Məhkəmə qərarları › İş №e-2(006)-118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-118/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-118/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən 2.668,56 manat əsas; 367,64 manat faiz olmaqla; cəmi 3.036,2 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 523,45 manat əsas borc; 115,26 manat faiz; cəmi 638,71 manat borcun və ödənilmiş 56,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26,4 faiz dərəcəsi ilə 5.200 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1250 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən 2.668,56 manat əsas borc; 367,64 manat faiz olmaqla; cəmi 3.036,2 manat borcu; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 523,45 manat əsas borc; 115,26 manat faiz olmaqla; cəmi 638,71 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Məhkəmə iclasına üzürlü səbəbə görə gələ bilmir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 26,4 faiz dərəcəsi ilə 5.200 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1.250 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən 2.668,56 manat əsas borc, 367,64 manat faiz olmaqla, cəmi 3.036,2 manat məbləğində; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 523,45 manat əsas borc, 115,26 manat faiz olmaqla, cəmi 638,71 manat borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 9/6568 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu sualda soruşulan tarix üzrə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə: Əsas borc üzrə – 2.680,85 manat; Faiz üzrə – 344,77 manat. Bundan başqa, qeyd edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə imzalanmışdır. Bununla bağlı bildirilir ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə üzrə cavabdeh tərəfindən aparılmış əməliyyatları özündə əks etdirən hesabdan çıxarışda aparılmış əməliyyatların qeyri-taksit əməliyyatları və yaxud taksit əməliyyatları üzrə aparıldığı müəyyən edilə bilmədiyi üçün bu sual üzrə tədqiqatın aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 9/8161 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edilmiş ümumi pul vəsaitinin hansı hissəsinin Taksit və Qeyri-taksit olmasının, istifadə edilmiş ümumi pul vəsaitinə güzəşt müddətinin tətbiq edilib-edilməməsinin və kredit limitinin bank tərəfindən 1.250,00 manat müəyyən olunduğu halda həmin limitin artırılmasına dair razılaşmalar (Müştərinin mobil nömrəsindən çıxarışlar, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən çıxarışlar) təqdim edilmədiyindən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair kredit müqaviləsi üzrə borcunu müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/1199 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1532721A116 kredit kartına dair müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edilmiş ümumi pul vəsaitinin hansı hissəsinin Taksit və Qeyri-taksit olmasının, istifadə edilmiş ümumi pul vəsaitinə güzəşt müddətinin tətbiq edilib edilməməsinin və kredit limitinin Bank tərəfindən 1.250,00 manat müəyyən olunduğu halda həmin limitin artırılmasına dair razılaşmalar (Müştərinin mobil nömrəsindən çıxarışlar, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən çıxarışlar) təqdim edilmədiyindən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair kredit müqaviləsi üzrə borcunu müəyyən etmək mümkün olmadı. Qeyd edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1532721A116 kredit kartına dair müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edilmiş ümumi pul vəsaitinin hansı hissəsinin Taksit və Qeyri-taksit olmasının, istifadə edilmiş ümumi pul vəsaitinə güzəşt müddətinin tətbiq edilib edilməməsinin və kredit limitinin Bank tərəfindən 1.250,00 manat müəyyən olunduğu halda həmin limitin artırılmasına dair razılaşmalar (Müştərinin mobil nömrəsindən çıxarışlar, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən çıxarışlar) tam şəkildə təqdim olunduğu halda Cavabdeh İddiaçı ASC-yə borcunu müəyyən etmək olar. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 56 manat 74 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1532718A116 nömrəli kredit müqaviləsi üzrə 2.668,56 manat əsas borc, 344,77 manat faiz olmaqla, cəmi 3.013,33 manat; xx.xx.2019cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə üzrə 523,45 manat əsas borc, 115,26 manat faiz olmaqla, cəmi 638,71 manat və 56,74 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyinə əsasən cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli GTKR1532718A116 nömrəli kredit müqaviləsi üzrə banka 2.668,56 manat əsas borc, 344,77 manat faiz olmaqla, cəmi 3.013,33 manat borcu mövcuddur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1532718A116 nömrəli kredit müqaviləsi üzrə 2.668,56 manat əsas borc, 344,77 manat faiz olmaqla, cəmi 3.013,33 manat; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə üzrə 523,45 manat əsas borc, 115,26 manat faiz olmaqla, cəmi 638,71 manat və 56,74 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar