Məhkəmə qərarları › İş №e-2(006)-1069/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1069/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1069/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK F7_600/K-22 saylı kredit müqaviləsi üzrə borcalanın vərəsəsi Cavabdeh1 Banka olan 3770,59 (üç min yeddi yüz yetmiş manat əlli doqquz qəpik) manat əsas, 66,52 (altmış altı manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 3837,11 (üç min səkkiz yüz otuz yeddi manat on bir qəpik) manat məbləğində borcun və ödənilmiş 58,38 (əlli səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalanın vərəsəsi - Cavabdeh1, zamin - Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK F7_600/K-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 15,7 % olmaqla, 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X4, İddiaçı ASC, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, F7_600/K-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X2 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 3770,59 (üç min yeddi yüz yetmiş manat əlli doqquz qəpik) manat əsas, 66,52 (altmış altı manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 3837,11 (üç min səkkiz yüz otuz yeddi manat on bir qəpik) manat təşkil edir. X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Cavabdeh1 xx.xx.2022-ci ildə vəfat etmiş əmisi qızı X1 qalmış mirası qəbul etmiş, vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixində 2V-684 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK F7_600/K-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 15,7 % olmaqla cərimə faizi ödəyir. 3.1.2ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X7 iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli F7_600/K-22 nömrəli kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən bank (kreditor) X3 (borc alan) illik 15,7 faiz hesablanmaqla 24 ay müddətinə 6000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, F7_600/K-22 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X4, İddiaçı ASC, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, borclu X2 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3770,59 manat əsas, 66,52 manat cərimə borcu, cəmi 3837,11 manat borcu vardır. Kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən X3 6000 manat pul təqdim olunmuş və o, həmin pulu imza edərək qəbul etmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcalanın vərəsəsi Cavabdeh1 və zamin Cavabdeh2 borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmişdir. AZ-İİ seriyalı 298628 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə mədə girəcəyinin bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 2211 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 (şəxsiyyət vəsiqəsi: AA*******; FİN: xxxxxxx, təvəllüdü: xx.xx.1997) xx.xx.2022-ci ildə vəfat etmiş əmisi qızı X1 qalmış mirası qəbul etmiş, vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə 2V-684 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən daxil olmuş cavabdan görünür ki, Cavabdeh1 miras qoyan X1 miras qalmış əmlak- buraxılış ili 2005 olan “Mercedes Benz A170” minik markalı 90VP613 dövlət nömrə nişanlı avtomobili qəbul etmişdir. İnternet portal məlumatlarına əsasən 2005-ci il buraxılışlı “Mercedes Benz A170” minik markalı avtomobilin bazar qiyməti 9000 manat civarında müəyyən edilir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 15,7 faiz hesablanmaqla 24 ay müddətinə 6000 manat məbləğində borc verilmişdir. Eyni zamanda həmin kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 ilə də zaminlik müqaviləsi bağlanmışdır. X4 15 sentyabr 2022-ci ildə vəfat etmiş, ona məxsus miras əmlak Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı bank vəfat etmiş borclunun banka olan borcunun onun vərəsəsi olmuş şəxsdən və zamindən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, mərhum X4 ilə bank arasında öhdəlik münasibətləri olduğundan və həmçinin digər cavabdeh X5 isə həmin öhdəliyin icrasına zamin olduğundan və hazırda mərhum borclu X1 miras qalmış əmlakı qanun üzrə vərəsə Cavabdeh1 qəbul etdiyindən hazırda bankın tələb etdiyi borc məbləği müştərək qaydada borclunun vərərəsi və zamindən tutulmalıdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, vərəsə tərəfindən qəbul edilmiş miras əmlakın dəyəri mərhum borclunun banka olan borcunu ödəmək üçün yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli İK F7_600/K-22 saylı kredit müqaviləsi üzrə 3770,59 manat əsas borc, 66,52 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,38 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli İK F7_600/K-22 saylı kredit müqaviləsi üzrə 3770,59 (üç min yeddi yüz yetmiş manat əlli doqquz qəpik) manat əsas borc, 66,52 (altmış altı manat əlli iki qəpik) manat cərimə, cəmi 3837,11 (üç min səkkiz yüz otuz yeddi manat on bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,38 (əlli səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar