Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-110/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə İddiaçı "xxxx" MTK, X22, X17 və X29 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" MTK, X22, X17 və X29 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci ildə özünə məxsus Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsini satıb yaşadığı "xxxx" mənzil-tikinti kooperativinin Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı binasından mənzil almaq istədi. Binada satışda mənzillərin olması barədə məlumatları ona binanın “kommendantı” və binanı tikən şirkətin direktoru kimi tanıdığı Rafət Qəniyev adlı şəxs vermişdir. Beləliklə, iddiaçı bağın satışından əldə etdiyi pul ilə yaşadığı binadan, yəni Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı binanın 38 (37) saylı mənzilini aldı. O, 38 saylı mənzil üçün Rafətə (şirkətə) xx.xx.2021-ci il tarixdə 101000 manat pul ödədi. Bu barədə müvafiq sənədləşmə aparıldı. Mənzili alarkən təmirsiz, yəni yalnız suvaq vurulmuş vəziyyətdə idi. X42 və cinayət işi üzrə dindirlmiş digər şəxslər də ifadələrində təsdiq etmişlər. Daha sonra isə mənzili təmir etməyə başladı. Mənzili 2021-ci ilin may-avqust ayları ərzində tikinti briqadası vasitəsilə tam təmir etdirdi və oraya ev əşyaları da alıb yerləşdirdi. Təmirə ümumilikdə 45000 manatdan artıq, mənzilə alınmış əşyalara isə 10000 manat məbləğində, ümumilikdə 55000 manatdan artıq pul xərclədi. Mənzili təmir etdirdikdən sonra pula ehtiyacı olduğundan 2021-ci ilin noyabr ayında X3. Bundan bir neçə gün sonra eşitdi ki, şirkətin direktoru kimi tanıdığı kommendant X31 rayonu ərazisində avtomobildə yanaraq ölmüşdür. Bu barədə Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanmış və araşdırma aparılmışdır. Daha sonra isə ümumiyyətlə Rafət Qəniyevin ölmədiyi, sağ olduğu müəyyən oldu. 2021-ci ilin sonlarında isə ona məlum oldu ki, satdığı mənzilin sahibi Cavabdeh imiş və ona görə də ona satılan mənzil qanunsuz satılıb. Belə ki, ona satılan mənzil 38 saylı deyil, əslində 37 saylı mənzil imiş və ona 38 saylı mənzil adı ilə satılıb. Ona görə də o, 38 saylı deyil, faktiki olaraq 37 saylı mənzili təmir edərək satmışdır. Həmin ünvanda yerləşən 38 saylı mənzil isə X18 məxsusdur və hazırda öz mənzilində ailəsi ilə birgə orada yaşayır. Hazırda iddiaçı Rafət Qəniyevin qanunsuz əməlləri nəticəsində külli miqdarda maddi və mənəvi ziyan çəkimişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon Prokurorluğuna şikayət etdi və digər şikayətçilərin müraciətləri əsasında Rafət Qəniyevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən ********* saylı cinayət işi başlanmış, həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbinə Məmmədzadə) icraatındadır. Həmçinin, sonradan ona məlum oldu ki, mənzildə təmir işləri yerinə yetirərkən mənzilin mülkiyyətçisi Cavabdeh və onun arvadı həmin mənzildə işləyən ustalara yaxınlaşaraq “onların kim olduğunu..?, mənzilin ona məxsus olduğu..., təmir işlərini niyə etdiklərini...?” və sair suallar vermişlər. Cavabdeh daha sonra isə onu axtarmadan binanın kommendantı və təsisçilərinə (rəhbərlik edən şəxslərə, Bəxtiyar adlı şəxsə və sair...) yaxınlaşaraq hadisə barədə məlumat vermiş və daha sonra həmin yerdən aralanaraq çıxıb getmişdir. Göründüyü kimi mənzilin mülkiyyətçisi ona məxsus mənzilin başqa şəxs tərəfindən təmir edilməsini əvvəldən bilib, lakin təmir işlərinin dayandırılması və sair barədə heç bir tədbirlər görməmişdir. Daha sonra Cavabdeh həmin mənzili X13, o isə mənzili X4. Qeyd edilir ki, mənzilin X35 Rüstəmovun nümayəndəsi X19 tərəfindən satılması sui-istifadə məqsədi xarakteri daşımışdır. Çünki, mənzildə təmir işlərinin iddiaçı tərəfindən aparılmasını, mənzil ilə bağlı mübahisənin mövcud olması, hətta bu barədə Bakı şəhər Yasamal rayon Prokurorluğunda cinayət işinin araşdırılması barədə hər üç şəxsin (Cavabdeh, Zamiq Hüseynov və Bəxtiyar Məmmədovun) məlumatı olmuşdur. Çünki, mənzil barədə mübahisə və Prokurorluğa şikayətlər 2021-ci ilin dekabr ayının əvvəllərində olmuş, mənzil barədə alqı-satqı isə xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmçinin, Bəxtiyar Məmmədov "xxxx" MTK və "xxxx" MMC-nin təsisçisi və səlahiyyətli şəxsidir. Zamiq Hüseynov isə hüquqşünas olmaqla ona hüquqi yardım işlərini yerinə yetirir. Hazırda mənzili satdığı Aysel Dünyamalıyeva mənzilin sonrakı mülkiyyətçisi Zamiq Hüseynov tərəfindən mənzildən çıxarılmış, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinin mülkiyyətçisi iddiaçı X27 cavabdehlər X8, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASCyə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı" Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair İddiaçı adına verilmiş "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 saylı, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışın, 01-M saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F saylı xx.xx.2021-ci il tarixli forma-№2 arayışı, İddiaçı adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın, cavabdehlər İddiaçı ilə X9rasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi həmin sənədlər əsasında X7 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrındən çıxarışın ləğv edilməsi, onun həmin mənzilə mülkiyyət hüququnun tanınması, həmin mənzilə dair adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin AR İNY ƏMDX DƏDK və RPHŞ-nin 1 saylı Bakıərazi İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırmış, X11 isə ona qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixində Bakı şəhəri 12 saylı notariat ofisində 4Ə-3274 reyestr nömrəsi ilə qeydə alınmış 202/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsi və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və 170000 (bir yüz yetmiş min) manat məbləğində pulun ondan alınmasını tələb etmişdir. Göründüyü kimi, mübahisəli Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzil üzrə bütün müqavilələr və qeydiyyat barədə Çıxarışlar mübahisələndirilib, mənzilə görə ödənilmiş pullar iddiaçıdan tələb olunur və mənzili satdığı Aysel Dünyamalıyeva mənzildən məhrum olmuş, o, mənzilə görə ödədiyi pullarla bağlı zərərçəkmiş qismində tanınmışdır. Ona görə də iddiaçı hesab edir ki, mübahisəli mənzilin təmir və avadanlığına çəkdiyi xərclər əsl və əvvəlki mülkiyyətçi Cavabdeh alınaraq ona verilməlidir. Çünki, nəticə etibarilə ona satılmış mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 (37) saylı mənzil üzrə bağlanmış bütün müqavilələr qanunsuz olduğundan və ona görə ödənilmiş pullar geri qaytarılacağından iddiaçıdan da həmin mənzilin təmirinə görə çəkdiyi pulları tələb etmək hüququ yaranır. Göstərilən halları nəzərə alaraq Cavabdeh ona məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 37 saylı mənzilinə tərəfimdən yerinə yetirilmiş yaxşılaşdırmaların əvəzində çəkilmiş 55000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci ildə yaşadığı "xxxx" mənzil-tikinti kooperativinin Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı binasından mənzil almaq istəmişdir. Binada satışda mənzillərin olması barədə məlumatları ona binanın “kommendantı” və binanı tikən şirkətin direktoru kimi tanıdığı Rafət Qəniyev adlı şəxs vermişdir. Beləliklə, iddiaçı yaşadığı binadan, yəni Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı binanın faktiki olaraq 37, sənədlər üzrə isə 38 saylı mənzilini almışdır. İddiaçı 38 saylı mənzil üçün Rafətə xx.xx.2021-ci il tarixdə 101000 manat pul ödəmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. Daha sonra iddiaçı MTK tərəfindən ona təqdim edilmiş sənədləri Dövlət Reyestr Xidmətinə təqdim etmiş və adıçəkilən mənzil barədə çıxarış əldə etmişdir. Həmçinin, iddiaçı mənzili alarkən mənzil təmirsiz, yəni yalnız suvaq vurulmuş vəziyyətdə olmuşdur. X42 və cinayət işi üzrə dindirlmiş digər şəxslər də ifadələrində təsdiq etmişlər. İddiaçı daha sonra mənzili təmir etməyə başlamışdır. Mənzili 2021-ci ilin mayavqust ayları ərzində tikinti briqadası vasitəsilə tam təmir etdirmiş və oraya ev əşyaları yerləşdirmişdir. İddiaçı təmirə ümumilikdə 45000 manatdan artıq, mənzilə alınmış əşyalara isə 10000 manat məbləğində, ümumilikdə 55000 manatdan artıq pul xərcləmişdir. Mənzili təmir etdirdikdən sonra iddiaçı pula ehtiyacı olduğundan 2021-ci ilin noyabr ayında mənzili X1. Bundan bir neçə gün sonra iddiaçıya məlum olmuşdur ki, şirkətin direktoru kimi tanıdığı kommendant X31 rayonu ərazisində avtomobildə yanaraq ölmüşdür. Bu barədə Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanmış və araşdırma aparılmışdır. Daha sonra isə ümumiyyətlə Rafət Qəniyevin ölmədiyi, sağ olduğu müəyyən olmuşdur. 2021-ci ilin sonlarında isə iddiaçıya məlum olmuşdur ki, satdığı mənzilin sahibi Cavabdeh imiş və ona görə də ona satılan mənzil qanunsuz satılıb. Belə ki, iddiaçıya satılan mənzil 38 saylı deyil, əslində 37 saylı mənzil imiş və iddiaçıya 38 saylı mənzil adı ilə satılıb. Ona görə də iddiaçı 38 saylı deyil, faktiki olaraq 37 saylı mənzili təmir edərək satmışdır. Həmin ünvanda yerləşən 38 saylı mənzil isə X18 məxsusdur və hazırda öz mənzilində ailəsi ilə birgə yaşayır. Hazırda iddiaçı Rafət Qəniyevin qanunsuz əməlləri nəticəsində külli miqdarda maddi və mənəvi ziyan çəkmişdir. Odur ki, iddia ərizəsində və hazırda qeyd edilən halları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ilə MTK arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı mənzillə bağlı ödənişi Rafət Qəniyevə etmişdir. Onlar tərəfindən alınmış çıxarışın etibarsızlığı daha əvvəl mübahisə predmeti olub və məhkəmə qətnaməsi ilə çıxarış etibarsız hesab edilib. Bunun əsasında onların mənzili satdıqları A.Dünyamalıyeva onlara qarşı iddia qaldıraraq alqı-satqı ilə bağlı onlara ödəmiş olduğu 170 min manat pulun ona geri qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən A.Dünyamalıyanın iddia tələbi təmin edilmiş və 170 min manat məbləğində pulun onlardan tutularaq A.Dünyamalıyevaya ödənilməsi qət edilmişdir. Həmin qətnamə hələ qanuni qüvvəsini almamışdır, apellyasiya instansiyasında baxılmaqdadır. X23suz əməlləri ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılmış və hökm qanuni qüvvəsini almışdır. Həmçinin, onların maddi ziyanla bağlı iddialarına Yasamal Rayon Məhkəməsində baxılmış və İddiaçı vurulmuş maddi ziyan kimi R.Qəniyevdən 101 min manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 37 saylı mənzili Cavabdeh Hüseynov Zamiqə satmış, o da daha sonra mənzili Ələkbərov Ruslana satmışdır. Hazırda mülkiyyətçi Ələkbərov Ruslandır. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxsin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən 37 saylı mənzil təmir edilərkən mülkiyyətçi tərəfindən ona bununla bağlı hər hansı tapşırıq, xahiş və s. edilməmişdir, iddiaçı həmin mənzilin mülkiyyətçisi olduğunu düşündüyü üçün mülkiyyətçi kimi öz evini təmir etdirmək istəyib. Mənzilin A.Dünyamalıyevaya satılmasından iddiaçının əldə etmiş olduğu 170 min manat puldan iddiaçı indiyə kimi kiməsə pul ödəməyib, lakin bununla bağlı qanuni qüvvəsini almamış qətnamə mövcuddur ki, iddiaçı A.Dünyamalıyevaya 170 min manat pul ödəməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq isə bildirmişdir ki, mənzili 2021-ci ilin avqust-noyabr aylarında təmir etdirmişdir. Mənzildə təmir gedərkən bir şəxs ustalara yaxınlaşıb və orda nə ilə məşğul olduqlarını soruşub. Daha sonra həmin adam yenidən ora gələrək ustalarla danışıb. Lakin ustalar bununla bağlı onlara heç bir məlumat verməyib. Onlar bundan sadəcə hazırki mübahisələr yaranan zaman məlumatları olmuşdur. Yasamal Rayon Məhkəməsi tərəfindən 170 min manat pulun iddiaçıdan tutularaq A.Dünyamalıyevaya ödənilməsi ilə bağlı qətnamə çıxarılmışdır. Həmin qətnamədən şikayətin verilməsi prosessual məsələlərlə bağlıdır. 170 min manatın iddiaçıdan tutulmalı olması hissəsində qətnaməni mübahisələndirməmişlər. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçının mənzilin satışından əldə etmiş olduğu vəsait A.Dünyamalıyevaya qaytarılmamış iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bununla bağlı məhkəmə qətnaməsi olsa da, həmin qətnamə hələ qüvvəsini almamışdır. Həmin pul vəsaiti hazırda faktiki olaraq iddiaçıdadır və iddiaçıya heç bir ziyan dəyməmişdir. Həmçinin, onlar hazırki mülki iş üzrə subyektiv cavabdeh deyillər. Belə ki, mənzili təmirli olaraq digər şəxsə satan şəxs onların etibarnamə üzrə nümayəndələri B.Məmmədov olmuşdur. B.Məmmədov MTK-nın direktoru olub. Cavabdeh qayınatası ilə B.Məmmədov yaxın dostluq münasibətində olmuşdur. Cavabdeh qardaşı 2021-ci ilin yay ayında mübahisəli mənzildə təmirin getdiyini görür və həmin mənzilin qardaşına məxsus olmasını bildirmişdir. Yəni, İddiaçı təmir gedən zaman həmin mənzilin Cavabdeh aid olmasından xəbərdar idi. B.Məmmədov cinayət işi zamanı vermiş olduğu ifadədə bildirir ki, 2021-ci ilin yay aylarında mübahisəli mənzili Cavabdeh 100 min manata almışdır. Lakin Cavabdeh həyat yoldaşı xaricdə olduğu üçün isə mənzili mülkiyyətinə keçirə bilməmiş və Cavabdeh mənzilə dair etibarnamə almışdır. 2022-ci ildə isə həmin mənzili etibarnamə ilə Z.Hüseynova, ona olan 70 min manat borc çıxıldıqdan sonra 100 min manata satmışdır. Yəni təmirdən əldə edilən pul faktiki olaraq B.Məmmədova çatmışdır. Odur ki, iddia məhz ona qarşı qaldırılmalıdır. Bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 5.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın tikilməsi üçün sərəncam "xxxx" MMC-yə verilmişdir. Həmin binanın tikilməsinə 2008-ci ildən başlanmış və 2010-cu ildə tikinti yekunlaşmışdır. 2011-ci ildə artıq MMC-nin satılmamış heç bir mənzili qalmamışdır. Həmin alqı-satqılar MMC ilə bağlanmış və maliyyə arayışlarını da MMC vermişdir. Maliyyə arayışları da şəxsin MMC-yə nə qədər pul ödənilməsi ilə bağlı deyil, şəxsin MMC-yə heç bir borcunun olmaması ilə bağlı verilmişdir. 2017-ci ildə isə MTK yaradılmışdır. İddiaçı mübahisəli mənzildən öncə həmin binada mənzil sahibi olan və ailəsi ilə birlikdə yaşayan şəxs olmuşdur. R.Qəniyev İddiaçı 208 min manata əlində iki mənzil olduğunu bildirib. İddiaçı da bununla razılaşıb və öz mənzilində R.Qəniyevə iki mənzil üçün 208 min manat pul verib. İddiaçı tərəf öz izahatında bunu qeyd etməsə də, iddiaçı mənzilə təmir işləri apararkən mənzilə sudan istifadə ilə bağlı bildiriş gəlir. Həmin bildirişdə mənzilin nömrəsi 37 göstərilib. Yəni, artıq iddiaçının həmin an məlumatı var idi ki, mənzil 38 deyil, 37 saylı mənzildir. Həmçinin, Cavabdeh qardaşı da təmir işləri gedərkən həmin mənzilin qardaşına aid olmasını bildirmişdir. Həmçinin, İddiaçı heç kimin icasəsi və tapşırığı olmadan özünə məxsus olmayan mənzili təmir etmişdir. Həmçinin, hazırki mülki işlə birbaşa əlaqəli olan digər bir mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış və xx.xx.2023-cü il tarixli qətnamə və xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Həmin işin mahiyyəti ondan ibarətdir ki, 4 fərqli məhkəmənin icraatında olan mülki işlər bir icraatada birləşdirilmişdir. Həmin icraatlardan birində İddiaçı ona dəymiş ziyan kimi cavabdeh X20 170 manat pulun tutularaq ona verilməsini tələb edir. Buna əsas isə "xxxx" MTK-nın direktoru olmuş X24 ona qarşı dələduzluq etməsi və 37 saylı mənzili göstərərək 38 saylı mənzili ona satması, nəticədə mülkiyyətçinin icazəsi və razılığı olmadan iddiaçının həmin mənzil təmir etməsi nəticəsində ona ziyan dəyməsi göstərilmişdir. Bununla bağlı olaraq iddiaçı tərəfindən 38 saylı mənzilə dair alınmış çıxarış artıq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırki mülki işlə bağlı həmçinin cinayət iş də açılmışdır. Orada hazırki mülki iş üzrə iddiaçı bildirir ki, o, mənzili 101 min manata almış və bundan əlavə ona 55 min manat xərc çəkmişdir. Daha sonra isə onu 170 min manata X1. Ancaq daha sonra onun aldığı çıxarış məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş və onun verdiyi 170 min manat pulun hazırki mülki iş üzrə iddiaçıdan tutularaq ona qaytarılması qət edilmişdir. Lakin bugünə kimi hazırki mülki iş üzrə iddiaçı həmin pulu ödəməmişdir. İddiaçı ona dəymiş ziyan kimi cavabdeh X20 101 min manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Həmçinin, iddiaçı həmin mənzili A.Dünyamalıyevaya 170 min manata satmışdır ki, həmin pul hazırda iddiaçıdadır. İddiaçı indiyə kimi heç kəsə bir manat da olsa pul qaytarmamışdır. Belə olan halda iddiaçıya vurulmuş hansı ziyandan söhbət gedə bilər. Ona görə də hesab edirm ki, iddiaçının hazırki məqamda belə bir iddia ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Cavabdeh mənzili təmirli almışdı. Mənzili alarkən mənzilin İddiaçı tərəfindən təmir olunmasını bilmirdi. MTK-nın rəhbəri ilə onların arasında pul haqq-hesabı olub. O, uzun illər MTK-nın hüquqi işlərini görmüşdür. Onlar mənzilin dəyərini təxminən 197-170 min manat civarı hesabladılar. Lakin o, alqı-satqıda 100 min manat pul ödədi. Daha sonra isə həmin mənzili R.Ələkbərova 169-171 min civarı bir məbləğə satmışdır. Mənzili alarkən mənzildə mətbəx və dəhliz mebeli, pəncərədə günlük, stol və s. kimi əşyalar var idi. Daha sonra cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, o, mənzili Cavabdeh nümayəndəsi olan Bəxtiyar Məmmədovdan almışdır. Həmin şəxs MMC-nin direktoru idi. Onlar Cavabdehla mənzil barəsində hər hansı bir danışıq aparmamışdır. Mənzili 100 min manat məbləğə almışdır. X33 vermişdir. Daha sonra Ələkbərov Ruslana 169-171 min manat civarı məbləğə satmışdır. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər "xxxx" MTK, X22 və X29 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən özünü "xxxx" MTK-nın komendantı və şirkətin direktoru kimi təqdim edən X21 ünvan 1, mənzil 38 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13, M9, m3) 112.000 manata əldə edilmiş, həmin mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət kadastrı və reyestri xidmətində rəsmiləşdirilmişdir. İddiaçı sözügedən mənzili aldıqdan sonra mənzili təmir etdirmiş və mənzilə yeni mebellər almışdır. Daha sonra İddiaçı sözügedən mənzili 170.000 manat məbləğində X1. Daha sonra müəyyən edilmişdir ki, İddiaçı satılan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil əslində faktiki olaraq həmin binada yerləşən 37 saylı mənzildir və sənədlərdə 38 olaraq qeyd edilmişdir. Müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya satılan 37 saylı mənzil hazırki iş üzrə cavabdeh X15 məxsus olmuşdur, digər 38 saylı mənzilin mülkiyyətçisi isə X38 adlı şəxsdir ki, o, hazırda faktiki olaraq ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı satılan (əslində mülkiyyətçisi Cavabdeh olan) 37 saylı mənzil iddiaçıdan başqa, daha sonra əsl mülkiyyətçi Cavabdeh tərəfindən ilk öncə üçüncü şəxs X17, daha sonra onun tərəfindən isə X2. Bundan sonra İddiaçı tərəfindən mənzilin satıldığı X11 tərəfindən müqavilənin etibarsızlığına dair iddia qaldırılmış və məhkəmə qətnaməsi əsasında iddia təmin edilərək, İddiaçı mənzilin qiyməti olan 170000 manat məbləğində pulun tutularaq X8 ödənilməsi qət edilmişdir. Bundan başqa, İddiaçı X28 qarşı iddia qaldıraraq ona qanunsuz olaraq satılan mənzil üzrə 170000 manat məbləğində pulun ondan xeyrinə tutulmasını tələb etmişdir. Hazırda İddiaçı ünvan 1, mənzil 38 adı ilə satılan, lakin faktiki olaraq ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə dair həyata keçirdiyi yaxşılaşdırmaların əvəzi olaraq 55.000 manat məbləğində pulun həmin vaxtı sözügedən mənzilin mülkiyyətçisi olmuş Cavabdeh tutulmasını tələb edir. Cavabdehlər isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 38 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13, M9, m3) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X7 adına qeydiyyata alınmışdır. 10.Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 38 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13, M9, m3) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/39xx-xx/4213 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində inşa edilmiş, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 37 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 37186 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert baxışına təqdim olunmuş ayrıla bilinməyən əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırki tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2350 manat, 2021-ci il tarixə isə nəzərəi qaydada 4000 manat müəyyən olunur. Ekspert baxışına təqdim olunmuş ayrıla bilinən əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırki tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4450 manat, 2021-ci il tarixə isə nəzəri qaydada 7600 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(004)-53/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi, birinci tələb üzrə iddiaçı X16 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah sığorta şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X8, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı “protokoldan çıxarışın, reyestrdən çıxarışın, alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh İddiaçı qaşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı “borcun alınması” tələbinə dair, dördüncü tələb üzrə İddiaçı cavabdeh X28 qarşı “pul” tələbinə dair birləşdirilmiş Yasamal Rayon Məhkəməsinim icraatında olan 2(004)-53/2023 saylı mülki iş üzrə icraat materiallarından dördüncü tələb üzrə İddiaçı cavabdeh X28 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraatın ayrılması, birinci, ikinci və üçüncü tələblərə dair hissədə mülki iş üzrə icraat 2(004)-53/2023 nömrə ilə davam etdirilməsi, dördüncü tələb üzrə İddiaçı cavabdeh X28 qarşı “pul” tələbinə dair hissədə mülki iş materiallarının yeni nömrə ilə ayrıca icraata ayrılaraq ümumi iddia icraatında baxılması qərara alınmışdır. 13.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(004)-53/2023 saylı qətnaməsi ilə birinci tələb üzrə iddianın qismən, ikinci və üçüncü tələbin tam təmin edilməsi, birinci tələb üzrə "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışı, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışın etibarsız hesab edilməsi və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakl Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birinci və ikinci tələb üzrə İddiaçı ilə X11 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birinci tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı (yeni qaydalarla Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 13, M9, m3) mənzilə X5 və istifadə hüququnun müəyyən edilməsi, birinci tələb üzrə iddianın qalan hissədə rədd edilməsi, ikinci tələb üzrə 170.000 (yüz yetmiş min) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı X7 xeyrinə tutulması, üçüncü tələb üzrə "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X6 99.682,44 manat əsas borc, 9712.41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 (yüz doqquz min üç yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 (üç yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması, birinci tələb üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manatın cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********088501, X12, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik:CTREAZ22) ödənilməsi, ödənilmiş dövlət rüsumlarının birinci və ikinci tələb üzrə iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. 14.Mülki işin materiallarında olan Salyan Rayon Məhkəməsinə ünvanlanan İddiaçı cavabdeh X28 qarşı olan “pul” tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, İddiaçı cavabdeh X21 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair ödədiyi 170000 manat məbləğində pulun və ödənilmiş 460 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə ilk növbədə iddianın hüquqi əsaslılığına dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 16.Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 17.Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 18.«S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 19.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından biri odur ki, İddiaçı tərəfindən aldadılaraq 2021-ci il tarixdə ünvan 1, mənzil 37 (mənzil 38 adı ilə) təmirsiz vəziyyətdə əldə edilmiş və bundan sonra onun tərəfindən sözügedən mənzildə bir sıra yaxşılaşdırma işləri aparılmışdır. Göründüyü kimi iddiaçı H.Teymur sözügedən mənzili aldığı zaman vicdanlı alıcı olmuşdur. Belə ki, 37 saylı mənzil 38 adı ilə iddiaçı H.Teymura satılmış, üstəlik 37 saylı mənzil iddiaçıya satıldığı zaman mənzilin faktiki mülkiyyətçisi cavabdeh R.Rövşən olmuşdur. Göründüyü kimi sözügedən mənzil iddiaçı H.Teymura satıldığı və onun tərəfindən mənzildə yaxşılaşdırma işləri aparıldığı dövrdə sözügedən mənzilin əsl mülkiyyətçisi hazırki iş üzrə Cavabdeh olmuşdur, yəni iddiaçı H.Teymur məlumatı olmadan başqa şəxsə məxsus mənzildə yaxşılaşdırma işləri aparmışdır. Daha sonra həmin mənzil iddiaçı tərəfindən mənzildə yaxşılaşdırma işləri aparıldıqdan sonra əsl mülkiyyətçi R.Rövşən tərəfindən 170.000 manata üçüncü şəxsə satılmışdır. Göründüyü kimi mənzil iddiaçı H.Teymur tərəfindən alındığı vaxtkı qiymətdən daha baha qiymətə üçüncü şəxsə satılmışdır. Eləcə də iddiaçı H.Teymurun özü də mənzili aldıqdan sonra başqa bir üçüncü şəxsə, yəni Dünyamalıyeva Ayselə 170.000 manata satmışdır. Bu faktlar da bir daha onu göstərir ki, iddiaçı H.Teymur tərəfindən mənzildə həqiqətən də yaxşılaşdırma işləri aparılmışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı H.Teymura 38 adı ilə satılan və onun adına daşınmaz əmlakın dövlət reyestrində 38 saylı mənzil kimi qeydiyyat aparıldığına görə 38 saylı mənzilin mülkiyyətçisi Rəhmanov Rəhman tərəfindən, eləcə də iddiaçı H.Teymurun mənzili satdığı Dünyamalıyeva Aysel tərəfindən alqı-satqı müqavilələrinin, çıxarışların etibarsızlığına dair məhkəmələrdə iddialar qaldırılmış, məhkəmə qətnaməsi əsasında həm iddiaçı H.Teymur, həm də D.Ayselin adına olan 38 saylı mənzil üzrə bütün çıxarışlar ləğv edilmiş, mənzil üzərində əvvəlki əsl mülkiyyətçi R.Rəhmanın sahiblik və istifadə hüquqları müəyyən edilmişdir. Həmçinin, qətnamə əsasında iddiaçı H.Teymurdan mənzilin D.Ayselə satılmasına görə ona ödənilən 170.000 manat məbləğində pulun iddiaçıdan D.Ayselin xeyrinə tutulması qət edilmişdir. Bundan başqa, iddiaçı H.Teymur 37 saylı mənzili 38 adı ilə ona satan üçüncü şəxs Q.Rafətə qarşı iddia qaldıraraq ona vurduğu ziyana görə 101.000 manat (mənzili alarkən mənzilə görə ödədiyi məbləğ) məbləğində pulun ona ödənilməsini tələb etmiş, məhkəmə qətnaməsi əsasında iddia təmin edilmişdir. Hazırda iddiaçı H.Teymur ona aldadılaraq (38 saylı mənzil adı ilə) satılan 37 saylı mənzil üzrə etdiyi yaxşılaşdırmaların əvəzinin mənzilin həmin vaxt əsl mülkiyyətçisi olan, yəni hazırki iş üzrə cavabdeh R.Rövşəndən tutulmasını tələb edir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı H.Teymur vicdanlı sahib kimi hazırki iddia tələbini qaldırmaqda tam haqlı olmuşdur. 20.Daha sonra məhkəmə iddiaçı H.Teymur tərəfindən 37 saylı mənzildə aparılan yaxşılaşdırmaların məbləğinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, hazırda iddaçı H.Teymur tərəfindən sözügedən mənzil üzrə təmir xərcləri və mənzilə alınan əşyalarla birlikdə ümumilikdə mənzilə 55.000 manat məbləğində yaxşılaşdırma işləri aparıldığı iddia olunur. Məhkəmə tərəfindən sözügedən yaxşılaşdırma işlərinin məbləğinin müəyyən edilməsi məqsədilə mübahisənin düzgün və obyektiv həlli baxımından hazırki iş üzrə ekspertiza təyin edilmiş və təqdim edilən ekspert rəyi əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində inşa edilmiş, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 37 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 37186 manat məbləğindədir. Həmçinin, müəyyən edilmişdir ki, mənzildə ayrıla bilinməyən əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırki tarixə orta bazar qiyməti ilə ümumi dəyəri 2350 manat, 2021-ci il tarixə isə nəzəri qaydada 4000 manat, ayrıla bilinən əşyaların isə istifadədə olması nəzərə alınmaqla hal-hazırki tarixə orta bazar qiyməti ilə ümumi dəyəri 4450 manat, 2021ci il tarixə isə nəzəri qaydada 7600 manatdır. 21.Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 22.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 25.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 26.Odur ki, məhkəmə qeyd edilənlərə əsasən ekspert rəyini hazırki iş üzrə əsas götürərək hesab edir ki, İddiaçı tərəfindən ünvan 1, mənzil 37 üzrə yerinə yetirilmiş tikintitəmir işlərinin ümumi dəyəri olan 37186 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 27.Eyni zamanda məhkəmə iddia tələbinin iddiaçı H.Teymur tərəfindən ünvan 1, mənzil 37-ə onun tərəfindən alınan əşyaların dəyərinin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, ekspert rəyində qeyd edilən məbləğ üzrə yalnız ayrıla bilinməyən əşyalar üzrə cəmi 3.000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Odur ki, ayrıla bilinən əşyalar istisna olmaqla, yerdə qalan ayrıla bilinməyən əşyaların dəyəri iddiaçıya ödənilməlidir. Ayrıla bilinməyən əşyalar olaraq ekspert rəyində 2021-ci il tarixə qədər qiyməti 2100 manat olan mətbəx mebeli, qiyməti 900 manat dəhliz mebeli və qiyməti 1000 manat olan yataq otağında yığılma şkaf göstərilmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən cd-diskə baxış zamanı videogörüntüdən müəyyən edilmişdir ki, mənzil üçüncü şəxsə satıldığı vaxt mənzildə yataq otağında yığılma şkaf mövcud olmamışdır. Odur ki, yalnız ayrıla bilinməyən əşya kimi mətbəx mebelinin qiyməti 2100 manat+dəhliz mebelinin qiyməti 900 manat=3.000 manat məbləğində pul vəsaiti cavabdeh R.Rövşəndən iddiaçı H.Teymurun xeyrinə tutulmalıdır. 28.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı tərəfindən ünvan 1, mənzil 37-ə dair edilən yaxşılaşdırmaların dəyəri olan 40.186 AZN (qırx min yüz səksən altı manat) məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 29.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 30.Hazırki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (yüz manat) məbləğində pul vəsaiti Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22 AZ43CTRE0000**********088501 hesabına köçürülməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 33.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 34.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MTK, X22, X17 və X29 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən ünvan 1, mənzil 37-ə dair edilən yaxşılaşdırmaların dəyəri olan 40.186 AZN (qırx min yüz səksən altı manat) məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (yüz manat) məbləğində pul vəsaiti Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22 AZ43CTRE0000**********088501 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-110/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-110/2024
11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver