Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1348/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun iradəsindən kənar olaraq kart hesabından silinmiş 29.057 manat 72 qəpik məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 677 manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 29.01.2019-cu il tarixdə BPM**********77 saylı kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtinə əsasən bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsi ilə hesablaşmaların aparılması üçün kart hesabının açılması, ödəniş kartının dövriyyəyə buraxılması və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması nəzərdə tutulmuşdur. Bağlanmış müqaviləyə əsasən İddiaçı adına həmin bankda ******************** (AZN) hesablaşma nömrəsi ilə kart hesabı açılmışdır. İddiaçı həmin hesaba 07.02.2019-cu il tarixdə 42.020 manat məbləğində pul qoymuş və özünə məxsus olan kartdan fərqli zamanlarda, yəni 01.07.2019-cu il tarixdən 27.03.2020-ci il tarixə qədər 16 əməliyyat aparmaqla ümumilikdə 12.942,04 manat məbləğində puldan istifadə etmişdir. İddiaçı hesabdakı puldan yalnız kassa ödənişində və ATM-də nəğdləşdirmələr etmişdir. Kartdan heç bir onlayn (online) ödəmələrdə istifadə etməmişdir. Lakin, İddiaçı kart hesabından 05.06.2020-ci il tarixdən 22.09.2020-ci il tarixədək İddiaçı məlum olmayan müxtəlif hesablardan və müxtəlif vaxtlarda, ardıcıl olaraq kiçik məbləğlərdə və məqsədyönlü şəkildə ümumilikdə 29.057,72 manat məbləğində pul vəsaiti mənimsənilmişdir. Bankın təqdim etdiyi çıxarışdan da görünür ki, 05.06.2020-ci il tarixdən 22.09.2020-ci il tarixədək İddiaçı hesabında olan heç bir məbləğdən istifadə etməmişdir. Hesabda pulun olmaması İddiaçı 2020-ci ilin sentyabr ayında ATM-də pul nəğdləşdirmək istəyərkən məlum olmuşdur. Bu səbəbdən banka müraciət etdiyində məlum olmuşdur ki, həmin vəsait qanunsuz olaraq və iddiaçının iradəsindən kənar mənimsənilmişdir. Sözügedən məsələ ilə bağlı 15.10.2020-ci il tarixdə və 23.10.2020-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili olaraq Vəkil bankın idarə heyətinin sədrinə ərizə ilə müraciət edərək, silinən hər bir vəsaitin araşdırılması və geri qaytarılmasını xahiş etmişdir. Lakin məsələ ilə bağlı onun müraciətinə bu vaxta kimi heç bir rəsmi münasibət bildirilməmişdir. 23.11.2020-ci il tarixdə müraciətinə cavab verilməsi ilə bağlı bankın ibar.az saytına təkrar müraciət etmişdir. Tərəflər arasında bağlanan 29.01.2019-cu il tarixli BPM**********77 saylı müqavilənin şərtlərindən aydın görünür ki, bank kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etməlidir (3.1.11-ci bənd). Həmçinin, müqavilədə aparılmış əməliyyatlarla bağlı müştəriyə elektron poçt və ya SMS vasitəsi ilə (əməliyyatın aparıldığı gün) məlumatların göndərilməsi nəzərdə tutulmuşdur (5.2.3-cü bənd). Bundan əlavə, müştərinin sərəncamı olmadan kart hesabındakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir (4.9-cu bənd). Həmçinin müqavilənin 10.7-ci bəndinin tələblərinə görə Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə sığortalanmış əmanətin məbləğinin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəyir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş vəzifələrin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məsuliyyət daşıyır (6.1-ci bənd). Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Mərkəzi Bankın qəbul etdiyi normativ xarakterli aktlar, bankdaxili qaydalar və Azərbaycan Respublikasının digər hüquqi aktları ilə tənzimlənir (9.1-ci bənd). Müqavilənin şərtlərindən də görünür ki, müştərinin iradəsindən kənar onun kart hesabından pul vəsaitinin silinməsi qanun pozuntusudur və bankın məsuliyyətinə səbəb olmalıdır. Belə ki, bank müqavilə öhdəliyini pozaraq müştərinin əmanətini qoruya bilməmiş və müştərinin iradəsindən kənar verilmiş sərəncamlarla vurulmuş zərərə görə bank məsuliyyət daşıyır. Mərkəzi Bankın 2020-ci il üzrə uçot dərəcəsi olaraq 7 % olmuşdur. Beləliklə, "xxxx" ASC İddiaçı qanunsuz silinmiş vəsaitə görə 29.057,72 manat məbləğində pul və əldən çıxmış faydaya görə 677 manat məbləğində (29057 x 7 % = 2033 manat, 2033 manat / 12 ay = 169 manat / 4 ay = 677 manat) pulu geri qaytarmalıdır. İddiaçı məhkəməyə əsaslandırma ünvanlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Banklar Haqqında” Qanunun, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 10 iyul 2012-ci il tarixli, 16/3 saylı Qərarının, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli Qərarının müvafiq bəndlərinə istinad edərək, öz tələbini əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan da göründüyü kimi, «Google Play» platformasından «Yalla» tətbiqi yüklənmiş və bu tətbiq üzrə göstərilən xidmətlər üzrə haqlar iddiaçıya məxsus kart hesabından davamlı əsasda silinmişdir. Google tərəfindən təqdim edilmiş vəsaitin geri çağırılması (bundan sonra - chargeback) tələbinə dair etiraza cavabda qeyd edilmişdir ki, bu platformadan elektron xidmətin alışı kart sahibinin Google hesabı vasitəsi ilə alınmış, bu proses zamanı müvafiq autentifikasiya aparılmışdır. Belə ki, bir qayda olaraq Google hesabı vasitəsi ilə alış zamanı hesablaşmalar bu hesaba bağlanmış kart vasitəsi ilə icra olunur. Və bu kartın həmin hesaba bağlanması üçün yalnız həmin kartın məlumatlarından istifadə olunmalıdır ki, bu isə o mənaya gəlir ki, ya kart sahibi özü kartını bu hesaba bağlayıb, ya da kart sahibi bu kartını kiməsə təqdim edibdir ki, bu məlumatları hesaba bağlasın. Bank ilə müştəri arasında olan kart müqaviləsində də qeyd edilmişdir ki, kart sahibi karta məxsus məlumatları gizli saxlamalı, həmin məlumatları heç kimə ötürməməlidir. Bundan əlavə, onu da qeyd edirlər ki, kartın oğurlanması və buna oxşar tipli hər hansı tələblə bağlı banka da müraciət olunmamışdır. Bu isə onu sübut edir ki, bu işdə bankın hər hansı məsuliyyəti yoxdur və ola da bilməzdi. Qeyd edirlər ki, bu silinmələrin hər hansı kiber hücumla bağlı olma riski də mövcud deyil. Çünki, göründüyü kimi vəsaitlər uzun dövr ərzində silinmiş, habelə həmin vəsaitlərin hər hansı digər 3-cü şəxsin hesabına deyil, məhz qarşı tərəfin balansına getmişdir. Qeyd olunan hesablaşmalar məhz, hər hansı qanunsuz əsasdan deyil, tərəflər arasında olan müqavilə münasibətlərindən yaranır. Bununla bağlı, «Yalla» tətbiqinin və «Google Play» platformasının xidmət şərtləri etiraz məktubuna əlavə olunmuşdur (hiperyönləndiricilər yerləşdirilib – bax: iddiaya etiraz ərizəsi və sənədlər). Habelə, «Google Play» platformasında Yalla tətbiqi barədə məlumatlara daxil olduqda da görmək olur ki, bu xidmət abunə xidməti əsasındadır və abunə olduqdan sonra avto-yeniləmə deaktiv edilmədikcə, abunə haqları avtomatik çıxılacaq. Həmçinin qeyd edirlər ki, bankla İddiaçı arasında USD valyutalı digər hesab da mövcuddur. Bu etiraza əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, manat hesabı üzrə silinmələr başa çatdıqdan sonra (hesabda vəsait qurtardıqdan sonra), iddiaçının chargeback tələbindən dərhal sonra özünə məxsus digər valyuta hesabı üzrə də 3 epizod üzrə eyni tətbiqdən istifadə etməsi onu sübut edir ki, tətbiq ya iddiaçının özü tərəfindən istifadə edilir, ya da ikinci kart məlumatları da kiməsə ötürülüb. Onu da qeyd edirlər ki, bu hesab üzrə məlumatların qanunsuz əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən banka hər hansı müraciət edilməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, nümayəndə X1 izahatı ilə razıdır. Əlavə olaraq bildirir ki, İddiaçı ilə ABB arasında bağlanılmış 29.01.2019-cu il tarixli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında **********48 saylı müqavilənin 3.4.5-ci bəndinə əsasən müştəri bank kartı vasitəsi ilə aparılmış əməliyyatlara görə pul vəsaitlərinin kart hesabından silinməsindən 45 gün müddətində mübahisələndirə bilər. Bu isə o mənaya gəlir ki, ən yaxşı halda, chargeback (vəsaitin geri çağırılması) ərizəsi 22.10.2020-ci il tarixdə verildiyindən ən yaxşı halda 06.09.2020-ci il tarixdən sonrakı əməliyyatlar mübahisələndirilə bilərdi ki, bu halda da, maksimum geri qaytarılacaq məbləğin həcmi 77 manat 81 qəpik edərdi. Buna baxmayaraq, bank tərəfindən iyun ayından etibarən olan silinmələrin (ümumilikdə 15 sayda) də fırıldaqçılıq halı ilə bağlı olub-olmaması baxılması üçün qəbul edilmiş, son nəticə olaraq, müştərinin kart hesabına 368 manat 21 qəpik vəsait geri qaytarılmışdır. İddiaçı öz əsaslandırmasında ABB ilə bağlanan müqavilənin 5.2.3-cü bəndinə istinad edərək, bankın müştərini hesab üzrə əməliyyatlar barədə məlumatlandırma vəzifəsinin olduğunu bildirərək, bank tərəfindən həmin vəzifənin kobud şəkildə pozulduğunu diqqətə çatdırmışdır. Qeyd olunan iddia ilə bağlı bildirmək istəyirlər ki, müqavilənin 3.4.7-ci və 5.2.1-ci bəndlərindən də göründüyü kimi, məlumatlandırma kart hesabı ilə bağlı xidmətlərə əlavə kimi nəzərdə tutulmuş, məlumatlandırma xidməti üçün əlavə xidmət haqqı da tətbiq edildiyindən, həmin xidmətə qoşulub-qoşulmama müştərinin diskresion səlahiyyətinə buraxılmışdır. Müştəri isə bu xidmətə qoşulmadığından «ABB» tərəfindən müştəriyə bu xidmət göstərilməmişdir. İddiaçı bundan əlavə, müqavilənin 3.1.11-ci bəndinə istinad edərək bank tərəfindən müştərinin hesaba daxil olan pul vəsaitlərinin toxunulmazlığının qorunması vəzifəsini üzərinə götürdüyünü bildirmiş, lakin bu öhdəliyinə bankın əməl etmədiyini diqqətə çatdırmışdır. Bildirirlər ki, iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, hesabdan silinmələr «Yalla», «DreamPlus» və «Tiktok» kimi tətbiqlərin istifadəsi ilə bağlı olmuşdur. Onu da qeyd edirlər ki, bu silinmələrin hər hansı kiber hücumla bağlı olma riski çox aşağıdır. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi, vəsaitlər uzun dövr ərzində (4 aya yaxın) silinmiş, habelə həmin vəsaitlərin hər hansı digər 3-cü şəxsin hesabına deyil, məhz qarşı tərəfin balansına getmişdir. Digər maraqlı fakt isə ondan ibarətdir ki, «Google» tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, elektron alışlar Elektron ünvan vasitəsi ilə alınmış, həmin hesab isə 11.12.2014-cü ildə yaradılmış, həmin hesab üzrə hesab sahibinin inisialı (adı, soyadı) isə «Qaratel Hasaova» olaraq qeyd edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, tətbiqlər «Google Play» platforması vasitəsi ilə yüklənmiş, silinmələrlə bağlı alışlar isə «Google Play»-lə əlaqələndirilmiş google hesabı vasitəsi ilə həyata keçirilmişdir. «Google» tərəfindən təqdim edilmiş chargeback tələbinə etiraza cavabda qeyd edilmişdir ki, bu platformadan elektron xidmətlərin alışı kart sahibinin google hesabı vasitəsi ilə alınmış, bu proses zamanı müvafiq autentifikasiya aparılmışdır. Belə ki, bir qayda olaraq, google hesabı vasitəsi ilə alış zamanı hesablaşmalar bu hesaba bağlanmış kart vasitəsi ilə icra olunur və bu kartın həmin hesaba bağlanılması üçün yalnız həmin kartın məlumatlarından istifadə olunmalıdır ki, bu isə o mənaya gəlir ki, ya kart sahibi özü kartını bu hesaba bağlayıb, ya da kart sahibi bu kartını kiməsə təqdim etmişdir (ya da ondan icazəsiz oğlurlanmışdır) ki, bu məlumatları hesaba bağlasın. Diqqətə çatdırırlar ki, müqavilənin 3.3.3-cü bəndinin tələblərinə əsasən, müştəri ödəniş kartını heç kimə verməməli, ŞEN kodu gizli saxlamalıdır. Bundan əlavə, onu da qeyd etmişlər ki, kartın oğurlanması və buna oxşar tipli hər hansı tələblə bağlı banka müraciət edilməmişdir. Habelə məlumdur ki, elektron alışlarla bağlı hesablaşmalar məhz hər hansı qanunsuz əsasdan deyil, tərəflər arasında olan müqavilə münasibətlərindən yaranır. Bununla bağlı isə müvafiq tətbiqlərin və «Google Play» platformasının xidmət şərtlərinə baxıla bilər. Bu isə onu sübut edir ki, bu işdə bankın hər hansı məsuliyyəti yoxdur və ola da bilməzdi. «Google» tərəfindən təqdim edilmiş sənədin nə üçün yalnız «Yalla» tətbiqi ilə əlaqədar alışlarla bağlı olduğu sualına cavab olaraq isə onu bildirirlər ki, müştərinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş etirazlar «Yalla» tətbiqi ilə bağlı silinmələrlə əlaqədar olduğu üçün «Google» tərəfndən digər tətbiqlərlə bağlı («Dream Plus», «TikTok») hər hansı sənəd daxil olmamışdır. Onu da qeyd etmişlər ki, bankla İddiaçı arasında USD valyutalı digər hesab da mövcuddur. Etiraza əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, manat hesabı üzrə silinmələr başa çatdıqdan sonra (hesabda vəsait qurtardıqdan sonra), iddiaçının chargeback tələbindən dərhal sonra özünə məxsus digər valyuta hesabı üzrə də 3 epizod üzrə eyni tətbiqdən istifadə etməsi onu sübut edir ki, tətbiq ya iddiaçının özü tərəfindən istifadə edilir, ya da ikinci kart məlumatları da kiməsə ötürülüb. Onu da qeyd edirlər ki, bu hesab üzrə məlumatların qanunsuz əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən banka hər hansı müraciət edilməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının adına olan hesabdan kart vasitəsi ilə məbləğlər «Google Play» platformasından yüklənmiş «Yalla» tətbiqi üzrə göstərilən xidmətlər üzrə haqq kimi davamlı əsasda silinmişdir. Google tərəfindən təqdim edilmiş vəsaitin geri çağırılması (bundan sonra chargeback) tələbinə dair etiraza cavabda qeyd edilmişdir ki, bu platformadan elektron xidmətin alışı kart sahibinin Google hesabı vasitəsi ilə alınmış, bu proses zamanı müvafiq autentifikasiya aparılmışdır. Belə ki, bir qayda olaraq Google hesabı vasitəsi ilə alış zamanı hesablaşmalar bu hesaba bağlanmış kart vasitəsi ilə icra olunur. Və bu kartın həmin hesaba bağlanması üçün yalnız həmin kartın məlumatlarından istifadə olunmalıdır ki, bu isə o mənaya gəlir ki, ya kart sahibi özü kartını bu hesaba bağlayıb, ya da kart sahibi bu kartını kiməsə təqdim edibdir ki, bu məlumatları hesaba bağlasın. Bank ilə müştəri arasında olan kart müqaviləsində də qeyd edilmişdir ki, kart sahibi karta məxsus məlumatları gizli saxlamalı, həmin məlumatları heç kimə ötürməməlidir. Bundan əlavə, onu da qeyd edirlər ki, kartın oğurlanması və buna oxşar tipli hər hansı tələblə bağlı banka da müraciət olunmamışdır. Bu isə onu sübut edir ki, bu işdə bankın hər hansı məsuliyyəti yoxdur və ola da bilməzdi. Qeyd edirlər ki, bu silinmələrin hər hansı kiber hücumla bağlı olma riski də mövcud deyil. Çünki, göründüyü kimi vəsaitlər uzun dövr ərzində silinmiş, habelə həmin vəsaitlərin hər hansı digər 3-cü şəxsin hesabına deyil, məhz qarşı tərəfin balansına getmişdir. Qeyd olunan hesablaşmalar məhz, hər hansı qanunsuz əsasdan deyil, tərəflər arasında olan müqavilə münasibətlərindən yaranır. Bununla bağlı, «Yalla» tətbiqinin və «Google Play» platformasının xidmət şərtləri etiraz məktubuna əlavə olunmuşdur (hiperyönləndiricilər yerləşdirilib – bax: iddiaya etiraz ərizəsi və sənədlər). Habelə, «Google Play» platformasında Yalla tətbiqi barədə məlumatlara daxil olduqda da görmək olur ki, bu xidmət abunə xidməti əsasındadır və abunə olduqdan sonra avtoyeniləmə deaktiv edilmədikcə, abunə haqları avtomatik çıxılacaq. Həmçinin qeyd edirlər ki, bankla İddiaçı arasında USD valyutalı digər hesab da mövcuddur. Bu etiraza əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, manat hesabı üzrə silinmələr başa çatdıqdan sonra (hesabda vəsait qurtardıqdan sonra), iddiaçının chargeback tələbindən dərhal sonra özünə məxsus digər valyuta hesabı üzrə də 3 epizod üzrə eyni tətbiqdən istifadə etməsi onu sübut edir ki, tətbiq ya iddiaçının özü tərəfindən istifadə edilir, ya da ikinci kart məlumatları da kiməsə ötürülüb. Onu da qeyd edirlər ki, bu hesab üzrə məlumatların qanunsuz əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən banka hər hansı müraciət edilməmişdir. Qeyd olunan vəsaitlərin silinməsi iddiaçının hərəkətləri ilə bağlı olub, vəsaitlərin silinməsində cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Təqdim olunmuş sənədlərdən, müqavilədən və cavabdeh tərəfin təqdim etdiyi müfəssəl məlumatdan aydın olur ki, İddiaçı ilə ABB arasında bağlanılmış 29.01.2019-cu il tarixli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında **********48 saylı müqavilənin 3.4.5-ci bəndinə əsasən müştəri bank kartı vasitəsi ilə aparılmış əməliyyatlara görə pul vəsaitlərinin kart hesabından silinməsindən 45 gün müddətində mübahisələndirə bilər. Bu isə o mənaya gəlir ki, ən yaxşı halda, chargeback (vəsaitin geri çağırılması) ərizəsi 22.10.2020-ci il tarixdə verildiyindən ən yaxşı halda 06.09.2020-ci il tarixdən sonrakı əməliyyatlar mübahisələndirilə bilərdi ki, bu halda da, maksimum geri qaytarılacaq məbləğin həcmi 77 manat 81 qəpik edərdi. Buna baxmayaraq, bank tərəfindən iyun ayından etibarən olan silinmələrin (ümumilikdə 15 sayda) də fırıldaqçılıq halı ilə bağlı olubolmaması baxılması üçün qəbul edilmiş, son nəticə olaraq, müştərinin kart hesabına 368 manat 21 qəpik vəsait geri qaytarılmışdır. İddiaçı öz əsaslandırmasında ABB ilə bağlanan müqavilənin 5.2.3-cü bəndinə istinad edərək, bankın müştərini hesab üzrə əməliyyatlar barədə məlumatlandırma vəzifəsinin olduğunu bildirərək, bank tərəfindən həmin vəzifənin kobud şəkildə pozulduğunu diqqətə çatdırmışdır. Qeyd olunan iddia ilə bağlı bildirmək istəyirlər ki, müqavilənin 3.4.7-ci və 5.2.1-ci bəndlərindən də göründüyü kimi, məlumatlandırma kart hesabı ilə bağlı xidmətlərə əlavə kimi nəzərdə tutulmuş, məlumatlandırma xidməti üçün əlavə xidmət haqqı da tətbiq edildiyindən, həmin xidmətə qoşulub-qoşulmama müştərinin diskresion səlahiyyətinə buraxılmışdır. Müştəri isə bu xidmətə qoşulmadığından «ABB» tərəfindən müştəriyə bu xidmət göstərilməmişdir. İddiaçı bundan əlavə, müqavilənin 3.1.11-ci bəndinə istinad edərək bank tərəfindən müştərinin hesaba daxil olan pul vəsaitlərinin toxunulmazlığının qorunması vəzifəsini üzərinə götürdüyünü bildirmiş, lakin bu öhdəliyinə bankın əməl etmədiyini diqqətə çatdırmışdır. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, hesabdan silinmələr «Yalla», «DreamPlus» və «Tiktok» kimi tətbiqlərin istifadəsi ilə bağlı olmuşdur. Onu da qeyd edirlər ki, bu silinmələrin hər hansı kiber hücumla bağlı olma riski çox aşağıdır. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi, vəsaitlər uzun dövr ərzində (4 aya yaxın) silinmiş, habelə həmin vəsaitlərin hər hansı digər 3-cü şəxsin hesabına deyil, məhz qarşı tərəfin balansına getmişdir. Digər maraqlı fakt isə ondan ibarətdir ki, «Google» tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, elektron alışlar Elektron ünvan vasitəsi ilə alınmış, həmin hesab isə 11.12.2014-cü ildə yaradılmış, həmin hesab üzrə hesab sahibinin inisialı (adı, soyadı) isə «Qaratel Hasaova» olaraq qeyd edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, tətbiqlər «Google Play» platforması vasitəsi ilə yüklənmiş, silinmələrlə bağlı alışlar isə «Google Play»-lə əlaqələndirilmiş google hesabı vasitəsi ilə həyata keçirilmişdir. «Google» tərəfindən təqdim edilmiş chargeback tələbinə etiraza cavabda qeyd edilmişdir ki, bu platformadan elektron xidmətlərin alışı kart sahibinin google hesabı vasitəsi ilə alınmış, bu proses zamanı müvafiq autentifikasiya aparılmışdır. Belə ki, bir qayda olaraq, google hesabı vasitəsi ilə alış zamanı hesablaşmalar bu hesaba bağlanmış kart vasitəsi ilə icra olunur və bu kartın həmin hesaba bağlanılması üçün yalnız həmin kartın məlumatlarından istifadə olunmalıdır ki, bu isə o mənaya gəlir ki, ya kart sahibi özü kartını bu hesaba bağlayıb, ya da kart sahibi bu kartını kiməsə təqdim etmişdir (ya da ondan icazəsiz oğlurlanmışdır) ki, bu məlumatları hesaba bağlasın. Müqavilənin 3.3.3-cü bəndinin tələblərinə əsasən, müştəri ödəniş kartını heç kimə verməməli, ŞEN kodu gizli saxlamalıdır. Bundan əlavə, kartın oğurlanması və buna oxşar tipli hər hansı tələblə bağlı banka müraciət edilməmişdir. Habelə məlumdur ki, elektron alışlarla bağlı hesablaşmalar məhz hər hansı qanunsuz əsasdan deyil, tərəflər arasında olan müqavilə münasibətlərindən yaranır. Bununla bağlı isə müvafiq tətbiqlərin və «Google Play» platformasının xidmət şərtlərinə baxıla bilər. Bu isə onu sübut edir ki, bu işdə bankın hər hansı məsuliyyəti yoxdur və ola da bilməzdi. «Google» tərəfindən təqdim edilmiş sənədin nə üçün yalnız «Yalla» tətbiqi ilə əlaqədar alışlarla bağlı olduğu sualına cavab olaraq isə onu bildirirlər ki, müştərinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş etirazlar «Yalla» tətbiqi ilə bağlı silinmələrlə əlaqədar olduğu üçün «Google» tərəfndən digər tətbiqlərlə bağlı («Dream Plus», «TikTok») hər hansı sənəd daxil olmamışdır. Bankla İddiaçı arasında USD valyutalı digər hesab da mövcuddur. Etiraza əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, manat hesabı üzrə silinmələr başa çatdıqdan sonra (hesabda vəsait qurtardıqdan sonra), iddiaçının chargeback tələbindən dərhal sonra özünə məxsus digər valyuta hesabı üzrə də 3 epizod üzrə eyni tətbiqdən istifadə etməsi onu sübut edir ki, tətbiq ya iddiaçının özü tərəfindən istifadə edilir, ya da ikinci kart məlumatları da kiməsə ötürülüb. Bu hesab üzrə məlumatların qanunsuz əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən banka hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1348/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1348/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver