Məhkəmə qərarları › İş №e-2(005)-93/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-93/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-93/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması üzrə 2712.05 manat məbləğində krеdit bоrcu, 322.91 manat məbləğində faiz bоrcu və 669.88 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3704.84 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57.05 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056L**********46 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********S saylı, xx.xx.2020-ci il tarixli 056R**********SA saylı, xx.xx.2020-ci il tarixli 056R**********SB saylı, xx.xx.2021-ci il tarixli 056R**********SC saylı, xx.xx.2021-ci il tarixli 056R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2287.95 manat ödəmiş, onun 2712.05 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 242 gün üçün hesablanmış faiz borcu 322.91 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi üzrə göstərilən əsas və faiz borcu ilə razı olduğu barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərilmiş cərimə məbləğinin tutulması hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2nun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 056L**********46 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında uzun müddətli kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 056S********** nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında “Zamin” müqavilənin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə Bank qarşısında məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 056L**********46 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşmasından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 5000 manat aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 18 ay müddətinə kredit verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş kreditin verilməsi barədə xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, Cavabdeh1 cari hesabına (hesab nömrəsi AZ88ACAB********************) 5000 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 056R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2019-cu il tarixli 056L**********46 saylı Uzunmüddətli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan Kredit Razılaşması üzrə götürdüyü- kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 15 aprel 2020-cu il tarixil ödəniş planına uyğun olaraq Banka ödəməli və Xarici valyutada verilmiş kredit üzrə Ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından va ya azalmasından asılı olmayaraq hamin xarici vayutada da Banka etməli və Kredit vaxtından əvvəl qismən qaytarıldıqda Kredit Alan vaxtından əvvəl ödəniş məbteğı üzrə iki aylıq faizi də əlavə olaraq Banka Ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 056R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2019-cu il tarixli 056L**********46 saylı Uzunmüddətli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 07 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməli və Xarici valyutada verilmiş kredit üzrə Ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından va ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməli və Kredit vaxtından əvvəl qismən qaytarıldıqda Kredit Alan vaxtından əvvəl ödəniş məbləğ üzrə iki aylıq faizi də əlavə olaraq Banka Ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 056R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2019-cu il tarixli 030L**********06 saylı Uzunmüddətli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29 dekabr 2020-cu il tarixil ödəniş planına uyğun olaraq Banka ödəməli və Xarici valyutada verilmiş kredit üzrə Ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından va ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməli və Kredit vaxtından əvvəl qismən qaytarıldıqda Kredit Alan vaxtından əvvəl ödəniş məbləği üzrə iki aylıq faizi də əlavə olaraq Banka Ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 056R**********SC nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2019-cu il tarixli 030L**********06 saylı Uzunmüddətli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 08 aprel 2021-ci il tarixil ödəniş planına uyğun olaraq Banka ödəməli və Xarici valyutada verilmiş kredit üzrə Ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından va ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməli və Kredit vaxtından əvvəl qismən qaytarıldıqda Kredit Alan vaxtından əvvəl ödəniş məbləğ üzrə iki aylıq faizi də əlavə olaraq Banka Ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 056R**********SE nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2019-cu il tarixli 030L**********06 saylı Uzunmüddətli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 21 iyun 2021-ci il tarixil ödəniş planına uyğun olaraq Banka ödəməli və Xarici valyutada verilmiş kredit üzrə Ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından va ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməli və Kredit vaxtından əvvəl qismən qaytarıldıqda Kredit Alan vaxtından əvvəl ödəniş məbləği üzrə iki aylıq faizi də əlavə olaraq Banka Ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 3570.9 manat (2712.05 manat əsas, 308.3 manat faiz və 550.55 manat cərimə borcu) qalıq borcunun ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** Kredit Razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə yaranmış ümumi borcu 3704.84 manat (2712.05 manat əsas, 322.91 manat faiz və 669.88 manat cərimə borcu) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/7867 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması uzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan borcu 2560.09 manat əsas və 486.68 manat faiz borcu məbləğində müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030L**********06 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 056S**********01 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunması müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit verilmişdir. Tərəflərin imzaladıqları sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə götürülmüş öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət müraciət edərək kredit borcunun ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.2-ci bəndinin a) yarım bəndində əsasən Kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunun faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank kredit müqaviləsini vaxtından əvvəl xitam vermək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərclər və başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malik olması razılaşdırılmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən müqavilənin şərtlərini pozulması təsdiq olunmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün Cavabdeh2 zamin olduğundan, Cavabdeh1 öhdəliyinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıdığından cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Odur ki, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 2712.05 manat məbləğində əsas borc müştərək qaydada tutularaq iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan 322.91 manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən iddia tələbi üzrə 322.91 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin 669.88 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 669.88 manat cərimə borcunu 66 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57.05 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdehlərdən 100 manat ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması üzrə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2712.05 manat əsas, 322.91 manat faiz borcu və 66 manat cərimə borcu olmaqla, cəmi 3100.96 manat və iş üzrə ödənilmiş 57.05 (doxsan doqquz manat səkkiz qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı QSC-yə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Eyni zamanda cavabdehlərdən 100 manat ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə 2712.05 manat məbləğində kredit borc, 322.91 manat məbləğində faiz borcu və 66 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3100.96 (üç min yüz manat doxsan altı qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57,05 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar