Məhkəmə qərarları › İş №e-2(006)-1348/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1348/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1348/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli, 359665-CNS-50935 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh borcu kapitallaşdırılmış və o, 11604.51 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 12042.52 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli, 359665-CNS-50935 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 11604.51 manat məbləğində əsas borc, 438.01 manat məbləğində faiz borcu, ümumilikdə isə 12042.52 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 126.13 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bankdan həqiqətən də kredit götürdüyünü, həmin banka ödənilməmiş borcu qaldığını, buna səbəbin hazırda əmək qabiliyyətsiz olması və işləmək qabiliyyətini tam itirməyi ilə əlaqədar olmasını, ilk vaxtlarda götürdüyü krediti vaxtında ödəsə də, son 3 aydır ki, işləməməsi ilə əlaqədar ödəyə bilmədiyini, banka olan borcunu ödəyəcəyini, bunun üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. 4.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli, 359665-CNS-50935 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən bank tərəfindən cavabdehə 59 ay müddətinə illik 13 faiz dərəcəsi ilə 11604.51 manat məbləğində kredit verməyi, müştəri isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə hesablanacaq faizlər ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşlər. 8.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən ödəniş qrafikindən görünür ki, Cavabdeh 4755.08 manat faiz borcu, 11604.51 manat əsas borc olmaqla, ümumilikdə ödəniş məbləği 16359.59 manat təşkil edir. 9.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11604.51 manat əsas, 438.01 manat faiz, cəmi 12042.52 manat borcu yaranmışdır. 10.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli, pretenziya məktubundan görünür ki, cavabdeh borcunun olması barədə Bank tərəfindən qabaqcadan xəbərdar edilmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 126,13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli, 359665-CNS-50935 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən bank tərəfindən cavabdehə 59 ay müddətinə illik 13 faiz dərəcəsi ilə 11604.51 manat məbləğində kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, onun Banka borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddiaçı Banka həqiqətən də borcunun olduğunu, lakin işləməməsi səbəbindən ödəyə bilmədiyini qeyd etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 14.Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 16.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17.Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 18.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 19.Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 20.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tam əsaslı hesab edilməklə təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 359665-CNS-50935 saylı kredit müqaviləsinə əsasən 11604.51 (on bir min altı yüz dörd manat, əlli bir qəpik) manat əsas borc və 438.01 (dörd yüz otuz səkkiz manat, bir qəpik) manat faiz borcu olmaqla, cəmi 12042.52 (on iki min qırx iki manat, əlli iki qəpik) manat borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. 21.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 22.Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 126,13 (yüz iyirmi altı manat, on üç qəpik) manat Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 359665-CNS-50935 saylı kredit müqaviləsinə əsasən 11604.51 (on bir min altı yüz dörd manat, əlli bir qəpik) manat əsas borc və 438.01 (dörd yüz otuz səkkiz manat, bir qəpik) manat faiz borcu olmaqla, cəmi 12042.52 (on iki min qırx iki manat, əlli iki qəpik) manat borc və ödənilmiş 126,13 (yüz iyirmi altı manat, on üç qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar