Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1021/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı «kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı «kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-08909İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu X3 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında X5 çərçivəsində 0064075AZN03063 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20.65%, illik cərimə faizi 180% olmaqla, 13500 AZN məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064075AZN03063 saylı müştərinin maliyyələşdirilməsi üçün ərizə üzrə 725 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi 3382,99 AZN manat əsas borc, 730,21 AZN faiz borcu, 3383,73 AZN cərimə borcu olmaqla, cəmi 7496,93 AZN təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,99 AZN manat əsas borc, 730,21 AZN faiz borcu, 3383,73 AZN cərimə borcu olmaqla, cəmi 7496,93 AZN və 95 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək Cavabdeh 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,92 AZN əsas borc, 737,75 AZN faiz borcu, 4639,58 AZN cərimə borcu olmaqla, cəmi 8760,32 AZN məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108 AZN dövlət rüsumunun iddiaçı Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən oğlu tərəfindən iddiaçı bankdan 3 min manat kredit götürülmüş, işlədiyi müddətdə bütün ödənişləri vaxtlı-vaxtında ödəmiş, daha sonra könüllü olaraq ordu sıralarına yazılmış və müharibə iştirakçısı olmuşdur. Prezidentin müvafiq fərmanına əsasən ordu sıralarında qulluq edən əsgərlərin bankdan götürmüş olduqları kreditlərə görə faizlərin hesablanması dayandırılmışdır. Lakin iddiaçı bank tərəfindən həmin fərmana riayət olunmamış və faizlər hesablanmışdır. Bununla bağlı həyat yoldaşı tərəfindən banka müraciət olunsa da, müraciəti cavabsız qalmış, hətta ona oğlunun müharibədən sağ qayıtmaması halında, onun borcunu üstlənməsi ilə bağlı sənəd imzaladılmışdır. Oğlu müharibədən qayıtdıqdan sonra aldığı travmaların təsirindən işləyə bilməmiş və onu vəzifəsi aşağı salınmışdır. Bununla yanaşı oğlu 6 aydan çoxdur ki, aldığı xəsarətlər və travmaların təsirindən işləyə bilmir və ödənişsiz məzuniyyətdədir. Buna görə də kredit borcunun ödənilməsi gecikmişdir. Qətnamə çıxarılarkən qeyd etdiyi halların nəzərə alınması xahiş edilmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanmış 0064075AZN03063 saylı, xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 20,65 %-lə, illik cərimə faizi 180% olmaqla, 13500 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
9. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyəti arasında bağlanmış 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə 3382,92 AZN əsas borc, 737,75 AZN faiz borcu, 4639,58 AZN cərimə borcu olmaqla, cəmi 8760,32 AZN məbləğində borcu vardır. Gecikmə günün sayı 803 gün təşkil edir.
10. Mülki işin materiallarında olan Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanmış 0064075AZN03063 saylı, xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 20,65 %-lə, illik cərimə faizi 180% olmaqla, 13500 AZN məbləğində kredit ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixinə Paşa Bank» Açıq Səhmdar Cəmı̇ yyətinə 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,92 AZN əsas borc, 737,75 AZN faiz borcu, 4639,58 AZN cərimə borcu olmaqla, cəmi 8760,32 AZN məbləğində borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında borc münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır.
18. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
19. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 300 AZN məbləğində müəyyən edilməlidir.
20. Məhkəmə belə nəticəyə gələrkən cavabdehin Vətən müharibəsi iştirakçısı və halhazırda işsiz olduğunu, həmçinin cərimə məbləğinin əsas borca mütənasibliyini nəzərə alır.
21. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 108 AZN (bir yüz səkkiz manat) məhkəmə xərci də cavabdehə aid edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
24. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
25. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,92 AZN (üç min üç yüz səksən iki manat, doxsan iki qəpik) əsas borc, 737,75 AZN (yeddi yüz otuz yeddi manat, yetmiş beş qəpik) faiz borcu, 300 AZN (üç yüz manat) cərimə borcu olmaqla, ümumilikdə 4420,67 AZN (dörd min dörd yüz iyirmi manat, altmış yeddi qəpik) məbləğində borc və ödənilmiş 108 AZN (bir yüz səkkiz manat) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,92 AZN (üç min üç yüz səksən iki manat, doxsan iki qəpik) əsas borc, 737,75 AZN (yeddi yüz otuz yeddi manat, yetmiş beş qəpik) faiz borcu, 300 AZN (üç yüz manat) cərimə borcu olmaqla, ümumilikdə 4420,67 AZN (dörd min dörd yüz iyirmi manat, altmış yeddi qəpik) məbləğində borc və ödənilmiş 108 AZN (bir yüz səkkiz manat) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov