Məhkəmə qərarları › İş №e-2(006)-1315/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1315/2022

04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1315/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı «iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.» tələbinə dair ilk iddiası; "xxxx" MMC-nin İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş ziyana görə 25.000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-dən və "xxxx" MMCdən müştərək qaydada dəymiş ziyana görə 40.000 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC tərəfindən onun evinin yerləşdiyi ərazidə (cavabdeh tərəfindən uçurulmamışdan öncəki formada, ölçüdə və yerləşdiyi yerində) əvvəlki vəziyyətdə tikərək ona təhvil verilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə xüsusi qərardad çıxararaq təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunmalarından ötrü, cinayət xarakterli hərəkətləri barədə prokurora məlumat verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Çox təəssüflər olsun ki, bəzi hallarda Konstitusiyanın bu müddəasına bir sıra vəzifəli şəxslər və məmurlar əməl etmirlər və ulu öndər Heydər Əliyevin böyük zəhmətlə ərsəyə gətirdiyi ən ali qanunun ayaqlar altına atılması üçün (öz şəxsi maraqları naminə) əllərindən gələni edirlər. Belə ki, onun kimi vətəndaşların xüsusi mülkiyyətində olan evlər və torpaq sahələri bəzi MTK-lar tərəfindən zorla əllərindən alınır, dağıdılır və s. O, X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində uzun illərdən bəri yaşayır. Həmin bir mərtəbəli fərdi yaşayış evi və ətraf əraziləri onların dədə-baba mülkləridir. 2021-ci ildən etibarən yaşadığı məhəllədəki evləri sökməyə başlayan Cavabdeh Şirkətinin rəhbərliyi, ona heç bir məlumat vermədən və onunla heç bir razılığa gəlmədən, yaşadığı evi və həyətyanı sahəni sökməyə başlamışdır. Hal-hazırda (qoşmada təqdim olunan fotolara nəzər saldıqda) onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin hansı hala salındığını görmək mümkündür. Evi hər an uçmaq təhlüksəsi ilə üz-üzədir və onun həyatı təhlükə altındadır. Əgər hansısa bədbəxt hadisə baş versə bunun cavabdehliyini kim daşıyacaq? Cavabdeh MMC onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə söküntü apardığı üçün evi qəzalı vəziyyətə düşmüş və faktiki olaraq ona maddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün 25.000 manat pul tələb olunur. Məhkəməyə təqdim etdiyi fotolardan ona dəymiş ziyanın reallığı görünür. Məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir və ümid edir ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə ədalətli qərar qəbul edəcəkdir. "xxxx" MMC İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi; İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2-dən ibarət olan evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsinə və həmin evin "xxxx" MMC tərəfindən sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2-dən ibarət olan evin əvəzinə yeni tikiləcək binada 61 m2 ölçüdə təmirli mənzilin 2 il müddətinə İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin "xxxx" MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" MMC olmalı idi) qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş ziyana görə 25.000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1,1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. "xxxx" MMC tərəfindən həmin Sərəncamın tələblərinə uyğun olaraq, qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, ilkin iddia üzrə iddiaçı istisna olmaqla, bütün sakinlərlə (80-ə yaxın) müqavilələr bağlanmış, müqavilə bağlanan sakinlərin evləri sökülmüş, yerində yeni tikiləcək binanın özülü qazılmışdır. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17, 6 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. İlk iddia üzrə iddiaçının evi ilkin mərhələdə binanın tikilməsinə mane olmasa da, binanın özülü qazılan zaman onun evinə bitişik boş torpaq sahəsi qrunt sularının təsiri ilə sürüşmüş və sürüşən zaman qeyd olunan ev tamamilə qəzalı vəziyyətə düşmüşdür. Binanın özülünün tamamilə doldurulmadan həmin mənzilin bərpa edilməsi qeyri-mümkündür, mümkün olduğu təqdirdə isə 80-ə yaxın sakinin mülkiyyət hüququnu itirməsi deməkdir. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanda yerləşən, 50,8 m2-dən ibarət olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 61 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 manat kirayə haqqı təklif olunur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı qəzalı vəziyyətdə olan evlərin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hesab edirlər ki, iş üzrə ilk iddia rədd edilməli və Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş qarşılıqlı iddia üzrə cavabdehə məxsus olan 6 saylı yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 61 m2 yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 400 manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddianı qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 22 may 1998-ci il tarixli MH seriyalı 145133 saylı qeydiyyat vəsiqəsindən və 213483 saylı texniki pasportdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 17 ünvanda yerləşən 1 yaşayış otağı mülkiyyət hüququ üzrə 22 may 1998-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, texniki pasport tərtib edilmişdir. - Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 13 yanvar 2022-ci il tarixli 37/Q-00122 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu 360-cı məhəllədə Abay döngəsi 17 ünvanda "xxxx" MMC tərəfindən söküntü işlərinin aparılması nəticəsində ona aid mənzilin qəzalı vəziyyətə düşməsi barədə FHN-ə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşdırılmış və aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Nəsimi RİH-ə 05 yanvar 2022-ci il tarixli xx/xx-00034 nömrəli telefonaqram ünvanlanmışdır (telefonoqram məktuba əlavə olunmuşdur). - Bakı şəhər İcra Hakimiyyəti başısının 02 noyabr 2020-ci il tarixli 239 saylı sərəncamından, Torpaq sahəsinin icarəyə verilməsinə dair 19 yanvar 2021-ci il tarixli 1636 saylı müqavilədən, obyektin tikintisinə 10 fevral 2022-ci il tarixli Tİ-18/22 saylı icazədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 nömrəli və xx.xx.2008-ci il tarixli sərəncamları ilə Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yaşayış evlərinin tikintisi məqsədi ilə "xxxx" MTK-ya icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. - "xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli UNİ/S 22-653/22 saylı daşınmaz əmlakın kirayə haqqının müəyyən edilməsinə dair arayışından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17 (Təzə bazarın yaxınlığı) və yaxın ətraf ərazidə yerləşən ümumi sahəsi 50,8 m2 təşkil edən mənzillərin orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir. - Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün cəmi 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli ********* saylı ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci li tarixli 10/2392 saylı rəyindən görünür ki, ünvan 7 ünvanda yaşayış evləri tamamilə söküldüyündən İddiaçı məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşüb-düşməməsini və hər hansı bir ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamışdır (qərardadın birinci və üçüncü sualları üzrə). ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sökülməsi, cavabdeh "xxxx" MMC tərəfindən tədqiq olunan ünvanda aparılan tikinti işləri ilə (çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılmışdır) əlaqədar olduğu müəyyən olunmuşdur (qərardadın ikinci sualı üzrə). ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin (iddiaçının təqdim etdiyi texniki pasport və Nəsimi RİH-dən təqdim olunan xx.xx.2003-cü il tarixli 347 nömrəli Sərəncam nəzərə alınmaqla) yaşayış sahəsi 14,0 m2, ümumi sahəsi isə 50,8 m2 təşkil edir (qərardadın dördüncü sualı üzrə). "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir (qərardadın beşinci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İlk iddia üzrə iddiaçı öncə ona dəymiş maddi zərərin ödənilməsini tələb etsə də, daha sonra tələb etdiyi maddi zərərin həcmini artırmış, sonda isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC tərəfindən onun evinin yerləşdiyi ərazidə (cavabdeh tərəfindən uçurulmamışdan öncəki formada, ölçüdə və yerləşdiyi yerində) əvvəlki vəziyyətdə tikərək ona təhvil verilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən ilk iddia üzrə iddiaçının mülkiyyətində olan yaşayış sahəsi uçaraq məhv olmuşdur. Ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin uçmasına səbəb ərazidə aparılan tikinti işləri ilə bağlı (çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılmışdır) olmuşdur. Məhkəmə tərəfindən 04 aprel 2022-ci il tarixdə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsinin Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yeni tikiləcək binanın özülünün qazılması və yeni tikiləcək binanın qazılmış özülünün ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə yaxın hissəsindən qurunt sularının axması nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin fərdi yaşayış evinin 2 hissədən və ayrıca sanitar qovşaqdan ibarət olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin hissələrinə ayrı-ayrılıqda baxış keçirilərkən, yeni tikiləcək binanın özülünün qazılması nəticəsində fərdi yaşayış evinə məxsus otaqların divarlarının və tavanın çatlaması, fərdi yaşayış evinin həmin hissəsində yaşayışın mümkün olmaması müşahidə olunmuşdur. Baxış zamanı ilk iddia üzrə iddiaçı onun yaşadığı evin təmir edilməsini və dəymiş zərərin aradan qaldırılmasını xahiş etmişdir. Baxış keçirilərkən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin şəkilləri və videoları çəkilmişdir. Baxış keçirilmiş ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin çəkilmiş şəkilləri və videoları iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən ərazidə tikinti işləri "xxxx" MMC tərəfindən aparılır və iş üzrə Cavabdeh MMC cavabdeh kimi göstərilsə də, bu MMC-nin konkret hansı hal üzrə cavabdehlik daşıması müəyyən edilməmişdir. Buna görə də, məhkəmə ərazidə tikinti işləri aparan "xxxx" MMC-nin ilk iddianın dəlilləri üzrə hərəkətlərinə hüquqi qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə "xxxx" MMC-nin ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin uçmasında nə dərəcədə təqsirli olmasına hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilərək məhkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, e-MTT(006)-3/2022 saylı qərardadı icra edilməməklə fərdi yaşayış evi uçmuş və iddiaçı faktiki olaraq evsiz qalmışdır. Lakin evin qəsdən və qərəzli şəkildə uçurulması iş materialları ilə müəyyən edilməsə də, məhkəmə fakt üzrə xüsusi qərardad çıxarmışdır. Habelə, məhkəmə ilk iddianın təmin edilə bilməməsi nəticəsinə gəlir və bu qənaətini ilk iddianın əsassız olması səbəbi ilə deyil, hazırki mövcud vəziyyətdə ilk iddia üzrə iddiaçıya məxsus əmlakın əvvəlki vəziyyətdə bərpa edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırır. Belə ki, əvvəla "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir. Özülün qazılması isə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 noyabr 2020-ci il tarixli 239 saylı Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı aparılmışdır, yəni qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Bundan əlavə, əmlak tamamilə uçurulmuş vəziyyətdədir, həm də cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yaxınlığındakı bütün mənzillərin hamısı yeni tikintialtı sahələrə çevrilmiş, sökülərək sakinlərin köçürülməsi təmin edilmişdir. Həmçinin, ev tam uçmamışdan əvvəl baxış zamanı da müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış sahəsi qəzalı vəziyyətlə olmaqla Bakı şəhərinin müasir vəziyyətinə cavab verməyərək görkəminə uyğun olmamışdır. Lakin bununla belə məhkəmə göstərilən qənaətə gələrkən ilk iddiaçının mülkiyyət hüquqlarının qanunla qorunmasını və mülkiyyətinin tamamilə uçmasına baxmayaraq, ilk iddia üzrə cavabdehin bunun qarşılığında ilk iddiaçını yeni yaşayış sahəsi ilə təmin etməyə hazır olduğunu da nəzərə alır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 noyabr 2020ci il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 nömrəli və xx.xx.2008-ci il tarixli sərəncamları ilə Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yaşayış evlərinin tikintisi məqsədi ilə "xxxx" MTK-ya icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahəyə bərabər olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan yaşayış sahəsinin istifadəçisi İddiaçı kirayə haqlarını qarşılıqlı iddia üzrə iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsinə daha geniş və yeni təmirli mənzili qəbul etməkdən imtina etmişdir. Sonradan isə həmin əmlak qarşılıqlı iddia üzrə iddiaçının ərazidə aparılan tikinti işləri ilə əlaqədar uçmuşdur. Həmçinin müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamı, habelə digər sənədlər təşkil edir və mübahisə edilən yaşayış sahəsinin uçmamışdan öncə yerləşdiyi ərazidə mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də qanuna uyğun həyata keçirilmişdir. Yuxarıda qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, qarşılıqlı iddia üzrə iddiaçı hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və əsasən ona istinad etmişdir ki, cavabdeh istismar müddəti bitmiş şəhərin görkəminə xələl gətirən yaşayış sahəsinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə edir, bunun da nəticəsində müvafiq sərəncamın tam həyata keçirilməsi mümkün olmur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X1 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X1 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə hesab edir ki, ümumilikdə yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan yaşayış sahəsindən çıxarılma ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Bu hal hazırki iş üzrə də qaldırılmış iddia üzrə həll olunmalı olan məsələlərə daxil idi. Belə ki, mübahisəli ev tam uçmamışdan əvvəl qaldırılmış iddia üzrə qarşılıqlı iddiaçı cavabdeh tərəfin mənzili boşaltdığı halda, əvvəl yaşadığı mənzildən daha geniş və yeni təmirli mənzilin verilməsinin sərəncamla "xxxx" MMC-nin üzərinə qoyulmuş vəzifəsi olmasını və MMC-nin də bu vəzifəsini yerinə yetirməkdən imtina etməməsini göstərmişdir. Həmçinin müəyyən edilmişdir ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə qarşılıqlı iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün MMC yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin tərəflər razılığa gəlməmişlər. Məhkəmə bununla əlaqədar xüsusilə qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən "xxxx" MMC tərəfindən cavabdeh tərəfin yaşayış sahəsi ilə bağlı hüquqları tanınaraq sonuncu tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməyə cəhd edilməmiş və "xxxx" MMC-nin belə bir niyyəti olmasa da, ərazidə aparılan tikinti işləri, yəni, çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılması zamanı evin bir hissəsi uçmuş vəziyyətdə olmuş, ərazidə aparılan sonrakı tikinti işlərinin gedişatı evin tamamilə uçmasına gətirib çıxartmışdır. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən yol verilmiş bu nöqsanlara baxmayaraq, onun cavabdeh tərəfə istifadəsində olmuş əmlakın əvəzinə ədalətli təkliflər edilməsini, yəni həmin mənzilin qanuni sahəsinə uyğun, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə (əlavə sahə də verilməklə) təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olmasını və bu niyyətin izahatlara əsasən real olmasını nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin istifadəsində olmuş yaşayış sahəsinin aparılan tikinti işləri səbəbindən uçurulmuş vəziyyətə düşməsinə baxmayaraq, qarşılıqlı iddia tələbi qaldırılarkən cavabdehin evdən çıxarılmasına dair tələbin qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməzdi. Belə ki, məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalı idi. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, vətəndaşların istismar müddəti uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olmuş yaşayış sahəsindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı,Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların, hazırki iş üzrə cavabdehin daha geniş və rahat mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, yuxarıda göstərilən işlərin həyata keçirilməsini MMC öz üzərinə götürdüyündən və tələb irəli sürülərkən cavabdehin əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. vacib şərtlərlə bağlı bütün hüquqları qorunduğundan (riayət olunduğundan) qarşılıqlı iddia tələbi ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi isə 50,8 m2 təşkil edən evinin əvəzinə 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin İddiaçı təhvil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona kirayə haqqı ödənilməli olmasına dair hissələri də təmin edilməlidir. Məhkəmə kirayə haqqının verilməsi ilə əlaqədar əlavə olaraq qeyd edir ki, kirayə haqqı ödənilməsi mübahisəli fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022ci il tarixdən etibarən hesablanmalıdır. Lakin məhkəmə iddianın digər hissələri üzrə qeyd edir ki, məhkəmə baxışı dövründə İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2-dən ibarət olan evi uçmuş və ərazi faktiki olaraq "xxxx" MMC-nin istifadəsinə keçmişdir. Belə olan halda isə tələbin İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2-dən ibarət olan evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi hissəsinin təmin edilməsi zərurəti aradan qalxmışdır. Qarşılıqlı iddiaçı mövcud vəziyyətdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət etmədiyinə görə məhkəmə qarşılıqlı iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı «iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.» tələbinə dair ilk iddiası təmin edilməməli, "xxxx" MMC-nin İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, "xxxx" MMC tərəfindən ünvan 9 ünvanında mövcud olmuş 50,8 kv.metr sahədən ibarət fərdi yaşayış evinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzil İddiaçı təhvil verilməli, həmin fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat kirayə haqqı ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, 100 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı «iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.» tələbinə dair ilk iddiası təmin edilməsin. "xxxx" MMC-nin İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. "xxxx" MMC tərəfindən ünvan 9 ünvanında mövcud olmuş 50,8 kv.metr sahədən ibarət fərdi yaşayış evinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzil İddiaçı təhvil verilsin. Həmin fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat kirayə haqqı ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar