Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1397/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh X8 QSC "xxxx" KB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər X8 QSC "xxxx" KB-yə və ləğv prosesində ola QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 aprel 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər X8 (bundan sonra LPO) "xxxx" KB QSC-yə qarşı “borcun silinməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə mənim adıma olan kredit müqaviləsi üzrə borcun və gecikmənin silinməsi və bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə rəsmi məlumat göndərilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ikinci cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 QSC "xxxx" KB və ikinci cavabdeh X8 QSC "xxxx" KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə onun adına olan 24 avqust 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə borcun və gecikmənin silinməsi və bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə rəsmi məlumat göndərilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24 avqust 2007-ci il tarixində iş yoldaşı X2 etibarından sui-istifadəsi nəticəsində o, X3 ********** saylı kredit müqaviləsinə imza ataraq "xxxx" QSC-dən formal olaraq 4.170 manat məbləğində 6 ay müddətinə kredit almışdı. Daha sonra ona məlum olmuşdur ki, sözügedən borc məbləği ilə bağlı məhkəməyə müraciət olunmuş və məhkəmə qətnaməsi ilə iddia təmin edilərək İddiaçı pulun tutulması qət edilmişdir. Hadisədən 6 ay keçdikdən sonra Bank tərəfindən gələn zənglə vəziyyəti başa düşmüş, müxtəlif instansiyalara, o cümlədən hüquq mühafizə orqanlarına müraciət etsə də, işin mülki xarakter daşıması səbəbi ilə işin tərəflər arasında həll edilməsi tövsiyyə edilmişdir. Daha sonra bankla 25 iyun 2010-cu il tarixində yeni müqavilə imzalanmış və bu müqavilə üzrə razılaşdırılmış 5237 manat borcu tam ödəmiş, bank tərəfindən öhdəliklərin tam icra olunması ilə bağlı 11/3364 nömrəli 3 iyun 2011-ci il tarixli məktub almışdır. Bir neçə il sonra kredit götürmək üçün banka müraciət etmiş, lakin cavab olaraq onun adında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) gecikdirilmiş və ödənilməmiş kredit olduğunu bildirdilər. Bununla bağlı maraqlandıqda isə aydın olmuşdur ki, kreditini tam olaraq ödəməyinə baxmayaraq, Mərkəzləşdirilmiş Kredit Reyestrində hələ də kredit ödənilməmiş kimi göstərilir. "xxxx" QSC-nin ləğv etmə prosesində olduğundan onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, və fond ona cavab olaraq bildirmişdir ki, kredit reyestrində xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin "xxxx" QSC bank əməliyyat sistemində rəsmiləşdirilmədiyi və həmin kredit üzrə 3659.98 manat borc öhdəliyi var. Son olaraq, Mərkəzi Bank tərəfindən kredit müqaviləsi barədə hər hansı məlumatın daxil olub-olmadığı barədə müraciətinə cavab olaraq ona həmin kredit müqaviləsinin mövcud olmadığı bildirilərək məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X5 qərarı ilə "xxxx" QSC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "xxxx" QSC-nin ləğvedicisi təyin edilmişdir. Bundan başqa iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmənin xx.xx.2022 tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması bildirilmişdir. xx.xx.2022-ci il tarixində o, Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının hazırki iddiada qoyduğu tələbə qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. Göründüyü kimi, iddiaçının iş üzrə qaldırdığı iddia apellyasiya instansiyası məhkəməsində birinci instansiya qaydasında baxılmalı olan iddia tələblərinə, başqa sözlə, yuxarıda qeyd olunan inzibati prosessual qanunvericiliyin müvafiq müddəasında nəzərdə tutulan iddia tələblərinə aid deyildir. Bu səbəbdən iddiaçının tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 QSC "xxxx" KB-nin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasları zamanı müəyyən edilmişdir ki, "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə sonuncuya Bank tərəfindən 5.237 manat məbləğində pul verilmiş, İddiaçı borcunu ödəmədiyindən Bank məhkəməyə müraciət etmiş və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1731/2010 saylı iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 4.170 manat əsas kredit borcu, 507 manat faiz borcu, 3.659,98 manat cərimə-cəmi 8.876,98 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" KB QSC-yə ödənilməsi qət edilmişdir. Daha sonra tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən "xxxx" KB QSC-yə ödənilməli olan 5.237 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və mülki iş materiallarında olan ödəniş qəbzlərindən də göründüyü kimi razılaşdırılmış 5.237 manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" KB QSC-yə tam şəkildə ödənilmişdir. b) mülki işin materialları: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 4.170 manat əsas kredit borcu, 507 manat faiz borcu, 3.659,98 manat cərimə-cəmi 8.876,98 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" KB QSC-yə verilməsi qət edilmişdir. İddiaçı ilə "xxxx" KB QSC arasında bağlanılmış xx.xx.2010-cu il tatrixli “kredit müqaviləsi üzrə öhtəliklərin verilməsi” müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən "xxxx" KB QSC-yə ödənilməli olan 5.237 manat məbləğində pulu ödəməyi öhtəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı 2.000 manat məbləği müqavilə qüvvəyə mindiyi gün, qalan 3.237 manatı isə hissəhissə 11 ay müddətində ödəməli idi. "xxxx" KB QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixli “kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi” müqaviləsinə əsasən Banka olan 5.237 manat məbləğində borc İddiaçı tərəfindən ödənilərək həmin müqavilə üzrə olan öhdəliklər tam icra edilmişdir. "xxxx" KB QSC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1731/2010 saylı iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə iddiaçı "xxxx" KB QSC-nin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsinə, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə dair icra işi vardır. İddiaçı ilə Bank arasında mövcud borcun ödənilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə edildiyindən icra sənədinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli SF-13880 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 4.710 manat, faiz məbləği üzrə 10.950,95 manat məbləğində borcu vardır. LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışndan görünür ki, İddiaçı ilə QSC "xxxx" KB arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4.710 manat əsas borc, 6.921,28 manat faiz borcu, 4.029,67 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 2.770 manat olmaqla, cəmi 18.431 manat məbləğində borcu yaranamışdır. LPO QSC "xxxx" KB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, X8 QSC "xxxx" KB ilə aralarında xx.xx.2007-ci il tarixində ********** saylı kredit müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə İddiaçı 4,710.00 (dörd min yeddi yüz on, 00) manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə xx.xx.2010-cu il tarixli 2(001)1731/10 nömrəli qətnaməyə əsasən ümumilikdə 8,876.98 (səkkiz min səkkiz yüz yetmiş altı, 98) manat və 20 (iyirmi) manat dövlət rüsumu ödəniş qət edilmişdir. İddiaçı tərəfindən həmin məbləğdən xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək cəmi 5,237.00 (beş min iki yüz otuz yeddi, 00) manat məbləğində ödəniş edilmişdir. Qətnaməyə əsasən həmin kredit üzrə ümumilikdə 3,659.98 (üç min altı yüz əlli doqquz, 98) manat borc öhdəliy mövcutdur. Borcun olmaması barəsində verilən məktubun hüquqi əsasları ləğvedici tərəfindən təsbit edilə bilmədiyi və qalıq borcun ödənilməsi xahiş edilmişdir. c) Məhkəmə tərəfindən tətbiq edilən hüquq və gəlmiş olduğu nəticə: Məhkəmə iddiaçının LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı olan tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər xx.xx.2007-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Daha sonra tərəflər arasında xx.xx.2007-ci il tarixli kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi ilə bağlı xx.xx.2010-cu il tarixli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı Bank qarşısında olan öhdəliyini icra etmiş və tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Bu hal iş materiallarında olan "xxxx" KB QSC tərəfindən iddiaçıya təqdim edilmiş və heç bir öhdəliyin qalmamasını əks etdirən xx.xx.2011-ci il tarixli məktubla da təsdiq edilir. Lakin cavabdeh "xxxx" KB QSC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə baxmayaraq müvafiq məlumatı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə verməmiş və bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, iddiaçı kredit əldə etmək məqsədilə müxtəlif təşkilatlara müraciət etdiyi təqdirdə adında "xxxx" KB QSC-dən götürülmüş kredit borcunun bu günə kimi bağlanmaması səbəbi ilə kredit verilməsindən imtina edilməsi üçün əsasın yaranması ehtimalı yüksəkdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etməli və bu barədə məlumatı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə verməlidir. Məhkəmə həmçinin iddiaçının “xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə gecikmənin silinməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd edir. "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə olan borcun ödənişi İddiaçı tərəfindən gecikdirilmiş və bu fakt mülki iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır (borcun olmaması, hələ gecikmənin də silinməsi mənasını kəsb etmir). Beləliklə də, borcun olmaması ilə bağlı iddia tələbi təmin edildiyi halda belə, bu sözügedən borc üzrə mövcud olan və mülki iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə öz təsdiqini tapmış gecikmənin silinməsini istisna edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə gecikmənin silinməsi” hissəsində rədd edilməlidir. Məhkəmə iddiaçının digər cavabdeh ləğv prosesində ola QSC "xxxx" KB-yə qarşı olan tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 71.3-cü maddəsinə əsasən Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.” Mülki Məcəllənin 60.2 və 60.3-cü maddələrinə uyğun olaraq, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Yuxarıda qeyd edilənlərə əsasən, X8 Bank hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddia tələbləri üzrə birbaşa məsuliyyət daşıyır, lakin hazırki məhkəmə araşdırılmasının predmeti olan iddia ərizəsi X8 bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır və Bankın ləğv prosesində olması onun bu cür iddia tələbləri üzrə birbaşa məsuliyyət daşımasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh LPO QSC "xxxx" KByə münasibətdə rədd edilməlidir (subyektiv cavabdeh olmadığından). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2007-ci il tarixli tarixli kredit müqaviləsi üzrə borcun silinməsi və borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi LPO "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. İddia QSC "xxxx" KB-yə münasibətdə və digər hissədə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixli tarixli kredit müqaviləsi üzrə borcunun silinməsi və borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi LPO "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. İddia QSC "xxxx" KB-yə münasibətdə və digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-1397/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1397/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver