Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1354/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(062)-1389/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin formasını dəyişərək, 29 iyul 2014-cü il təvəllüdlü X4 və 12 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və 29 iyul 2014-cü il təvəllüdlü X1 mütəmadi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, hər ay 200 manat əlavə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırki iş üzrə Cavabdeh ilə 2013cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 29 iyul 2014-cü il təvəllüdlü X4 və 12 avqust 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə uzun müddət ailə şəraitində yaşasalar da, ötən ilin əvvəllərində bu münasibət tamamilə pisləşmiş, hazırki iş üzrə cavabdehin iddia ərizəsi əsasında Tovuz rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(062)-1389/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olan uşaqlar iddiaçının himayəsinə verilmiş və birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tovuz rayon Məhkəməsinin icraatındakı mülki iş barədə iddiaçıya məlumat verilməmiş, cavabdehin evində qeydiyyatda olmağına baxmayaraq Bakı şəhərində yaşadığı üçün məhkəmə bildirişləri iddiaçıya çatdırılmamışdır. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-nin 5 nömrəli MİS-nin xx.xx.2022-ci il tarixli 356 saylı Arayışından da görünür ki, iddiaçı hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 9 saylı binanın 15 saylı mənzilində qeydiyyatsız yaşayır. Məhz bu hal iddiaçının Tovuz rayon Məhkəməsindəki icraatdan məlumatsız olmağına səbəb olmuşdur. Qətnamədən yalnız iş icra mərhələsində olarkən məlumat əldə edə bilmişdir. Həmin qətnamədə göstərilən aliment məbləği iddiaçını qane etmədiyindən dərhal mediasiya prosesinə başladı və alimentin cavabdehin aylıq gəlirlərindən tutulması üçün sübutları əldə etmək barədə addımlar atdı. Hazırki iddia ərizəsinə əlavə edilən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 49/1321 nömrəli məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Tovuz rayon filialının xidmət bölməsinin müştərilərlə iş üzrə baş mütəxəssisi vəzifəsində vəzifə maaşı 935 (icbari ödənişlər daxil) manat olmaqla işləyir. Bundan əlavə, həmin məktubda cavabdehin maaşına əlavələr də ətraflı qeyd edilmişdir. Lakin, maraqlıdır ki, Tovuz rayon Məhkəməsi araşdırma apararkən bu hissəyə ümumiyyətlə qiymət verməmişdir. Ona görə hesab edir ki, məhkəmə göstərdiklərini nəzərə alaraq tutulan alimentin formasını dəyişməli və sabit pul məbləğində deyil, cavabdehin aylıq gəlirlərinə nisbətdə aliment tutulmalıdır. Mülki iş üzrə Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, onlar arasında bağlanmış nikah Tovuz Rayon Məhkəməsinin 2(062)-1389/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və birgə birgə nikahlarından anadan olmuş iki nəfər uşaqların saxlanılması üçün isə hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment qət edilmişdir. Hər ay uşaqlar üçün qət edilmiş 300 manat məbləğində aliment öhdəliyi 350 manatdan az olmayaraq artıqlaması ilə ödənişlər etmişdir. Eyni zamanda ailə vəziyyətini nəzərə alaraq o, yeni ailə həyatı qurmuşdur, gələcək gün üçün yeni ailə həyatı qurduğu yoldaşı ilə uşaqlarının olacağını, himayəsində yaşlı anası və atasının olmasını eyni zamanda balaca əmisinin iki uşağı təhsil alır, onlara təhsil haqqında köməklik edir. Aliment ödənişlərinin vaxtı-vaxtında və artıq ödənilməsini və onun işi ilə əlaqədar gələcək gün üçün hər hansı bir maneənin yaranacağını və işini itirmək ehtimalı ola biləcəyi üçün aliment məbləğinin stabil məbləğdə müəyyən edilməsinə dair ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq, hal hazırda vergi əlavə daxil olmalarla birgə əmək haqqı 935 manat tutulmalardan sonra əldə qalan məbləğ 808 manatdır. Eyni zamanda, qarşı tərəf bildirir ki, böyük oğlunun müalicəsi ilə bağlı pul tələb edəcək. Uşaqda heç bir problem yoxdur, hal-hazırda orta məktəbdə oxuyur. Sadəcə qarşı tərəfin istədiyi hər uşağa 300 manat vəsaitə o maddi çətinliklə əlaqədar razılışa bilmədi, bu baxımdan əlavə tələbləri irəli sürür. Əlavə olaraq, 18 aydı o, uşaqları ilə görüşə bilmir, eyni zamanda uşaqlarla onu danışmağına imkan yaratmır və uşaqları əleyhinə qaldırılır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh hazırki məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Mülki işin materiallarında olan Tovuz rayon İHB-nın Cəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 02 sentyabr 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Tovuz şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Tovuz rayon İHB-nın Cəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 11 sentyabr 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Tovuz şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Tovuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(062)- 1389/2022 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2013-cü il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 08 sayla bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan 29 iyul 2014-cü il təvəllüdlü Əjdər və 12 avqust 2017-ci il təvəllüdlü Ömər adlı uşaqlar cavabdeh İddiaçı yanında saxlanılmış, 01 iyul 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Əjdər və xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq cavabdeh İddiaçı verilmişdir. Mülki işin materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən AZ-İİ № 453893 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İlahm oğlu ilə X8 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17№ ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən 28 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Tovuz rayon filialının Xidmət bölməsinin Müştərilərlə iş üzrə baş mütəxəssisi vəzifəsində 935 (icbari ödənişlər daxil olmaqla) manat olmaqla işləyir. Mülki işin materiallarında olan 28 yanvar 2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: M.Rzayev). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(062)-1389/2022 saylı qətnaməsinə əsasən, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2013-cü il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 08 sayla bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 29 iyul 2014-cü il təvəllüdlü Əjdər və 12 avqust 2017-ci il təvəllüdlü Ömər adlı uşaqların cavabdeh İddiaçı yanında saxlanılması, 01 iyul 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Əjdər və xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh sonradan ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahdan övladı yoxdur. Cavabdeh hal-hazırda sabit gəlirə malik işdə işləyir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat, cəmi 300 sabit pul məbləğində alimentin tutulması haqqında Tovuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 1 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Buna görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmalarını, cavabdehin müəyyən gəlirə malik olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1354/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1354/2023
29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver