Məhkəmə qərarları › İş №e-2(006)-1050/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1050/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1050/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «kommunal xidmət borcunun ödənilməsinə» dair mülki işə məhkəmənin inzibsti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «kommunal xidmət borcunun ödənilməsinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanılan müqavilə əsasında icarə müqaviləsinə müvafiq olaraq Cavabdeh2 MMC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1710 ( min yeddi yüz on) manat təşkil edən borcun və 37 manat 10 qəpik dövlət rüsumunun, ümumi olaraq 1747 manat 10 qəpik məbləğin cavabdehdən tutularaq onlara ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanılan müqavilə əsasında icarə müqaviləsinə müvafiq olaraq, Cavabdeh2 MMC-nin istifadəsinə verilmiş qeyriyaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayı da daxil olmaqla hər ay üçün 30 manat, ümumi məbləği 1710 (min yeddi yüz on) manat təşkil edən borcun və 37 manat 10 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi zərurəti vardır. İddiaçı tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqavilə əsasında hər ay kommunal xidmətlər üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. Nəzərə çatdırılır ki, iddiaçı tərəfidən xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ilə qarşı tərəfə müraciət olunmuş və “Nərimaov-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməli olan ümumi məbləğ 1710 manat təşkil edən borcun 3 gün ərzində ödənilməli olması xahiş edilmişdir. Əgər həmin müddətdə yaranmış olan qarşı tərəfin borcu ödənilməzsə, iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaq və bu zaman məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumlar və hüquqi xidmətə görə ödənilən məbləğ, həmçinin ödənişin gecikməsinə görə tətbiq olunan cərimə də tələb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC ünvan 1 ünvanında fəaliyyətini X2 (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******) ilə bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında həyata keçirir. İddia ərizəsində də qeyd edildiyi kimi İddiaçı ilə bağlanılan müqavilə əsasında icarə müqaviləsinə müvafiq olaraq "Al Market” MMC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 270 (iki yüz yetmiş) manat təşkil edən borcun və 37 manat 10 qəpik dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi zərurəti vardır. Bu baxımdan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin də 3.2-ci maddəsinə əsasən icarəçi tərəfindən icarə obyektinin daxilində olan kommunal xidmətlər üçün öhdəlik daşıdığı qeyd edildiyindən Cavabdeh1 ( Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******) icraatda olan mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi zərurəti yaranmış və bununla bağlı tərəfindən təqdim edilən vəsatət əsasında qəbul edilmiş qərardadla Cavabdeh1 Etibar oğlu cavabdeh qismində mülki işə cəlb edilmişdir. İlkin iddia ərizəsində iddia tələbi "'Nərimanov- 9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə bağlanılan müqavilə əsasında icarə müqaviləsinə müvafiq olaraq "Al Market” MMC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1710 ( min yedd yüz on) manat təşkil edən borcun və 37 manat 10 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq bizə ödənilməsini təmin edəsiniz" şəklində olmuşdur. Cavabdeh1 cavabdeh qismində cəlb edilməsi ilə əlaqədar xahiş etmişdir ki, iddia tələbini "xxxx" MMC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 270 (iki yüz yetmiş) manat təşkil edən borcun və 37 manat 10 qəpik dövlət rüsumunun, ümumilikdə 307 manat 10 qəpik ( üç yüz yeddi manat 10 qəpik) pulun Cavabdeh1 tutularaq "xxxx" MMMC-ə ödənilməsini təmin edəsiniz" formasında dəyişdirilməsinin təmin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin dəyişdirilərək sonuncu tələb kimi aşağıdakı formada olmasını nəzərə alınmasını xahiş edir: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 270 ( iki yüz yetmiş) manat təşkil edən borcun və 37 manat 10 qəpik dövlət rüsumunun, ümumilikdə 307 manat 10 qəpik (üç yüz yeddi manat 10 qəpik) pulun Cavabdeh1 tutularaq “Nərimanov-9" MMMC-ə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli İddiaçı Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə bağlanılan müqavilə əsasında onun tərəfindən icarə müqaviləsi əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1560 manat təşkil edən borcun ödənilməsi zərurəti vardır. İddiaçı tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqaviə əsasında hər ay kommunal xidmətlər üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. İddiaçınə ödənilməli olan ümumi məbləği 1560 manat təşkil edən borcu 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. Əgər həmin müddətdə yaranmış olan qarşı tərəfin borcu ödənilməzsə, iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaq və bu zaman məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumlar və hüquqi xidmətə görə ödənilən məbləğ, həmçinin ödənişin gecikməsinə görə tətbiq olunan cərimənin də tələb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən, icarəyə verənə məxsus 89 kv.m qeyri-yaşayış sahəsini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Cavabdeh2 MMC-yə icarəyə verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə obyektinin daxilində olan kommunal xidmətlərin (elektrik, su, qaz, telefon və s.) icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3540/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “kommunal xidmət borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh1 1560 manat məbləğində borc və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1799/2024 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-3540/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsini, iddianın Cavabdeh1 münasibətdə təmin edilməsini, Cavabdeh1 1560 manat məbləğində borc və dövlət rüsumu kimi 36 manat, cəmi 1596 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 37,10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 122.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək və s. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarına aiddir: 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2 və 135.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 136.3-cü və 136.4-cü maddələrinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 138.4-cü və 138.5-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütanasib olaraq iştirak etməyə borcludur. 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirilməsi: Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 270 manat əsas borc və 37 manat 10 qəpik manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 307 manat 10 qəpik məbləğində pul alınaraq İddiaçı MMMC-yə ödənilməlidir. Hazırkı iş üzrə binaların sahə mülkiyyətçiləri qeyd edilən idarəetmə üsullarından birini seçmişlər. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Faktiki vəziyyətdə binanın idarəçiliyi məhz bu qeyri-kommersiya hüquqi şəxs tərəfindən həyata keçirilir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq iddiaçı tərəfindən göstərilməsi, bina sakinlərinin bu xidmətlərdən yararanmaları işin mübahisəsiz halıdır. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) MMMC tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları da şübhəsizdir. İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən müvafiq tariflər üzrə ödənişlərin edilməsini tələb etmək üzrə hüququnun yarandığını nəzərə alaraq qeyd edir ki, qüvvədə olan mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək imkanı tanınmışdır. İddiaçı MMMC tərəfindən Cavabdeh1 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayına qədər olan dövr üçün 270 manat borc hesablanmışdır. Cavabdeh1 həmin borcdan heç bir ödəniş etməmişdir. Halbuki cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğu andan ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. MMMC isə bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Tərəflər arasında müqavilə imzalanmasa da, cavabdeh, həmin xidmətlərdən yararlanmışdır. Bu da tərəflərin müqavilə münasibətlərində olmasına dəlalət edir. Həmçinin iddiaçı qurumun cavabdehdən binanın saxlanmasına görə xidmət haqqı tələb etməsi hüququ qanunvericilikdən irəli gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı MMMC-nin xeyrinə 270 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır, buna uyğun olaraq da iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayı da daxil olmaqla hər ay üçün 30 (otuz) manat olan, ümumi məbləği 270 (iki yüz yetmiş) manat təşkil edən borc və ödənilmiş 37 (otuz yeddi) manat 10 (on) qəpik dövlət rüsumuna görə pul, ümumilikdə 307 (üç yüz yeddi) manat 10 (on) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar