Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1133/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SSANG YONG” markalı, 10–SR–711 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il avqustun 05-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “SSANG YONG” markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobilə Xırdalan-Binəqədi yolunda “KİA RİO” markalı, 99–HA–924 dövlət nömrə nişanlı avtomobilə toqquşmuşdur. Binəqədi RPİ-nin, 6-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən xx.xx.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcələnin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Binəqədi RPŞ-nin DYPŞ-nə göndərilmişdir. Binəqədi RPŞ-nin DYPŞ-in xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcələnin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehlərin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2405 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “KİA RİO” markalı, 99–HA–924 dövlət nömrə nişanlı avtomobilə 7200 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında İXP 41441201 saylı protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində 16:00-da “SSANG YONG ACTYON” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrinin tələbini pozmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulliyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, hadisə zamanı “SSANG YONG ACTYON minik” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “SSANG YONG ACTYON minik” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Xırdalan istiqaməti ilə hərəkətdə olan zaman həmin zolağda avtomobillərin sıxlığı olması səbəbindən tıxac yaranmışdır. Bu səbəbdən də o, idarə etdiyi avtomobili yolun əks istiqamətinə doğru hərəkət edərkən yolun qarşı istiqaməti ilə hərəkətdə olan KİA RİO markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxarkən toqquşma baş vermişdir. İş materiallarında olan PXA********** saylı sığorta müqaviləsindən görünür ki, “SSANG YONG ACTYON minik” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-xx.xx.2021 illər üzrə "xxxx" ASC-də sığorta edilmişdir. İş materiallarında olan “Auto Box” LLC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, “KİA RİO” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə 7200 manat zərər dəymişdir. İş materiallarında olan sığorta aktından görünür ki, “KİA RİO” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə 7200 manat zərər dəymiş, X3 dəymiş ziyanın məbləği 5000 manat ödənilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)- 737/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına xitam verilmişdir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Cavabdeh İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə ona yazılmış 80 manat cəriməni ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “SSANG YONG ACTYON minik” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə “KİA RİO” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 5000 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 70 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat sığorta ödəniş, ödənilmiş 70 manat dövlət rüsumu cəmi 5070 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1133/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1133/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver