Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1130/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (X2 qanun üzrə vərəsəsi) 5 iyul 2021-ci il tarixli, RBNPU-08421 saylı kredit müqaviləsiüzrə əsas borcuna görə 7497,8 manat, faiz borcuna görə 161,47 manat, cərimə borcuna görə 114,18 manat olmaqla, cəmi 7773,45 manat məbləğində pulun və 98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə borclu X5 arasında bağlanmış 5 İyul 2021-ci il tarixli, RBNPU-08421 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 5 iyul 2021-ci il tarixli, RBNPU- 08421 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 5 iyul 2021-ci il tarixli, RBNPU-08421 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 7497,8 manat, faiz borcuna görə 161,47 manat, cərimə borcuna görə 114,18 manat olmaqla, cəmi 7773,45 manat təşkil edir. Balakən regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1-ci madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X2 xx.xx.2023-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 5 iyul 2021-ci il tarixli, RBNPU-08421 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin sorğuya verdiyi cavab məktubu ilə xx.xx.2023-cü il tarixli 2V-548 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-547 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti göndərilmişdir. xx.xx.2023-cü il tarixli 2V-548 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-547 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Bu səbəbdən 5 iyul 2021-ci il tarixli, RBNPU-08421 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsəsi – Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan borc verən İddiaçı ASC ilə borc alan X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBNPU-08421 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə sonuncuya bank tərəfindən 36 ay müddətinə illik 15 faiz olmaqla 15000 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X2 iddiaçı qarşısında 7497.8 manat əsas, 161.47 manat faiz, 114.18 manat cərimə borcu vardır. İş materiallarında olan AZ-İİ 348157 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 vərəsəsi Cavabdehdır. Cavabdeh X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 55.85 kv.m 3 otaqlı mənzili irs almalıdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə X5 arasında 15000 manat pulun 15% dərəcəsi ilə 36 ay müddətinə sonuncuya verilməsi barədə müqavilə bağlanmış, X5 xx.xx.2023-cü il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetirilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsəsi kimi Cavabdeh tanınmışdır. Cavabdeh yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin o, müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsə kimi kreditor qarşısında öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı). Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından Cavabdeh mərhum ərinin vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və onun (ərinin) bank qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyır. Hazırda cavabdeh olan vərəsənin miras aktivini qəbul etdiyindən, onun həcmi isə öhdəliyin məbləğindən artıq olduğundan, həmin məbləği ödəməyə ohdəliyi yaranır. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq cavabdehdən 7497.8 manat əsas, 161.47 manat faiz borcunun tutulması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə cavabdehdən 114.18 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 60 manat müəyyən edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh 7497.8 manat əsas, 161.47 manat faiz borcu, 60 manat cərimə, ödənilmiş 98 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7497.8 manat əsas, 161.47 manat faiz, 60 manat cərimə, cəmi 7719.27 manat və ödəbilmiş dövlət rüsumuna görə 98 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1130/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1130/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver