Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1385/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 186-13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “Yeni çeşid malların alınması” məqsədilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında ZM-186-13 №-li 13 mart 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Daha sonra LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında LM052000112 nömrəli xx.xx.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 186-13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 704,34 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında LM052000112 nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 732,36 (yeddi yüz otuz iki manat otuz altı qəpik) manat təşkil edir. Bundan 704,34 (yeddi yüz dörd manat otuz dörd qəpik) manat əsas, 20,22 (iyirmi manat iyirmi iki qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,80 (yeddi manat səksən qəpik) manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, cəmi borcu 732,36 (yeddi yüz otuz iki manat otuz altı qəpik) manat olmaqla, bundan 704,34 (yeddi yüz dörd manat otuz dörd qəpik) manat əsas, 20,22 (iyirmi manat iyirmi iki qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,80 (yeddi manat səksən qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də (bildiriş iddia ərizəsi ilə birlikdə cavabdehlərə poçt vasitəsi ilə göndərilmiş, həmçinin MPM-in 135.3, 135.5-ci maddələrinə əsasən Cavabdeh1 iş yeri olan Maraqlı şəxs1 ASC-yə və Cavabdeh3 iş yeri olan Maraqlı şəxs2 MMC-yə məxsus elektron kabinetlərə həmin cavabdehlərə çatdırılması üçün xx.xx.2024-cü ildə yerləşdirilmiş), cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı2 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 186-13 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana yeni çeşid malların alınması məqsədilə 18 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İddiaçı2 ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ZM-186-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2013-cü il tarixli 186-13 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəliyk kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalanın kreditor qarşısında birgə məsuliyyət daşımaları qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3194/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, İddiaçı1 bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır. LPO İddiaçı2 ASC-nin ləğvedicisi İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli, LM052000112 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, LPO bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 186-13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 704,34 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. Müqavilə 36 ay müddətinə bağlanılır, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü ildir. LPO İddiaçı2 ASC-nin ləğvedicisi İddiaçı1 ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM052000112 nömrəli zaminlik müqavilələrindən görünür ki, LPO bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM052000112 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 36 ay müddətinə verilmiş 704,34 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə LPO bank qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər (birgə məsuliyyətləri müəyyənləşdirilmişdir). xx.xx.2023 və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli, LM052000112 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı LPO İddiaçı2 ASC-nin ləğvedicisi İddiaçı1 tərəfindən xəbərdar edilmişlər. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, LM052000112 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka 704,34 manat əsas, 20,22 manat faiz, 7,80 gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 732,36 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı2 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 186-13 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 32 % ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında xx.xx.2013-cü il tarixli ZM-186-13 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı2 ASC Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş və İddiaçı1 bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra bankın ləğvedicisi ilə cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM052000112 nömrəli restrukturizasiya və zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 bank qarşısındakı kredit öhdəliyinin 704,34 manat məbləğində qalıq borcu restrukturizasiya edilmiş və kreditin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, Cavabdeh1 və Cavabdeh3 isə restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin onlar öz öhdəliklərini razılaşdırılmış müddətdə yerinə yetirməmişlər. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Buna görə də iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış cəmi 732,36 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsini xahiş edir. Göründüyü kimi, İddiaçı2 ASC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Bank müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdehlər isə öhdəliklərini icra etməmişlər. Mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Məkhəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 digər cavabdeh – kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 İddiaçı2 ASC - kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən və kreditor qarşısında onunla birgə məsuliyyət daşıdıqlarından, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidirlər. Buna görə də məhkəkə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllənin və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 704,34 (yeddi yüz dörd manat otuz dörd qəpik) manat əsas, 20,22 (iyirmi manat iyirmi iki qəpik) manat faiz borcu, 7,80 gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 732,36 (yeddi yüz otuz iki manat otuz altı qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı2 ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq LPO İddiaçı2 ASC-yə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 704,34 (yeddi yüz dörd manat otuz dörd qəpik) manat əsas, 20,22 (iyirmi manat iyirmi iki qəpik) manat faiz borcu, 7,80 gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 732,36 (yeddi yüz otuz iki manat otuz altı qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı2 ASC-yə verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq LPO İddiaçı2 ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1385/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1385/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver