Məhkəmə qərarları › İş №e-2(005)-932/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-932/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-932/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 2003.30 (iki min üç manat, otuz qəpik) manat, faiz borcu isə 127.92 ( bir yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat olmaqla ümumilikdə 2131.22 (iki min yüz otuz bir manat, iyirmi iki qəpik) manat olmaqla kredit borcu, həmçinin, ödənilmiş 41.32 (qırx bir manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2172.54 (iki min yüz yetmiş iki manat, əlli dörd qəpik ) manat məbləğin Cavabdeh tutularaq “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 6000.00 (altı min manat sıfır qəpik) manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 2003.30 (iki min üç manat, otuz qəpik) manat, faiz borcu isə 127.92 ( bir yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat olmaqla ümumilikdə 2131.22 (iki min yüz otuz bir manat, iyirmi iki qəpik ) manat olmaqla kredit borcu yaranmışdır.Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir."xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faizlə hesablanır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli, 152/SM-23 saylı istehlak kredit xətti müqaviləsi üzrə "xxxx" MMC Cavabdeh 24 ay müddətinə 6000 ( altı min) manat məbləğində kredit limiti ayırmağa, borc alan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verənə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdə sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “X3 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 15 mart 2023-cü il tarixli, 152/SM-23 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə onun “X3 Olmayan Kredit Təşkilatı” MMC-yə 2003,30 manat əsas, 127,92 manat faiz, cəmi 2131,22 manat məbləğində borcu vardır. - Ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı kredit müqavilə üzrə 6000(altı min) manat kredit məbləğini xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. - Brand Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx-xx-2023-cü il tarixli, 152/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyi üçün onun"xxxx" BOKT MMC-yə 3955.97 (üç min doqquz yüz əlli beş manat doxsan yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Borcu10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Brand Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx-xx-2023-ci il tarixli, 152/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyi üçün "xxxx" BOKT MMC-yə 3695 ( üç min altı yüz doxsan beş ) manat 78 ( yetmiş səkkiz ) qəpik məbləğində borcu yaranmışdır. Borcu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Brand Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx-xx-2023 -ci il tarixli, 152/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyi üçün "xxxx" BOKT MMC-də girov qoyduğu qızıl zinət əşyaları Azərbaycan Respublikası Daşınar Əmlakın Yüklülüyü Haqqında Qanununun tələblərinə əsasən satışa çıxarılaraq satışından əldə edilən pul vəsaiti kredit borcuna yönələcək, məbləğ artıq qalacağı halda bank hesabınıza yatırılacaq, kredit borcuna kifayət etməyəcəyi halda isə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “X3 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 15 mart 2023-cü il tarixli, 152/SM-23 saylı müqavilə üzrə öhdəliyi icra etmədiyi üçün yaranan 2120,23 manat borcu 10 gün ərzində ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 41,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 6000.00 (altı min manat sıfır qəpik) manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin şərtlərinə əsasən kreditdən istifadə müddəti 24 ay müəyyən edilmiş, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faiz hesablanır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklə icra edilmədiyindən 2131.22 qəpik manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM- 23 saylı kredit müqaviləsinə əsasən əsas borc 2003.30 (iki min üç manat, otuz qəpik) manat, faiz borcu isə 127.92 ( bir yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat olmaqla ümumilikdə 2131.22 (iki min yüz otuz bir manat, iyirmi iki qəpik) manat olmaqla kredit borcu, həmçinin, ödənilmiş 41.32 (qırx bir manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 2172.54 (iki min yüz yetmiş iki manat, əlli dörd qəpik ) manat məbləğin Cavabdeh tutularaq “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli 152/SM-23 saylı kredit müqaviləsinə əsasən 2003.30 (iki min üç manat, otuz qəpik) manat əsas borc, 127.92 ( bir yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat faiz borcu, ümumilikdə 2131.22 (iki min yüz otuz bir manat, iyirmi iki qəpik) manat kredit borcu, həmçinin, ödənilmiş 41.32 (qırx bir manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 2172.54 (iki min yüz yetmiş iki manat, əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar