Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1294/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi ilə, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X2 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişini bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 28 mart 2012-ci il tarixli, 07 saylı kredit müqaviləsi üzrə 9941.23 (doqquz min doqquz yüz qırx bir manat, 23 qəpik) manat məbləğində əsas borc, 4743.73 (dörd min yeddi yüz qırx üç manat, 73 qəpik) manat məbləğində faiz borcu, 225.19 (iki yüz iyirmi beş manat, 19 qəpik) manat məbləğində cərimə borcu, 593.40 (beş yüz doxsan üç manat, 40 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 15 503.55 (on beş min beş yüz üç manat, 55 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən ümumilikdə faiz borcundan 2000 (iki min) manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış faiz borcunun təqribi 50% miqdarında borc məbləğinə güzəşt tətbiq edilir.
3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 2000 (iki min) manat məbləğində olan borcun tam ödənilməsini, qalan 10 425 ( on min dörd yüz iyirmi beş) manat məbləği 36 (otuz altı) ay müddətində bərabər hissələrə bölünməklə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 289.58 (iki yüz səksən doqquz manat, 58 qəpik) manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür.
4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.
5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 15 503.55 (on beş min beş yüz üç manat, əlli beş qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir.
6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki-Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki-Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X3 ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2024cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. “Tərəflər təsdiq edirlər ki, cavabdehin 28 mart 2012-ci il tarixli, 07 saylı kredit müqaviləsi üzrə 9941.23 (doqquz min doqquz yüz qırx bir manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 4743.73 (dörd min yeddi yüz qırx üç manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 225.19 (iki yüz iyirmi beş manat, on doqquz qəpik) manat məbləğində cərimə borcu, 593.40 (beş yüz doxsan üç manat, qırx qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 15 503.55 (on beş min beş yüz üç manat, əlli beş qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
2. “Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən ümumilikdə faiz borcundan 2000 (iki min) manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış faiz borcunun təqribi 50% miqdarında borc məbləğinə güzəşt tətbiq edilir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
3. “Bu Sazişin 2.2-ci bəndində göstərilən 2000 (iki min) manat məbləğində olan borcun tam ödənilməsini, qalan 10 425 ( on min dörd yüz iyirmi beş) manat məbləği 36 (otuz altı) ay müddətində bərabər hissələrə bölünməklə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 289.58 (iki yüz səksən doqquz manat, əlli səkkiz qəpik) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
4. “İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür” məzmunlu barışıq sazişi təsdiq edilsin.
5. “Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 15 503.55 (on beş min beş yüz üç manat, əlli beş qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
6. “Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.