Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-962/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İlk İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddiaçı Cavabdeh Ümidvar qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk İddiaçı Cavabdeh Ümidvar qızına qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi, Qarşılıqlı iddiaçı Cavabdeh Ümidvar qızının cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Ümidvar qızına qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 3M-461 (reyestr nömrəsi) nömrəli, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 15.960 (on beş min doqquz yüz altmış) manat məbləğində pulun, eyni zamanda, 137 manat 88 qəpik ödənilmiş dövlət rüsumunun, ümumillikdə 16.097,88 (on altı min doxsan yeddi manat səksən səkkiz qəpik) manat borc pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, İddiaçı Cavabdeh və onun həyat yoldaşı Tural Həsənovu uzun illərdir ki yaxından tanıyır. Cavabdeh özünün və həyat yoldaşının pula ehtiyacı olduğunu iddiaçıya bildirərək ondan 20.000 (iyirmi min) manat məbləğində borc istəmişdir. Öz növbəsində iddiaçı cavabdehi və onun həyat yoldaşını uzun illər tanıdığı üçün sözügedən məbləğdə pulu borc şəklində cavabdehə verəcəyini bildirmişdi. Bununla bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisində iddiaçı ilə cavabdeh arasında 3M-461 (reyestr nömrəsi) nömrəli, xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndlərinə əsasən, iddiaçı, yəni “Borc verən” cavabdehə, yəni “Borc alana” 20.000 (iyirmi min) manat məbləğində borc pul verir. Həmin müqailənin 2.2-ci bəndinə əsasən “Borc alan” borcu xx.xx.2025-ci il tarixədək hər ay minimum 1.000 (min) manat olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Bildirir ki, sözügedən borc müqaviləsi bağlandıqdan sonra cavabdeh iddiaçıya əsas borc məbləğindən hissə-hissə olmaqla (26 dekabr 2023-cü il - 500 manat, 29 dekabr 2023-cü il - 500 manat, 14 fevral 2024-cü il – 1000 manat, 19 mart 2024-cü il – 600 ABŞ dolları, 25 aprel 2024-cü il – 600 ABŞ dolları) ümumillikdə cəmi 4.040 (dörd min qırx) manat pul qaytarmışdır. Beləliklə, cavabdeh son yeddi aydır ki, yəni 2024-cü ilin may ayından etibarən bu günə kimi iddiaçıya əsas borc məbləğindən heç bir ödəniş etməmişdir. Bununla da, notarial qaydada bağlanmış 3M-461 (reyestr nömrəsi) nömrəli, xx.xx.2023-cü il tarixli borc müqaviləsinin 2.2-ci bəndinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, iddiaçı cavabdehə notarial qaydada verdiyi 20.000 manat borc pul məbləğindən cavabdehin iddiaçıya qaytardığı 4.040 manat çıxmaq şərti ilə, ümumi 15.960 (on beş min doqquz yüz altmış) manat pul məbləğinin cavabdehdən geri tələb etməyi qərara gəlmişdir. Həmçinin, sözügedən borc pul məbləğinin qaytarılması tələbi ilə iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, cavabdehə bu barədə bir neçə dəfə telefon danışığı ilə də şifahi xəbərdarlıq (məlumat) verilmişdir. Cavabdeh Ümidvar qızının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 7 saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 19 dekabr 2023-ci il tarixli, 3-M461 reyestr nömrəli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2023-cii il tarixli borc müqaviləsi üzrə, 13.960 manat borcun, 137.88 manat dövlət rüsumunun, ümumilikdə 16.097.88 manat borc məbləğinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiasını əsasən onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 19 dekabr 2023-ci il tarixli "kredit miiqaviləsi"nə əsasən, guva Cavabdeh 20.000 manat borca pul vəsaiti vermişdir. Lakin, müvəkkili bildirir ki, həmin müqavilə bağlansada onlar arasında heç bir borc münasibətləri olmamış və İddiaçı tərəfindən Cavabdeh qızma 20.000 manat pul vəsaiti verilməmişdir. Bu halın təsdiqi kimi, ilkin olaraq tərəflər arasında borc münasibətlərinin olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Bununla bağlı bildirir ki, qeyd edilən pulun iddiaçı tərəfindən cavabdehə verilməsini, yəni bir tərəfin mülkiyyətindən digər tərəfin mülkiyyətinə keçfnəsini iddiaçı tərəf legitim formada sübut etməli və bu hal sübutlarla təsdiq olunmalıdır. Cavabdeh tərəf ona qarşı iddia edilən 20.000 (iyirmi min) manat məbləğində pulun ona verilməsini və onun tərəfindən alınmasını qəbul etmir. Beləki, işin əsas mahiyyəti ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh keçmiş ərinin yaxın dostluq münasibətləri olmuşdur. Hazırda Cavabdeh Ümidvar qızı həmin şəxslə nikahları pozulmuşdir. Ərinin müxtəlif şəxslərə çoxlu borcu olmuş və bu səbəbdən xarici ölkəyə qaçmışdır. Eyni zamanda hazırkı cavabdeh İddiaçı borcu da olmuşdur. Ölkəyə gəlməsi üçün borclarının ödənilməsi zərurəti yarandığından, birgə nikah dövründə olarkən arvadı Cavabdeh notariusa getməyini, 20.000 manat məbləğində borc pulun alınmasına dair borc müqaviləsinə imza etməyini xahiş etmişdir. Cavabdeh da hazırda mübahisələndirilən 19 dekabr 2023-cü tarixli, 3-M461 reyestr nömrəli "borc müqaviləsi"nə imza etmişdir. Yəni, müvəkkili keçmiş ərinin təklifi ilə razılaşaraq notariusa getmiş və qeyd edilən məbləğdə borcun götürülməsinə dair, 7 saylı Bakı Asan xidmət mərkəzində yerləşən Notariat Ofisində, ərinin dostu İddiaçı ilə uydurma borc müqaviləsini bağlamışdır. Həmin vaxt müqavilənin məzmununu qarşı tərəfin sözləri ilə notarius işçiləri tərtib etmiş, o, isə fərqinə varmadan imza etmişdir. X3 tərəfindən 20.000 manat məbləğində pul depozitə qoyulmuş və oradan çıxarılaraq həmin dəqiqə özünə qaytarılmışdır. Eyni zamanda tərəflər arasında əvvəllcədən heç bir yaxın münasibətlərinin olmasını təsdiqləyən hər hansı bir hal mövcud deyildir ki, həmin münasibətlərdən doğan hərəkətlərə görə İddiaçı Cavabdeh borca pul versin. Müvəkkili qeyd edir ki, borcun götürülməsi heç bir zərurətdən və ehtiyacdan, irəli gəlməçişdir. Həmin vaxt borc götürməsinə lüzum olmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, həmin müqavilə hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdır. Həmin borcun götürməsi istəyi, fikri ümumiyyətlə, heç vaxt olmamışdır yəni müqavilənin bağlanması iddiaçının həqiqi iradəsinin ifadəsi deyildir. Müqaviləni iddiaçının keçmiş əri yuxarıda göstərilən səbəblərdən imzalatdırıb və o da onun sözü ilə sənədlərə imza atmışdır. Müqavilənin götürülməsi ehtimal olunan pulun qaytarılmasının təminatı kimi görünüş olaraq bağlanmışdır ki, cavabdehlə iddiaçı arasında belə bir borc münasibəti həyata keçirilməmişdir. Heç iddiaçı bildirir ki, cavabdehlə heç bir vaxt pul barəsində danışıb sövdələşməmişdir. Onunla valnız bir dəfə notariusda rastlaşmışdır. Bütün işləri iddiaçının keçmiş əri razılaşdırıb, o, sadəcə notaruisa gedib həmin sənədlərə imza atmışdır. Göründüyü kimi, yəni iddiaçının keçmiş ərinin Fuada pul borcunun olması səbəbindən əri ilə cavabdeh razılaşaraq notariusa göndərilmiş və qeyd edilən borc müqaviləsinə dair formal müqavilə imzalamışdır. Həmin vaxt müqavilənin məzmununu notarius işçiləri tərtib edirlər. İddiaçı bildirir ki, heç tanış olmadan, oxumadan imza etmişdir. Bundan başqa ilkin iddia ərizəsində iddiaçı göstərir ki, "ilkin borc müqaviləsi bağlandıqdan sonra cavabdeh iddiaçıya əsas borc məbləğindən hissə-hissə olmaqla (26 dekabr 2023-cü il - 500 manat, 29 dekabr 2023-cü il - 500 manat, 14 fevral 2024-cü il – 1000 manat, 19 mart 2024-cü il – 600 ABŞ dolları, 25 aprel 2024-cü il – 600 ABŞ dolları) ümumillikdə cəmi 4.040 (dörd min qırx) manat pul qaytarmışdır. Lakin Həsənova bildirir ki, göstərilənlər yalandır. Onun tərəfindən borca görə Fuad Hüsevnova pul ödənişi heç vaxt edilməyib. Həmin məbləğlərdən xəbəri yoxdur və hansı qaydada ödənilməsini də bilmir. Əgər onun tərəfindən borc puldan ödənilmişdirsə, bu halda qəbzləri məhkəməyə təqdim etsin. Fuad Hüsevnov tərəfindən gətirilən bu dəlil şifahi olmaqla, formal mülahizələrə əsaslanır. Bu isə pulun həqiqətən verilməməsini təsdiq edir və tərəflərin bir birinə qarşı mülki-hüquqi nəticəyə vönəlmiş hədəfinin olmamasını ifadə edir. Beləki, iddiaçı arasında borc pulun bir hissəsinin qaytarılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməyib. Əgər həqiqətən borc Cavabdeh tərəfindən götürülmüşdürsə, onda qarşı tərəf həmin pulların Ülviyyə tərəfindən qaytarılmasını sübut etməli və bununlada borcun onun tərəfindən götürülməsi öz təsdiqini tapmış olardı. Hazırkı halda isə borcun bir hissəsinin Cavabdeh tərəfindən ödənilməməsi onu göstərir ki, borcu ö götürməmiş və mübahisləndirilən müqavilə ərinin təklifi ilə bağlanmış formal müqavilədir və ödənilən pullarıda ehtimal olunur ki, əri ödəmişdir. Hesab edirəm ki, mübahisənin obyektiv, tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflər arasındakı hüquq münasibətləri aydınlaşdırılmalıdır. Tərəflərin münasibətlərinin nədən qaynaqlandığı ortaya çıxarılmalı, onların münasibətləri araşdırılmalı, borc götürülməsinin zərurəti üzə çıxarılmalı və bütün bunlara qiymət verilməlidir. Yəni, tərəflərin insani, qohumluq, yoldaşlıq, yaxud işğüzar münasibətləri sorğulansa borcun hansı münasibətlərdən irəli gəldiyi araşdırılsa borc münasibətlərinin həqiqi münasibətlər yox uydurma münasibətlər olması üzə çıxarılmış olacaqdır. Mübahisənin və iddianın xarakteri tələb edir ki, tərəflər arasındakı münasibətlər aydınlaşdırılsın və üzə üzə çıxarılsın. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ümidvar qızının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Borc müqaviləsindən görünür ki, İddiaçı (Borc verən) ilə Cavabdeh Ümidvar qızı (Borc alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Borc müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1.1. Borc verən 20000 (iyirmi min) manat məbləğində pulu (bundan sonra "Borc məbləği") Borc alanın mülkiyyətinə verməyi, Borc alan isə aldığı borc məbləğini xx.xx.2025-ci il tarixədək aylıq 1000 manat olmaqla Borc verənə qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh Ümidvar qızı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Ümidvar qızı kredit müqaviləsi üzrə “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə ona məxsus Azərbaycan kredit bürosundan çıxarışın əldə edilməsinə etiraz etmir. İş materiallarında olan İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, kredit müqaviləsi üzrə borc verdiyi Cavabdeh Ümidvar qızının aktiv borcları ilə bağlı notarius tərəfindən məlumat verilmişdir. Kredit müqaviləsini rəsmiləşdirməyə razıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Məxaric kassa sənədlərinin reyestrindən görünür ki, İddiaçı tərəfindən “7 saylı” şöbənin (alan X2) xüsusi depozit hesabına 20000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişinin surətindən görünür ki, 19 dekabr 2023-cü il tarixli borc müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu Cavabdeh Ümidvar qızı xx.xx.2025-ci il tarixınədək hər ay 1000(min) manat olmaqla (ümumi borc məbləği 20.000 (iyirmi min) manat təşkil edir) borc verənə, yəni İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh Ümidvar qızı tərəfdən İddiaçı qaytarılmış aylıq borc pul məbləğləri yalnız 2024-cü ilin aprel ayına kimi ödənilmişdir. Yəni son dəfə borclu tərəfdən ödəmə aprel ayında həyata keçirilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, 2024-cü ilin may ayından etibarən bu günə kimi Cavabdeh Ümidvar qızı tərəfdən heç bir aylıq ödəniş həyata keçirilməmişdir. Bununla da aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsində nəzərdə tutulmuş şərtlər və öhdəliklər borclu tərəfdən pozulmuşdur. Odur ki, son 5 aya görə (iyun- oktyabr ayları üzrə) aylıq 1.000 manat təşkil edən ödəmədiyi aylıq borc pul məbləğlərinin, ümumilikdə 5,000 AZN (beş min manat) məbləğində borcun növbəti 10 gün ərzində ödəməyini borclu Cavabdeh Ümidvar qızından tələb edir. Əks halda, öhdəliyin icrasından boyun qaçırdığı üçün həmin məbləğin və dəymiş maddi zərərin alınması ilə əlaqədar tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Ümidvar qızı arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Borc verən” “Borc alana” 20.000 (iyirmi min) manat məbləğində pul borc verməyi öhdəsinə götürmüşdür. Borc alan isə aldığı borc məbləğini xx.xx.2025-ci il tarixədək aylıq 1000 manat olmaqla borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehin müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyini, bu səbəbdən də müqavilə üzrə borc verdiyi 20000 min manat borc məbləğinin ödənilməmiş 15960 manat məbləğində pul vəsaitini tələb edir. Cavabdeh tərəf iddia tələbini qəbul etməyərək, müqavilənin formal bağlandığını əsas gətirərək, həmin əqdin əhəmiyyətsiz əqd olduğundan qarşılıqlı iddia ilə müraciət edir. Bildirir ki, ilk iddiaçı ilə aralarında borc müqaviləsinin bağlanmasını onun keçmiş ərinin götürdüyünü və müqavilənin formal xarakter daşıdığını qeyd edərək, müqavilənin əhəmiyyətsiz əqd kimi tanınmasını xahiş edir. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbi ilə bağlı dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə həmçinin də, qarşılıqlı iddiaçının mübahisəli borc müqaviləsinin bağlanmasının ərinin istəyi üçün formal, yalnız görünüş üçün bağlanması barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər iş materialları ilə təkzib olunur. Belə olan halda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı mübahisəli borc müqaviləsinin formal, yalnız görünüş üçün bağlanmasını bildirsə də, məhkəmə araşdırması zamanı, verilmiş izahatlarla sübut olunmuşdur ki, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə ki, yuxarıdakı izahatların kontekstində mübahisəyə hüquqi qiymət verildikdə, qarşılıqlı iddia tələbinin dəlili kimi istinad edilmiş işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddianın (onun dəlillərinin) özü-özlüyündə əsassız olması onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia (iddianın dəlilləri) əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia (dəlillər) rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia (dəlillər) əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh Ümidvar qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Belə olan təqdirdə mübahisələndirilən kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddia tələbi əsassız və qanunsuzdur. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ümidvar qızının cavabdeh İddiaçı qarşı bor müqaviləsinin əhəmiyyətsiz əqd sayılmasına dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə, həmçinin ilk iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Ümidvar qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən, iddiaçı xx.xx.2025-ci tarixədək qaytarılması şərti ilə 20000 manat məbləğində pul vəsaitini cavabdehə borc kimi təqdim etsə də, cavabdeh tərəfindən həmin vəsaitin ödənilməmiş hissəsi 15960 manat bu günədək geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 19 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 20.000 manat məbləğində pul vermişdir. Bununla yanaşı məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləki, cavabdeh qeyd olunan məbləğdən 4.040 manat pul qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya 15960 manat məbləğində borcu qalmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki ilkin iddia tələbi təmin edilməli, yəni 15960 (on beş min doqquz yüz altmış) manat məbləğində pul vəsaiti və 137,88 (bir yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh Ümidvar qızından tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ümidvar qızının cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab olunması”na dair qarşılıqlı iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilk iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 137,88 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ümidvar qızının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Ümidvar qızından 15960 (on beş min doqquz yüz altmış) manat məbləğində pul vəsaiti və 137,88 (bir yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ümidvar qızının cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-962/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-962/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver