Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-927/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzdə Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1827,00 (bir min səkkiz yüz iyirmi yeddi) manat, həmin vəsaitin məbləğinə hesablanmış 235,98 (iki yüz otuz beş manat doxsan səkkiz) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,00 (qırx bir) manat, cəmi 2103,98 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra Cavabdeh) İddiaçı ASC-nin (bundan sonra Bank) “İnşaatçılar” filialı arasında xx.xx.2020-ci il tarixdə limiti 4000 manat olan BRED2444252A226 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilədə faiz tətbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanılması nəzərdə tutulmamışdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2020- ci il tarixli kredit xətti müqaviləsi üzrə qalıq əsas borc 3934,94 manat təşkil etsə də (kart çıxarışı əlavə olunur), həmin tarixdə rəsmiləşdirilmiş yeni BBLK3596812A299 saylı kredit xətti müqaviləsinə əsasən köhnə müqavilə üzrə əsas qalıq borcun 2107,94 manat olduğu qeyd edilmişdir (müqavilənin 4.19.1. bəndi). Qeyd olunan halın baş verməsinin səbəbi isə kartla aparılan əməliyyatların təsdiqlənməsinin bəzən müəyyən müddət zaman tələb etməsidir. Belə olduğu halda həmin əməliyyatlara görə borc sistemdə formalaşmamış olduğundan qalıq borc yeni müqavilədə düzgün əks olunmamışdır. Kart hesabından çıxarışdan göründüyü kimi kartla xx.xx.2021-ci il tarixdə aparılmış 5.00 manat məbləğində əməliyyat xx.xx.2021-ci il tarixdə təsdiq edildikdən sonra kartın balansı -3934.94 manat təşkil etmişdir (kredit xətti olduğundan vəsait istifadə olunduqda kartın balansı mənfiyə doğru dəyişir). xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürülmüş 9000.00 manat vəsaitin 2107,94 manat hissəsi əsas borca, 35.03 manat hissəsi isə cərimə borcuna tutulmuşdur. Kart hesabından çıxarışdan göründüyü kimi 2107,94 manat borca silindikdən sonra kart hesabının qalığı - 1827,00 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, BRED2444252A226 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh limiti 4000 manat olan kredit xətti açılmışdır. - xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, götürülmüş 9000.00 manat vəsaitin 2107,94 manat hissəsi əsas borca, 35.03 manat hissəsi isə cərimə borcuna tutulmuşdur. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1624 №-li ekspert rəyindən məlum olur ki, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED2444252A226 saylı Kredit Müqaviləsə əsasən bank tərəfindən faiz borcu hesablanmaması müəyyən edilir. Dövr ərzində ödənilmiş vəsait bank tərəfindən qalıq borc məbləğindən silinərək 1827,00 manat məbləğində olması müəyyən edilir. Ekspert qarşısında qoyulmuş suallar üzrə hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixində 2107,94 manat məbləğində ödəniş etdikdən sonra 1827,0 manat qalıq borcu olması müəyyən edilir. Həmin tarixdən sonra borclu tərəfindən heç bir ödəniş aparılmamışdır. Ödəniş kartı üzrə çıxarışlarda çıxarış dövru tarixinə, yəni xx.xx.2023-cü il tarixinədək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə illik 5 faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu aşağıdakı kimi, müəyyən olunur. 1827,0 manat x 5% : 360 gün =0,25 manat x 951 gün = 241,31 manat. Əsas borc üzrə qalıq 1827 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 241,31 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED2444252A226 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh limiti 4000 manat olan kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən götürülmüş 9000.00 manat vəsaitin 2107,94 manat hissəsi əsas borca, 35.03 manat hissəsi isə cərimə borcuna tutulmuşdur. Kredit müqaviləsinə əsasən cavabdeh krediti ödəmək öhdəliyi götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh kredit məbləğini alaraq istifadə etmiş, lakin borcunu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Ekspert rəyi və iddia ərizəsində əsas borcun məbləği 1827 manat qeyd edildiyindən, həmin məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas vəsaitin məbləğinə hesablanmış 235,98 (iki yüz otuz beş manat doxsan səkkiz) manat faizlərin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi qanunvericilik borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə həmin məbləğin ödənilməsi tələb edilə bilər. İddia ərizəsindən də göründüyü kimi bank tərəfindən qeyd edilən qalıq borcunun qalması sonradan aşkar edilmişdir. Beləliklə, mülki işin materiallarından cavabdehin borcu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi halları aşkar edilmir. Qeyd edilən məbləğin cavabdehin təqsiri ucbatından gecikdirilməsi müəyyən edilmir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1827,00 (bir min səkkiz yüz iyirmi yeddi) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat pulun 36 (otuz altı) manatı, cəmi 1863 (min səkkiz altmış üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 88 (səksən səkkiz) manatı Cavabdeh, 12 (on iki) manatı isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-927/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-927/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver