Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1090/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı Nazım oğlu tərəfindən "xxxx" ASC-yə qarşı öhdəliklərin icra edilməsi tələbi ilə iddia qaldırılmışdır. İddia üzrə birinci hazırlıq iclasından sonra cavabdeh bank üzərinə düşən öhdəlikləri icra etməsi barədə məktub təqdim edərək, tərəfindən ödənilmiş pul vəsaitini kredit borcunun ödənişinə aid edərək sildiyini və hazırda borcun qalmadığını bildirmişdir. Həmin iş üzrə növbəti məhkəmə prosesi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Odur ki, zərurət aradan qalxdığı üçün hesab edir ki, iddia baxılmamış saxlanılmalı, bununla yanaşı ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin baxılmamış saxlanılması və vəkilin bank hesabından ödənilmiş 466 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan ərizə ilə bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində saat 10:00-da təyin edilmiş hazırlıq iclasının "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz edilmir. Məlum olduğu kimi, müvafiq mübahisə öz həllini məhkəmədənkənar qaydada tapmışdır və iddiaçı (onun səlahiyyətli nümayəndəsi və vəkili) tərəfindən “iddia ərizəsinin baxılmamış saxlanılması və vəkilin bank hesabından ödənilmiş 466 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılması barədə xahişi” əks olunan ərizə məhkəməyə təqdim edilmişdir. Ərizənin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə xahişin təmin edilməsi üçün cavabehin razılığı tələb edilmir, hər ehtimala qeyd etmək istəyir ki, müvafiq mübahisə öz həllini məhkəmədənkənar qaydada tapdığına görə iddiaçı (onun səlahiyyətli nümayəndəsi və vəkili) tərəfindən “iddia ərizəsinin baxılmamış saxlanılması və vəkilin bank hesabından ödənilmiş 466 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılması barədə xahişi”ni əks etdirən ərizəsini dəstəkləyir və bu ərizəyə dair heç bir etiraz yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 466 (dörd yüz altmış altı) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********, tarix və saat: xx.xx.2023 12:59:27) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1090/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1090/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver