Məhkəmə qərarları › İş №e-2(006)-1284/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1284/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1284/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12043.00 USD əsas, faiz borcu üzrə 1492.41 USD olmaqla, cəmi 13535.41 (on üç min beş yüz otuz beş dollar qırx bir sent) USD məbləğində borcun və 159.03 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********8267 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20.000 (iyirmi min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1057 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, eyni tarixli, **********8267 - ******* saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh3; **********8267 – 547280 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdurlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2014-cü il tarixli, **********8267 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli, **********0982 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 13112.77 USD, faiz 0,00 USD,cərimə 0,00 USD müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1nın borc məbləği, əsas borc üzrə12043.00 USD əsas, faiz borcu üzrə 1492.41 USD,cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 13535.41(on üç min beş yüz otuz beş dollar qırx bir sent) USD təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Tələbin əsası kimi istinad etdilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit (zaminlik) müqaviləsi: 2) Kassa məxaric orderi; 3) Saziş və ona əlavə ödəniş cədvəli; 4) Zaminlik müqavilələri 5) Maliyyə arayışı. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh3 etiraz-mülahizə təqdim edərək, iddiaçının ona aid olan tələb hissəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi X5 iddianı müdafiə edib bildirdi ki, kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunmasına dair saziş bağlanmışdır, həmin saziş zaminlərin vəziyyətlərini yaxşılaşdırdığı üçün onlara da aid edilmiş və zaminlik müqaviləsinin ləğv edilməsinə əsas olmamışdır. Hazırki mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu əlavə etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, iddiaçı təşkilatdan qızıl biznesi ilə məşğul olmaq üçün kredit götürmüş, bizneslə məşğul olduğu müddətdə borc məbləğinin yarısını ödəmiş, sonra isə müflis olmuşdur. Belə ki, o, Mərkəzi Univermaqda qızıl stendi götürərək qızıl biznesi ilə məşğul olmaq məqsədilə iddiaçı təşkilata biznes krediti verilməsi üçün müraciət etmiş, iddiaçının əməkdaşları gəlib həmin yerə baxış keçirdikdən sonra aralarında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 bundan sonra vergi orqanında uçota durmuş və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) almışdır. O, müflis olduqdan bir müddət sonra yenidən borcunu ödəməyə başlamışdır. Hazırda işləyir, iddiaçı ona müddət versə, qalıq borcunun hamısını hissəhissə ödəyəcəkdir. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini, mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil çıxışında bildirdi ki, iddiaçı tərəfin mövqeyi ilə razı deyil. Belə ki, zaminlik müqaviləsinə əlavə və dəyişikliklər hər iki tərəfin razılığı ilə edilməlidir. Müqavilədə göstərilir ki, zaminlik müqaviləsi tərəflərin razılığı olmadan dəyişdirildikdə və zamin üçün əlverişsiz şərait yaratdıqda bu müqavilə ləğv edilir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, müqavilənin müddətinin uzadılması əlverişsiz şərait hesab olunur. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını əlavə etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarını iddia ərizəsi ilə birgə araşdıraraq hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, **********8267 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 20000.00 USD məbləğində pul vəsaitini illik 24.00 % hesablanmaqla Cavabdeh1 verməyi, Cavabdeh1 isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, **********8***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, **********8267 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəlikləri əsasında tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, **********8267-547280 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, **********8267 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəlikləri əsasında tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, VÖEN statusu: aktivdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən, həmçinin, görünür ki, Cavabdeh2 (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Cavabdeh1 izahatı əsnasında məlum olmuş və mülki işin materialları əsasında təsdiq olunmuşdur ki, cavabdeh Həsənov X6 Univermaqda qızıl stendi açaraq qızıl alveri etmək məqsədilə borc almaq üçün İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 müraciət etmiş, iddiaçının əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparıldıqdan sonra Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixli, **********8267 saylı kredit müqaviləsi imzalanmışdır. Müqavilədə kreditin biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün verildiyi qeyd edilmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə məhz bu kredit müqaviləsi üzrə borcun təminatı kimi müvafiq zaminlik müqavilələri bağlamışdırlar. Tərəflərdən iddiaçı kommersiya hüquqi şəxsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə VÖEN-ə malik vergi ödəyiciləridir (fərdi sahibkarlardır). İddiaçının cavabdehə kredit verməkdə məqsədi illik 24 % mənfəət əldə etmək, Cavabdeh1 krediti götürməkdə məqsədi isə fərdi sahibkar qismində sahibkarlıq fəaliyyətini həyata keçirmək, yəni qızıl alveri ilə məşğul olaraq gəlir əldə etmək olmuşdur. Digər cavabdehlərin öhdəliyi isə əsas öhdəlikdən törəmə öhdəlik olduğundan onlar da əsas öhdəlik üzrə yaranan münasibətlərin iştirakçılarıdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi əsasında kommersiya hüquq münasibətləri yaranmış, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələri bağladığından, onlar da bu münasibətlərin subyektinə çevrilmişlər. Cavabdeh1 öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı ilə cavabdehlər arasında kommersiya hüquq münasibətlərindən irəli gələn kommersiya mübahisəsi yaranmışdır. Mübahisənin subyekt tərkibi olan iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vergi ödəyiciləridir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26-cı maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il 10 №-li Qərarının 10-11-ci bəndlərində qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə müvafiq olaraq, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e- 2(006)-1284/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1284/2023 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar