Məhkəmə qərarları › İş №e-2(006)-122/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-122/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-122/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İşığı” X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 550 (beş yüz əlli) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiasını qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyandan ödənilməmiş 950 (doqquz yüz əlli) manat hissəsi cavabdehdən tutularaq ‘Bakı Şəhər İşığı” X4 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Sonradan iddiaçı "xxxx" X1 nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Bakı Şəhər İşığı” X2 vurulmuş maddi ziyana görə 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Dəymiş ziyanın 1500 (bir min beş yüz) manat məbləğində olmasına baxmayaraq Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən zərər məbləği əsassız olaraq 550 manat məbləğində qiymətləndirilmiş və sığorta şirkətinin əsassız olaraq hesabladığı 550 manat məbləğində pul vəsaiti razılıqları olmadan sığorta ödənişi olaraq müəssisənin bank hesabına ödənilmişdir. İddiasını qanuni və əsaslı sayaraq hesab edir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyandan ödənilməmiş 950 (doqquz yüz əlli) manat pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASCdən tutularaq müəssisənin xeyrinə ödənilməlidir. Daha sonra, Cavabdeh2 Sığorta Şirkəti ASC mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2023-cü il tarixində etiraz ünvanlayaraq, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta Şirkətində sığorta olunan “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 sentyabr 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə zərər vurmuşdur. Cavabdeh2 Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq, sığorta şirkətinin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən işıq dirəyinə dəymiş zərərin aradan qaldırılması üçün 550 manat tələb olunur. Bundan əlavə, iddiaçının nümayəndələri ilə aparılan danışıqlar zamanı Bakı şəhərində qeyd edilən işıq dirəyinin təmirini aparan 3 müəssisənin olduğu bildirilmiş və sığorta şirkətinin işıq dirəyinin təmirini təşkil etməyə hazır olduğu bildirilmişdir. Lakin iddiaçının nümayəndələri təmirə yararlı işıq dirəyinin tumbasının yenisi ilə əvəz olunmasını israr etmiş, bu zaman onun dəyərini təşkil edən 1500 manatın necə müəyyən edildiyini təsdiq edən alış sənədlərini təqdim etməmişlər. Qanunvericiliyin tələbindən görünür ki, sığorta hadisəsi nəticəsində dəymiş zərər sığorta şirkəti tərəfindən və ya müstəqil ekspert tərəfindən müəyyən edilməlidir. Dəymiş zərəri müəyyən edərkən 2014-cü ildən istismarda olan tumbanın hadisədən əvvəlki vəziyyətə qaytarılması tələb olunan xidmətlərin dairəsi müəyyən edilməlidir. Bunu nəzərə alaraq, ödənilməli zərər məbləğini müəyyən edir. Yəni baxılan halda sığorta şirkəti iddiaçının tələbi ilə dəyişdirilməli olmayan köhnə və zədələnmiş ehtiyat hissəsinin tam yeni ehtiyyat hissəsi ilə dəyişdirmək öhdəliyi daşımır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası əsassız olduğu üçün təmin edilə bilməz. İddiaçı "xxxx" X1 nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iddianı müdafiə etdikləri bildirilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dir. 03 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş 63 saylı aktdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində N.Vəzirov küçəsində idarə etdiyi **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" X2 məxsus “Palermo” tipli işıq dirəyinə vurmuşdur. Bakı DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh1 “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə vəsatət ünvanlanaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2182/2023 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli 9/6815 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsi olaraq, iş materiallarında olan "xxxx" X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə dəymiş zərərin məbləği 1500,00 manat müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2182/2023 saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli 9/02 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsi olaraq, iş materiallarında olan "xxxx" X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zədələnmiş 01 ədəd 2014-cü il tarixdən istismarda olmuş, İtaliya istehsalı “Palermo” tipli işıq dirəyinin tumba hissəsinin ilkin balans dəyəri 1648,00 manat, aşınma tətbiq edilməklə dəymiş ziyanın məbləği 1500,00 manat müəyyən olunmuşdur. Ekspert qarşısında qoyulmuş “1.xx.xx.2020-ci il tarixdə Cavabdeh1 “Lexus RX330” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində həmin ərazidə yerləşən ziyan dəymiş yol kənarındakı işıq dirəyi təmirə yararlıdırmı?” sualı məhkəmə əmtəəşünas ekspertin predmetinə aid olmadığı qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh1 tərəfindən idarə edilən “Lexus RX330 minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun tərəfindən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxaraq zərər vurulmuşdur. Ekspert rəyinə əsasən dəymiş ziyanın məbləği 1500,00 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş fotolar da işıq dirəyinə zərər vurulmasını bir daha sübut edir. İddiaçı tərəfindən vurulmuş olan zərərin əvəzi qismində 950 manat tələb edilməklə, həmin zərərin hər iki cavabdehdən tərəfindən ödənilməsi xahiş edilmişdir. Lakin qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədilmiş olsa da, sonuncunun mülki məsuliyyəti Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Bununla da, törədilmiş olan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmiş zərərə görə məsuliyyət sığorta şirkətinin üzərinə qoyulmalı və iddia tələbi digər cavabdeh olan Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Qeyd edilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən baş vermiş olan yol-nəqliyyat hadisəsi nəticəsində 550 manat ödənildiyini, lakin ümumumilikdə vurulmuş olan zərər məbləğinin 950 manatı qalmaqda olmasını nəzərə alıb, vurulmuş maddi ziyandan qalıq olaraq qalan 950 manat Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" X2 vurulmuş maddi ziyana görə 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X2 ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" X2 vurulmuş maddi ziyana görə 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X2 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar