Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1381/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi - Nümayəndə, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-1284 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh dəymiş real maddi zərərin əvəzi olaraq 170000 manat, əldən çıxmış fayda kimi maddi zərərin əvəzi olaraq 2023-ci ilin yanvar ayının 25-dən başlayaraq qətnamə icra olunadək hər ay görə 25000 manat, cəmiyyətin işgüzar nüfüza vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat, dövlət büdcəsinə ödənilmiş 495 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanda yerləşən ümumi sahəsi 900 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsində olan cəmiyyətə məxsus avadanlıqlar və əşyalar Cavabdeh alınaraq cəmiyyətə geri qaytarılması, qaytarılması mümkün olmadıqda isə dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-1284 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanda yerləşən ümumi sahəsi 900 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə İcarəyə verilmişdir. Həmin müqavilənin 2.1, 2.2, 2.3, 6.1, 6.2, 7.1 və 7.2.2-ci bəndlərinə əsasən tərəflər aylıq “İcarə haqqı”nın məbləğini 9500 manat olmasına, “İcarə müddəti”nin başlanğıcını xx.xx.2021-ci il tarixdən götürülməsinə, aylıq “İcarə haqqı” məbləğinin hər aya görə növbəti cari ayın 03-dən gec olmayaraq ödənilməsinə, müqavilənin hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minməsinə, Müqavilənin 10 il müddətinə bağlanmasına, müqavilənin qüvvədə olduğu müddətinin qurtarmasına 6 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilənin növbəti 5 il müddətinə uzadılmış hesab edilməsinə, birtərəfli qaydada, tərəflərdən biri digərini ən azı 3 ay qabaqcadan xəbərdar etməklə müqaviləyə xitam verə bilməsinə razılaşmışlar. Həmçinin, həmin müqavilənin 3.1.1, 3.1.2, 3.1.3 və 3.1.6-cı bəndlərinə əsasən “İcarə verən” yəni cavabdeh bu müqavilə bağlandığı gündən obyekti “İcarəçi”yə təhvil verilməsi, “İcarə obyekti”ni “İcarəçi”nin tam sahibliyinə və istifadəsinə verilməsi, icarə obyektində icarəçinin fəaliyyətinə heç bir halda maneəçilik törətməməsi və “İcarəyə verən” 5 il ərzində “İcarəçi”ni icarə obyektindən çıxarmamağa zəmanət verməsi kimi üzərinə vəziflər (öhdəliklər) götürmüşdür. Tərəflər arasında bağlanmış Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M1284 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi”nə Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-2644 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi”nə 1 saylı “Əlavəsi”nə dair Müqaviləsi/nin 1, 2 və 3cü bəndlərinə əsasən bu əlavənin 2-ci bəndində göstərilən qrafik üzrə aylıq icarə haqqı olaraq “İcarəçi” tərəfindən “İcarəyə verən”ə xx.xx.2021-ci il tarixədək ümumilikdə 104500 manat pul vəsaiti ödənilməsi, ödənilən 104500 manat icarə haqqı bu əlavənin qrafikində göstərilən tarixlər (müddət) üçün olmasına, ödənilən 104500 manat icarə haqqı aşağıda göstərilən qrafik üzrə tarixlərə hesablanması və növbəti ödəniş tarixi xx.xx.2022-ci il tarixində olmasına və 7.2.2-bəndində “İcarəçi” “İcarəyə verən”i 1 ay öncədən xəbərdar edərək bir tərəfli qaydada müqaviləyə xitam verə bilməsinə razılaşmışlar. Tərəflər arasında bağlanmış Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M1284 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi”nə Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi”nə düzəlişə dair müqaviləsinə əsasən tərəflər icarə məbləğinin 2022-ci il sentyabr, oktyabr, noyabr, dekabr ayları ƏDV xaric 8000 manat və xx.xx.2023-cü il tarixdən sentyabr 2023-cü il tarixədək ƏDV xaric 8500 manat dəyişdirilməsinə dair razılaşmışlar. Tərəfər arasında bağlamış “İcarə müqaviləsi”nin şərtləri Cavabdeh tərəfindən pozulmaqla və heç bir qanuni əsas olmadan 2023-cü ilin yanvar ayının 25-də cəmiyyət barəsində Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət verilmiş, cəmiyyətin “İcarə obyekti”nin yerləşdiyi ünvanda fəaliyyəti qanunsuz olaraq məhdudlaşdırmış, cəmiyyətin fəaliyyətini həyata keçirən əməkdaşları polis əməkdaşlarının köməkliyi ilə məcburi şəkildə icarə obyektindən cəmiyyətə məxsus əşyalar və avadanlıqlar saxlanılmaqla çıxarılmışlar. Cavabdeh tərəfindən cəmiyyətə qarşı edilən qanunsuz hərəkətlərin mahiyyətində “İcarə müqaviləsi”ndə göstərilən “İcarə obyekti”nin “İcarə haqqı” məbləğini hansısa vasitə ilə qaldırmaq niyyətindən irəli gəlmiş, nəticədə Cavabdeh tərəfindən həmin müqavilənin 3.1.3 və 3.1.6-cı bəndlərinin kobud pozuntusuna yol verilmişdir. Bununlada Cavabdeh tərəfinfən cəmiyyətə 170000 manat real zərər, 100000 manat əldən çıxmış fayda kimi maddi ziyan dəymişdir. “İcarə müqaviləsi”nin 3.1.1 və 3.1.2ci bəndlərinə əsasən “İcarə obyekti” Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən cəmiyyətin istifadəsinə və sahibliyinə verildikdən sonra cəmiyyət həmin “İcarə obyekti”ni fəaliyyətinin aparılması məqsədi ilə təmirinə 170000 manat vəsait xərcləmişdir. Həmin vəsait cəmiyyət tərəfindən “İcarə obyekti”nin işıqlandırılma (elektrik) işlərinin, rəngsaz işlərinin, sanuzelərdə təmir işlərinin (kafel və metlaxların, maydadır və digər aksesuarların vurulması) görülməsinə, bununla əlaqədar təmir tikinti materiallarının alınmasına və təmir tikinti işlərinin aparılması ilə əlaqədar digər işlərə sərf olunmuşdur. Bundan başqa, Cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayının 25-dən cəmiyyətin “İcarə obyekti”ndə sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmaqla (qadağan etməklə) cəmiyyətə məxsus əşyalar və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı avadanlıqlar (tibbi), həmçinin müştərilər barədə bütün məlumatlar həmin ünvanda qanunsuz saxlanılmaqla cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneə yaradılmaqla nəticədə cəmiyyət aylıq 25000 manat olan gəlirindən məhrum olmuşdur. Hazırkı, mübahisəli mülki iş üzrə yekun məhkəmə qərarının hansı tarixdə qüvvəyə minib icra olunacağı müəyyən olunmadığına görə cəmiyyətə əldən çıxmış fayda kimi dəyən maddi zərər 2023-ci ilin yanvar ayının 25-dən başlayaraq qətnamə icra olunadək hər ay üzrə 25000 manat olmaqla Cavabdeh tutulmalıdır. Cəmiyyət həmin ünvan üzrə sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kimi müştərilərə kosmetoloji xidmətlər göstərmiş, həmin xidmətlər üzrə müştərilərin şəxsi həyatı ilə bağlı toplanmış məlumatlar həmin ünvanda qalmış, cavabdehin hərəkətləri nəticəsində həmin məlumatların yayılmasına və başqa şəxslərin əlinə keçməsinə şərait yaradılmış, cəmiyyətin kommersiya sirri təşkil edən məlumatları Cavabdeh tərəfindən götürülmüş onun tərfindən cəmiyyətin əməkdaşları icarə obyektindən aşağlayıcı şəkildə çıxarılmış, bütün bu baş verən hadisələr şəhərin mərkəzində bütün insanların gözü qabağında baş vermiş bütün bu başverən hadisələr cəmiyyətin işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh cəmiyyətə qarşı qanunsuz əməlləri nəticəsində cəmiyyətə məxsus əşyalar və avadanlıqlar “İcarə obyekti”ndə Cavabdeh tərəfindən əsassız saxlanılmaqdadır. Bu səbəbdən həmin əşya və avadanlıqlar Cavabdeh tərəfindən alınaraq cəmiyyətə geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın kommersiya mübahisələrinə aid olduğunu bildirərək, mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etdiyini qeyd etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, tərəflərin mübahisə etdiyi hallar və iddia tələbinin əsasları ilə bağlı faktiki hallar işin kommersiya mübahisələrinə aid olduğunu təsdiq edir. Bu səbəbdən iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Xüsusilə qeyd edilməlidir ki, həmin Qərarın 26-cı bəndinə görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin Qərarda o da qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən Plenum Qərarının 5-ci bəndinə görə MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Bununla belə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olma tarixindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdən sonra daxil olmuşdur. Məhkəmənin qənaətinə görə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 18 sentyabr 2020-ci il tarixdə qəbul olunmasına baxmayaraq bu Qərarın 5-ci bəndində göstərilən hallar da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Sadalanan qanunvericliyin tətbiqi əsaslarından və mübahisənin xarakterindən göründüyü kimi hazırki iddia tələbinə dair mülki iş kommersiya hüquqi şəxsi ilə bağlı kommersiya fəaliyyəti mübahisələr kateqoriyasına aiddir. İddia tələbindən görünür ki, fiziki şəxslə hüquqi şəxs arasında yaranmış mübahisənin əsasını gəlir əldə eldə etmək niyyəti ilə icarə müqaviləsi bağlamaqla bağlı mübahisə təşkil edir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından aydın olur ki, iş məhkəmənin icraatına qəbul ediləndən sonra məhkəmə aidiyyətı kommersiya məhkəməsinə aid olduğu aşkar edilərsə, iş məhkəmənin qərardadı ilə kommersiya məhkəməsinə göndərilməlidir. Əgər iş icraata qəbul edilənədək məhkəmə aidiyyətı ilə yanlış olaraq ümumi məhkəməyə verildiyi aşkar edilərsə, bu zaman məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-160, 163, 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1381/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1381/2023
07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver