Məhkəmə qərarları › İş №e-2(006)-1366/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1366/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1366/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 731.12 ABŞ dolları əsas, müqavilə bitdikdən sonra hesablanmış (illik 5% lə) 28 ABŞ dolları faiz, 32.9 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 10052017/164180 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətində illik 10 faiz dərəcəsi ilə 5819 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit verilərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 88.24 ABŞ dolları ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərflərin üzərinə “bu ünvanda yaşamır” qeydləri ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 10052017/164180 nömrəli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ASC-nin Yasamal filialı ilə borclu Cavabdeh2 arasında sonuncuyta 60 ay müddətinə illik 10 faiz ödənilməsi şərti ilə 5819 ABŞ dollarının verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 10052017/164180 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixli 10052017/164180 nömrəli müqavilə üzrə borcalan Cavabdeh2 bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürməsi və bank qarşısında borcalanla birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 10052017/164180 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixli 10052017/164180 nömrəli müqavilə üzrə borcalan Cavabdeh2 bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürməsi və bank qarşısında borcalanla birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 İddiaçı ASC-yə 731.12 ABŞ dolları əsas, 28 ABŞ dolları faiz, cəmi 759.12 ABŞ dolları borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Əmanətlərin Sığortalanmas Fondu tərəfindən cavabdehlərə 3 gün müddətində borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 445.1, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən birgə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh2 tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 32.9 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 731.12 ABŞ dolları əsas, 28 ABŞ dolları faiz, həmçinin ödənilmiş dövlət rüsumuna görə 32.9 manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olanİddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 731.12 ABŞ dolları əsas, müqavilə bitdikdən sonra hesablanmış (illik 5% lə) 28 ABŞ dolları faiz, cəmi 759.12 ABŞ dolları ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə, həmçinin ödənilmiş dövlət rüsumuna görə 32.9 manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar