Məhkəmə qərarları › İş №e-2(006)-1043/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1043/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1043/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" X5 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prius minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 məxsus 1 ədəd Polermo tipli işıq dirəyinin tumba hissəsi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə ilə bağlı qəbul edilən Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərara, Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən, İXP 65870270 saylı X8 protokola və TP ******* saylı X9 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Toyota Prius minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Hadisə nəticəsində müəssisəyə dəymiş maddi zərər 2062.10 (iki min altmış iki manat 10 qəpik) manat məbləğində hesablanmışdır. Hadisə baş verən zaman “Toyota Prius minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 2062.10 (iki min altmış iki manat 10 qəpik) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Göstərilənlərə əasən "xxxx" X3 vurulmuş maddi ziyana görə 2062.10 (iki min altmış iki manat 10 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prius minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə, "xxxx" X3 məxsus 1 ədəd Polermo tipli işıq dirəyini sıradan çıxarmış və müəssisəyə 2062.10 manat məbləğində maddi ziyan yetirmişdir. Hazırda iddiaçı dəymiş maddi ziyanın əvəzi kimi 2062.10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi Toyota Prius markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön tərəfini R.Quliyev küçəsi b.2 ünvanın qarşısında vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 8.Mülki işin materiallarında olan İXP ******* nömrəli X8 Protokol və TP ******* nömrəli X9 Haqqında Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:00-da Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, nəticədə Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. 9.Mülki işin materiallarında olan "xxxx" EŞM tərəfindən verilən Xətai rayonu, R.Quliyev küçəsində naməlum sürücünün idarə etdiyi “Toyota Prius minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş “Palermo” tipli işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, yekun məbləğ 2062.10 manat məbləğində qeyd edilmişdir. 10.Mülki işin materiallarında olan "xxxx" EŞM tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ““Toyota Prius minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurulmuş "xxxx" EŞM-yə məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyinin bərpası üçün 2062.10 manat vəsait hesablanmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 12.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 13.Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 14.Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 15.Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 16.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ümumilikdə 2062.10 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 17.Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə qüsur aktını əsas götürərək belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 2062.10 (iki min altmış iki manat, on qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 19.«Dövlət rüsumu haqqında» AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 40.62 (qırx manat, altmış iki qəpik) manat məbləğində pul tutulmalıdır. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 23.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 25.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2062.10 (iki min altmış iki manat, on qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X3 ödənilsin. Cavabdeh 40.62 (qırx manat, altmış iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar