Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1356/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış BMP**********38 nömrəli müqavilə əsasında verilmiş **********58885 nömrəli bank kartından xx.xx.2024-cü il tarixdə özünə aid olan 2000 (iki min) manat vəsaitin həmin bankın bankomatından çıxardılmasına görə komissiya adı ilə tutulmuş 17 (on yeddi) manatın cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılmasına və cavabdehlə xx.xx.2022-ci il tarixdə bağlanmış BPM**********38 nömrəli müavilənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixdə BMP**********8 nömrəli tam kart müqaviləsi bağlamışdır. "xxxx" ASC həmin müqavilənin şərtlərini pozur. Belə ki, müvafiq müqavilədə kartında olan (**********258885) vəsaitinin həmin bankın bankomatlarından nağdlaşdırılması üçün heç bir məhdudiyyət və komissiya haqqı nəzərdə tutulmamışdır. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixdə **********258885 nömrəli kartında olan vəsaitinin həmin bankın bankomatından çıxardılmasına görə 17 (on yeddi) manat məbləğində vəsait komissiya haqqı olaraq tutulub. Bank qeyd olunan 17 manat komissiya haqqının tutulmasının ay üzrə kartdan 7000 (yeddi min) manatdan yuxarı məbləğdə vəsait çıxardılması ilə izah edir. Lakin bankla bağlanmış müqavilədə belə bir qayda nəzərdə tutulmayıb. Hesab edir ki, **********258885 nömrəli kartından vəsaitinin həmin bankın bankomatından çıxardılmasına görə komissiya haqqı tutulması qanunsuzdur. Qanunsuz hesab edilən tutulmanın geri qaytarılması barədə cavabdeh "xxxx" ASC-yə ünvanlanmış ərizə müsbət həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən etiraz ərizəsi məhkəməyə təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı müqavilənin etibarsızlığını deyil, ləğvini tələb edir. Yəni müqaviləni öz sərbəst iradəsi ilə bağladığını təsdiq edir və bu müqavilə hazırda qüvvədədir. İddiaçı komissiya barədə müqavilədə hər hansı qeydin olmadığını iddia edir, lakin onun "xxxx" ASC-yə etdiyi müraciətə aldığı cavab məktubunda (bu məktubu iddiaçı özü idda ərizəsinə əlavə etmişdir) da qeyd edildiyi kimi tərəflər arasında bağlanmış müqavilənin 9.3-cü bəndində qeyd olunur ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, habelə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Sözügedən standart şərtlərin: 4.1-ci bəndinə əsasən ABB Müştərinin müraciəti əsasında ABB tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən Ödəniş kartının verilməsini və istifadə edilməsini, Ödəniş kartı vasitəsilə hsablaşmaların aparılması üçün kart hesabının açılmasını təmin etməyi və Müştəri Ödəniş kartı ilə aparılmış əməliyyatlara, Ödəniş kartından istifadəyə görə xidmət haqlarını ABB-ə ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-in Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. "xxxx" ASC-ə ödəniş kartları üzrə tarif cədvəlinin “kart vasitəsi ilə nağd vəsaitlərin alınmasına görə komisyon haqqı” adlı 2-ci bəndinin “ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma” adlı 2.5-ci yarımbəndlərindən görünür ki, “X6 Classic” kartından ölkədaxili nağdlaşdırma əməliyyatları üzrə 7000 manatadək əməliyyatlar komissiyasız, aylıq əməliyyat bu məbləği ötdükdə isə məbləği ötən hissəyə 1% komissiya haqqı heablanır. Həmin bəndə dair 8-ci qeyddən nağdlaşdırma və kartdan karta əməliyyatlar üzrə limitin birlikdə nəzərə alındığı müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 200 manat pul nağdsız qaydada, xx.xx.2024-cü il tarixdə 2000 manat bankomatdan, xx.xx.2024-cü il tarixdə 2000 manat bankomatdan, eyni tarixdə 2000 manat və 500 manat nağdsız qaydada məxaric edilmişdir. 17 manat komissiya haqqı silinən əməliyyata qədər eyni kart üzrə aylıq cəmi əməliyyat məbləği 6700 manat olmuşdur. Göründüyü kimi məbləğ 7000 manatdan az olduğundan hər hansı komissiya məbləği hesablanmamışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə bankomatdan 2000 manat pulun məxaric əməliyyatını həyata keçirmişdir. Bu əməliyyat cəmi məbləği 8700 manata çatdırmışdır. Bu məbləğin 7000 manatdan çox olan hissəsinə, yəni 1700 manata 1% komissiya haqqı-17 manat hesablanmış və Standart Şərtlərin 4.2-ci bəndinə əsasən akseptsiz qaydada tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 14-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsası kimi göstərilmişdir. Məlumdur ki, tərəflər daxil olmaq istədikləri mülki hüquq münasibtlərinin məzmunu-tərəflərin hüquq və vəzifələrini sərbəst müəyyən də bilərlər, yəni kobud şəkildə desək qanunvericiliklə bank xidmətlərinə görə xidmət haqqının tətbiqi və bu haqqın akseptsiz qaydada tutulması qanunla qadağan edilməyən hal olub, tərəflərin sərbəst iradə ifadələri ilə bağladıqları müqaviləyə və müqavilədə istinad edilmiş standart şərtlərdə öz əksini tapmışdır. Bu səbəbdən də komissiya haqqının cavabdehdən tutulması hissəsində iddia tələbinin heç bir əsası yoxdur. xx.xx.2022-c il tarixli tam kart müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, ləğv etmə anlayışı müqaviləyə birtərəfli qaydada xitam verilməsini ehtiva edir. Məlumdur ki, müqaviləyə xitam formada həyata keçirilir: müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müqavilənin xitamı; müqavilə tərəflərinin birinin birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğvi və müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi. Hazırki halda iddiaçı müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Müqavilənin dəyişdirilməsi və ləğvi AR MMnin 421-424-cü maddələri ilə tənzimlənir. MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digr tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. MM-nin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isı müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi-qaydada-məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Hazırda iddiaçı sözgedən müqavilənin ləğvinə dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, ərizəsində müqavilənin ləğvini hansı əsasla tələb etdiyini eyd etməmiş, iddia tələbini ümumiyyətlə əsaslandırmamışdır. Halbuki AR MPM-də çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutmuşdur. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvricilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəfləri dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərərsiz arbitr olaraq qalmalıdır. Qeyd olunanlara əsaslanaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiasının tamamilə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və iddiaya etirazın məzmununa uyğun izahat verərək İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş tərəflər arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, BPM**********38 saylı tam kart müqaviləsinin: - 4.1-ci bəndinə əsasən ABB Müştərinin müraciəti əsasında ABB tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən Ödəniş kartının verilməsini və istifadə edilməsini, Ödəniş kartı vasitəsilə hsablaşmaların aparılması üçün kart hesabının açılmasını təmin etməyi və Müştəri Ödəniş kartı ilə aparılmış əməliyyatlara, Ödəniş kartından istifadəyə görə xidmət haqlarını ABB-ə ödəməyi öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən, ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-in Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. - 9.3-cü maddəsinə görə, müştəri bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-136/2-S-xxxx/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, onlar arasında bağlanılmış 26 oktyabr 2022-ci il tarixli, BPM**********38 saylı müqaviləyə əsasən Tam kart ödəniş kartı (ön tərəfi debet və ya əmək haqqı kartı, arxa tərəfi kredit kartı) rəsmiləşdirilmişdir. Sözü gedən müqavilənin 9.3-cü bəndində əks edildiyi kimi, o, bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə olaraq, Standart Şərtlərin 4.2-ci bəndinə əsasən Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-in Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. Sonda, kartlar arası köçürmə ilə bağlı komissiyanın tutulması qeyd edilən müqaviləyə əsasən Bankdaxili qaydalara uyğun olaraq düzgün hesablanmışdır. - Hesabdan çıxarış məlumatlarına görə İddiaçı məxsus **********258885 nömrəli plastik kartdan xx.xx.2024-cü il tarixdə 200 manat pul nağdsız qaydada, xx.xx.2024-cü il tarixdə 2000 manat bankomatdan, xx.xx.2024-cü il tarixdə 2000 manat bankomatdan, eyni tarixdə 2000 manat və 500 manat nağdsız qaydada məxaric edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə bankomatdan 2000 manat pulun məxaric əməliyyatını həyata keçirilmişdir. Bu əməliyyat cəmi məbləği 8700 manata çatmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - 418.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflərə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. - 418.2-ci maddəsinə əsasən, əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər İşin mübahisələndirilməyən (həqiqi) halı ondan ibarətdir ki, tərəflər arasında 26 oktyabr 2022-ci il tarixli, BPM**********38 saylı tam kart müqaviləsi bağlanması yolu ilə müqavilə münasibətləri əmələ gəlmişdir və bağlanmış müqaviləyə görə hər bir tərəf öz üzərinə şərtləşdirilmiş öhdəlikləri icra etməyi götürmüşdür. Tərəflər arasında bağlanmış olan müqavilənin xüsusiyyəti ondan ibarət olmuşdur ki, bu müqavilə "xxxx" ASC ilə İddiaçı arasında sonuncunun adına "xxxx" tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi debet və ya əmək haqqı kartı, arxa tərəfi kedit kartı) buraxılmasına, Müştərinin adına bank hesablarının (debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, kredit kartına bağlı olan kart hesabı) kredit xəttinin açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən, Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış Kreditdən 6-cı bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Müqavilənin 9.3-cü bəndinə əsasən müştəri bu müqaviləni imzalamaqla təsdiq etmişdir ki, ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, habelə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. İşin mübahisələndirilən və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli olan halı ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış BMP**********38 nömrəli müqavilə əsasında verilmiş **********58885 nömrəli bank kartından xx.xx.2024-cü il tarixdə özünə aid olan 2000 (iki min) manat vəsaitin həmin bankın bankomatından çıxardılmasına görə komissiya adı ilə tutulmuş 17 (on yeddi) manatın cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılmasını və cavabdehlə xx.xx.2022-ci il tarixdə bağlanmış BPM994004638 nömrəli müqavilənin ləğvini tələb edir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə BMP**********8 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqavilənin "xxxx" ASCə ödəniş kartları üzrə tarif cədvəlinin “kart vasitəsi ilə nağd vəsaitlərin alınmasına görə komisyon haqqı” adlı 2-ci bəndinin “ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma” adlı 2.5-ci yarımbəndlərindən görünür ki, “X6 Classic” kartından ölkədaxili nağdlaşdırma əməliyyatları üzrə 7000 manatadək əməliyyatlar komissiyasız, aylıq əməliyyat bu məbləği ötdükdə isə məbləği ötən hissəyə 1% komissiya haqqı hesablanır. Həmin bəndə dair 8-ci qeyddən nağdlaşdırma və kartdan karta əməliyyatlar üzrə limitin birlikdə nəzərə alındığı müəyyən edilir. Məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 200 manat pul nağdsız qaydada, xx.xx.2024-cü il tarixdə 2000 manat bankomatdan, xx.xx.2024-cü il tarixdə 2000 manat bankomatdan, eyni tarixdə 2000 manat və 500 manat nağdsız qaydada məxaric edilmişdir. 17 manat komissiya haqqı silinən əməliyyata qədər eyni kart üzrə aylıq cəmi əməliyyat məbləği 6700 manat olmuşdur. Məbləğ 7000 manatdan az olduğundan hər hansı komissiya məbləği hesablanmamışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə bankomatdan 2000 manat pulun məxaric əməliyyatını həyata keçirmişdir. Bu əməliyyat cəmi məbləği 8700 manata çatdırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının məxaric əməliyyatını həyata keçirməsinin cəmi məbləği 8700 manata çatdırıldığı üçün məxaricin 7000 manatdan çox olan hissəsinə, yəni 1700 manata 1% komissiya haqqı-17 manat hesablanması Standart Şərtlərin 4.2-ci bəndinə əsasən akseptsiz qaydada tutulması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə tam uyğun olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün hüquqi əsaslar da müəyyən edilməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı iddiasının əsaslı olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmiş, bununla bağlı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı tələbinə dair iddiası rədd edilməlidir. Məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1356/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1356/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver