Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1011/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "Anima" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin cavabdeh Əlı̇ yev Səbuhı̇ Komı̇ ssar oğluna qarşı "yeni mənzilin verilməsi və kirayə haqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Anima" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi cavabdeh Əlı̇ yev Səbuhı̇ Komı̇ ssar oğluna qarşı "yeni mənzilin verilməsi və kirayə haqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Əlı̇ yev Səbuhı̇ Komı̇ ssar oğlunun mülkiyyətində olan əmlak sökülmüşdür. Bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan əlavə, həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, iddiaçı "Anima" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin cavabdeh Əlı̇ yev Səbuhı̇ Komı̇ ssar oğluna qarşı "yeni mənzilin verilməsi və kirayə haqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Anima" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin cavabdeh Əlı̇ yev Səbuhı̇ Komı̇ ssar oğluna qarşı "yeni mənzilin verilməsi və kirayə haqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "Anima" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-1011/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1011/2023
13.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver