Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1123/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) "pul vəsaitinin geri qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul vəsaitinin geri qaytarılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən geri qaytarılması, Cavabdeh1ASC-nin Bankın xidmətlərinin düzgün icra edilməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsinin təmin edilməsi və həmçinin iddia qaldırmaqla bağlı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1ASC-də olan 4169 7388 5818 1534 kart hesabından "xxxx" ASC-nin müştərisi olan 5522 0993 6584 8274 nömrəli kart hesabına yanlışlıqla xx.xx.2024-cü il tarixində Cavabdeh1 ASC-nin Birbank mobil tətbiqi vasitəsilə 150 (yüz əlli manat) manat məbləğində pul vəsaiti köçürmüşdür. Pulu səhv hesaba köçürüldüyünü bildikdən sonra "xxxx" ASC-nin 937 qaynar xəttini, həmçinin "xxxx" ASC-nin 196 qaynar xətti ilə əlaqə saxlamışdır. Lakin “Kapital Bank" ASC-nin nümayəndələri tərəfindən köçürmənin mobil app vasitəsilə həyata keçirildiyi bildirilərək heç bir köməklik göstərilə bilməyəcəyi barədə məlumat verilmişdir. "xxxx" ASC-də isə 5522 0993 6584 8274 nömrəli kart hesabının sahibi barədə məlumatların verilməsinin bank sirri məlumatı təşkil edəcəyi bildiriləcək sorğusundan imtina edilmişdir. Bildirmək istəyir ki, köçürmələr zamanı Cavabdeh1ASC tərəfindən heç bir fərdiləşdirilmiş təhlükəsizlik məlumatları, müştəri autentifikasiyası edilməmiş, müştəri eyniləşdirilməsi, hər hansı 3DS kodlann göndərilməsi və s. həyata keçirilməmiş və tərəfindən əməliyyatlar avforizə edilməmişdir. Cavabdeh1ASC-nin lazımi təhlükəsizlik tədbirlərini həyata keçirməmiş, "xxxx" ASC-nin isə 5522 0993 6584 8274 nömrəli kart hesabının müştərisi əsassız varlanmışdır. Sonradan İddiaçı iddia ərizəsi üzrə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin əsassız varlanan Cavabdeh2 tərəfindən geri qaytarılması, Cavabdeh1ASC-nin Bankın xidmətlərinin düzgün icra edilməməsi və Cavabdeh2 əsassız varlanaraq pul vəsaitinin geri qaytarılmaması səbəbindən ona dəymiş 600 manat maddi zərərin ödənilməsi və həmçinin iddia qaldırmaqla bağlı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddianın Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsini əməliyyat icra edilərkən, Bank tərəfindən Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydalarının (bundan sonra GMA qaydaları) pozması ilə əsaslandırmışdır. İlk öncə onu qeyd edirlər ki, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasının 5.7-ci maddəsi definisiya-norma olmaqla Gücləndirilmiş müştəri autentifikasiyası termininə izah verir. Həmin normaya əsasən Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. GMA Qaydalarının 2.1-ci bəndində qeyd edilir ki, GMA-nın tətbiqi yalnız ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən iki və ya daha çoxunun istifadəsi nəticəsində həyata keçirilir. Bank mübahisələndirilən əməliyyatın icrası zamanı GMA qaydalarına riayət etmişdir. Belə ki, müştəriyə münasibətdə GMA-nin 2 elementi bunlardır: 1) Müştərinin istifadəsində olan mobil tədbiq. Belə ki, müştərinin istifadəsində olan mobil tədbiqdə olan profili başqa telefonda açılmayacaq. Digər mobil telefondan həmin profil daxil olmağa cəhd edildikdə, tədbiq profilə daxil olmaq istəyən şəxsi əlavə eyniləşdirmə üsulları ilə (digər GMA elementləri ilə) yoxlayacaq. 2) Həmin mobil tədbiqə müştəri tərəfindən təyin edilmiş parol. GMA Qaydalarının 3.4-cü bəndində qeyd edilir ki, ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edildikdə və eyni fasiləsiz sessiya çərçivəsində GMA tələb edən əməliyyat aparıldıqda, həmin əməliyyat GMA tətbiq edilmədən həyata keçirilə bilər. Müştəri apardığı əməliyyat tədbiqə daxil olduqdan sonra fasiləsiz olaraq digər əməliyyatı icra etdiyindən, GMA Qaydalarına əsasən tədbiq 3-cü GMA elementini istəməyib. Fasilə olduğu təqdirdə tədbiqin istifadəsi məhdudlaşır və tədbiqə daxil olmaq üçün yenidən GMA elementi tələb edilir. GMA qaydalarının 2.2.5-ci bəndinə əsasən isə GMA tətbiq olunaraq ödəniş hesabına daxil olduqdan sonra hər hansı fəaliyyət həyata keçirilmədən aktiv saxlanılan sessiya müddəti mobil tətbiqlər üçünssss 5 (beş) dəqiqədən, internet bankçılıq üçün isə 30 (otuz) dəqiqədən çox olmamalıdır. Bundan başqa vəsaitin səhvən köçürülməsi faktı özü də Banka məlum deyil. Belə ki, iddia ərizəsinə əlavə edilmiş foto-dan da görünür ki, iddiaçı vəsaiti köçürməmişdən öncə ekranın şəklini çəkmişdir. Əgər pan (16 rəqəm) səhv yığılsa idi, iddiaçı bu səhvi zamanında aradan qaldıra bilərdi. Lakin iddiaçı bunu etməyərək, əməliyyatı özü sonlaşdırmışdır. İddia ərizəsinə dəqiqləşdirmədə qeyd edilən digər məsələ isə ümümiyyətlə heç bir sübut və hal ilə əsaslandırılmır. Belə ki, iddiaçı hansı şəraitdə 600 manat maddi ziyan çəkdiyini, hansı əsasla 600 manat maddi ziyan tələb etdiyini qeyd etməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, onun bank kartına 150 manat məbləğində vəsait köçürülmüşdür, lakin həmin dövrdə kartına tez-tez pul köçürülüb-çıxarıldığı üçün bu məbləğin səhvən göndərildiyindən xəbərsiz olmuşdur. Təxminən iki ay sonra Azərbaycan Beynəlxalq Bankının əməkdaşı onunla əlaqə saxlayaraq vəsaitin səhvən köçürüldüyü barədə məlumat vermişdir. Cavabdeh isə bildirmişdir ki, hal-hazırda işləmədiyi üçün bu məbləği geri qaytarmaq imkanı yoxdur. O, vəsaitin hesabına daxil olduğunu inkar etməsə də, hazırda ödəməyə maddi imkanının olmadığını qeyd etmişdir. Digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı məxsus 416973******1534 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində iddiaçının kartından 150 manat məbləğində pul vəsaiti köçürmüşdür. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır və məktubunda qeyd etdiyi məsələ ilə bağlı aidiyyatı üzrə müraciət etməyi tövsiyyə olunur. Mülki işin materiallarında olan İddiaçı tərəfindən pretenziyaya əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə iddiaçı tərəfindən öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı "pul” tələbi 2 hissədən ibarətdir: - 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin əsassız varlanan Cavabdeh2 tərəfindən geri qaytarılması; - Cavabdeh1 ASC-nin Bankın xidmətlərinin düzgün icra edilməməsi və Cavabdeh2 əsassız varlanaraq pul vəsaitinin geri qaytarılmaması səbəbindən ona dəymiş 600 manat maddi zərərin ödənilməsi. Məhkəmə iddia tələbinin “150 (yüz əlli) manat məbləğində pul vəsaitinin əsassız varlanan Cavabdeh2 tərəfindən geri qaytarılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan (iş materiallarına əlavə edilmiş Bank çıxarışları), həmçinin Cavabdeh2 məhkəmə iclas zamanı verdiyini izahatlarından göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 150 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iddia tələbinin “ Cavabdeh1 ASC-nin Bankın xidmətlərinin düzgün icra edilməməsi və Cavabdeh2 əsassız varlanaraq pul vəsaitinin geri qaytarılmaması səbəbindən ona dəymiş 600 manat maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının hansı şəraitdə 600 manat həddində maddi ziyan çəkdiyi, hansı əsasla 600 manat maddi ziyan tələb etdiyi müəyyən edilməmişdir. Həmçinin məhkəmə iddiaçının Cavabdeh1 ASC tərəfindən bank xidmətlərinin düzgün icra edilməməsi dəlili ilə razılaşmır. Belə ki, mübahisələndirilən əməliyyatın icrası zamanı Cavabdeh1 ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə “13” mart 2024-cü il tarixli № 12/2 nömrəli Qərarına (bundan sonra – GMA Qaydası) riayət olunmuşdur. Belə ki, GMA Qaydalarının 2.1-ci maddəsinə əsasən, gücləndirilmiş müştəri autentifikasiyası ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən azı ikisinin istifadəsi ilə həyata keçirilməlidir. Mübahisəyə səbəb olan əməliyyat zamanı bu tələblərə uyğun olaraq müştəriyə münasibətdə iki autentifikasiya elementi tətbiq olunmuşdur: 1.Müştərinin istifadəsində olan və yalnız ona məxsus mobil tətbiq. Belə ki, bu tətbiq digər mobil cihazlarda açılmaq istənildikdə, sistem tərəfindən əlavə autentifikasiya tələbləri ilə yoxlama aparılır və yalnız bu yoxlama uğurlu olduqda tətbiqə giriş mümkün olur.
2. Mobil tətbiqə daxil olmaq üçün müştəri tərəfindən əvvəlcədən təyin edilmiş parol. GMA Qaydalarının 3.4-cü maddəsinə uyğun olaraq, əgər ödəniş hesabına GMA tətbiq edilməklə daxil olunubsa və fasiləsiz sessiya çərçivəsində digər GMA tələb edən əməliyyat yerinə yetirilirsə, həmin əməliyyatın icrası zamanı təkrar autentifikasiya tələb olunmur. Cari halda da, müştəri mobil tətbiqə daxil olduqdan dərhal sonra əməliyyatı fasilə vermədən icra etdiyindən əlavə autentifikasiya elementi tələb edilməmişdir. Əgər tətbiqdə müəyyən olunmuş fasilə baş versəydi, bu halda GMA Qaydalarının 2.2.5-ci maddəsinə əsasən, sistem tətbiqin istifadəsini məhdudlaşdıracaq və yenidən autentifikasiya tələb olunacaqdı. Bundan başqa, mübahisələndirilən vəsaitin səhvən köçürülməsi faktı da cavabdeh banka məlum olmamışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkildən də göründüyü kimi, iddiaçı əməliyyatı icra etməzdən əvvəl ekran görüntüsünü əldə etmişdir. Əgər PAN (16 rəqəmli kart nömrəsi) düzgün daxil edilməsəydi, iddiaçı bu xətanı əməliyyatı yekunlaşdırmadan əvvəl aşkar edib düzəldə bilərdi. Lakin iddiaçı bu imkandan istifadə etməyərək əməliyyatı özü təsdiqləmiş və sonlandırmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddiaçı iddia tələbi “150 manat məbləğində pul vəsaitinin əsassız varlanan Cavabdeh2 tərəfindən geri qaytarılması” hissəsində təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsassız varlanma nəticəsində əldə edimiş 150 (bir yüz əlli manat) manat pul və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.