Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3939/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhməd Güləhməd oğlu Nurməmmədov (məruzəçi), Rəşad Məhəmməd oğlu Həsənov və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1073/2025 nömrəli, 18 se ntyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1848/2016 nömrəli qətnaməsi ilə X1 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mənzildə payların müəyyən edilməsi” barədə iddiası rədd edilmiş, İddiaçı, X4 və Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və ümumi (birgə) mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə birgə mülkiyyət iştirakçıları razılaşma əldə edə bilməmələri səbəbindən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi, paylı mülkiyyət mülkiyyətçilərinin paylarının bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilə bi lmədiyindən onların bərabər payları sayılması, yəni hər birinin payının 1/3 həcmində müəyyən olunması qət edilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10142/2016 nömrəli, 7 noyabr 2016-cı il tarixli qətnaməsi ilə X1 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ünvan 2 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. 3. ünvan 2 ünvanda olan xüsusi mülkiyyətin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə İddiaçı məxsusdur. 4. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş fotoşəkillərə və məlumata əsasən ünvan 2-nin hazırda orta bazar qiyməti 70000 manat təşkil edir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı çıx arışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. 6. "xxxx" MMC-nin 83 nömrəli, 29 dekabr 2024-cü il tarixli hesabatına əsasən Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin, 22 saylı mənzilin hazırkı likvid (satış) dəyəri 75000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 250 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia (daha sonra iddia tələbinin həcminin artırılması barədə) ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25000 (iyirmi beş min) manat pulun ona kompensasiya olaraq ödənilməsi, bu mümkün olmadıqda ünvan 2-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi, həmçinin müdafiəçiyə ödənilmiş 235 manat pulun və iddia ərizəsinə görə ödədiyi 160 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Nikahları dövründə xx.xx.2006-cı il təvəllüdlü X2 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 19 dekabr 2008-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Daha sonra o, cavabdehlərlə birlikdə Sumqayıt şəhərindəki “Asan Xidmət”də ərizə verərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili özəlləşdirmişlər. Mübahisəli mənzil onun, X1 və X3 birgə ümumi mülkiyyətində olmuşdur. Əmlak üzərində payları müəyyən olunandan sonra cavabdehlərdən olan keçmiş qayınanası X4 əmlakın naturada bölünməsi tələbini irəli sürsə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-10142 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. Sözügedən mənzil paylı mülkiyyətdə olduğundan özünə məxsus hissəni heç kimə sata bilmir. Bir sözlə heç kəs mənzilin bir hissəsini əldə etmək istəmir. Həmçinin cavabdehlər hər dəfə mənzilin açarını dəyişərək onu mülkiyyətində olan mənzilə buraxmırlar. Odur ki, çarə əmlakın hərracda satılmasıdır. İddia ərizəsinə qoşma etdiyi xx.xx.2023-cü il tarixli poçt qəbzi və “Azərpoçt”un internet səhifəsindən poçt göndərişlərinin izlənməsini təsdiq edən sənədlər də bir daha təsdiq etmişdir ki, onun tərəfindən 23333 (iyirmi üç min üç yüz otuz üç) manat pulun kom pensasiya formasında ödənilməsini cavabdehə təklif etmişdir. Təəssüflər olsun ki, cavabdeh bu günə qədər də bu hala münasibət bildirməmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmişdir ki, iddia ərizəsinə qoşma etdiyi xx.xx.2024-cü il tarixli poçt qəbzi və qəbzin alınmasını təsdiq edən bildirişlə təsdiq olunmuşdur ki, o, növbəti mərhələ olan kompensasiya tələb etmək hüququndan da istifadə edərək cavabdehdən iddia ərizəsinə qoşma etdiyi mütəxəssis rəyinə əsasən hazırki mənzilin bazar qiymətinin 1/3 hissəsi olan 23333 manat pul ödənilməsini təklif edərək buna uyğun dövlət rüsumunu da ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi təəssüflər olsun ki, cavabdehlər bu hala münasibəti nə əvvəl, nə də ki, hazırda bildirməyərək onu məhkəməyə müraciət et məyə vadar etmişdir. Belə ki, iddia ərizəsinə qoşma etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, iş № 2(102)-3736/2022 saylı qərarında (7-ci səhifə 1-ci abzas) qeyd edilmişdir ki, “ Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur”. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Bu da Ali Məhkəmənin mövqeyi və məhkəmə təcrübəsidir. Bəzi hallarda məhkəmələrdə müəyyən işlərlə bağl ı fərqli yanaşmalar ortaya çıxır. Belə ki, hazırkı mübahisə ailə qanunvericiliyi ilə deyil, mülki qanunvericiliklə tənzimləndiyindən bu kateqoriyadan olan mübahisələr üzrə işə məhkəmədən öncə mediasiya qurumuna müraciət edilməli olması barədə qüvvədə olan qanunvericilikdə hər hansı müddəa yoxdur. İddianın həlli qaydası Mülki qanunvericiliklə tənzimləndiyindən hesab etmişdir ki, mediasiyadan keçməyinə ehtiyac yoxdur.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-435/2025 nömrəli, 8 may 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin bazar dəyərinin 75000 (yetmiş beş min) manat müəyyən edilməsi, açıq hərracın satışından əldə edilən pulun 1 /3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə Cavabdeh2 paylarına uyğun bölünməsi, dövlət rüsumunun 80 (səksən) manat hissəsi və hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim A. Behbudova).
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
11. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcə lləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü və əşyanın məhkəmə qərarı ilə hərracdan satılması həyata keçirilə bilər. Tərəflər arasında mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamış, iddiaçının kompensasiya təklifinə cavab verilməmişdir.
12. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə X1 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. İddiaçı paya uyğun kompensasiya ödənilməsi, mümkün olmadığı təqdirdə hərracda satılaraq vəsaitin paylara uyğun olaraq bölünməsini xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir. Yəni paylı mülkiyyətçilər arasında paylarına mütənasib bölgü ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün ardıcılıqlara əməl edilmiş, (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10142/2016 saylı, 7 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ünvan 2 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırl ar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019 -cu il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli, 02/2024 qərardadının 17, 18, 19, 25, 28, 29, 30-cu bəndlərinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci və MPM-nin 14.2, 77.1, 119.1, 121.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək bi rinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin fikrinə səthi yanaşmışdır. Belə ki, ünvan 2 ünvanında olan mənzil 2008-ci ilə qədər X1 mərhum yoldaşına order əsasında verilmişdir. İddiaçı 19 dekabr 2008-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə həmin mənzilə istifadə hüququ tanınmışdır. Bundan sonra cavabdeh X8 Xidmətə müraciət edərək mənzili özəlləşdirərkən qeydiyyatda olmayan iddiaçı cavabdehləri aldadaraq özünü qeydiyyata salmışdır. Daha sonra isə mənzildə payların müəyyən edilməsi barədə iddia ilə məhkəmə müraciət edərək 1/3 həcmində pay haqqı müəyyən edilmişdir. Asan Xidmətdə mənzil i özəlləşdirən zaman İddiaçı orada olmamışdır. Cavabdehlər isə artıq rəsmi nikah pozulduğuna görə onu oraya dəvət etməmiş, imzası isə mövcud olmamışdır. Bu halı yaşlı anası həyəcanlı olduğuna görə ətraflı şəkildə məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Odur ki, Sumqayıt şəhəri “Asan Xidmət” mərkəzində ünvan 2 ünvanında olan həmin vaxt orderli mənzilin halhazırda alınmış çıxarışın kök sənədi, yəni cavabdehlərdən İddiaçı qeydiyyata alınmasına dair razılıq ərizəsinin olub-olmaması məhkəmə tərəfindən sorğulanmalıdır. Eyni zamanda mübahisəli mənzil onların yeganə yaşayış mənzilimizdir və hal-hazırda məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlə hərracdan satılmağı heç ağlabatan deyil. Faktiki isə 25000 manat pulu yoxdur ki, iddiaçıya kompensasiya verilsin.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1073/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8 may 2025-ci il tarixli, 2(060)-435/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İ. Dəmirov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və M.Hüseynov).
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qanuni qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələrdir, iddiaçının mülkiyyətinə sərəncam vermək hüququnun məhdudlaşdırılması yolver ilməzdir.
18. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4, 220.5 və 220.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1073/2025 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozulmasını Mülki Məcəllənin 140-cı maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, həmin normaya əsasən qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Amma bu mənzilə dair özəlləşmə zamanı iş üzrə iddiaçı ümumiyyətlə notariat kontorunda olmamış, ərizədə onun imzası olmamışdır, lakin bu barədə biz mülkiyyətçi olaraq bunu məhkəmənin diqqətinə çatdırsaq da, məhkəmə bu faktı araşdırmamış, mənzilin özəlləşdirilməsinə əsas olmuş sənədlərin Reyestrdən və notariat kontorundan tələb edib, həmin sənədləri tədqiq etməmişdir. Hansı bu barədə iddia verilib-verilməməsindən asılı olmayaraq, hər hansı bir əqd mübahisələndirilirsə, bu əqdin etibar lılığını yoxlamaq məhkəmənin vəzifəsidir və işə baxan məhkəmə kollegiyası bu vəzifəsini yerinə yetirməmiş və qanunsuz sənədlərlə özəlləşməyə hüquqi qiymət verməmişdir.
21. Məhkəmə əsassızlığına görə ekspert rəyi ilə razı olmadıqda, təkrar ekspertiza təyin etməlidir. Bizim mənzilə dair dövlət ekspertizası deyil, şəxsi bir firma rəy vermişdir. Biz isə bununla razılaşmamışıq. Çünki mütəxəssis mənzilə həddindən artıq qiymət qoymuşdur. Ona görə də bu iş üzrə təkrar ekspertiza keçirilməli və bazara uyğun real qiymət qoyulmamalı idi. Məhkəmə isə bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onl ara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
24. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
25. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyə tçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
29. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan ist ifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
30. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
31. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaş dırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya inst ansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1073/2025 nömrəli iş üzrə 18 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.