Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-949/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Cavabdeh X3in iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 nömrəli kredit müqaviləsi üzrə 8,433.64 (səkkiz min dörd yüz otuz üç manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 1653,43 (bir min altı yüz əlli üç manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10,087.07 (on min səksən yeddi manat yeddi qəpik) manat borcun və 120,67 (bir yüz iyirmi manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Expressbank" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 20000 (iyirmi min (.00)) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 09 yanvar 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8,433.64 (səkkiz min dörd yüz otuz üç manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 1653,43 (bir min altı yüz əlli üç manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10,087.07 (on min səksən yeddi manat yeddi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qismən qəbul edərək, iddiaçı tərəfindən tələb olunan məbləğin ekspert rəyində göstərilən həcmdə tutulmasını, eyni zamanda, banka olan borcunun hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 20000 (iyirmi min (.00)) manat məbləğində kredit verilmişdir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 712.89 manat, sonuncu ay xx.xx.2023-cü il 708.1 manat ödəməli idi; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 8,433.64 (səkkiz min dörd yüz otuz üç manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 1653,43 (bir min altı yüz əlli üç manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10,087.07 (on min səksən yeddi manat yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə gecikmə 137 gün təşkil edir; İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 8,433.64 (səkkiz min dörd yüz otuz üç manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 1653,43 (bir min altı yüz əlli üç manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10,087.07 (on min səksən yeddi manat yeddi qəpik) manat borcunun xx.xx.2022-ci il tarixinədək ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2431 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə Cavabdehnun İddiaçı ASC-yə olan borcu 7345,41 manat əsas borc, 494,90 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 120,67 (bir yüz iyirmi manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdehna 36 ay müddətinə illik 16.5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 20000.00 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 8,433.64 (səkkiz min dörd yüz otuz üç manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 1653,43 (bir min altı yüz əlli üç manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10,087.07 (on min səksən yeddi manat yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyi ilə faiz borunun məbləği 494,90 manat müəyyən edilsə də, iddia tələbi ilə 1653,43 manat faiz borcu tələb edilir. Belə ki, iş materialları il müəyyən olunur ki, hazırda 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 kredit müqaviləsinin müddəti bitməmiş, iddiaçı hazırkı müddətə, yəni xx.xx.2023-cü il tarixinə 8,433.64 (səkkiz min dörd yüz otuz üç manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 1653,43 (bir min altı yüz əlli üç manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10,087.07 (on min səksən yeddi manat yeddi qəpik) manat tələb edir, bununla bağlı maliyyə arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7345,41 manat əsas borc, 494,90 manat məbləğində faiz borcu, ümumilikdə 7840,31 manat Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (8433,64+1653,43) 10,087.07 manatın 7840,31 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 120,67 (bir yüz iyirmi manat altmış yeddi qəpik) manat dövlət rüsumunun 98,4 (doxsan səkkiz manat, qırx qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 800804-810249/2 saylı kredit müqaviləsinə əsasən 7345,41 (yeddi min üç yüz qırx beş manat qırx bir qəpik) manat əsas borc, 494,90 (dörd yüz doxsan dörd manat doxsan qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 7840,31 (yeddi min səkkiz yüz qırx manat otuz bir qəpik) manat və ödənilmiş 98,4 (doxsan səkkiz manat, qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-949/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-949/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver