə mindiyi tarixə 8959,26 (səkkiz min doqquz yüz əlli doqquz manat 26 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kredit müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1, Cəbiyeva (Xairova) Peykər Azər qızı və Cahangirova (Şahbazova) Kövsər Şahbaz qızı ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********665 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh4 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 19773,42 (on doqquz min yeddi yüz yetmiş üç manat 42 qəpik) manat təşkil edir. Bundan 6620,84 (altı min altı yüz iyirmi manat 84 qəpik) manat əsas, 5565,57 (beş min beş yüz altmış beş manat 57 qəpik) manat faiz, 6679,89 (altı min altı yüz yetmiş doqquz manat 89 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 907,12 (doqquz yüz yeddi manat 12 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh1 vəkili Vəkil Tacir oğlu iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Elxan oğlu mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 70018055 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə 9500 USD məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 70018055 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 saylı Əlavə saziş bağlanılaraq kredit öhdəliyi konvertasiya edilməklə, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Məhkəmə gedişatı zamanı Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi xx.xx.2017-ci il tarixdə bağlanmış 1 nömrəli Əlavə sazişin Cavabdeh4 tərəfindən imzalanmadığını iddia edərək məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair yazılı vəsatətlə müraciət etmişdir. Cavabadeh Cavabdeh4 deyilənə görə Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona məxsus imza-xətt nümunələri götürülmədən tədqiqat aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/572 nömrəli ekspert rəyi tərtib edilmişdir. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində “DəmirBank" ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli 70018055 saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli № 1 nömrəli Əlavə sazişinin aşağı küncündəki imza və arxa tərəfində “Borcalan" hissəsində (imza) qrafasındakı imza-eyni şəxs Cavabdeh4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 12-14-cü vərəqlərində olan “DəmirBank" ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli № 70018055 nömrəli Kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərin üz və arxa tərəfindəki 4 ədəd imzalar və 3-cü vərəqin Borcalan hissəsində (imza) qrafasındakı imza-Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 70018055 nömrəli Kredit müqaviləsi Cavabdeh4 tərəfindən icra edilməsə də, lakin həmin müqavilə əsasında bağlanmış 25 yanvar 2017-ci il tarixli №1 nömrəli Əlavə saziş Cavabdeh4 tərəfindən icra edilmişdir. Bildirilir ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 70018055 nömrəli Kredit müqaviləsini imzalamasa belə, həmin müqavilə üzrə 25 yanvar 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişi imzalamaqla və davamlı olaraq xx.xx.2015-ci il tarixli № 70018055 nömrəli Kredit müqaviləsi bağlandıqdan sonra və Əlavə saziş bağlandıqdan sonrakı dövrlərdə ödənişlər etməklə xx.xx.2015-ci il tarixli 70018055 nömrəli əqdin olduğunu təsdiq etmişdir. Bu da onu ehtiva edir ki, xx.xx.2015-ci il tarixli 70018055 nömrəli Kredit müqaviləsi Cavabdeh4 tərəfindən imzalanmasa belə, belə bir əqdin olduğundan xəbərinin olması və həmin əqdə etirazını bildirməməsi onun tərəfindən xx.xx.2015-ci il tarixli 70018055 nömrəli Kredit müqaviləsinin bəyənildiyini və razılığını tam ifadə edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 19 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, 25 yanvar 2017-ci il tarixli 70018055 №-li kredit müqaviləsi üzrə Cavabdeh4 7 oktyabr 2022-ci il tarixinə əsas borcu 6620 manat, faiz borcu 5565 manat, 6679 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 907 manat faiz borcu olmaqla, cəmi 19773 manat təşkil edir. - İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 05 mart 2015-ci il tarixli 70018055 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 9500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. - 05 mart 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh4 9500 (doqquz min beş yüz) ABŞ dolları məbləği almışdır. - 05 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, “Zaminlər” - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 25 yanvar 2017-ci il tarixli 70018055 №-li Kredit müqaviləsi üzrə kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılmasının təminatı kimi “Borclu” - Cavabdeh4 öhdəliklərini yerinə yetirmək üçün “Kreditor” - İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. - 25 yanvar 2017-ci il tarixli 70018055 №-li kredit müqaviləsi üzrə 25 yanvar 2017-ci il tarixli Əlavə Saziş № 1-dən görünür ki, Borcalanın Kreditor qarşısındakı 6399.47 USD dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə 1 (bir) USD = 1.40 (bir manat 40 qəp) AZN bu Sazişin qüvvəyə mindiyi tarixə 8959.26 AZN təşkil edir.Restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. - 25 yanvar 2017-ci il tarixli 70018055 №-li Zaminlik müqaviləsi üzrə Əlavə Saziş № 1-dən görünür ki, Zamin(lər) bu Əlavə Sazişi imzalamaqla 70018055 saylı, xx/xx/2015-ci il tarixli Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş 25 yanvar 2017-ci il tarixli, 1 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanan 01 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, 19734.78 manat borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 4/572 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 18-ci vərəqində İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli 70018055 saylı Kredit müqaviləsi üzrə 25 yanvar 2017-cİ il tarixli № 1 nömrəli əlavə sazişinin aşağı sağ küncündəki imza və arxa tərəfində “Borcalan” hissəsində “(imza)” qrafasındakı imza - EYNİ ŞƏXS, Cavabdeh4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqlərində olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli № 70018055 nömrəli Kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərin üz və arxa tərəflərindəki 4 ədəd imzalar və 3-cü vərəqin “Borcalan” hissəsində "(imza)” qrafasındakı imza - Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqlərində olan "DəmirBank” ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli № 70018055 nömrəli Kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərin üz və arxa tərəflərindəki 4 ədəd imzalar və 3-cü vərəqin “Borcalan” hissəsində “(imza)" qrafasındakı imza ilə mülki işin 18-ci vərəqində “DəmirBank" ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli 70018055 saylı Kredit müqaviləsi üzrə 25 yanvar 2017-ci il tarixi № 1 nömrəli əlavə sazişinin aşağı sağ küncündəki imza və arxa tərəfində “Borcalan” hissəsində “(imza)" qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5799 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında İmzalanmış xx.xx.2015-ci İl tarixli 70018055 saylı kredit müqaviləsinin, həmin müqavilənin əsasında imzalanmış əlavələrin qeyd olunan şərtlərini nəzərə alaraq, eyni zamanda "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilənləri rəhbər tutaraq Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixə (müqavilə bitən tarixə): əsas borc üzrə - 2785,32 manat, faiz borcu üzrə - 2202,25 manat. xx.xx.2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə - 2785,32 manat, faiz borcu üzrə - 2699,74 manat. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh4 hesablanmış ümumi kompensasiyanın məbləği 4616,63 manat, borclarının ödənilməsinə yönəldilən kompensasiyanın məbləği isə 3835,52 manat kimi göstərilmişdir. Geriyə qalan 781,11 manat məbləği isə vətəndaşa çatan hissə olaraq göstərilmişdir. Geriyə qalan 781,11 manat məbləği isə vətəndaşa çatan hissə olaraq göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1267 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 12-14-cü vərəqlərində "Dəmirbank” ASC ilə Cavabdeh4 adlarından olan xx.xx.2015-ci il tarixli 70018055 nömrəli kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin üz və arxa tərəflərindeki 4 ədəd imzalar və 3-cü vərəqin "Borcalan" hissəsində (imza) qrafasındakı imza, 15-ci vərəqində xx.xx.2015-ci il tarixli 70018055 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin üz tərəfinin aşağı sağ küncündəki imza və arxa tərəfində “BORCALAN Cavabdeh4" qrafasındakı imza, xx.xx.2015-ci il tarixli 1/18/81255174USD saylı kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım" qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqlərində “Dəmirbank" ASC ilə Cavabdeh4 adlarından olan xx.xx.2015-ci il tarixli 70018055 nömrəli kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin üz və arxa tərəflərindəki 4 ədəd imzalar və 3-cü vərəqin "Borcalan” hissəsində (imza) qrafasındakı imza, 15-ci vərəqində xx.xx.2015-ci il tarixli 70018055 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin üz tərəfinin aşağı sağ küncündəki imza və arxa tərəfində “BORCALAN Cavabdeh4" qrafasındakı imza, xx.xx.2015-ci il tarixli 1/18/81255174USD saylı kassa məxaric orderində "Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cəbiyeva (Xairova) Peyker Azər qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqlərində "Dəmirbank” ASC ilə Cavabdeh4 adlarından olan xx.xx.2015-ci il tarixli 70018055 nömrəli kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin üz və arxa tərəflərindəki 4 ədəd imzalar və 3-cü vərəqin "Borcalan” hissəsində (imza) qrafasındakı imza, 15-ci vərəqində xx.xx.2015-ci il tarixli 70018055 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin üz tərəfinin aşağı sağ küncündəki imza və arxa tərəfində “BORCALAN Cavabdeh4” qrafasındakı imza, xx.xx.2015-ci il tarixli 1/18/81255174USD saylı kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cahangirova (Şahbazova) Kövsər Şahbaz qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/03 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 70018055 saylı kredit müqaviləsinin, həmin müqavilənin əsasında imzalanmış əlavələrin qeyd olunan şərtlərini nəzərə alaraq, eyni zamanda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli İlə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilənləri rəhbər tutaraq Cavabdeh4 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixə (müqavilə bitən müddətə): əsas borc üzrə - 2785,32 manat, faiz borcu üzrə - 2202,25 manat. müqavilə müddətindən sonra illik 5 %-lə hesablanmaqla xx.xx.2024-cü il tarixə (rəy verilən müddətə): faiz borcu üzrə - 553,97 manat. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh4 hesablanmış ümumi kompensasiyanın məbləği 4616,63 manat, borclarının ödənilməsinə yönəldilən kompensasiyanın məbləği isə 3835,52 manat kimi göstərilmişdir. Geriyə qalan 781,11 manat məbləği isə vətəndaşa çatan hissə olaraq Azərpoçt vasitəsilə vətəndaşa təqdim edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 05 mart 2015-ci il tarixində tərəflər - Cavabdeh4 ilə İddiaçı ASC arasında 70018055 №-li kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən LPO İddiaçı ASC “borclu” Cavabdeh4 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 9500 ABŞ dolları məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. 05 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 25 yanvar 2017-ci il tarixli 70018055 №-li Kredit müqaviləsi üzrə kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılmasının təminatı kimi “Borclu”nun öhdəliklərini yerinə yetirmək üçün “Kreditor” - İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 70018055 saylı kredit müqaviləsinə 25 yanvar 2017-ci il tarixdə 1 nömrəli əlavə sazişə əsasən kredit restrukturizasiya edilmiş, kredit müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək kredit müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış 6620,84 manat əsas, 5565,57 manat faiz, 6679,89 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 907,12 manat faiz borcu olmaqla, cəmi 19773,42 manat pulun və 149,32 manat dövlət rüsumunun məhkəmə qaydasında cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə, müqavilədəki imzaların yoxlanması məqsədilə xx.xx.2023-cü tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında müvafiq suallar qoymuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 4/572 nömrəli ekspert rəyinə əsasən iddiaçı Bank ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli 70018055 saylı Kredit müqaviləsi üzrə 25 yanvar 2017-ci il tarixli № 1 nömrəli əlavə sazişinin aşağı sağ küncündəki imza və arxa tərəfində “Borcalan” hissəsində “(imza)” qrafasındakı imzanın Cavabdeh4 tərəfindən icra olunduğu, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli № 70018055 nömrəli Kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərin üz və arxa tərəflərindəki 4 ədəd imzalar və 3-cü vərəqin “Borcalan” hissəsində qrafasındakı imzanın isə Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanlarla bağlı bildirir ki, Konstitusiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarına əsasən, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 357-ci maddəsində nəzərdə tutulan bəyənmə əqdin sonradan bəyənilməsi ilə bağlıdır. Elə həmin normanın mənası ondan ibarətdir ki, müqaviləni bəyənən şəxs onun şərtləri ilə əvvəlcədən tanış olmur və razılığı olmur. Sonradan bəyənmənin mahiyyəti ondan ibarətdir ki, tərəf əqdin şərtlərini sonradan bəyənir. Odur ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə bir-birinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olubolmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 4/572 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli 70018055 nömrəli Kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin üz və arxa tərəflərindəki 4 ədəd imzalar və 3-cü vərəqin “Borcalan” hissəsində “imza” qrafasındakı imza - Cavabdeh4 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu, lakin xx.xx.2015-ci il tarixli 70018055 saylı Kredit müqaviləsi üzrə 25 yanvar 2017-ci il tarixli № 1 nömrəli Əlavə sazişin aşağı sağ küncündəki imza və arxa tərəfində “Borcalan” hissəsində “imza” qrafasındakı imza - eyni şəxs, Cavabdeh4 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iddiaçıya hər hansı borclarının olmadığını, hazırki müqavilə üzrə iddiaçı bankdan kredit almadıqlarını, hətta kredit müqaviləsinin Cavabdeh4 tərəfindən imzalanmadığına dair verdiyi izahatlara münasibətdə bildirir ki, cavabdehin həmin müqavilə bağlandıqdan sonrakı hərəkətləri, yəni 25 yanvar 2017-ci il tarixli 1 № Əlavə sazişin sonuncu tərəfindən imzalanması (hansı ki, bu hal ekspert rəyi ilə öz təsdiqini tapmışdır) xx.xx.2015-ci il tarixli 70018055 saylı Kredit müqaviləsini sonradan bəyəndiyinin, o cümlədən kredit müqaviləsi üzrə vəsaitlərin qəbul edilməsinin təsdiqi olmaqla, kredit müqaviləsi üzrə vəsaitin qaytarılması öhdəliyinin yarandığının sübutudur. Belə olan təqdirdə “Borcalan”nın (Cavabdeh4) imzasının olmamasına görə onun bu kredit müqaviləsi üzrə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Beləliklə, əqd sonradan bəyənilməklə etibarlı hala gətirilmişdir. Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadına əsasən, (23-cü bənd b) bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 344, 345, 29.1,30.1-ci maddələrində nəzərdə tutulan etibarsızlıq və bəyənmə halları buna misal göstərilə bilər. Sözügedən normaların tələblərindən aydın olduğu kimi, bu növ əqdlər bağlandıqları andan etibarsızdırlar; lakin bu etibarsızlıq sonradan verilən razılıq (bəyənmə) ilə aradan qaldırıla bilər. Burada əqdin natamam şəkildə doğmasından və əgər bu natamamlıq sonradan əqdin bəyənilməsi ilə aradan qaldırılarsa, həmin əqdin etibarlı olacağından, əks halda, əqdin bağlandığı andan etibarsız olmasından söhbət gedir. Yəni əqdin sözügedən tamamlayıcı ünsürlərlə tamamlanmaması onun etibarsızlığının qətiləşməsi ilə nəticələnir. Başqa sözlə, bu cür əqdlərin etibarlı olması üçün həmin tamamlayıcı ünsürlərə ehtiyac vardır. Bunu, MM-nin mübahisə edilən əqd və natamam əqdlə bağlı ifadə şəkillərindən də, sezmək mümkündür. Məsələn, Mülki Məcəllə, mübahisə edilən əqdə münasibətdə ya “əqd mübahisələndirilə bilər” (m. 339, 347 və s.), ya da “məhkəmə tərəfindən etibarsız sayıla bilər” (m. 346.1 və s.) ifadələrinə yer verir. Qanunverici natamam əqdlərə münasibətdə isə, fərqli ifadə şəklindən istifadə edir. Məsələn, “əqd ... razılığı ilə etibarlı sayıla bilər” (m. 342, 29.1 və s.), “icazəsi... ilə həyata keçirilirsə etibarlıdır” (m. 358.1), “... bunu bəyənirsə, etibarlıdır” (m. 358.2) ifadələrində olduğu kimi. Bu mənada natamam əqdlərin mübahisə edilən əqd kimi qəbulu yolverilməzdir. Məhkəmə hazırki işin halları baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına əsasən bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.” Hazırkı iş üzrə isə cavabdehin nümayəndəsinin yalnız bağlanmış müqavilədə Cavabdeh4 imzasının olmaması, müqavilə bağlanarkən onun ölkədə olmaması əsas götürülərək, onların kreditin götürülməsi ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək kredit müqaviləsinin etibarsız hesab edilməsi yuxarıda qeyd olunanlara əsasən, əsassızdır. Beləliklə, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və LPO İddiaçı ASC tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 9500 ABŞ dolları məbləğində kreditin verilməsi, daha sonra həmin məbləğin restrukturizasiya edilərək, 8959,26 manat təşkil etməsi, yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, ekspertiza rəyini əsas götürərək hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində qismən əsaslıdır və iddia bu hissədə qismən təmin olunmalı, Cavabdeh4 əsas borc üzrə 2785,32 manat, faiz borcu üzrə isə 2202,25 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 6679,89 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 150 manata endirilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 907,57 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər. 25 yanvar 2017-ci il tarixli 70018055 №-li kredit müqaviləsinə əsasən restrukturizasiya edilmiş kredit müddətinin xx.xx.2020-ci il tarixədək uzadılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 907,12 manat məbləğində faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid olan hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ləğv prosesində olan LPO İddiaçı ASC və zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bu baxımdan qeyd olunur ki, müqavilədə zaminlik müqaviləsinin kredit müqaviləsindən fərqli qüvvədə olma müddəti qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Zaminliklə təmin edilmiş öhdəlik “Kredit alan” tərəfindən “Bank” qarşısında tam həcmdə icra edilənədək qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il (xx.xx.20217-ci il tarixdə Əlavə Saziş №1) tarixdə İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanılmış 25 yanvar 2017-ci il tarixli 70018055 №-li kredit müqaviləsinə əsasən restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı zaminlərə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmiş, hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, zaminlərə aid hissədə iddia tələbləri zaminə qarşı belə bir iddia qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə verildiyindən təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinə iddia müddətinin tətbiq olunması barədə cavabdehin vəkilinin ərizəsini əsassız hesab edir, belə ki, 25 yanvar 2017-ci il tarixli 1 № Əlavə sazişin 1.2-ci bəndindən görünür ki, tərəflər restrukturizasiya edilmiş kredit müddətinin həmin Əlavə sazişin imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılması barədə öz üzərinə öhdəlik götürmüşlər. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, beləliklə, qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 149,32 manat dövlət rüsumunun 110,32 manat miqdarında hissəsi onun özünə aid edilməli, qalan 39 manat miqdarında hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 541 manat pul vəsaitinin, 399 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 142 manat hissəsi isə Cavabdeh4 iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 2785,32 manat əsas borc, 2202,25 manat faiz borcu və 150 manat cərimə borcu olmaqla, cəmi 5137,57 manat məbləğində pul və 149,32 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 2785,32 manat əsas borc, 2202,25 manat faiz borcu və 150 manat cərimə borcu olmaqla, cəmi 5137,57 manat məbləğində pul və 39 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 110,32 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri 541 manat pul vəsaitinin, 399 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 142 manat hissəsi Cavabdeh4 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-92/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-92/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver