Məhkəmə qərarları › İş №e-2(006)-1050/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1050/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1050/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə) "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - İddiaçı4 vurulmuş maddi ziyanın əvəzi olaraq – 384. 917 manat, mənəvi zərərə görə – 1 000 000 manat kompensasiyanın; - iddiaçı, İddiaçı1na vurulmuş maddi ziyanın əvəzi olaraq – 404. 235 manat, mənəvi zərərə görə – 1 000 000 manat kompensasiyanın; - İddiaçı3 vurulmuş maddi ziyanın əvəzi olaraq – 404.764 manat, mənəvi zərərə görə – 1 000 000 manat kompensasiyanın; - İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi olaraq – 400.000 manat, mənəvi zərərə görə – 1 000 000 manat kompensasiyanın, dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1050/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1050/2025 saylı mülki işdən İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbləri ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair işlərə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə ediməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəlində düşmən təxribatları nəticəsində sərhəd boyunca başlayan döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimiAzərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzimövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələndi və bununla da, “keçilməz erməni səngərləri” haqqında mif alt-üst edildi və ordu nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında kütləvi şəkildə olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də AR Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı. Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə, bu “cinayət işi” üzrə məhkəmə hökm ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən, 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabit (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq, “Tərtər işi”, “Tərtər terroru”,“Tərtər qətliamı” kimiadlanır və mütəmadi olaraq, geniş ictimaimüzakirələrə səbəb olur. İddiaçılar – İddiaçı4, İddiaçı1,İddiaçı3,İddiaçı2 və da, hərbi xidmətdə olarkən 2017-ci il may ayının ilk günlərindən qanunsuz olaraq saxlanılmış, sözügedən cinayət işi üzrə dəhşətli işgəncələrə, həbslərə və sorğulamalara məruz qalaraq bütün sağlamlıqlarını, bir insan, şəxsiyyət və bir kişi olaraq bir çox dəyərlərini, həmçinin, bir hərbiçi olaraq sevdikləri, uğrunda can qoydukları real işlərini itirmişlər. Onlar və ailə üzvləri həmin ərəfədə saysız - hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz hallar yaşamış və bu gün də yaşamaqdadırlar. İddiaçıların qanunsuz azadlıqdan məhrum edilməsi və qanunsuz sorğulamalara cəlb edilərək aylarla, ağır işgəncələrə məruz qalması, Tərtər Hərbi Məhkəməsinin 1 (098)- 7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1(098)- 9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Bayram İsmayılovun istintaq qrupunun üzvü olduğu ********* saylı cinayət işi üzrə və AR Baş Prokurorluğunun Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi kiçik ədliyyə müşaviri Qasım Məmmədovun içraatında olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiçıların zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X20,N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X12və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X8 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilibdirlər. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən: İ.Quliyev) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X2,N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X13, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X9, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X3və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X16 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilibdirlər. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli və29 yanvar 2020-ci tarixli hökmlərinə əsasən, X2 6 il, X13 6 il, X9 5 (beş) il 6 (altı) ay, X3 6 il, X16 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, N nömrəli hərbi hissənin sabiq komandiri,ehtiyatda olan polkovnik X14 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək,1000 (bir min) manat cərimə cəzasına və 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Böyük bir cinayətin icraçıları olan bu şəxslər, ordumuzun əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinin qarşılığında onlara verilən bu cüzicəzalarla zərərçəkmişlər razılaşmadılar və onlara olunan müxtəlif təqib və təzyiqlərə rəğmən öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə, zərərşəkmişlərin ardıcıl surətdə göstərdikləri dirəniş və tələblər əsasında ölkə başçısı İlham Əliyev cənabları göstərişi əsasında AR Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq AR Baş Prokuroru Kamran Əliyevin müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin bütün hökm və qərarlarına yeni açılmış hallar üzrə AR Ali Məhkəməsinin Plenumunda yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işğəncələr görmüs və 10-20 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi. Bununla da, 5 il boyunca üzərlərində “Vətənə xəyanət”, “Dövlətə xəyanət” damğası gəzdirən, əslində isə, hər biri xidməti dövründə düşmənə qarşı qəhramancasına döyüşərək, şücaətlər göstərən oğulların haqqı qismən də olsa bərpa olundu və onlara riyakarcasına vurulan bu “damğa”, onların üzərlərindən götürüldü. Eyni zamanda, yenidən aparılmış istintaqın nəticəsində bir nəfər də olsun zərərçəkmiş şəxslərin təqsirli olduğu sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində, onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilmişdir. “Tərtər işi”ndə insan ağlına gəlməyən, faşistlərin belə etmədiyi, dünya tarixinin heç bir dövründə, heç bir ölkədə tətbiq olunmayan işgəncə növlərinin hamısı Tərtərdə zərər görmüş əsgər və zabitlərimizə tətbiq olunub. Tamamilə çılpaq vəziyyətdə, gözləri, əlləri, ayaqları bağlı olmaqla, əl və ayaq zərbələri ilə, şlanqlarla, plasmas turbalarla, troslarla, bir-birinə burularaq bərkidilmiş şunullarla və s. döyülmə, suda boğulma, bədəninin bütün nayihələrindən saysız-hesabsız toka vermələr, bu vasitə ilə ağızda lampa partladılması, dişlərinin kəlbətinlə çıxarılması və həmin yerdən toka qoşulma, üz nayihəsinə vurulan təpik zərbəsi ilə 5-6 dişin birdən çıxarılması, kəlbətinlə ətinin qoparılması, drell və “katalka” məftili vasitəsi ilə sümüklərinin deşilməsi, polietilen torbaların yandırılaraq açıq bədənlərinə tökülməsi, yanıq və yara yerlərinə araq və duz tökərək əsgər çəkmələri ilə tapdalanması və s. şəkildə dilə gətirilməsi mümkün olmayan, insan şəxsiyyətini sındıran, alçaldan onlarla işgəncə növləri... Bütün bu olanlarla bərabər onların şəxsiyyətinə damğa kimi vurulan: “erməniyə işləyən”, “vətənə xəyanət edən” adları və onların ailə üzvlərinə edilən coxnövlü və çoxsaylı işğəncələr... Ailələrin qohum-qonşu yanında “vətən xaininin,erməniyə xidmət göstərənin ailəsi kimi” dözülməz utanc hissi keçirmələri, bir gecənin içində evini, isti ocağını, qohuməqrabasını qoyub kəndini tərk etməsi, dəhşətli qorxular keçirməsi, iztirablar yaşaması, aylarla övladından xəbər tuta bilməməsi, digər və digər yazılmayan, dilə gətirilməsi çətin, mümkünsüz olan yaşantılar bu insanların hansı fiziki, mənəvi işgəncələrə və zərərlərə məruz qalmalarının sübutudur. Həm də, bu yazılanlar illərdir davam edir, bu gün də yaşanılır və yəqin ki, hələ uzun illər də yaşanılacaq və heç vaxt unudulmayacaq! 2017-ci il may ayının əvvəlindən iyun ayının sonuna qədər (bəziləri daha çox müddətə) bütün zərərçəkmişlər kütləvi şəkildə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, “xidmətə uyğunsuzluq” adı altında, heç bir kompensasiya ödənilmədən hərbi xidmətdən uzaqlaşdırılıblar. Həmin zərərçəkmişlər bu günə qədər də işsizdirlər və səhhətlərində yaranmış çox ciddi və çoxsaylı problemlər uçbatından heç yerdə işləyə bilməmişlər və yaxud da onları işə götürməmişlər. İşə götürülməməklərinin səbəbi həm də, onlara vurulmuş “vətəninə xəyanət edən, düşmənə işləyən” adı ilə damğalanmaqları və sağlamlıqlarında cox ciddi problemlər yaşamaqlarıdır. Bu səbəbdən işgəncyə məruz qalmış bütün əsgər və zabitlərin maddi və sağlamlıq durumları açınacaqlı vəziyyətdədir. Bütün bu baş verən qanunsuzluqlara görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq uzaqlaşdırıldıqları işlərinə bərpa olunmaq, hər birinin işdən çıxarıldıqları tarixdən, işə bərpa ediləcək tarixədək olan dövr üçün əməkhaqlarının ödənilməsi və itirilmiş əmək illəri staja hesablanılmaqla, iradələrinin ziddinə, əsassız olaraq işdən çıxarılmaqları səbəbi ilə həmin müddəti onlar üçün məcburi işburaxma dövrü hesab edilməsi barədə tələb irəlisürmək zərərçəkmişlərin hər birinin qanuni haqqıdır. Onu da qeyd etmək vacibdir ki, həmin dövrdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaqlarına razı olmasalar da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə bu qanunsuzluqları törədənlər elə bir vəziyyət yaratmışdılar ki, işgəncə görüb, zərər cəkən heç bir şəxsin harasa, kiməsə müraciət edib haqqını tələb etmək imkanı yox idi. Qanunsuz olaraq saxlanıldıqları N və N saylı hərbi hissələrin köhnə kazarmalarından buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış hərbi qulluqçuların hər birinə, şikayət etməmələri, hətta müalicə almaq üçün həkimə getməmələri barədə hədə-qorxu gəlinmişdi, yazılışəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdu. Bundan başqa, bütün bu qanunsuzluqları məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçılara qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət, zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci ildə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanıldı və İstintaqı Qrupu yaradıldı. X23 yaradıldıqdan sonra, işgəncəyə məruz qalıb, zərər görən hər bir şəxs özündə cəsarət tapıb o vaxt baş verən dəhşətlər, üzləşdikləri qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmaları ilə bağlı məlumat və izahatlarını verdilər və yüzlərlə işgəncələrə məruz qalmış hərbiçilər zərərçəkmiş qismində tanındılar və hal-hazırda da, Bakı Hərbi Məhkəməsində və digər instansiyalarda istintaqı gedən məhkəmə proseslərinə zərərçəkmiş kimicəlb olunublar. Yuxarıda adları çəkilən dörd nəfərdən yalnız birinin – İddiaçı3 Tərtər Hərbi Məhkəməsinin 1-(098)- 7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1- (098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində zərərçəkmiş kimi adı keçir və həmin hökmlər qanuni qüvvəsini alaraq bu gün də qüvvəsindədir. 1. İddiaçı - İddiaçı4: 2015-ci ilin aprel ayının 1-də həqiqi hərbi xidmətini başa vurub. 2016-cı ilin iyun ayınn 12də Azərbaycan Ordusunda könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. N və N saylı hərbi hissələrdə kəşfiyyatçı, qumbaraatan, manqa komandiri kimi xidmət göstərib. 2017-ci il may ayının 3-də ermənilərə işləmək ittihamı ilə qanunsuz saxlanılıb, iyun ayının 7-ə qədər amansız işgəncələrə məruz qalıb, müxtəlif predmetlərlə, taxta parçası, plastmas boru və s. ilə mütəmadi döyülüb, bədəninin bir çox nahiyələrinə elektrik cərəyanı verilib və s... dəfələrlə, komaya düşüb, bədənindəkiayaqlarındakıcöxsaylı yaralar və digər fəsadlar səbəbi ilə dəfələrlə, hospitala yatırılıb. Hətta hospitalda da müxtəlif işgəncələrə məruz qalıb. 2017-ci il, iyun ayının 7-də amansız işgəncələrdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, “xidmətə uyğunsuzluq” adıaltında, heç bir kompensasiya ödənilmədən hərbi xidmətdən uzaqlaşdırılıb. İddiaçı4 bu günə qədər işsizdir. Səhhətində yaranmış çox ciddi problemlər və “vətəninə xəyanət edən, düşmənə işləyən” adı ilə adlandırılması uçbatından heç yerdə işləyə bilmir, onu işə götürmürlər. Hal-hazırda sağlamlığında cox ciddi problemləri var, lakin maddi imkansızlıq baxımından əsaslı müalicələr ala bilmir. Baş-beyin nayihəsində və ağ ciyərində fəsadlar var. Ciddi yaddaş problemi yaşayır, nevroloji xəstədir, gözləri yaxşı görmür. Həmçinin, İddiaçı4 də digər işgəncəgörənlər kimi ən agır işgəncələrə məruz qalmaqla, eyni zamanda, 2017-ci ilin iyun ayının 7-də qanunsuz olaraq işdən azad olunub və faktiki olaraq potensial qazancından da məhrum olub. Həmin vaxt İddiaçı4 əmək haqqısı 700 (yeddi yüz) manat olub. İşdən cıxarıdığı vaxtdan bu günə qədər işburaxma müddəti 79 ay edir. Bu isə onun qalan xidmət dövrü üçün 55.300 (əlli beş min üç yüz) manatedir (79 ay X 700= 55.300.) Bundan başqa İddiaçı4 işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (79 ay X 262.50 = 20.737.50) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (6 il X 370 = 2.220) məzuniyyət pulu 430 (dörd yüz otuz ) manat (6 il X 430 = 2.580) və 13-cü maaş 680 (altı yüzsəksən) manat (6 il X 680 = 4080) alıbdır. Cəmi: 29.617 (iyirmi doqquz min altı yüz on yeddi) manat, ümumi olaraq yekun məbləğ 84.917 (səksən dörd min doqquz yüz on yeddi ) manatdır. Eyni zamanda, iddiaçıya əldən çıxmış fayda olaraq 150 000 manat, işgəncələr nəticəsində fiziki sağlamlıqlarına vurulmuş ziyana görə 150 000 manat ödənilməlidir. Çünki, iddiaçı hərbi xidmət zamanı “Vətən xaini” adlandırılaraq ağır işgəncələr və qeyri-insani, alçaldıcı rəftar gördüklərindən, bu onlara ciddi və bərpa olunmaz fiziki sağlamlıqlarını itirmiş, mənəvisarsıntı yaşatmış, iztirab çəkməklərinə səbəb olmuşdur. Həmçinin, onların “dövlətə xəyanət” adıaltında işgəncə görmələri təkcə özlərinin deyil, həm də ailə üzvlərinin də mənəvi iztirablar yaşamalarına səbəb olmuşdur. Bununla da iddiaçılar, təqsirkar şəxslərin törətdiyi əməllər nəticəsində mənəvi zərər çəkmiş, peşəkar hərbi qulluqçu karyeralarından məhrum edilmiş, özləri və ailələri stres və ağır sarsıntı yaşamışlar. Odur ki, iddiaçılara vurulmuş mənəviziyanın əvəzi ödənilməlidir. İddiaçılar hər biri ayrı-ayrılıqda olmaqla, onlara vurulmuş mənəvi zərəri 1.000.000 (bir milyon) manat məbləğində qiymətləndirirlər. Daha sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı lbadov X1 Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri- insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə qeyd edirik ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ, İİİ və İV hissələrinə istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki səxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı4 və onun nümayəndəsi və vəkili Nümayəndə iddiaya uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etdilər, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatlarını, cavabdehin etirazını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əsgər İddiaçı4 barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı4 əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı4 düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra İddiaçı4 düşmənlə əlaqəsinin olmasını inkar etdiyinə görə ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı4 hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 056 nömrəli hərbi hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu hauptvaxtında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin köhnə inzibati binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 056 nömrəli hərbi hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən “sağ ayağının üst səthində çapıq toxuması, döz qəfəsinin arxa səthinin sol yarısında və bel nahiyyəsinin sol yarısında piqmentasiya sahələri” xəsarətləri yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 36 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı4 və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin 1-1(103)-17/2024 saylı, xx.xx.2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 məxsus SX seriyalı 00099743 nömrəli hərbi biletdən görünür ki, xx.xx.2017-ci il tarixli əmri ilə İddiaçı4 “Həqiqi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərardad görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X19 76 saylı ekspert rəyindən görünür ki, 1995-cı il təvəllüdlü İddiaçı4 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı4 məhkəmə-tibbi ekspertizası zamanı sağ ayağın üst səthində çapıq toxuması, döş qəfəsinin arxa səthinin sol yarısında və bel nahiyəsinin sol yarısında piqmentasiya sahələri aşkar edildi. Qeyd edilən xəsarətlər küt yaranma mexanizmə malik olub, onlarla əlaqədar tibbi sənəd olmadığından dəqiq yetirilmə müddətləri barəsində fikir söyləmək mümkün deyildir, lakin şəxsin özünün göstərdiyi vaxtda və şəraitdə əmələ gəlmələri də inkar edilmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mülki Məcəllə: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X7 X6”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı4 işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı qanunsuz olaraq işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində özü və ailəsinin stress və sarsıntı keçirdiyini, ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları tərəfindən ona “Vətən xaini” kimi yanaşılmasını, hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyünün onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratması, iztirab çəkməsinə səbəb olması nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək 1.000.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 36 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği hər gün üçün 500 manat məbləğdə müəyyənləşdirilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini hər gün üçün 500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, iddiaçıya hər gün üçün 500 (beş yüz) manat, ümumillikdə 18.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bundan başqa hazırkı işdən müəyyən olunur ki, baş vermiş hadisədən artıq 7 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Məhkəmə iddia tələbinin “384.917 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı bu tələbinin 84.917 manat hissəsini Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində məhrum olduğu əmək haqqı və ona əlavələr; 150.000 manat hissəsini həmin məbləğlərdən istifadə edərək əldə edə biləcəyi gəlir (əldən çıxmış fayda); qalan 150.000 manat hissəsini isə sağlamlığına vurulmuş ziyan kimi əsaslandırdığından, bu tələbin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi zəruridir. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrlə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. Həmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırda qüvvədədir. İddiaçının özünün hərbi qulluqçu, əmri verən qurumun isə dövlət orqanı olması nəzərə alındıqda, həmin əmrin qanuni olub-olmamasına hüquqi qiymət verilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin əmr qüvvədə olduğu, qanunsuz olması və ya ləğv edilməsi barədə heç bir mötəbər sübut olmadığı halda, eyni zamanda, hazırda mübahisələndirilmədiyindən (hazırkı mübahisənin predmeti olmadığından) iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə edəcəyi halda, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrdən istifadə edərək əldə edə biləcəyi gəlir, yəni əldən çıxmış fayda ilə əlaqədar isə qeyd edilməlidir ki, bu tələb də yuxarıda qeyd olunan tələbdən törəməklə yanaşı, heç bir dəlilsübuta əsaslanmadığı və məhz formal mülahizəyə söykəndiyi, bir sözlə, ağlabatan olmadığı üçün təmin edilməməlidir. İddiaçının sağlamlığına vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər olması (ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən) iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçının bunun qarşılığında 150.000 manat məbləğində kompensasiya tələb etməsini əsaslandıran heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu tələb də formal mülahizələrlə əsaslandırılmışdır. İddiaçının sağlamlığına dəymiş zərərin kompensasiyası kimi 150.000 manat məbləğində pulun ona ödənilməsi barədə tələbi təmin etmək üçün əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı4 bütövlükdə 36 gün müddətində qanunsuz hərəkətlərə məruz qalmasını nəzərə alaraq, müəyyən edilməli pul kompensasiyasının onun mənəvi aləmində müəyyən müsbət dəyişikliklərə səbəb olmasını əsas götürməklə vurulmuş mənəvi zərərə görə 18.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı4 xeyrinə 18.000 (on səkkiz min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar