Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1367/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızını katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi ilə bağlı iddiaçı X5 qəyyumu X2 vəsatətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan e-2(006)-314/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-314/2023 saylı qərardadından (hakim Natavan Tağıyeva) görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdehlər Şahid2, Şahid1, İddiaçı və X4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X3 qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “evin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez alçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair e- 2(006)-1367/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan ilkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdehlər Şahid2, Şahid1, İddiaçı və X4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X3 qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “evin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair e- 2(006)-314/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair e-2(006)-1367/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan ilkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdehlər Şahid2, Şahid1, İddiaçı və X4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X3 qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “evin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair e-2(006)-314/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-314/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-1367/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1367/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver